Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə230/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   226   227   228   229   230   231   232   233   ...   256

472 

 

Türkiyə  ərazisindəki bazaları  əldə etmək səyləri; 3) Qars və  Ərdahan da daxil 



olmaqla  Şimali-Şərqi Türkiyə  ərazilərinə iddialar; 4) Türkiyəni Qərbdən təcrid 

etmək məqsədilə siyasi təbliğat aparmaq cəhdləri; 5) Türkiyə hökumətini 

zəiflətmək məqsədilə  təbliğat; 6) Türkiyəyə qarşı  sərt və  bəzən də  hədələyici 

münasibət. Sənəddə göstərilirdi ki, Türkiyə öz mövqeyini müdafiə ittifaqı qurmaq 

vasitəsilə, yaxud da digər xalqlarla ittifaqa girmək yolu ilə möhkəmləndirməyə 

çalışır. Bu səylərin müvəffəqiyyəti əsasən ABŞ-ın ya birbaşa, ya da ki, təminatçı 

olaraq bu prosesdə iştirak etmək istəyindən asılıdır. Milli Təhlükəsizlik Şurasının 

məruzəsində qeyd olunurdu ki, Türkiyə planlaşdırılan  Şimali Atlantika paktına 

üzv qəbul edilməsini xahiş etsə də, onun bu istəyi rədd edilib (42). Bu məruzə ilə 

tanış olduqdan sonra Dövlət katibi D.Açeson mart ayının 23-də keçirdiyi mətbuat 

konfransında Türkiyənin  Şimali Atlantika paktına qəbul edilməməsinin ona 

münasibətdə diqqətin azalması kimi şərh edilməsinin əleyhinə oldu. Eyni mövqeyi 

prezident H.Trümen aprel ayının 4-də NATO-nun yaradılması ilə bağlı müqavilə 

imzalandıqdan sonra verdiyi bəyanatda da təsdiq etdi. 

1949-cu ilin aprelin 4-də NATO-nun yaradılması haqqında Vaşinqton 

müqaviləsi imzalandıqdan dərhal sonra N.Sadak ABŞ-a səfərə yola düşdü. Aprelin 

12-də onun D.Açesonla geniş söhbəti oldu. Söhbətdən sonra ABŞ Dövlət katibi 

mətbuat üçün qısa açıqlamasında bildirdi ki, o, Amerika və Türkiyəyə aid olan 

bütün məsələləri Türkiyənin xarici işlər naziri ilə müzakirə etmişdir. Açeson-

Sadak müzakirələrində Türkiyə tərəfi Birləşmiş Ştatlar tərəfindən göstərilən hərbi 

və iqtisadi yardımın davamlı xarakter almasına nail olmuşdu. D.Açeson Türkiyə 

xarici işlər nazirinə bildirmişdi ki, bir neçə gün ərzində Türkiyəyə böyük həcmdə 

yardım ayrılması üçün Konqresə müraciət ediləcəkdir (43). Bununla belə Aralıq 

dənizi dövləti olaraq İtaliya Şimali Atlantika paktına qəbul edildiyi halda, Türkiyə 

blokdan kənarda qalmışdı. Türkiyə  tərəfinin bunu Aralıq dənizi paktının 

yaradılması ilə  əvəzləmək cəhdləri isə D.Açeson tərəfindən bəyənilmədi. 

D.Açeson belə hesab edirdi ki, Orta Şərqin təhlükəsizliyi həmin dövrdə Türkiyə, 

Yunanıstan və  İrana göstərilən Amerikanın davamlı  hərbi və iqtisadi yardımları 

çərçivəsində təmin edilmişdir. 

Aprel ayının 13-də N.Sadak prezident H.Trümen tərəfindən qəbul edildi. 

Türkiyə xarici işlər naziri prezident İ.İnönünün məktubunu ona təqdim etdi. Eyni 

zamanda H.Trümen İ.İnönüyə yazdığı məktubu ona çatdırmağı N.Sadakdan xahiş 

etdi. Məktubda deyilirdi: "Mən inanıram ki, cənab Sadak imzalanan Atlantik 

paktının Türkiyənin təhlükəsizliyini gücləndirəcəyinə tam əmindir". Aprel ayının 

14-də N.Sadak keçirdiyi mətbuat konfransında bildirdi ki, Atlantika paktı 

Avropada sülhü müdafiə etmək üçün yetərli deyildir. Onun fikrincə, bu paktın 

Aralıq dənizi paktı ilə tamamlanmasına ciddi zərurət var idi. Türkiyənin 

təhlükəsizliyinə 

 

  



473 

 

təminat verilməsi ilə bağlı sualı cavablandırarkən N.Sadak dedi ki, Türkiyənin 



təhlükəsizliyinin birinci təminatçısı türk ordusudur. O əlavə etdi ki, indi Türkiyəyə 

qarşı törədilən hər hansı  təcavüzü türk ordusu uğurla dəf etmək iqtidarına 

malikdir. Eyni zamanda N.Sadak qeyd etdi ki, Türkiyə  mənəvi baxımdan özünü 

Atlantik paktı ölkələrinin siyasəti ilə  sıx bağlı hesab edir və Türkiyənin ABŞ-la 

mənəvi və maddi bağlılığı  Şimali Atlantika birliyi daxilində olduğu qədər 

yaxındır. N.Sadak bildirdi ki, Birləşmiş  Ştatlar hazırda Atlantik paktı ilə ciddi 

şəkildə məşğul olduğundan, o, Aralıq dənizi paktı ilə bağlı məsələləri D.Açesonla 

geniş müzakirə edə bilmədi. Lakin D.Açesonla söhbətdə Türkiyə-Amerika 

münasibətlərinin bütün tərəflərinin müzakirə edildiyini N.Sadak jurnalistlərə 

açıqladı. Vaşinqtondakı danışıqları başa çatdırdıqdan sonra Türkiyə xarici işlər 

naziri BMT Baş  Məclisinin üçüncü sessiyasının ikinci hissəsində  iştirak etmək 

üçün Nyu-Yorka getdi (44). 

N.Sadak Amerikadan qayıtdıqdan sonra may ayının 11-də Vaşinqtonda 

apardığı danışıqlar barədə Türkiyə Millət Məclisinə geniş hesabat verdi. O bildirdi 

ki, biz arxayınlıqla və  əminliklə  gələcəyə baxa bilərik. Biz Atlantik paktında 

iştirak etməyəcəyik. Lakin biz kollektiv təhlükəsizliyin dünyanın digər ölkələrinə 

də yayılmasının tərəfdarıyıq. N.Sadak Məclisə məlumat verdi ki, Sovet təcavüzü 

baş verəcəyi təqdirdə ABŞ-ın Türkiyənin köməyinə gələcəyi barədə Vaşinqtondan 

şifahi təminat alıb. 

Eyni zamanda N.Sadak Vaşinqtondan qayıdarkən Fransa xarici işlər naziri 

Şümanla görüşdüyünü və Fransanın 1939-cu il ingilis-fransız-türk müqaviləsini 

daim fəaliyyətdə olan sənəd kimi qəbul etdiyini bildirdi. 1949-cu ilin iyun ayının 

13-də Fransa hökuməti bu mövqeyini rəsmi qaydada təsdiq etdi və onu Türkiyəyə 

bildirdi. Bununla da Türkiyə öz təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından 

1939-cu il müqaviləsi daxilində əlavə təminatlar almış oldu (45). 

1949-cu ilin yayında Türkiyənin Avropa Şurasına qəbul edilməsi onun 

Avropaya inteqrasiyası yolunda mühüm hadisə oldu. Həmin ilin iyul ayında 

Türkiyə hökuməti rəsmən Strasburqda keçirilən Avropa Şurasının sessiyasına 

dəvət aldı. N.Sadak bunu yüksək qiymətləndirərək qeyd edirdi ki, Atlantika 

paktına daxil olan ölkələrlə birlikdə Türkiyənin Avropa Şurasına dəvət olunması 

bizi tamamilə  təmin edir. Prezident İ.İnönü də Türkiyənin bu Şuraya dəvət 

olunmasına toxunaraq qeyd edirdi ki, bura ancaq demokratik qaydalarla idarə 

olunan millətləri buraxırlar (46). 

Türkiyənin NATO-ya qəbul edilməməsi və türk siyasi dairələrinin Aralıq 

dənizi və ya Yaxın Şərq rayonunda regional pakt yaratmaq cəhdlərinin bir nəticə 

verməməsi Sovetlərin maraqlarına uyğun idi. SSRİ Xarici İşlər Nazirliyi Türkiyə, 

Yunanıstan və  İtaliyanın Atlantika paktına daxil olmasına, yaxud ABŞ  və 

Britaniyanın yardımı ilə onların regional bloklarda təmsil olunmalarına özünün 

Balkanlarda və Yaxın Şərqdə 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə