___________________________________________________129
Başqa bir cəhəti də vurğulamaq istəyirəm. Əgər hansısa bir məsələ
qalxırsa, hansısa icmanın daxilində kiçik münaqişə yaranırsa, biz,
şeyx başda olmaqla, yığışır və bunları dərhal həll edirik. Siz bir dəfə
belə bir fikir demişdiniz: Mən Azərbaycanda din sarıdan məsələsi və
ya hansısa münaqişə olursa, üçü bir yerə yığışır, müzakirə edirlər və
hər şey qaydasına düşür. Siz bunu demisiniz və həqiqətən də belədir.
Allaha şükürlər olsun ki, bizdə hər şey belə yaxşıdır.
Hesab edirəm ki, heç bir ölkədə, hətta keçmiş SSRİ ərazisində heç
bir prezident vaxt tapmaz, xatırlamaz ki, tolerantlıq nədir, xüsusən
belə ciddi səfər ərəfəsində din xadimlərini dəvət etməz, bu mövzuda
danışmaz. Zənnimcə, bu, bizim həmişə və indi də inandığımız cənab
prezidentimizin böyük üstünlüyüdür. Biz yəhudilər bir nəfər kimi Sizə
səs vermişik. Nə üçün? Ona görə ki, Sizin siyasi xəttinizi başa
düşürük, belə xətt zəruridir. Əslində biz də elə bununla yaşayırıq.
Biz inanırıq ki, Siz Türkiyəyə zirvə görüşünə gedərkən Lissabon
sammitindən olduğu kimi, oradan da sevinclə qayıdacaqsınız.
Xatirimdədir, o zaman çox böyük sevinc vardı, Siz bu barədə çox
danışmısınız. Ancaq istərdik ki, bu sevinc indi Lissabon
sammitindəkindən daha yaxşı olsun. İstəyirik ki, hər şey Azərbaycanın
xeyrinə qurtarsın, torpaqlarımız geri qayıtsın.
Bilirik ki, Qarabağ məsələsi Sizin üçün ən ağrılı məsələdir. O, çox
mürəkkəbdir. Aydındır ki, onu belə asanlıqla həll etmək olmaz,
bundan ötrü illər lazımdır. Bəlkə də həmin il gəlib çatilə, ola bilsin,
insanlar, nəhayət, başa düşəcəklər ki, bir milyondan artıq adam qeyri-
insani şəraitdə, çadırlarda yaşaya bilməz. Ola bilsin tolerantlıq sözünü
onlar da yaxşı mənada başa düşəcəklər. Çox istəyirik ki, bu məsələ,
nəhayət, həll edilsin. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan
bütün xalqlar biz yəhudilər kimi inansınlar ki, Qarabağ məsələsi yaxın
gələcəkdə həll olunacaq və qaçqınlarımız öz
___________________________________________________130
evlərinə, doğma ocaqlarına qayıdacaqlar. Zənnimcə, onda hər şey
şəhərdə də, kənddə də qaydasına düşəcəkdir.
Ən başlıcası odur ki, Siz heç vaxt hiss etməmisiniz və
eşitməmisiniz ki, dini zəmində bizim hansısa münaqişəmiz olsun. Bu,
heç vaxt olmayıb və zənnimcə, heç zaman da olmayacaqdır. Çünki
bizə Sizin kimi prezident və şeyxülislam Allahşükür Paşazadə
həzrətləri kimi insan başçılıq edir.
Cənab prezident, mən Sizə çox minnətdaram. İlk növbədə ona görə
ki, Siz bizim hamımıza eyni gözlə baxırsınız. İstər yəhudilərin, istərsə
də hər hansı başqa millətin bayramı olsun, Siz bunlardan heç birini
unutmur, bizi həmişə təbrik edirsiniz. Elə bir hal olmayıb ki, hansısa
bir tədbirdə Siz bizimlə salamlaşıb görüşməyəsiniz, soruşmayasınız
ki, işləriniz necədir, nə kimi yeniliklər var? Allaha şükür, hər şey
yaxşıdır və biz həmişə vəziyyətimizə görə fəxr edirik. Camaatın gözü
qarşısında, o cümlədən səfirlərin də iştirak etdikləri tədbirlərdə hər
dəfə bizə müraciət etməyiniz bizdə fərəh hissi doğurur.
Çox sağ olun. Sizə yaxşı yol arzulayırıq. Allahın köməyi ilə xoş
xəbərlərlə qayıdın, biz Sizi qarşılayacağıq.
Mixail Bekker (Avropa Yəhudiləri Dini İcmasının başçısı): Zati-
aliləri, əziz Heydər Əlirza oğlu!
Avropa yəhudiləri icması Sizə Mustafa Kamal Atatürk adına
Beynəlxalq Sülh Mükafatının təqdim olunması münasibətilə Sizi
təbrik edir. Bu, siyasi lider kimi Sizin görkəmli xidmətlərinizin şəksiz
etirafı və bizim dövlətimizin beynəlxalq nüfuzunun şəksiz etirafı
deməkdir.
Müdrik və düşünülmüş milli siyasətinizə görə Sizə minnətdarıq.
Siz bilirsiniz ki, Avropa yəhudiləri uzun müddət müxtəlif ölkələrdə
təqilələrə və zülmə məruz qalıblar. Biz yalnız Azərbaycanda,
yəhudilərə həmişə səmimi münasibət göstəribn ölkədə özümüzə əsl
vətən tapmışıq.
Azərbaycan həmişə çoxmillətli dövlət olub və olacaqdır.
Azərbaycanda həmişə müxtəlif Millətlərin nümayəndələri ya-
___________________________________________________131
şayilə və yaşayacaqdır. Bizim tolerantlığı öyrənməyə ehtiyacımız
yoxdur, bilirik ki, Azərbaycan xalqı digər xalqlara qarşı həmişə
tolerantlı olmuşdur. Biz, sadəcə, müxtəlif xalqlar, müxtəlif
konfessiyalar və mədəniyyətlər arasındakı bu dostluq, əməkdaşlıq
ənənələrini inkişaf etdirməliyik.
Siz «Bakılı» cəmiyyəti haqqında danışdınız. Bəli, bizim belə bir
dairəmiz, bakılı deyilən camaatımız yaranmışdır. Zənnimcə, belə şey
heç yerdə yoxdur. Keçmiş Sovet İttifaqı ərazisində bəlkə də yalnız
odessalı və mən dediyim kimi, bakılı ola bilər. Bu iki «millətə»
dünyanın bütün ölkələrində xüsusi hörmət bəsləyirlər. Yəhudilər
«Bakılı» cəmiyyətini ona görə yaradiləlar ki, onlar həqiqətən Bakını
xatırlayırlar, Azərbaycana doğrudan da kömək etmək istəyirlər və
bütün qüvvə və imkanlardan istifadə edərək kömək göstərirlər.
Mən «Bakılı» cəmiyyətinin qəzetini oxumuşam, Nyu-Yorkda
çıxan, Birləşmiş Ştatların digər yerlərində çıxan qəzetləri oxumuşam.
Hazırda Azərbaycandakı yəhudilər haqqında kitab yazıram, material
toplayıram, həmin qəzetlər evimdədir. Hamı Azərbaycan xalqına çox
səmimi və çox dostcasına yanaşır, çünki Azərbaycan xalqı özü hamıya
belə münasibət bəsləyir. Azərbaycan xalqı digər xalqlara daim belə
yanaşmış, başqa xalqın ağrı-acısını həmişə başa düşmüşdür. Bu, bizim
üçün, yəhudilər üçün çox qiymətli, çox vacibdir. Çünki biz tez-tez
əzab çəkmişik, ona görə də başqalarının əzablarının nə demək
olduğunu bilirik.
Biz inanırıq ki, regionumuzda sülh olacaqdır. Sülhün bərqərar
olması ilə təkcə Azərbaycanın deyil, həm də bizimlə qonşu olan bütün
dövlətlərin tərəqqisi başlanacaq, Azərbaycan ərazisində yerləşən bütün
cəmiyyətlərin, icmaların tərəqqisi başlayacaqdır. Biz Azərbaycanın
həmişə məşhur olan mədəniyyəti, elmi və incəsənətinin yenidən
yüksəlişini görəcəyik. Ümid edirik ki, bu, baş verəcəkdir.
Dostları ilə paylaş: |