478
izah edilirdi: "Birincisi, hökumət ehtiyat edirdiki, ruhanilər əhalinin geri qalmış
hisslərindən siyasi məqsədlər üçün istifadə edə bilər, ikincisi, hökumət öz
ölkəsində dindən kommunizmə qarşı istifadə etməyə cəhd göstərirdi; üçüncü,
Türkiyə siyasi dairələri dinin yayılması ilə əhalinin diqqətini, ağır iqtisadi
çətinliklərdən yayındırmağa çalışırdı və bu da ölkənin Amerika imperializminin
təsirinə düşməsi ilə nəticələndi" (53).
Əsrlər boyu bütün siyasi, ictimai və mənəvi dəyərləri İslam dini ilə
tənzimlənən və ənənəvi müsəlman ölkəsi olan Türkiyənin son 25 illik tarixində
ölkədə aparılan dini siyasət son dərəcə mürəkkəb və ciddi problemlər yaratmışdı
ki, bunların da əsl səbəbləri və kökləri təbii ki, nə Sovet səfirliyi, nə də türk
hökuməti tərəfindən tam şəkildə açıqlanmırdı. Lakin türk hökumətinin həmin vaxt
antikommunist təbliğatı din amili ilə uyğunlaşdırmaq cəhdlərinin məqsədə nail
olmaq baxımından müəyyən nəticələr verdiyini etiraf etmək lazımdır. Bu dövrdə
Sovet İttifaqında eyni ehtirasla Türkiyə əleyhinə aparılan təbliğat isə bu prosesi
daha da gücləndirirdi. Belə ki, 1949-cu ilin yayında və payızında Türkiyəyə qarşı
Sovet təbliğat kampaniyasının davam etməsi ölkənin paytaxt şəhərlərində
kommunizm əleyhinə əhvali-ruhiyyəni gücləndirmişdi. Xüsusilə Sovet təsir
dairəsinə düşmüş Balkan ölkələrindən Türkiyəyə qaçmış şəxslər tez-tez
İstanbuldakı Sovet konsulluğunun və Ankaradakı Sovet səfirliyinin qarşısında
etiraz nümayişləri keçirirdilər və Sovetlər əleyhinə qatı anti-kommunist şüarlar
səsləndirirdilər. Bu hadisələrlə bağlı N.Sadakla görüşən A.Lavrişev İstanbuldakı
SSRİ konsulluğu qarşısında Sovetlər əleyhinə düşməncəsinə çıxışlar edildiyini
onun nəzərinə çatdırmışdı. Xarici işlər naziri bildirmişdi ki, SSRİ Baş konsulluğu
əleyhinə belə düşmən çıxışlara yol verməmək üçün İstanbul hakimiyyət
orqanlarına müvafiq göstərişlər verilmişdir. Lakin bu təminata baxmayaraq aprel
ayının 11 -də, sentyabr ayının 15-də və oktyabr ayının 9-da da Baş konsulluq
qarşısında anti-kommunist tədbirlər keçirilmişdi. Sovet səfirliyinin son hadisə ilə
bağlı şifahi xəbərdarlığına cavab olaraq Xarici İşlər Nazirliyinin Siyasi
Departamentinin direktoru Virqin səfirliyin müşaviri V.Belyayevə bildirmişdi ki,
qabaqcadan bu hadisələri görmək və praktiki olaraq onun qarşısını almaq mümkün
deyildir. Bu məsələ ilə bağlı necə hərəkət etmək barədə SSRİ Xarici İşlər
Nazirliyinin təqdimatı ilə Siyasi Büro tam məxfi qrifi ilə Ankaraya, A.Lavrişevə
teleqram göndərmişdi (54). Eyni zamanda Siyasi Büro uzun sürən qarşıdurmadan
sonra Türkiyə prezidentinə oktyabr ayının 29-da SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri N.Şvernik tərəfindən respublikanın milli bayramı münasibətilə
təbrik teleqramı göndərilməsi barədə qərar qəbul etmişdi. Təklifi SSRİ Xarici İşlər
Nazirliyi oktyabr ayının 28-də Siyasi Büronun iclasına çıxarmışdı (55).
Prezident İ.İnönü 8-ci çağırış Türkiyə Böyük Millət Məclisinin 4-cü
sessiyasının açılışında Türkiyənin xarici siyasətini təhlil edərək Böyük
479
Britaniya, Fransa və ABŞ-la Türkiyənin münasibətlərinin inkişafından razı
qaldığını, lakin Sovet ittifaqı ilə münasibətlərdə elə bir dəyişiklik baş vermədiyini
bildirmişdi. O, hətta qeyd etmişdi ki, Türkiyə Bolqarıstanla münasibətləri
beynəlxalq hüququn ən elementar prinsiplərinə uyğun qurmaqda çətinliklər sınağı
ilə qarşılaşmışdır. İ.İnönü demişdi: "Bizim səylərimiz qarşılıqlı şəkildə qəbul
edilmir" (56).
1949-cu ilin dekabrında Moskvada yeni səfir kimi fəaliyyətə başlayan M.Təkər
öz etimadnaməsinin surətini SSRİ xarici işlər nazirinin müavini A.Qromıkoya
təqdim edərkən bildirdi ki, o, SSRİ ilə Türkiyə arasında münasibətlərin dostluq və
qarşılıqlı anlaşma ruhunda inkişaf etdirilməsinə cəhd göstərəcək. Ümumiyyətlə
səfir qeyd etdi ki, o, öz missiyasının əsas vəzifəsini Sovet İttifaqı ilə
münasibətlərin yaxşılaşdırılmasında görür (57). Lakin M.Teker Moskvada
diplomatik fəaliyyətə başladığı günlərdə BMT Baş Məclisində çıxış edən SSRİ
xarici işlər naziri A.Vışinski ABŞ-ın Türkiyəyə göstərdiyi yardımla bağlı
məsələnin üzərində geniş dayandı və Türkiyənin Birləşmiş Ştatlara yönəlik xarici
siyasətini kəskin tənqid etdi. A.Vışinskinin çıxışını şərh edən türk qəzetləri ABŞ-
ın Ankaraya göstərdiyi yardımın Sovetlərin öz qonşularına münasibətdə pis
niyyətlərindən irəli gəldiyini vurğuladılar. "Yeni Sabah" qəzeti qeyd edirdi ki,
Boğazlara, Qars və Ərdahana qarşı olan tələblər hələ unudulmamışdır.
A.Vışinskinin beş böyük dövlətin sülh paktı bağlamaq haqqında BMT
tribunasından səsləndirdiyi təklifi türk mətbuatı Sovetlərin dünyanı təsir dairəsinə
bölməsi kimi qiymətləndirirdi.
Qeyd edilməlidir ki, bu dövr Türkiyədə antisovet və antikommunist təbliğatda
din amili ilə yanaşı milli amillərdən də geniş istifadə olunurdu. Bu təmayüllər ən
bariz şəkildə Sovet İttifaqının türk millətləri, xüsusilə Azərbaycan Sovet
Respublikası və azərbaycanlılar məsələsində üzə çıxırdı. 1949-cu ilin dekabrından
başlayaraq "Vatan" qəzeti Türkiyənin Moskvadakı səfirliyinin keçmiş əməkdaşı
M.Tezelin xatirələrinin çapına başlamışdı. M.Tezel xatirələrində qeyd edirdi ki,
ruslar kommunist olmaqlarına baxmayaraq öz görüşlərində, həyat tərzlərində və
nəhayət, xarakterlərində bütövlükdə bizim tanıdığımız kimi qalıblar. SSRİ-də
yaşayan türk xalqlarının Türkiyəyə münasibətinə toxunan M.Tezel yazırdı: "Bütün
təzyiq və mənfi təbliğata baxmayaraq azərbaycanlılar bizi öz böyük qardaşları
hesab edir və bizə hədsiz məhəbbət və hörmət bəsləyirlər" (58).
40-cı illərin ikinci arısında Ankarada və Türkiyənin digər şəhərlərində
Azərbaycan mühacirlərinin və digər türk xalqlarının mədəni, siyasi təşkilatlarının
fəallığı xeyli artmışdı. Azarbaycan SSR Təhlükəsizlik Nazirliyinin hazırladığı
gizli arayışa görə Türkiyədəki azərbaycanlılar M.Ə.Rəsulzadə, M.Y.Mehdiyev,
M.Hacızadə, Ə.Şamxorski, Ş.Rüstəmbəyov və digərləri Sovetlər əleyhinə təbliğat
kompaniyasında aktiv iştirak