Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə65/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   61   62   63   64   65   66   67   68   ...   145

__________________________________________ 

224


  

lərini xalqın, millətin mənəfelərindən qat-qat üstün tutdular. 

Bunlar hamısı tarixin həqiqətləridir. 

Ancaq bu gün biz fəxr edə bilərik ki, xalqımız, yenə  də 

deyirəm, mərdlik və şücaət göstərdi. 

O kinokadrlarda şəhidlərin dəfn mərasiminə baxanda insan 

həyəcansız ola bilməz. Mənə belə  gəlir ki, - hər halda, tarix 

hamımıza məlumdur, - Azərbaycanda bu qədər izdihamlı və bu 

qədər təsirli dəfn mərasimi heç vaxt olmamışdı. Həmin o vaxt 

Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də yüksək 

qiymətə layiqdir- həm onun Qorbaçovə göndərdiyi müraciət

həm bu məsələyə münasibəti, yəni bu cinayəti edənlərin 

hamısına nifrəti, həm də ki, dəfn mərasimini  əlinə alıb həyata 

keçirməsi. Necə deyərlər, Azərbaycanın bütün hakimiyyətinə 

rəhbərlik edən adamlar kənarda qaldılar. İndi görün, bundan da 

böyük mənəvi günah, bəlkə də mənəvi xəyanət ola bilməz. 

Amma xalq heç bir şeydən qorxmadı. Xalq qorxmadı ki, yenə 

də o tanklar gəlib onları qıra bilər. Azadlıq meydanında, bütün 

küçələrdə, ta Dağüstü parka qədər böyük izdiham var idi. 

Mən o vaxt Azərbaycanda deyildim. Mən öz münasibətimi 

dərhal bildirdim. Bilməlisiniz ki, mən o vaxtlar xəstə idim. 

Xəstə olaraq bir müddət xəstəxanada, bir müddət isə 

reabilitasiya üçün Moskvadan kənar bir sanatoriyada idim. Buna 

baxmayaraq, mən öz övladlarımla gəlib münasibətimi bildirdim. 

Mən başqa heç bir şey edə bilməzdim və mən bu gün təşəkkür 

edirəm o Azərbaycan vətəndaşlarına, o şəxslərə ki, o şəhidlərin 

qəbirlərinin yerini çox düzgün seçiblər və onları Dağüstü parkda 

basdırıblar. Çünki burada da müəyyən qədər keçmiş  xəyanətə 

qarşı öz münasibətlərini bildiriblər. 

1918-ci ildə ermənilərin törətdiyi qırğınlar nəticəsində orada 

qəbiristanlıq salınmış, insanlar basdırılmışdılar. 1930-cu illərdə 

ora dağıdılmış, Dağüstü park düzəldilmiş  və orada Kirovun 

heykəli qoyulmuşdu. Tarixin həqiqəti bundan iba- 

  



__________________________________________ 

225


rətdir ki, həmin vaxt o qəbirlərə qarşı edilmiş xəyanət indi üzə 

çıxdı və orada şəhidlər yenidən dəfn olundu. 

Mən öz borcumu yerinə yetirərək, bu hadisə baş verəndən - 

1990-cı ilin 21 yanvarından indiyə qədər bu hadisənin tam açılıb 

aşkar olması üçün çalışmışam və çalışıram, çalışacağam da. 

Günahkarların məsuliyyətə  cəlb olunması üçün çalışacağam və 

heç kəs xalqın qarşısında etdiyi cinayətdən qaça bilməyəcəkdir. 

Əgər cismani də qaça bilsə, tarix qarşısında cinayətkar kimi 

qalacaqdır. 

Şəhidlər xiyabanında onların qəbirlərinin yanında həmin o 

«əbədi məşəl» abidəsinin yaranması da mənim ürəyimdə olan 

bir arzu idi. Bu da Azərbaycanın prezidenti kimi, mənim borcum 

idi. Bu gün bu borcumu da yerinə yetirdiyimə görə özümə 

müəyyən qədər təskinlik verirəm və ora həqiqətən, burada 

deyildiyi kimi, xalqın and yeri, inam yeri olubdur, ən mötəbər 

ziyarətgahdır. Artıq bir neçə gündür ki, biz müşahidə edirik - 

insanlar öz ürəyinin tələbi ilə  əllərində gül gedib o qəbirləri 

ziyarət edirlər, «Əbədi məşəlin qarşısında baş əyirlər, qəbirlərin 

qarşısında baş  əyirlər. Mən inanıram ki, bundan sonra da ora 

bizim gənclərimizin daim and yeri olacaqdır. Millətinə  sədaqət 

andı, xalqına sədaqət andı, torpağına, vətəninə sədaqət andı yeri 

olacaqdır. Eyni zamanda, gənclərimizin, ailə quran 

gənclərimizin bir-birinə sədaqət andı yeri olacaqdır. 

Faciə eyni zamanda, ölkəmizdə böyük proseslərin həyata 

keçirilməsinə  təkan verdi. Azərbaycan öz dövlət müstəqilliyini 

əldə etdi. Artıq doqquzuncu ildir ki, Azərbaycan xalqı öz 

müstəqil dövlətində yaşayır. 

Yaşayışımızda çətinliklər, problemlər az deyildir. Hamımızı 

incidən, ürəyimizi ağrıdan problem torpaqlarımızın Ermənistan 

silahlı qüvvələri tərəfindən işğal olunması və o torpaqlardan bir 

milyondan artıq vətəndaşımızın zorla köşürülməsidir, onların 

çadırda yaşamasıdır. Başqa problemlər 

  

 



__________________________________________ 

226


də var. Amma bu ağır, çətin dövrü biz keçirik və keçəcəyik. 

İşğal olunmuş torpaqlar azad ediləcək, vətəndaşlarımız öz 

yerinə, yurduna qayıdacaq, Azərbaycanın suverenliyi təmin 

olunacaqdır, Çünki Azərbaycan indi müstəqil dövlətdir və heç 

bir dövlətin Azərbaycana təcavüz etməyə artıq hüquqi əsası 

yoxdur. 


Bizim şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın 

istiqlalıyyətidir, müstəqil Azərbaycandır, hüquqi, demokratik, 

dünyəvi Azərbaycan dövlətidir və indi Azərbaycanda gedən 

müsbət proseslərdir. Bütün şəhidlərimiz, təkcə yanvar şəhidləri 

yox, vətən, torpaq uğrunda döyüşlərdə  şəhid olan övladlarımız 

da rahat yatsınlar. Çünki artıq onların istəkləri, arzuları yerinə 

yetirilibdir - Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir. 

Mən bu gün şəhidlərin xatirəsi qarşısında, ruhu qarşısında 

and içirəm ki, biz heç vaxt Azərbaycanın müstəqilliyini 

əlimizdən verməyəcəyik, heç vaxt hansısa bir dövlətə  vəssal 

olmayacağıq. Azarbaycanın dövlət müstəqilliyi bütün 

çətinliklərə baxmayaraq, bizə göstərilən bütün təzyiqlərə 

baxmayaraq yaşayacaq və inkişaf edəcəkdir. Müstəqil, 

demokratik Azərbaycan, hüquqi, dünyəvi Azərbaycan dövləti 

şəhidlərimiz üçün böyük abidə olacaqdır. 

Mən bu matəm gecəsini hazırlayanlara və burada ürək 

sözlərini deyənlərə bir daha təşəkkür edirəm. Allahdan bütün 

şəhidlərə rəhmət diləyirəm. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə