Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə78/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   74   75   76   77   78   79   80   81   ...   145

__________________________________________ 

267


yət olmuşdur, çünki Gürcüstanda Abxaz münaqişəsi, bizdə isə 

Ermənistan-Azərbaycan münaqişəsi davam edir. Bunlar çox ağır 

münaqişələrdir və onları  həll etmək lazımdır. Lakin sabah bu 

məsələlər sammitin gündəliyində olmayacaqdır. 



S u a l: Sizin Robert Koçaryanla bugünkü gorüşünüzdə 

müəyyən irəliləyiş oldumu. Siz Rusiyanın münaqişəni 

nizama salmağa həqiqətən kömək göstərmək arzusunda 

olduğunu hiss etdinizmi? 

Heydər Əliyev: Rusiya bəyan edir ki, o, münaqişənin həllinə 

kömək göstərmək istəyir. 



S u a l: Eduard Amvrosiyeviç, son vaxtlar mətbuatda 

yazırlar ki, Gürcüstan Bakı - Ceyhan layihəsi ilə bağlı 

tələblər irəli sürür və bu tələblər həmin layihənin digər 

iştirakçıları üçün məqbul deyildir. Siz bu barədə  nə deyə 

bilərsiniz? 

Eduard  Şevardnadze:  Zənnimcə, bu, heç də  ən mürəkkəb 

məsələ deyildir. Əvvəla, Ankarada danışıqların birinci mərhələsi 

yaxşı keçdi, tərəflər üç əsas məsələ barəsində razılığa gəldilər, 

tariflərlə bağlı problemlərin müzakirəsinə başladılar. Bu gün 

onlar danışıqları başa çatdıra bildilər,belə ki, nümayəndə 

heyətimizə başçılıq etmiş xarici işlər naziri buraya gəlmişdir. 

Yəqin ki, növbəti görüş Bakıda, Ankarada və ya İstanbulda 

olacaqdır. Lazım gələrsə, biz Heydər  Əliyeviçlə öz sözümüzü 

deyirik. 

Sual: Qafqazda regional təhlükəsizlikdən söhbət 

gedəcəkmi? Sabahkı dördtərəfli görüş  nəyə  həsr 

olunacaqdır? 

Heydər Əliyev: Görüşərik, sonra isə sizə deyərik. 

S u a l: Bu gün siz Boris Yeltsinlə görüşdünüz.  Əgər sirr 

deyilsə, o, necə görünür? Sizin xudahafizləşməyiniz necə keçdi? 

Eduard Şevardnadze: Bu, təsirli görüş idi. Axı biz onu 20-30 ildir 

tanıyırıq, birlikdə  işləmişik. Deməliyəm və Heydər  Əliyeviç də 

razılaşar ki, Boris Yeltsin yaxşı formadadır. Demə, istirahət o qədər də 

qorxulu deyilmiş. 



S u a l: Sabah o, sammitdə olacaqmı? 

  


__________________________________________ 

268


Eduard   Şevardnadze: Xeyr. 

S u a l: Bəs siz MDB Dövlət Başçıları  Şurasının sədri 

vəzifəsinə kimi namizəd göstərəcəksiniz? 

Eduard Şevardnadze: Cənubi Qafqaz ölkələrindən çətin ki, 

kimisə. Ancaq özünüzün gümanınız var. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


__________________________________________ 

269


MOSKVANIN MERİ YURİ LUJKOV İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Moskva, Azərbaycan Prezidentinin iqamətgahı  

 

24 yanvar 2000-ci il 

 

Heydər    Əliyev: Xoş gördük, Yuri Mixayloviç. Sizi 

görməyimə çox şadam. 

Yu r i   L u j k o v: Sizinlə görüşmək məni də məmnun edir, 

Heydər Əliyeviç. 



Heydər  Əliyev:  Moskvada bu il qış xeyli şaxtalı keçir. 

Yəqin ki, merin problemləri də çoxalır. 



Yuri Lujkov: Elədir, Heydər  Əliyeviç. havaların  şaxtalı 

keçməsi ilə  əlaqədər enerji təchizayı  məsələləri ortaya çıxıb. 

Əlbəttə, bu cür hava sağlamlıq üçün yaxşıdır. Arama enerji 

təchizatında problemlər doğurur. 



H e y d ə r Əl i y e v: Bu cür soyuqda belə böyük şəhəri 

qazla da, elektrik enerjisi ilə  də  təmin etmək çətindir. Bizim 

Bakıda şaxta yoxdur, qaz, elektrik enerjisi isə, təəssüflər olsun, 

çatışmır və biz hətta Bakını da tam təmin edə bilmirik. 



Yu r i   L u j k o v: Biz 29 milyard kubmetr qaz işlədirik.Bir 

vaxtlar Ukrayna 52 milyard kubmetr qaz sərf edirdi. Yəni 

Moskva çox enerji işlədən şəhərdir. 

Heydər  Əliyev: Sovet dövründə bütün Azərbaycan 17 

milyard kubmetr qaz sərf edirdi, özü də  ən ucqar dağ 

kəndlərinədək bütün respublikaya qaz kəmərləri çəkilmişdi. 

Bizim çox böyük qaz sənayemiz var, bütün elektrik 

stansiyalarımız da, çox böyük kimya sənayesi də qazla işləyirdi, 

hamısı qazla işləyirdi. Biz özümüz 16 milyard kubmetr qaz 

  

 

 



  


__________________________________________ 

270


çıxarırdıq, qalanı isə  Şimaldan gəlirdi.  İndi isə 6 milyard 

kubmetr qaz çıxarırıq və  təbii ki, təkcə Bakının və  bəzi 

rayonların tələbatını ödəyirik. Biz elektrik stansiyalarınızı mazut 

yanacağına keçirməyə  məcbur olmuşuq. Lakin indi mazut da 

çatışmır. Bir sözlə, problem çoxdur. 

Yuri Lujkov: Moskva hökuməti bütün bu problemləri həll 

etməyə çalışır. O cümlədən mənzil tikintisinə  də böyük 

əhəmiyyət verir. 

Heydər  Əliyev:  Bəli, siz elə etməlisiniz ki, gələcək 

insanların vəziyyəti rahat olsun. 



Yuri Lujkov:  Mənzil tikintisi normal gedir. Cari ildə 3 

milyon 500 min kvadratmetr mənzil sahəsi tikməyi qarşımıza 

məqsəd qoymuşuq ki, bu da keçən ildəkindən çoxdur. Bu ilin 

büdcəsi ötən ilkindən artıq planlaşdırılıb, dövlət büdcəsinə 

ödəmələrimizin payı  təxminən 40 faiz təşkil edir. Bizdə 

dəyişikliklər daha fəal keçdi, 200 mindən çox kiçik biznes 

müəssisəsi işləyir.  İri sənayeni iki üsulla çox fəal surətdə 

dəstəkləyirik: qeyri-dövlət, iri bələdiyyə  sənayesinə güzəştlər 

veririk, sosial sahəsi öz üzərimizə götürürük, yəni bu sahədə işi 

yüngülləşdiririk. Çünki bunlar iş yerləridir, vergi halında dövlət 

və şəhər büdcələrinə yaxşı töhfə verən insanlar üçün əmək haqqı 

deməkdir. 

Sonra Yuri Lujkov Azərbaycan prezidenti Heydər  Əliyevə 

Moskva sənayesinin yeni şəraitdə işindən, Moskva vilayətindəki 

Zeleneqrad şəhərinin dirçəldilməsindən danışdı. 

Heydər  Əliyev: Yuri Mixayloviç, əvvəla, Moskvanın meri 

vəzifəsinə yenidən seçilməyiniz, özü də inandırıcı  şəkildə 

seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi 

haqqında danışdığınız uğurlar münasibətilə  təbrik edirəm. 

Əlbəttə, bu uğurlar müasir şaraitdə  nəinki sevindirir, hətta 

təəccübləndirir, yəni bütün bunları necə etmək olar, özü də 

bütün Rusiya fonunda? Sizi Dövlət Dumasındakı  uğurlarınız 

münasibətilə də təbrik edirəm. «Oteçestvo - Vsya Rossi- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə