Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə81/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   77   78   79   80   81   82   83   84   ...   145

__________________________________________ 

277


Vladimir Putin:

*

 Azərbaycan və Ermənistan prezidentlərinin 

birbaşa görüşləri böyük əhəmiyyət daşıyır. Moskvada bu görüşü 

keçirdikləri üçün onlara minnətdarlığımı bildirirəm. 

Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, 

Fransa kimi, Rusiya da münaqişənin tezliklə aradan qaldırılması 

sahəsində səylərini artıracaqdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



     

                                                 

*

 

Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən Vladimir Putin görüşün ikinci hissəsində 



iştirak edib

 



__________________________________________ 

278


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV,  

RUSİYA FEDERASİYASI PREZİDENTİNİN  

VƏZİFƏSİNİ İCRA EDƏN VLADİMİR PUTİN,  

GÜRCÜSTAN PREZİDENTİ EDUARD  

ŞEVARDNADZE VƏ ERMƏNİSTAN PREZİDENTİ  

ROBERT KOÇARYAN ARASINDA KEÇİRİLƏN  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Moskva, Kreml 

 

25 yanvar 2000-ci il 

 

Vladimir Putin: Xoş  gəlmisiniz. Bu görüşün keçirilməsinə 

razılıq verdiyinizə görə təşəkkürümü bildirirəm. 

Qafqaz bölgəsi xüsusi strateji əhəmiyyət daşıyır. Bu regionda 

sülhün,  əmin-amanlığın bərpa edilməsi vacibdir. Qafqazın 

problemləri çoxdur, bu problemlərin aradan qaldırılması 

zəruridir. Buna görə də biz bu ölkələrin qarşılaşdığı çətinliklərin 

aradan qaldırılmasına, bu respublikalarla qarşılıqlı surətdə 

faydalı əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirəcəyik. 

Qafqazda sabitlik, sülh və əmin-amanlıq yaradılması Rusiya 

üçün də vacibdir. Bölgənin ölkələri arasında münasibətlər 

beynəlxalq prinsiplər və  ən vacib amil - hər bir dövlətin  ərazi 

bütövlüyünün tanınması prinsipi əsasında qurulmalı  və inkişaf 

etdirilməlidir. 



Heydər 

Əliyev: 

Mən bu görüşümüzü yüksək 

qiymətləndirirəm. Cənubi Qafqaz ölkələri başçılarının və Rusiya 

Federasiyasının rəhbərinin iştirakı ilə keçirilən bu tədbir böyük 

əhəmiyyət daşıyır. 

  



__________________________________________ 

279


Cənubi Qafqaz Müstəqil Dövlətlər Birliyində ən mürəkkəb və 

çox böyük əhəmiyyətə malik bir bölgədir. Lakin çox təəssüf ki

bu regionda hələ də münaqişələr davam edir. Şimali Qafqazda, 

Abxaziyada da münaqişələr davam edir. Lakin Ermənistan-

Azərbaycan münaqişəsi  ən uzunmüddətli münaqişədir. Mənim 

fikrimcə, bu regiona Rusiya tərəfindən xüsusi diqqət 

yetirilməlidir. Məlumdur ki, bu bölgə əsrlər boyu Rusiyanın və 

SSRİ-nin tərkibində olmuşdur, lakin regiona, onun 

problemlərinin həllinə lazımi diqqət və qayğı göstərilmir. 

1996-cı ildə Kislovodskda keçirilmiş görüşdə qəbul olunmuş 

bəyannamə yaxşı bir təşəbbüs idi. Belə bir görüşün epizodik 

xarakter daşıması təəssüfləndirici haldır. 

Qafqazdakı münaqişələrin həllinə Rusiyanın indiyə  qədər 

lazımi diqqət yetirməməsi narahatlıq yaradır. Rusiya Cənubi 

Qafqazın problemlərinin aradan qaldırılmasında öz səylərini 

artırmalıdır. 

Qafqazda tam təhlükəsizlik  şəraiti yaradılmalıdır. Bunun 

üçün isə ilk növbədə münaqişələr, xüsusilə Ermənistan -

Azərbaycan münaqişəsi tezliklə həll olunmalıdır. 

Hər bir müstəqil dövlətin  ərazi bütövlüyünün tanınması 

xüsusi əhəmiyyət daşıyır. Qafqazda sabitlik və sülh yaradılması 

çox vacibdir. 

Moskvada belə bir görüşün keçirilməsini bir daha  yüksək 

qiymətləndirirəm. Bu görüş münaqişələr həll edildikdən sonra 

Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı surətdə faydalı 

əlaqələr üçün yaxşı zəmin yarada bilər. 



Eduard  Şevardnadze: Dörd ölkənin başçılarının belə bir 

görüşü keçirməsi çox mühümdür. 

1996-cı ildə Kislovodskda keçirilmiş görüşü və orada qəbul 

olunmuş  bəyannaməni mən də yüksək qiymətləndirirəm. Belə 

görüşlərin indən sonra da davam etdirilməsi zəruridir.  Əgər 

Kislovodsk bəyannaməsində qaldırılan məsələlər vax- 

  

 



__________________________________________ 

280


tında öz həllini tapsaydı, indi Qafqazda belə hadisələr baş 

verməzdi. 

Hər bir ölkənin  ərazi bütövlüyünün tanınması çox vacibdir. 

Baş vermiş münaqişələrin tezliklə aradan qaldırılması üçün daha 

ciddi addımlar atılmasına ehtiyac vardır. 

Robert Koçaryan:  Mənim fikrimcə, bölgədə sülhün, əmin-

amanlığın, təhlükəsizliyin təmin olunması üçün bir çox 

məsələlərin həllinə konstruktiv mövqedən yanaşılmalı, hər bir 

ölkənin marağı nəzərə alınmalıdır. 

 

  

 



 

 

 




__________________________________________ 

281


MOSKVA ZİRVƏ GÖRÜŞÜNÜN YEKUNLARINA  

DAİR MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ  

BİRGƏ MƏTBUAT KONFRANSI 

 

Kreml sarayı, Aleksandr salonu  

 

25 yanvar 2000-ci il 

 

S u a l (Ukrayna); Cənab prezidentlər, siz aparılmış 



danışıqlarla  əlaqədər sammitin yekunlarını  və Müstəqil 

Dövlətlər Birliyinin perspektivlərini necə 

qiymətləndirirsiniz? 

Leonid Kuçma  (Ukrayna prezidenti):  Əvvəla, biz -bütün 

prezidentlər yekdil fikirdə olaraq, Boris Nikolayeviç Yeltsinə 

Rusiya Federasiyası prezidenti vəzifəsində, başlıcası isə MDB-

nin rəhbəri vəzifəsində gördüyü çox boyük işə görə  təşəkkür 

etdik. 

O ki qaldı bugünkü iclasa, mənə elə  gəlir ki, burada iştirak 



edən prezidentlərin hər biri evə bu günə qədər olduğundan xeyli 

yaxşı əhval-ruhiyyə ilə qayıdacaqdır. Tam açıqlığı ilə bəyan edə 

bilərəm ki, bugünkü sammitin iştirakçıları arasında dialoq 

əslində ilk dəfə olaraq ən konstruktiv, ən aşkar zəmində keçdi və 

bu sammitdən sonra bizdə inam yarandı ki, MDB-nin gələcəyi 

var. Sağ olun. 



Petru Luçinski  (Moldova prezidenti): Sizin narahatlığınızı 

başa düşürük. İnanın, biz daha çox narahatlıq keçirir və istəyirik 

ki, MDB indikindən daha yaxşı işləsin. Lakin birlik əslində yeni 

bir qurumdur və biz hamımız hər bir ölkənin mənəfelərini 

ümumi mənəfelərlə bir növ birləşdirməyin yollarını axtarırıq. 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə