Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə71/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   67   68   69   70   71   72   73   74   ...   145

__________________________________________ 

242


rəm ki, siz hansı məqsədləri güdürsünüz - onu özünüz bilirsiniz. 

Amma sizin yanlış  məlumatlarınız, dezinformasiyanız heç vaxt 

bizim bu işlərin qarşısını ala bilməyəcəkdir. Çünki Xəzər 

dənizində neft ehtiyatları bizim hesablamalarımızdan da xeyli 

artıqdır. Qazaxıstan Bakı-Ceyhan neft kəmərinə qoşulubdur, 

onların da neft ehtiyatları olduqca çoxdur. Bakı-Tbilisi-Ceyhan 

neft kəməri mütləq tikiləcək, istifadəyə veriləcək və bizim 

ölkələrimiz üçün böyük faydalar gətirəcəkdir. 

Amerika-Azərbaycan Ticarət Palatasının fəaliyyəti haqqında 

verilən məlumat məni çox sevindirdi. Mən bu palatanın işini 

indiyə  qədər dəstəkləmişəm və  mənim bu fəaliyyətimə verilən 

bu yüksək qiymətə, bu məktuba görə  və bu hədiyyəyə görə  də 

çox təşəkkür edirəm. 

Palatanın sabah Azərbaycanda ofisinin açılması, hesab 

edirəm.  əlamətdar hadisədir. Azərbaycanın Baş naziri bu açılış 

mərasimində  iştirak edəcəkdir. Ticarət Palatasının indiyə  qədər 

gördüyü işlər və  gələcək planlar haqqında verilən məlumatlar 

məni çox sevindirir və eyni zamanda bu, Azərbaycanın 

bədxahlarına, ayrı-ayrı dairələrdə Azərbaycanda guya neft 

sektorundan başqa digər sahələrə  İnvestlsiyaların cəlb 

olunmaması haqqında fikirlər yürüdənlərə çox tutarlı cavabdır. 

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna cəlb olunan 

xarici investisiya, yəni xarici ölkələrin, o cümlədən Amerika 

Birləşmiş  Ştatlarının bu qeyri-neft sektoruna marağı günü-

gündən artır və  mən bu gün deyə bilərəm ki, 1999-cu ildə 

Azərbaycana gələn investisiyanın 60 faizi qeyri-neft sektoruna 

qoyulubdur. 40 faizi neft sektoruna gəlibdir. Təbiidir ki, burada 

Amerika Birləşmiş  Ştatlarının biznesinin də payı böyükdür. 

Ümid edirəm ki, Ticarət Palatasının burada ofisinin yaranması 

bir tərəfdən onu göstərir ki, burada böyük imkanlar vardır, ikinci 

tərəfdən də bizi ruhlandırır ki, demək, gələcəkdə daha da çox 

işlər görə biləcəyik. 

  

 

 



 


__________________________________________ 

243


Şübhə etmirəm ki, Amerika Birləşmiş  Ştatlarının bu özəl 

sektoru, biznesi bundan sonra Azərbaycana daha da çox maraq 

göstərəcək, gəlib burada daha da böyük işlər görəcək və bunlar 

da Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında iqtisadi 

əlaqələrin inkişafını təmin edəcəkdir. 

Beləliklə, siz müzakirə etdiyiniz məsələlər haqqında burada 

verdiyiniz məlumatlarla  əlaqədər mən öz fikirlərimi və 

təkliflərimi sizə çatdırdım. Güman edirəm, bu, sizin işinizə 

müəyyən qədər yardım edə bilər. Çox sağ olun. 

 

  




__________________________________________ 

244


«20 YANVAR FONDU»NUN SƏDRİ NƏSİB  

AZƏR (ƏLƏKBƏROV), «20 YANVAR  

CƏMİYYƏTİ»NİN SƏDRİ FƏRMAN  

MƏMMƏDOV, ŞƏHİD VALİDEYNLƏRİ İSMAYIL  

QASIMOV VƏ MÜZƏFFƏR SALAHOVLA  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

20 yanvar 2000-ci il 

 

Heydər Əliyev: Salam, xoş gördük sizi. Mənə məlumdur ki, 

20 Yanvar ilə bağlı iki təşkilat var. Bu təşkilatların sədrləri 

kimlərdir? 



N ə s i b A z ə r: «20 Yanvar Fondu»nun sədri mənəm, «20 

Yanvar Cəmiyyəti»nin sədri isə Fərman Məmmədovdur. 



Heydər  Əliyev: Bir-birinizlə  əlaqədə  işləyirsinizmi, 

ziddiyyət yoxdur ki? 



N ə s i b  A z ə r: Yoxdur, bir-birimizə kömək edirik. 

Heydər  Əliyev: Olmasın, gərək olmasın. Çünki bu, 

müqəddəs işdir. Bilirsiniz, mənim təşəbbüsümlə 1994-cü ildə 20 

Yanvar hadisələrinə geniş qiymət verildi. Milli Məclis nə qədər 

müzakirələr apardı və 1994-cü ilin mart ayında böyük bir qərar 

qəbul olundu, Ondan sonra mən 20 Yanvar şəhidləri yolunda nə 

qədər tədbirlər gördüm. Baxın, qəbirlər nə  vəziyyətdə idi, indi 

nə  vəziyyətdədir. Ondan sonra orada «Əbədi məşəl» abidəsi 

kompleksini yaratdıq. Dünən mən Respublika Sarayında dedim, 

- yəqin siz orada idiniz, - indi ora bizim ən müqəddəs 

yerimizdir. İnam yeridir, inanc yeridir, and yeridir. Ona görə 20 

Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma 

eyni zamanda 20 Yanvar 

  

 



__________________________________________ 

245


Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə 

qalxmasının  əyani nümayişidir. Biz bir tərəfdən qəm-qüssə 

çəkirik. Ona görə  mən dünən Respublika Sarayında olarkən, - 

baxmayaraq ki, bütün o sənədlərin hamısını bilirəm, 20 Yanvar 

hadisələrinin sabahısı günü mən Moskvada xəstə olaraq gedib 

öz möqeyimi bildirdim, sonralar bu barədə  nə  qədər çıxışlar 

etmişəm, sözlər demişəm, - o gecə  mənə çox təsir etdi. 

Həddindən artıq təsir etdi. Siz yəqin orada hiss etdiniz, - çox 

həyəcanlı idim. 

N  ə s i b A z ə r: Şəhid ailələrinin nümayəndələri mənə 

dedilər bu gün Sizə çatdırım ki, birinci növbədə Sizin 

sağlamlığınız, səhhətiniz nə qədər yaxşı olsa, xalqımız üçün bir 

o qədər yaxşıdır. Siz Azərbaycan torpağında o qədər iz 

qoymusunuz ki, sayı-hesabı yoxdur. Bunları tarixdən heç kim 

silə bilməz. Sizin dostlarınız da, düşmənləriniz də var, 

düşmənlər də etiraf etməli olacaq ki, xalqımızın qarşısında Sizin 

əməyiniz nədən ibarətdir. Bunu heç kim inkar edə bilməz. 

Ona görə  də xalqımız Sizin haqqınızda iftixarla danışır. 

Baldızım Gəncədə  uşaq bağçasında işləyir. Keçmiş prezident 

seçkiləri zamanı o, Sizin namizədliyinizi vermişdi ki, Heydər 

Əliyev prezident seçilməlidir. O vaxt ona izah etmək istəyirdilər 

ki, sən savədlı adamsan, bilirsən ki, yaş senzi var. Cavabında 

demişdi ki, onun adını siyahıya salın, xalq bildirsin ki, ona 

münasibəti necədir. Bir-iki aydan sonra çağırıb danlamışdılar. 

Demək, xalqın Sizə olan məhəbbəti elə-belə deyildir, Siz burada 

xalqın məhəbbəti sayəsində oturmusunuz. 

Heydər  Əliyev: Tamamilə düz deyirsən.  Əgər xalqın mənə 

inamı, məhəbbəti, xalqın mənə dəstəyi olmasaydı, 1993-cü ildə 

buraya gəlməzdim və  təbiidir ki, bu neçə ili də burada 

oturmazdım. 

Nəsib Azər: Mənim bir yaralı yerim var,o da Şəhidlər 

xiyabanıdır. Siz orada böyük iş görmüsünüz, o abidəni 

yaratmaqla özünüzə heykəl qoymusunuz. 1990-cı ildə o 

xiyabanı 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə