Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə76/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   72   73   74   75   76   77   78   79   ...   145

__________________________________________ 

259


etmək mümkün olmayacaqdır. Mən sizin bu fəaliyyətinizi 

yüksək qiymətləndirirəm və düşünürəm ki, indi biz gərək 

tezliklə sülh yaradaq və tezliklə bərpa işlərinə başlayaq. 

Stefen Sestanoviç:  Cənab prezident, mən Sizinlə tamamilə 

razıyam ki, qaçqınların öz yurd-yuvəlarına qayıtması üçün çoxlu 

sayda görülməli işlərə hazır olmağın özü çox böyük əhəmiyyət 

kəsb edir. Belə ki, bu qaçqınlar uzun müddət öz evlərindən 

kənar düşüblər, onların gündəlik həyatının yenidən bərpa 

edilməsi üçün çoxlu yardıma ehtiyacları olacaqdır. 

Əslində, bu münaqişə  həll edilərsə ona ən böyük dəstək, 

məhz biz düşünurük ki, o insanlarda inamın olmasıdır. Onlar 

evlərinə dönəndən sonra yardım göstəriləcəkdir, onların həyatı 

yenidən barpa ediləcəkdir və beləliklə, onlar əvvəlki həyatlarını 

bərpa edib öz axarına salacaqlar. Məhz buna görə biz bu 

məsələyə tənzimləmənin bir hissəsi kimi baxırıq və özü də çox 

önəmli hissəsi kimi baxırıq. Ona görə çalışırıq ki, bu məsələyə 

hazırlığımızı yüksək səviyyəyə qaldıraq.  Şübhəsiz ki, bu 

məsələdə realist olmaq gərəkdir və bu, qısa bir zamanı    əhatə 

edəcək bir proses olmayacaqdır. Sizə bu görüş üçün bir daha 

təşəkkürümü bildirirəm. 

Heydər  Əliyev: Təşəkkür edirəm. 

  

 




__________________________________________ 

260


MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN ÜZVÜ  

OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ  

NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNDƏ  

İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA  

YOLA DÜŞMƏZDƏN ƏVVƏL  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

23 yanvar 2000-ci il 

 

S u a l: Cənab prezident, Moskvaya səfərinizin   məqsədi 

barədə nə deyə bilərsiniz? 

C a v a b:  Səfərimin məqsədi güman edirəm, məlumdur. 

Ayın 25-də Moskvada Müstəqil Dövlətlər Birliyinə mənsub olan 

ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Eyni zamanda 

xarici işlər nazirlərinin, sonra ayrıca baş nazirlərin, müdafiə 

nazirlərinin görüşləri keçiriləcəkdir.  Əsas məqsəd bundan 

ibarətdir, bundan ötrü gedirəm. 

Ancaq sabah orada mənim və Ermənistan prezidenti 

Koçaryanın təkbətək görüşümüz olacaqdır. Nəzərə alın ki, o 

görüşə sonra Rusiya prezidentinin səlahiyyətlərini aparan 

Vladimir Putin də qatıla bilər. Sonra nəzərdə tutulubdur ki, dörd 

prezidentin, yəni Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan 

prezidentlərinin də görüşü olacaqdır. Təbiidir ki, başqa ikitərəfli 

görüşlər də olacaqdır. Amma əsas tədbirlər bundan ibarətdir. 

S u a l: Cənab prezident, Azərbaycan MDB-nin sədri 

vəzifəsində kimi görür? 

Cavab: Mürəkkəb sualdır. Oraya gedirik, məsləhətləşəcəyik. 

Bu elə işdir ki, ümumi rəy olmalıdır. 

  

 

 



 


__________________________________________ 

261


S u a l: Cənab prezident, birliyin indiki vəziyyətini necə 

qiymətləndirirsiniz? 

C a v a b: Bilirsiniz, hələ ki, birlik həmişə eyni 

vəziyyətdədir. Demək olmaz ki, bu gün pisdir, dünən yaxşı idi. 

Siz bilirsiniz ki, son iki ildə birlik hər halda, - mən böhran 

deməzdim, - mürəkkəb dövr yaşayır. Biz ildə bir dəfə toplaşır, 

sanki nə barədəsə razılığa gəlirik, ancaq sonra heç də  hər  şey 

reallaşdırılmır. Ölkələrin heç də hamısı digər ölkələrlə 

razılaşmır. Ona görə də hesab edirəm ki, birlik hələlik təşəkkür 

dövrünü yaşayır. 

Daha kimin nə sözü var? 

S u a l: Ermənistan-Türkiyə  sərhədinin həftədə bir dəfə 

açılmasına dair protokol imzalandığı barədə  xəbərlər nə 

dərəcədə doğrudur? 

C a v a b: Bu, tamam yalandır. Mən bunu keçən dəfə 

demişəm - Türkiyə ilə Ermənistanın sərhədləri yalnız 

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 

həll olunandan sonra, sülh bağlanandan sonra açıla bilər. Bu, 

Türkiyənin həm prezidentinin, həm Baş nazirinin və bütün başqa 

dövlət rəhbərlərinin fikridir, Türkiyənin xalqının fikridir. Mən 

bunu bir neçə  dəfə demişəm, Türkiyə prezidenti, bizim əziz 

dostumuz Süleyman Dəmirəl dəfələrlə deybdir ki, bu sərhədlərin 

açarları bizdə deyil, - birincisi, Türkiyə xalqındadır, ikincisi də 

Azərbaycandadır. 



S u a l: Cənab prezident, axır zamanlar mətbuat yazır ki, 

Bakı-Ceyhan layihəsi ilə  əlaqədər Gurcüstan bəzi təkliflər 

irəli sürmüşdür. Bu iddialar layihəni nə dərəcədə geriyə ata 

bilər? 

C a v a b: Bilirsiniz ki, Türkiyə ilə bizim aramızda bütün 

danışıqlar qurtarıb, hər  şey razılaşdırılıbdır. Ancaq Gürcüstan 

dörd məsələ irəli sürübdür. İndi Türkiyənin, Azərbaycanın, 

Gürcüstanın nümayəndə heyətləri Ankarada görüşürlər. 

Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Şərifov 

rəhbərlik edir. İndi də məlumatı dinləyirdim, səhər 

  



__________________________________________ 

262


tezdən də dinlədim. Görünür ki, dörd məsələdən bir-ikisi aradan 

götürülüb, birinin haqqında hələ mübahisə gedir, biri də  hələ 

həll olunmayıbdır. Güman edirəm, bunlar həll ediləcək, heç 

kəsin şübhəsi olmasın və Bakı-Ceyhan neft kəməri tikiləcək, işə 

başlayacaqdır. 

Ancaq mətbuatda yazılanlar - nə bilim, Bakı-Ceyhan neft 

kəməri olmayacaq. - bunlar yalan şeylərdir. Gürcüstan ölkədir, 

daxilində iqtisadi vəziyyət bir az çətindir, bəzi problemləri var. 

Ona görə bəzi şərtlər qoyur və təbiidir ki, bu şərtlər də müzakirə 

olunur. 


S u a l: Cənab prezident, deyilənə görə, Transxəzər qaz 

kəməri ilə də bağlı oxşar şərtlər ortaya çıxıbdır. 

Cavab: Yox, çıxmayıbdır. Transxəzər qaz kəməri haqqında 

hələ bu səviyyəyə  gəlib çatmamışıq. Hələ danışıqlar gedir. 

Bizim nümayəndə heyəti, Türkiyəninki, Gürcüstanınkı 

Aşqabadda oldular, danışdılar. Prinsipial məsələlər üzrə razılıq 

var. Amma əlbəttə ki, gələcəkdə konkret çox şeylər müzakirə 

olunacaqdır. 



Sual: Cənab prezident, Rusiyada təhlükəsizlik məsələləri 

barədə müzakirələr aparacaqsınızmı? 

C a v a b: Elə hər şey təhlükəsizliklə bağlıdır. Sağ olun. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə