___________________________________________________413
Xatirinizdədir, siz Azərbaycana ilk dəfə gələndə mən sizi tənqid
etdim ki, siz bir ildir ATƏT-ə sədrlik edirsiniz, amma indi ilin
sonunda gəlmisiniz. Mən güman edirəm ki, siz bu tənqiddən nəticə
çıxarıb bu ilin axırına qədər görüşlərin sayını artırmaq istəyirsiniz.
Mən çox məmnunam ki, biz İstanbulda sizinlə görüşüb ətraflı
danışıqlar apardıq. İndi də mən bilirəm ki, sizin bu səfəriniz
Azərbaycana aid deyildir. Amma eyni zamanda, bu səfər müddətində
Azərbaycanda olmağınız, hesab edirəm onu göstərir ki, siz
Azərbaycana daha da çox əhəmiyyət verirsiniz. Mən sizi dinləyirəm.
K n u t Vollebek: İlk öncə, icazə verin, gecənin bu vaxtında bizi
qəbul etməyə imkan tapdığınıza görə sizə təşəkkürümüzü bildirək.
Başa düşürük ki, respublikanıza çox gec gəlib çıxmışıq, lakin bu,
indiki halda yeganə imkandır.
Bildiyiniz kimi, bəzi aviasiya şirkətlərinin tez-tez səfərlər edən
sərnişinlər üçün proqramı var. Bilmirəm, ola bilsin, Azərbaycanda tez-
tez gələn qonaqlar üçün proqram var, əgər bu, belədirsə, onda hesab
edirəm ki, mən bu proqrama düşmək şərəfinə layiq görülmüşəm.
Cənab prezident, axırıncı səfərim zamanı Sizin kiçik tənqidinizi
yaxşı xatırlayıram. Mən onu xeyirxah tənqid kimi qəbul etdim və
Azərbaycanın əhəmiyyətini çox yüksək qiymətləndirirəm. İstanbulda
zirvə toplantısı zamanı aramızda olmuş görüşü də yüksək
qiymətləndirirəm. Bu zirvə toplantısı çox mühüm hadisə idi.
Regiondakı problemlər barəsində apardığımız diskussiya zamanı Sizin
tutduğunuz açıq-aşkar mövqeyi yüksək qiymətləndirirəm.
İstanbulda boru kəmərləri haqqında müqavilənin imzalanması
mərasimində iştirak etmiş Baş nazirimizin səmimi minnətdarlıq
sözlərini və salamını Sizə yetirmək istəyirəm. O da, mən də hesab
edirik ki, bu, Norveçlə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı
imkanlar verir.
___________________________________________________414
Ötən üç ayda Azərbaycanda artıq ikinci dəfə olduğumu nəzərə
alaraq ümid edirəm ki, siz Baş nazirinizin və xarici işlər nazirinizin
Norveçə səfərə gəlmələrinə icazə verəcəksiniz. Demək istəyirəm ki,
mən artıq sizin yeni xarici işlər nazirinizi dəvət etmişəm.
Siz mənim gəlişimin səbəbinin bu bölgədə, o cümlədən Şimali
Qafqazda yaranmış vəziyyətlə bağlı olduğunu deməkdə tamamilə
haqlısınız. İstanbulda qəbul edilmiş qərarların və bəyannamənin
davamı olaraq mən Şimali Qafqaz respublikalarına getmək üçün
gəlmişəm. Bu bölgədəki vəziyyəti sözün geniş mənasında
qiymətləndirmək üçün Çeçenistanda, Dağıstanda, Şimali Osetiyada,
İnquşetiyada olacağam.
İstanbulda qəbul edilmiş bəyannaməni nəzərə alaraq, ümidvar
olduğumu bildirmək istərdim ki, bu bölgədə məsələlərin uzunmüddətli
həllini təmin edə biləcək dialoqa başlanmasına zəmin yaradılması
üçün ATƏT-in köməyi ilə prosesi hərəkətə gətirmək mümkündür.
Bildiyiniz kimi, Rusiya tərəfi belə bir fikir irəli sürmüşdür ki, o,
hazırda bu məsələnin həllində ATƏT-ə siyasi rol verilməsini mümkün
hesab etmir. Amma ola bilsin ki, daha uzaq perspektivdə təşkilatımıza
məhz bu cür rol veriləcəkdir. Mən bu fikirdəyəm ki, ATƏT həmin
münaqişənin həlli yollarının axtarılması və tapılmasında mühüm rol
oynaya bilər.
Humanitar vəziyyəti, dinc əhalinin çəkdiyi əzab-əziyyətləri nəzərə
alaraq hesab edirəm ki, biz, habelə Dünya Birliyi, BMT kimi
təşkilatlar, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı
məsələnin qəti həllini tapmaq üçün bu prosesdə böyük rol
oynamalıdırlar.
Hesab edirəm ki, Qroznıda nə isə çox ciddi bir hadisə baş
verməzdən əvvəl dinc əhaliyə bu şəhərdən çıxmağa imkan
yaradılmasına təxirəsalınmaz zərurət var. Ona görə də bu gün mən
Rusiyanın hakimiyyət orqanlarına müraciət göndərərək,
___________________________________________________415
onları hazırda Qroznı ətrafında aparılan əməliyyatları 24 saatlığa
dayandırmağa çağırmışam ki, camaat arxayınca yığışıb şəhəri tərk edə
bilsin.
Ümidvaram ki, dinc əhalinin şəhərdən çıxa bilməsi üçün, başqa
təşkilatların bu prosesə kömək göstərə bilməsi üçün Rusiyanın
hakimiyyət orqanları, habelə müxtəlif çeçen qruplaşmaları mənim
çağırışımı müsbət qarşılayacaq və qəbul edəcəklər.
Cənab prezident, bu məsələ barəsində, ən əvvəl humanitar
vəziyyətlə bağlı məsələlərin həlli barəsində, habelə siyasi dialoqun
tapılmasını asanlaşdırmaq üçün danışıqlara necə zəmin hazırlanması
haqqında Sizin rəyinizi böyük maraqla dinləmək istərdim.
Heydər Əliyev: İlk öncə, Baş nazirdən mənə yetirdiyiniz salama
görə minnətdarlıq edirəm. Mən şad idim ki, o, Bakı-Ceyhan boru
kəmərinin inşası haqqında sazişin imzalanması mərasimində iştirak
edirdi. Biz onun imzalanmasını tarixi hadisə sayırıq.
Sazişi o ölkələr imzaladılar ki, boru kəməri, Sizin «Statoyl» şirkəti
ilə də birlikdə çıxardığınız Azərbaycan nefti onların ərazisindən
keçməlidir. Siz bilirsiniz ki, «Statoyl» Xəzər dənizinin Azərbaycan
sektorunda işləmək üçün kifayət qədər çoxlu imkan qazanmışdır.
Sənədi Türkiyə, Gürcüstan, Azərbaycan prezidentləri imzaladılar.
Bunlar həmin layihəni bilavasitə həyata keçirməli olan ölkələrdir.
Qazaxıstan prezidenti də bizə qoşuldu, çünki o, həmin borudan
istifadə etmək istəyir. Birləşmiş Ştatların prezidenti cənab Bill Klinton
və Norveçin Baş naziri mərasimdə iştirak etdilər və bu sənədə xüsusi
əhəmiyyət verərək onu imzaladılar.
Azərbaycanda, habelə bildiyimə görə Gürcüstanda və Türkiyədə
bu, böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Biz bu layihənin həyata
keçirilməsi üçün əməli işə başlamışıq. Bütün bu işlərdə biz sizinləyik.
İndi Azərbaycanda Norveçin böyük
Dostları ilə paylaş: |