Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə68/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   64   65   66   67   68   69   70   71   ...   145

__________________________________________ 

233


Xəzər regionu barədə  şəxsi fikirlərini, görüşlərini çatdırırsınız, 

amma bilmək istərdik ki, cənab Bill Klintonun prezidentlik 

müddəti başa çatdıqdan sonra Amerika hökumətinin bu region 

üçün həmin siyasəti davam etdiriləcəkmi? 

Mən bunu dəfələrlə bəyan etmişəm və indi də bildirirəm: biz 

hesab edirik ki, bu siyasət regionda mövcud olan zəngin enerji 

ehtiyatlarının səmərəli istismarına və regional iqtisadi 

əməkdaşlığın inkişafına xidmət etdiyi üçün Amerikanın geniş 

siyasi dairələrinin dəstəyinə layiqdir. Bu iş gələcəkdə də davam 

etdiriləcəkdir. Mən hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan  əsas 

ixrac boru kəməri və  həmçinin Transxəzər qaz kəməri 

müvəffəqiyyətlə  çəkilib başa çatdırılacaqdır. Bu regionun 

dostları kimi, biz bu bölgədən çoxşaxəli boru kəmərlərinin 

çəkilməsi işini bundan sonra da davam etdirəcəyik ki, həmin 

kəmərlər regionun iqtisadi inkişafına və çiçəklənməsinə kömək 

göstərsin, bölgəyə sabitlik və təhlükəsizlik gətirsin. 

Cənab prezident, bütün bu işlərin irəli aparılmasına 

göstərdiyiniz  şəxsi dəstəyə görə  mən Sizə öz təşəkkürlərimi 

bildirmək istəyirəm. Sağ olun. 

Kenni Houzi: Cənab prezident, Amerika Ticarət Palatasının 

bu gün və sabah keçirəcəyi tədbirlər üçün yaratdığmız şəraitdən 

biz çox məmnunuq. 

Səfir Eskudero çox doğru dedi - bu, Amerika Birləşmiş 

Ştatlarının regionda yerləşən ticarət palatalarının ilk Bakı 

görüşüdür. Qafqazda, Mərkəzi Asiyada yerləşən ticarət 

palatalarımızın təmsilçiləri bizim bu gorüşümüzdə  iştirak 

edəcəklər. 

Bizim Bakı görüşümüzün  əsas amalı Amerikanın ayrı-ayrı 

ticarət palatalarında olan təcrübəni bölüşmək, fikir mübadiləsi 

aparmaq və Amerikanın kommersiya, iqtisadi maraqlarının bu 

regionda daha dərin kök atması üçün əlavə  işlər görməkdən 

ibarətdir. 

Amerika Ticarət Palatası ayrı-ayrı sektorları  əhatə edən 

biznes dairələrinin təmsilçilərindən ibarət bir təşkilatdır. Bi- 

  



__________________________________________ 

234


 

zim təşkilatımız çərçivəsində  fəaliyyət göstərən  şirkətlər 

Azərbaycanın müxtəlif sektorlarına sərmayə qoyan şirkətlərdir. 

Biz Amerika ilə Azərbaycan arasında iqtisadi münasibətlərin 

inkişaf etdirilməsi və Azərbaycana  əlavə  sərmayələrin cəlb 

olunması  işinə yardımçı olmağa çalışırıq. Digər bölgələrdə 

fəaliyyəl göstərən Amerika ticarət palataları da eyni tipli 

missiyanı həyata keçirirlər. 

Bizim Azərbaycanda fəaliyyətimiz çox uğurla davam edir. 

Bunun  ən  əsas səbəbi odur ki, biz Azərbaycanın hökumət 

dairələri ilə, cənab prezident, şəxsən Sizinlə çox güclü işgüzar 

münasibətlər yaratmağa nail olmuşuq. Ona görə  də bizim 

fəaliyyətimizin həyata keçirilməsinə Sizdən hər cür dəstək 

alırıq. 


Bu yaxınlarda biz Azərbaycan Dövlət Baş Vergi Müfəttişliyi 

və Dövlət Gömrük Komitəsi ilə birgə çox uğurlu işçi qrupları 

yaratmışıq. Hər iki təşkilatın sədrləri bizə çox yaxşı münasibət 

bəsləyirlər. Onlar Azərbaycanda bizimlə  bərabər çalışmaq, 

respublikamızdakı  çətinliklərimizin aradan qaldırılmasına 

yardım etmək üçün bizə hər cür kömək göstəriblər. 

Biz ümidvarıq ki, Azərbaycanın dövlət strukturları ilə 

münasibətlərimizi,  əlaqələrimizi daha da genişləndirəcəyik. Bir 

daha qeyd edirəm, əsas məqsədimiz Azərbaycana əlavə Amerika 

sərmayələrinin gəlməsinə kömək göstərməkdir. 

Cənab prezident, mən indicə Amerika Birləşmiş  Ştatlarının 

Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrinə Azərbaycan 

hökumətinin və  şəxsən Sizin verdiyiniz dəstəkdən danışdım. 

İcazənizla, bizə verdiyiniz bu dəstəyi, yardımı yüksək 

qiymətləndirdiyimizin nümunəsi kimi Sizə balaca bir 

hədiyyəmizi - lövhəni təqdim edim. 

Cənab prezident, əvvəlcə mən Amerika Ticarət Palatasına və 

işgüzar dairələrinə göstərdiyiniz dəstəyə görə Amerika 

Birləşmiş Ştatları Ticarət Palataları Baş Qərargahının göndərdiyi 

təşəkkür məktubunu Sizə təqdim etmək istəyirəm. 

  



__________________________________________ 

235


İkincisi isə, mən bu lövhəni Sizə təqdim etmək istəyirəm. Bu 

lövhə  şəxsən Sizin tərəfinizdən Amerika Ticarət Palatasının 

Azərbaycandakı fəaliyyətinə verilən dəstəyə minnətdarlığı ifadə 

edir. 


Cənab prezident, bizə göstərdiyiniz dəstəyə görə Sizə bir 

daha təşəkkür edirik, bunu çox yüksək qiymətləndiririk. 

Ümidvarıq ki, bu dəstəyinizi bizdən  əsirgəməyəcəksiniz. Sağ 

olun. 


Heydər  Əliyev:  Səmimi sözlərə görə Sizə  təşəkkürümü 

bildirirəm. 

Hörmətli səfirlər! 

Hörmətli xanımlar və cənablar! 

Mən sizi çox diqqətlə və maraqla dinlədim. Sizin verdiyiniz 

məlumatlar məndə böyük məmnuniyyət hissi doğurur. 

Səfir cənab Eskuderonun burada müzakirə olunan məsələlər 

haqqında qısaca məlumat, təbiidir ki, bizi sevindirir. Çünki bu, 

Amerika Birləşmiş  Ştatlarının Qafqaza, Xəzər regionuna, Orta 

Asiyaya və bizim ətrafımızda olan ölkələrə diqqətinin artmasını 

göstərir. Biz bunu alqışlayırıq. Hesab edirik ki, bu münasibət 

əməli işlərlə öz təzahürünü tapmalıdır və ardıcıl olmalıdır. 

Biz Amerika Birləşmiş  Ştatları ilə bütün sahələrdə 

münasibətlərimizə geniş  mənəda xüsusi əhəmiyyət veririk. 

Amerika Birləşmiş Ştatlarına etdiyim rəsmi səfər zamanı - 1997-

ci il avqustun 1-də  Ağ evdə prezident cənab Bill Klinton ilə 

mənim imzaladığımız birgə  bəyanatda Azərbaycan-Amerika 

Birləşmiş  Ştatları  əməkdaşlığının  əhəmiyyəti və onun 

səviyyəsinin qaldırılması öz əksini tapmışdır. Biz bu birgə 

bəyanatda öz üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl 

surətdə  həyata keçiririk və onun daha da inkişaf etməsinə 

çalışırıq. 

Amerika Birləşmiş  Ştatlarının Azərbaycana, bütün Qafqaza, 

xüsusən Cənubi Qafqaza, Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və 

bu  ətrafda olan ölkələrə marağının artması  və iqtisadi 

əməkdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ar- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə