__________________________________________
190
QVATEMALA RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ALVARO ARZUYA
Hörmətli cənab prezident!
Qvətemala Respublikasının yenidən prezidenti seçilməyiniz
münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Qvətemala arasında təşəkkül tapan dostluq
münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki,
Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə
daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qvatemala
xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2000-ci il
__________________________________________
191
NEFTÇİ-GEOLOQ XOŞBƏXT YUSİFZADƏYƏ
Hörmətli Xoşbəxt Yusifzadə!
Sizi - Azərbaycanın neft və qaz sənayesinin inkişafında
böyük xidmətləri olan tanınmış alim və geoloqu 70 illik
yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və
işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi
tanınırsınız. Xəzər dənizində geniş miqyaslı axtarış-kəşfiyyat
işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz
xüsusilə böyükdür. «Bahar». «Azəri», «Çıraq», «Kəpəz» və
başqa neft-qaz-kondensat yataqlarının kəşfi bilavəsitə
rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.
Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin
həllinə yönəldilmiş elmi yaradıcılığınız Azarbaycan dəniz neft
və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb
həyata keçirilməsi, Xəzər dənizinin dərin səhələrində yerləşən
neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların
tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının
açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat
yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə
gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani
nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması
ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq öz dəqiqliyi və
mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında
nüfuzunuzu daha da artırmışdır.
Görkəmli neftçi alim və peşəkar mütəxəssis kimi topladığınız
böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti
vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da
zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft
strate-
__________________________________________
192
giyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft
şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində siz
böyük əzmkarlıq göstərirsiniz.
Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif
orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc
nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma
Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının
yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi
və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək
və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər
qazanacaqsınız.
Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2000-ci il
__________________________________________
193
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
AZƏRBAYCANDAKI SƏFİRİ
STENLİ ESKUDERO İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Prezident sarayı
13 yanvar 2000-ci il
Heydər Əliyev: Cənab səfir, Sizi səmimi-qəlbdən
salamlayıram.
Stenli Eskudero: Cənab prezident, təşəkkür edirəm, mən çox
yaxşıyam. Bu gün çox gözəl hava vardır. Demək istəyirəm ki,
qış fəslində Bakının öz gözəlliyi olur və bugünkü hava mənə
xüsusi ləzzət veribdir.
H e y d ə r Ə l i y e v: Bu gün doğrudan da hava gözəldir.
Səhər tezdən 30 dəqiqə açıq havada gəzdim. Çox gözəl hava var
idi.
Stenli Eskudero: Bəli, mən də bu gün səhər öz balaca
bağımda gəzmişəm və idmanla məşğul olmuşam. Bu gün siz də
çox gözəl görünürsünüz. Yəqin nə iş görmüsünüzsə, siz çox belə
şən əhval-ruhiyyədə görünürsünüz.
Heydər Əliyev: Elədir. Mən gərək həmişə belə əhval-
ruhiyyədə olam. Belə olmasam işləmək mümkün deyildir. İş nə
qədər ağır olsa da, nə qədər çətin olsa da gərək yaxşı əhval-
ruhiyyədə olasan, nikbin olasan ki, bütün bu çətin işlərin
öhdəsindən gələ biləsən.
Stenli Eskudero: Həm də hərdən çox incə yumor hissinin
olması da köməyə gəlir.
Heydər Əliyev: Bəli, o da lazımdır.
__________________________________________
194
Stenli Eskudero: Cənab prezident, ümidvaram ki, bu gün
mənim verəcəyim xəbər sizin yaxşı əhval-ruhiyyənizin davam
etməsinə yardımçı olacaqdır. Gələn həftə Bakıda bu regionda
təmsil olunan Amerika səfirlərinin və həmçinin Vəşinqtonu
təmsil edən bir sıra səfirlərin birgə görüşü keçiriləcəkdir.
Möhtərəm prezident, gələn həftə Amerika Birləşmiş
Ştatlarının Gürcüstandakı, Ermənistandakı, Türkiyədəki,
Qazaxıstandakı
və Türkmənistandakı
səfirləri, bizim
Moskvadakı səfirliyimizin nümayəndələri, elecə də səfirlər Vulf
və Teylor Azərbaycanda olacaqlar. Bildiyiniz kimi, səfir Vulf
Klintonun Xəzər regionu üzrə nümayəndəsidir, o cümlədən boru
kəmərləri barədə danışıqlar üzrə prezident Klintonun şəxsi
təmsilçisidir. Cənab səfir Uilyam Teylor yeni müstəqillik
qazanmış dövlətlərə Amerika Birləşmiş Ştatlarından göstərilən
yardımlar üzrə əlaqələndiricidir. Gələn həftə olacaq görüşə
cənab Ross Vilson da qatılacaqdır. Cənab Ross Vilson cənab
Sestanoviçin birinci müavinidir. Bu nümayəndə heyətində
Amerika Birləşmiş Ştatlarının müxtəlif dövlət orqanlarını təmsil
edən 45-50-yə yaxın insan buradakı görüşdə iştirak edəcəkdir.
Azərbaycanın Xəzər regionunun və Qafqaz bölgəsinin
gələcək inkişafında mərkəz olduğunu, önəmli rol oynadığını
nəzərə alaraq hesab edirik ki, gələn həftə bizim geniş tərkibli
nümayəndə heyətimiz Amerika Birləşmiş Ştatlarının Xəzər
regionuna dair siyasi, hərbi və digər strategiyalarının və
siyasətlərinin daha düzgün müəyyənləşdirilməsi üçün fikir
mübadiləsi aparılmasında yardımçı olacaqdır. İqtisadi və
kommersiya layihələrini və maraqlarımızı nəzərə alaraq,
Amerika dövlətinin bu regionda yerləşən, ayrı-ayrı dövlətlərdə
təmsil olunmuş ticarət palatalarının prezidentləri də həmin
müddətdə Bakıya toplaşacaqlar. Bu müddət ərzində biz
regiondakı iqtisadi maraqlarımızı müzakirə etməklə bərabər,
həmçinin
Dostları ilə paylaş: |