Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə79/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   75   76   77   78   79   80   81   82   ...   145

__________________________________________ 

271


ya» böyük uğur qazanmışdır, təbrik edirəm. Bir sözlə, siz artıq 

çoxsahəli fəaliyyət göstərirsiniz və  hər yerdə  uğurlarınız var. 

Sizi ürəkdən təbrik edirəm və  şəxsən sizə cansağlığı 

arzulayıram, Moskvalılara isə xoş arzularımı bildirir, cansağlığı, 

firavanlıq diləyirəm. Həmişəki kimi, yenə  də Moskva ilə 

Azərbaycan arasında, Rusiya ilə Azərbaycan arasında daimi 

dostluğumuzu vurğulayıram. Təbii ki, Moskva ilə bizim xüsusi 

əlaqələrimiz var. 



Yuri    Lujkov: Biz bu əlaqələri qoruyub saxlamağa çalışırıq. 

 

* * * 



 

Görüş qurtardıqdan sonra jurnalistlərin suallarına Yuri 

Lujkovun cavabı. 

S u a l: Yuri Mixayloviç, görüşünüzdə  Şimali Qafqaz 

məsələsi müzakirə edildimi? 

C a v a b: Əvvəla, mən rəsmi dövlət xadimi deyiləm. Buna 

görə də bizim problemlərimiz, hətta deyərdim, humanitar səpgili 

problemlərimiz barədə qarşılıqlı məlumat verdik. Azərbaycanda 

çoxlu rus məktəbi var, onların sayı azalmayıb, biz bu 

məktəblərin dərsliklə  təmin olunmasına kömək edirik. Yeri 

gəlmişkən, rus məktəblərində çoxlu azərbaycanlı da oxuyur. 

Heydər  Əliyeviçlə sazişimizə  əsasən, burada, Moskvada 

azərbaycanlı  tələbələr təhsil alırlar. Qarşılıqlı ticarət-iqtisadi 

fəaliyyət həyata keçirilir. Bizə şərab materialları, tərəvəz, meyvə 

göndərilir, sənaye sahəsində əməkdaşlıq edirik. 

Biz Azərbaycandan - Nikitinin kəndindən birbaşa kənd 

təsərrüfatı məhsulları alırıq. Söz düşmüşkən, Azərbaycanda rus 

kəndləri var. Biz ərzaq müqabilində o kəndə texnologiyalar 

yaradılması  işində kömək göstəririk. Müxtəsəri, bizim 

Azərbaycanla intensiv, mehriban əlaqələrimiz var. 

Əlbəttə, biz hansısa qərarlar qəbul olunması baxımından 

deyil, Qafqazda vəziyyət barədə fikir mübadiləsi apardıq və 

  

 




__________________________________________ 

272


  

  

deyə bilərəm ki, Heydər  Əliyeviçin mövqeyi həmişəki kimi 



proqmatik, birləşdirici bir mövqedir. Əlbəttə, indi Şimali 

Qafqazda yaranan vəziyyətə Ermənistanla Azərbaycan arasında, 

Gürcüstanla onun daxilindəki Abxaziya arasında sülh 

proseslərinin nizama salınmaması da mane olur. Çeçenistan 

problemi hamını çox narahat edir. Bu, Rusiyanın problemi olsa 

da, əlbəttə, vəziyyətə təsir göstərir. 

Demək lazımdır ki, Dağıstanda yaranmış  vəziyyət də 

müzakirəmizin mövzusu oldu. Mən Heydər  Əliyeviçə 

Dağıstana göstərdiyimiz yardımdan danışdım. O da öz 

növbəsində bu respublikaya necə kömək etməsindən, 

Azərbaycanda təməlçiliyə, vəhhabiliyə  nə kimi münasibət 

olmasından söhbət açdı. Bütün bunları mən çox məntiqi və ağıllı 

hesab edirəm. Heydər Əliyeviç müdrik insandır. 

S u a l : Vaxtilə siz Çeçenistan ətrafında ancaq sanitariya 

xətti yaradılmasına tərəfdar olduğunuzu bildirirdiniz və 

oraya qoşun yeridilməsi... 

C a v a b:  Mən heç vaxt Çeçenistan ərazisinə qoşun 

yeridilməsinin tərafdarı olmamışam. Bunun qəti  əleyhinə 

olmuşam. Demək lazımdır ki, mənim təklifim tamam başqa 

nəticələr verərdi. Bu günədək edilənlər isə  məfum mənfi 

nəticələri verir. O vaxtlar mən deyirdim ki, biz terrorçularla 

mübarizə aparmalıyıq, terrorçuları  məhv etməliyik, biz 

Çeçenistan  ərazisinə daxil olmaqla isə onun xalqı ilə müharibə 

edəcəyik. Bunlar başqa-başqa şeylərdir. Məni eşitmədilər. 



S u a l: Bəs indi nə etməli? 

C a v a b:  Zənnimcə, indi bu qərarı  qəbul edənlər 

düşünməlidirlər. Bütün bunlar çox mürəkkəb məsələdir. Mən 

təklif etmişdim ki, Çeçenistanın Dağıstan və  İnquşetiya ilə 

sərhədləri boyunca sanitariya yaradılsın, Terek çayının sol sahili 

azad olunsun, - oralar əzəldən rus kəndləri, kazak diyarıdır, -

Rusiyanın Gürcüstanla Çeçenistan ərazisindən keçən sərhədinə 

nəzarət qoyulsun. Hava məkanı üzərində nəzarət təmin 



__________________________________________ 

273


edilsin.  Əminəm ki, artıq bundan sonra qısa müddət  ərzində 

Çeçenistanda hökmən üçüncü qüvvə meydana gələrdi - 

Məshədov yox, yaraqlılar yox, məhz üçüncü elə bir qüvvə ki, 

yaraqlılar problemini özü həll edərdi. Bəlkə  də Rusiyanın 

köməyi ilə həll edərdi, hər halda, bütün çeçen xalqını açıq-aşkar 

düşmən kimi Rusiya əleyhinə qaldırmazdı. Bu, kobud, böyük 

səhvdir. 

S u a l: Cənab Lujkov, Rusiyanın viza rejimi tətbiq etmək 

istəməsi məsələsində sizin mövqeyiniz necədir? 

C a v a b: Bunun qəti  əleyhinəyəm. Belovejsk sazişi Sovet 

İttifaqını dağıtdı.  İndi MDB-də  hər hansı viza rejiminin tətbiqi 

MDB-yə axırıncı  zərbə deməkdir. Bu əvvəllər ittifaq, indi isə 

birlik adlandırılan quruma axırıncı, çox sarsıdıcı  zərbədir. 

Şengen prinsipləri  əsasında ümumi xarici viza rejiminin 

tətbiqindən danışmaq olar - bu, normal haldır və bizim bir sıra 

dövlətlərlə sazişlərimiz var ki, məsələn, Rusiyada alınmış viza 

həmsərhəd dövlətlərə getməyə imkan verir. MDB-nin bəzi 

üzvləri bundan imtina edir və  əgər MDB-də yaşamayan 

əcnəbilərdən kimsə onların ölkəsinə Rusiya ərazisindən daxil 

olursa, ona hökmən viza rejimi tətbiq edirlər. Lakin bütün bunlar 

ikinci dərəcəli məsələlərdir. Bununla belə, ölkələrimizə daxil 

olmaq üçün ilkin vizaların tətbiqini Sovet İttifaqının 

dağılmasından sonra yol verilə biləcək çox böyük səhv sayıram. 

İnsani ünsiyyət azadlığı, gediş-gəliş azadlığı, vəhid mədəniyyət, 

dil məkanının qorunub saxlanması bizə  dərhal praktiki, ticarət-

iqtisadi məsələləri həll etməyə imkan verir. Axı düşünmək 

olmaz ki, ölkələrimiz arasında bütün ticarət yalnız dövlət xətti 

ilə başlanır. Alver, malların daşınması, qalan bu kimi məsələlər 

günümüzün gerçəkliyidir. Viza rejimi tətbiq edilərsə, onda bu 

gerçəkliyə son qoyulacaqdır. Xalq, adamlar bundan bir şey 

qazanmayacaqlar. 



S u a l: Guya ölkəmizin terrorçuları, yaraqlıları 

dəstəklədiyi barədə son vaxtlar Rusiyanın rəsmi kütləvi 

informasiya vəsi- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə