___________________________________________________406
larına müraciət etmişdim. Mənim sözlərimin əsas məzmunu odur ki,
Azərbaycan demokratiya yolu ilə gedir, demokratik, hüquqi, dünyəvi,
yəni layiq dövlət qurur. Bilirsiniz ki, bu, böyük bir prosesdir, onu 1-2-
3 ildə etmək mümkün deyildir. Amma biz bu yolla tam inamla
gedirik. Bizim başqa yolumuz yoxdur. Yəni yollar çoxdur, amma
bizim yolumuz budur və bizi bu yoldan heç kəs döndərə bilməz.
Çünki Azərbaycan öz müstəqilliyini tam təmin etmək, saxlamaq və
qorumaq üçün mütləq demokratik, hüquqi dövlət olmalıdır, dünyanın
demokratik, hüquqi cəmiyyətində özünə yer almalıdır. Bu da
Azərbaycanın müstəqilliyinin təminatı olmalıdır.
Biz ötən illərdə bir çox işlər görmüşük. Amma gördüyümüz hər bir
iş yeni bir addımdır. Yəni biz 1995-ci ildə müstəqillik Konstitusiyası,
Ana yasası əsasında Milli Məclisimizə ilk dəfə seçkilər keçirdik.
Məsələn, Azərbaycanda 2-3 dəfə prezident seçkiləri keçirilibdir.
Amma bunlar hamısı yeni hadisələrdir. Bələdiyyə seçkiləri isə bizim
üçün tamamilə çətin bir prosesdir.
Mən bilirəm ki, Türkiyədə bələdiyyə sistemi böyük tarixə malikdir
və bu sahədə çox işlər görülür, bələdiyyələrin geniş səlahiyyətləri
vardır.
Mən Türkiyənin daxili işləri ilə təxminən 1992-ci ildə tanış olarkən
- mən əvvəllər də Türkiyə barədə oxuyurdum, öyrənirdim, amma
bunları bilavasitə şəxsən görmürdüm - gördüm ki, bəli, orada
bələdiyyələr çox gözəl qurulub, yaranıbdır və xalqın, vətəndaşların
özlərinin idarə etdiyi bir orqandır, heç kimə tabe, heç kimdən asılı
deyil. Onlar öz bölgəsində, şəhərində, kəndində bələdiyyə
çərçivəsində çox böyük işlər görürlər.
Mən dəfələrlə demişəm, biz bütün dünya təcrübəsindən istifadə
etməliyik. Amma bizim üçün ən yaxın, doğma təcrübə Türkiyənin
təcrübəsidir. Türkiyənin bələdiyyələrinin səviyyəsinə gəlib çatmaq
üçün hələ çox vaxt lazımdır. Bu, bizim
___________________________________________________407
ilk addımımızdır. Siz doğru dediniz ki, bu, körpə bir addımdır. Biz bu
addımı ataraq bir daha sübut edirik ki, bu yolla gedirik.
Bu seçkilərdə hər şeyin istənilən kimi olmaması mümkündür. Mən
çox məmnunam ki, sizin müşahidələrinizin hamısı müsbət xarakter
daşıyır. Ancaq eyni zamanda, mən belə düşünürəm, ola bilər ki, hər
şey istənilən kimi olmasın. Bu gün mənə bilgilər veriblər ki, bəzi
yerlərdə, məsələn, bir rayonda icra hakimiyyəti başçısı bu işlərə
müdaxilə edibdir. Mən bu məsələyə baxacağam, həmin icra
hakimiyyəti başçısı haqqında bəlkə də çox ciddi bir qərar qəbul
edəcəyəm. Çünki bələdiyyə seçkisinə heç kim müdaxilə etməməlidir,
qarışmamalıdır. İnsanlar, vətəndaşlar sərbəst, azad surətdə özləri gəlib
istədikləri adama səs verməli, kimi istəsələr onu da seçməlidirlər.
Ancaq bu, asan iş deyildir.
Bizim Səbail rayonu Bakının mərkəzi rayonudur. Mən dünən ora
getdim, həmin rayondan 17 adam seçilməlidir. Ancaq oradakı siyahıda
82 namizədin adı vardı. Mən bunların çoxunu tanımıram, bilmirəm.
Siyahıda 3-4 adam olanda tanıyıram, bilirəm ki, kimə səs vermək
lazımdır. Amma əgər bu, mənim üçün asan deyilsə, başqaları üçün
daha da çətindir. Biz bu yolu keçirik. Çox sağ olun ki, siz də gəlib
müşahidə etdiniz və bizə yardım göstərdiniz. Buna görə mən sizə bir
daha təşəkkür edirəm.
Türkiyə-Azərbaycan münasibətlərinə gəlincə isə - ölkəmiz dövlət
müstəqilliyini əldə edəndən sonra altı ildir ki, mən respublikamızın
prezidentiyəm - bu əlaqələr çox sürətlə inkişaf edir. Bu sözlər ilk dəfə
mənim dilimdən çıxıbdır ki, biz bir millət, iki dövlətik. Bu sözləri indi
Türkiyədə də, Azərbaycanda da deyirlər. Bu, həqiqətən də belədir.
Ona görə də Türkiyə-Azərbaycan əlaqələri, dostluğu dünyada heç bir
ölkənin əlaqələrinə bənzəmir, yəni beləsi yoxdur. Birincisi, bunlar
səmimidir, ikincisi, bizim dərin milli köklərimizin,
___________________________________________________408
dilimizin, dinimizin, adət-ənənələrimizin üzərində qurulubdur. Ona
görə də bunlar tarixi əhəmiyyətə malikdir.
Hər şey insanlardan asılıdır - bunu daha yaxşı qurmaq da, pozmaq
da olar. İnsanın əqidəsindən, fikrindən, ağlından, daxili
mənəviyyatından çox asılıdır. Allaha şükürlər olsun, indi Türkiyəyə
də, Azərbaycana da başçılıq edənlər anlayırlar ki, bu iki dövlət bir-
birinə daha da yaxın, dost olmalıdır.
Mən keçən ay - noyabr ayında üç dəfə Türkiyədə oldum. Ayın
əvvəlində gedib zəlzələ baş vermiş yerlərdə oldum, Ankaraya getdim,
Beynəlxalq Atatürk Sülh Mükafatını aldım. Sonra İstanbulda ATƏT-
in zirvə görüşündə iştirak etdim. Ayın 28-də isə İspartaya getdim, əziz
dostum, qardaşım Süleyman Dəmirəllə orada bir sıra açılışlarda,
tədbirlərdə iştirak etdim. Bu, nəyi göstərir? Bu, bizim nə qədər dost
olduğumuzu göstərir. Türkiyə mənim üçün doğmadır. Mən Türkiyənin
hansı şəhərinə gedirəmsə, özümü məmləkətimdəki, şəhərimdəki kimi
hiss edirəm. Eləcə də siz Azərbaycana gələndə özünüzü belə hiss
edirsiniz.
Xalqımız, millətimiz qürur hissi keçirir ki, Azərbaycan
prezidentinə, cümhur başqanına bizim üçün ən əziz, qiymətli olan
Mustafa Kamal Atatürk adına Beynəlxalq Sülh Mükafatı verilibdir.
Azərbaycanda, Türkiyədə məlumdur ki, bu mükafat nadir adamlara
verilir. Bu mükafatı indiyə qədər 4 nəfər alıbdır, beşinci isə
Azərbaycanın prezidentidir. Bu, sülh, barış, beynəlxalq mükafatdır.
Bu, Mustafa Kamal Atatürkün yaratdığı mükafatdır.
Bu mükafat mənə təqdim edibrkən hörmətli dostum Süleyman
Dəmirələ dedim ki, mən həyatımda çox mükafatlar almışam. Keçmiş
Sovetlər İttifaqının - fövqəldövlətin ən yüksək dövlət nişanlarının
hamısından almışam. Yəni mənim sinəm bu mükafatlarla dolu
olubdur. O dövrdə mən başqa dövlətlərin də ordenini - siz ona nişan
deyirsiniz - almışam. Amma mənim üçün onların hamısından əziz
Beynəlxalq Ata-
Dostları ilə paylaş: |