Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə232/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   228   229   230   231   232   233   234   235   ...   256

476 

 

bildirdi ki, yaxın vaxtlarda o, "Güzaltının işi" ilə bağlı geniş açıqlama ilə  çıxış 



edəcəkdir. 

Sovetlərlə Türkiyə arasında 1949-cu ilin yayında ciddi mübahisələrdən biri də 

təyyarəçi V.Bortla bağlı olan məsələ idi. V.Bort Krımdan qaçaraq Sinopda yerə 

enmiş  və Türkiyə hakimiyyət dairələrindən sığınacaq istəmişdi. V.Bort öz 

hərəkətini Sovet hökumətinin zülmündən qaçması ilə izah edir, Rusiyada aclığın 

və insanlar üzərində zorakılığın hökm sürdüyünü bildirirdi. 

V.Bortla bağlı  məsələ  ÜİK(b)P MK-nın Siyasi Bürosunda müzakirə edilmiş, 

Xarici İşlər Nazirliyinin təqdimatına əsasən onun cinayət törətmiş cani kimi Sovet 

sərhəd orqanlarına təhvil verilməsi haqqında Türkiyəyə  təqdim edilən notanın 

mətni Siyasi Büroda təsdiq edilmişdi (51). 

Türkiyənin ABŞ  və  Qərb ölkələri ilə  əlaqələrinin genişlənməsi ilə bağlı 

Ankaradakı Sovet səfirliyi 1949-cu ilin iyul ayında "Türkiyədə dini irticanın 

güclənməsi haqqında" 31 səhifəlik gizli arayış hazırlayıb SSRİ Xarici İşlər 

Nazirliyinə göndərmişdi.  Orada göstərilirdi ki, ölkənin Amerika imperializminin 

təsirinə düşməsindən sonra Türkiyənin daxili həyatında irtica dini zəmində, 

diqqəti cəlb edəcək formada güclənmişdir. Bir sıra müsəlman ölkələrində olduğu 

kimi Türkiyədə  də dini partiya mövcud deyildir və müsəlman dininin 

nümayəndələri mitinqlər keçirmirlər. Onlar xüsusi hay-küy salmadan ölkənin 

daxili və xarici siyasət maraqlarına  uyğun  olaraq öz siyasətlərini  ardıcıl həyata 

keçirirlər. Məsələni daha ətraflı izah etməkdən ötrü arayışda 1923-cü ilin 29 

oktyabrından, yəni respublika elan edildikdən sonra Türkiyədə dinin vəziyyəti 

təhlil edilirdi. Orada qeyd olunurdu ki, Atatürk islahatları  nəticəsində müsəlman 

ruhaniliyi Sultan Türkiyəsi dövründə ölkənin nəinki dini həyatında, eləcə də daxili 

və xarici siyasətindəki mühüm rolunu itirmişdir. Sənədin müəllifi N.Knyazkov 

yazırdı: "Xəlifəliyin ləğvi,  şəriət nazirliyinin bağlanması, dini məktələbrin və 

vəqflərin ləğv edilməsi, hər cür dərviş  təriqətlərinin qadağan edilməsi, dünyəvi 

məhkəmənin, Avropa geyiminin tətbiqi, latın  əlifbasının yaradılması,  ən nəhayət 

məktəbklərdə dini  dərslərin  keçilməsinin  qadağan  edilməsi  ölkədə  dinin 

təsirini əhəmiyyətli dərəcədə azaltmışdır. Arayışda göstərilirdi ki, 1928-ci il aprel 

ayının 9-da dinin dövlətdən ayrılması haqqında qanunun Böyük Millət Məclisində 

yekdilliklə  qəbul edilməsi, 1931-ci ildə Xalq Cümhuriyyətçi partiyasının 

qurultayında qəbul edilən  əsas 6 prinsipdən beşincisinin dünyəvilik olması, 

İstanbul Universitetində ilahiyyət fakültəsinin bağlanması  və digər tədbirlər 

Türkiyədə dünyəvi dövlət quruculuğunu tamamlamışdır. Lakin müəllif göstərirdi 

ki, 1946-cı ildə çoxpartiyalı sistemə keçdikdən sonra müxtəlif müxalifət 

partiyalarının dindən öz məqsədləri üçün istifadə etmək cəhdləri müşahidə edilsə 

də, hökumət bunun qabağını almışdır.  1947-ci  ilin noyabr-dekabr aylarında Xalq 

Cümhuriyyətçi 

 

  



477 

 

partiyanın yeddinci qurultayında da dinə münasibətlə bağlı məsələlərin müzakirə 



edildiyi, Həmdullah Sübhü Tanriover, Sinan Tekelioğlu və digərlərinin çıxış edib 

"millətin dinsiz mövcud ola bilməməsi" haqqında tezisi müdafiə etdikləri arayışda 

xatırlanırdı və bu müzakirələr nəticəsində 1948-ci ilin fevral ayında məktəblərdə 

dini dərslərin keçilməsinin məqsədəuyğun olması haqqında Məclisdə qərar qəbul 

olunduğu bildirilirdi (52). Bir sıra mətbuat orqanları məktəblərdə dini tədrisə icazə 

verilməsini Baş nazir Ş.Günaltayın özünün Türkiyədə ilahiyyət üzrə tanınmış 

professorlardan biri olması, islamın tarixi və nəzəriyyəsi ilə bağlı bir sıra mühüm 

əsərlər yazması ilə əlaqələndirirdilər. 

Sovet səfirliyinin arayışında müxalifət partiyalarının, ilk növbədə DP-nin dinə 

münasibətindən də geniş  bəhs edilirdi. Orada göstərilirdi ki, DP 1949-cu ilin 

martında Samsunda yaydığı  vərəqədə  əhalini kommunizmə qarşı mübarizəyə 

səsləyirdi və deyirdi: "Kommunizm allahı, dini, müqəddəsliyi, milləti və 

mülkiyyəti tanımır. Nə qədər ki, dünya mövcuddur, türk milləti öz allahı, vətəni, 

azadlığı  və müstəqilliyi ilə bir olacaqdır". 1949-cu ilin aprelində DP-nin Bursa 

konfransında bir sıra nümayəndələr hətta dünyəvilik prinsipinin DP-nin 

proqramından çıxarılmasını  təklif etmişdi. Müdaniyadan olan nümayəndə 

Hacıoğlu öz çıxışında qeyd etmişdi ki, "hansı ölkədə din yoxdur, orada qanun və 

ənənə də yoxdur. Həmin ölkə  məhvə  məhkumdur". Lakin konfransda çıxış edən 

C.Bayar bildirmişdi: "Biz razı ola bilmərik ki, Türkiyə yenidən şəriət qaydalarına 

qayıtsın" O, məsələni belə qoyurdu ki, "Biz əvvəlcə türkük, sonra müsəlmanıq". 

Türkiyənin bu dövr siyasi mühitində din amilinin gündəmə  çıxması 

səbələlərini sırf ideoloji mövqedən  əsaslandıran və bunu birmənalı  şəkildə dini 

irticanın güclənməsi kimi səciyyələndirən Sovet səfirliyi bu prosesi eyni zamanda 

1948-1949-cu illərdə dini işlər üzrə idarəyə ayrılan büdcə vəsaitinin artırılması ilə 

izah edirdi. Belə ki, 1948-ci ildə bu idarəyə 2.800.102 min, 1949-cu ildə isə 

2.859.213 min türk lirəsi ayrıldığı, bu vəsaitin 1949-cu ildə büdcəsi 1.750.900 min 

türk lirəsi olan Əmək Nazirliyinə ayrılan vəsaitdən xeyli çox olduğu qeyd edilirdi. 

Maraqlıdır ki, Ş.Günaltay hökuməti bu prosesə tamam əks mövqedən yanaşır, 

ölkədə dini təməyyüllərin güclənməsini kommunizmin Türkiyəyə basqısı ilə 

əsaslandırırdı. Baş nazir "Tan" qəzetinin redaktoru ilə müsahibədə Türkiyədə 

dinin güclənməsini ilk növbədə Sovet Azərbaycanı ilə əlaqələndirirdi. O, deyirdi: 

"Dinə söykənən pozucu təbliğat ilk növbədə xaricdən gəlir.  Ərzurumda qeydə 

alınan pozucu təbliğat Sovet Azərbaycanından gəlmişdir. Kommunizmin ölkədə 

zəmin tapa bilmədiyini anlayanlar qarışıqlıq yaratmaq üçün indi də bu yola əl 

atıblar". 

Öz növbəsində Sovet səfirliyinin arayışında Türkiyənin dünyəvilik 

prinsipindən geri çəkilib dini irticaya güzəştə getməsi aşağıdakı amillərlə 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə