___________________________________________________409
türk Sülh Mükafatıdır. Bu, təkcə mənim üçün yox, bütün Azərbaycan
xalqı üçün əzizdir. Azərbaycanın hər yerində indiyə qədər bu barədə
danışıqlar gedir, insanlar öz fikirlərini söyləyirlər.
Dünən YUNİSEF tərəfindən elan edilmiş uşaqların beynəlxalq
televiziya və radio günü idi. Mən də onların bu gününü təbrik etməyə
getdim. Oradakıların əksəriyyəti balaca uşaqlar idi. Orada da böyük
iftixar, qürur hissi ilə danışırdılar ki, Azərbaycanın dövlət başçısı,
cümhur başkanı Beynəlxalq Atatürk Sülh Mükafatı alıbdır. Bu da
bizim dostluq əlaqələrimizin böyük bir əlamətidir.
Mən sizin dediyiniz məsələyə mütləq fikir verəcəyəm. Çünki 1991
- 1992-ci illərdə mən Naxçıvana rəhbərlik edərkən əziz dostum
Süleyman Dəmirəllə bizim o körpünü yaratmağımız tarixi hadisədir.
Həmin körpüyə «Həsrət körpüsü», «Ümid körpüsü» deyirdilər. Bu,
həqiqətən belədir. Həmin körpü Naxçıvanın həyatını xilas etdi. Çünki
Naxçıvan hər tərəfdən blokadaya alınmışdı. O vaxt Türkiyədən
Naxçıvana elektrik xətti gətirildi, insanlar bu körpüdən gedib-gəldilər,
ticarət etdilər. Bu körpü eyni zamanda o bölgəni inkişaf etdirdi.
Həmin illərdə mən İqdıra bir neçə dəfə getmişdim. Deyirlər, indi,
son beş-altı ildə İqdır tamamilə dəyişibdir. Əziz dostum, prezident
Süleyman Dəmirəl bu yaxınlarda İqdıra getmişdi, oradan qayıdanda
mənə telefon etdi və dedi ki, mən İqdırı tanımadım. İqdıra vilayət adı
verilməsi ilə əlaqədar keçirilən tədbirdə mən iştirak etmişdim. Həmin
tədbirə Süleyman Dəmirəl və mən gəlmişdik. Çox gözəl bir tədbir
keçdi. Bayram keçirildi ki, İqdır da artıq müstəqil bir vilayət oldu.
Bundan əvvəl İqdır Qars vilayətinin tərkibində idi. İqdırın müstəqil
vilayət olması onun inkişafına böyük imkanlar yaratdı.
___________________________________________________410
Sən indi mazutdan söhbət açdın. Təkcə mazut yox, benzin, digər
yanacaq növlərinin də Azərbaycandan gəlib Naxçıvana, oradan
Türkiyəyə keçməsi, yaxud İrandan Naxçıvana keçməsi - bunlar hər iki
tərəf üçün - həm Naxçıvan, həm də İqdır, Ərzurum üçün çox
faydalıdır. Güman edirəm ki, bu məsələlər həll edilməlidir. Bilirəm ki,
orada problemlər var.
Ə l i G ü n ə r: Cənab prezident, mən bu məsələyə ona görə
toxundum ki, əvvəllər ayda 150 min ton, sonra isə ayda 25 min ton
yanacaq gəldi. Bu da müəyyən problemlər yaratdı.
H e y d ə r Ə l i y e v: Siz bilirsiniz ki, bu məsələyə Türkiyə tərəfi
baxır. Yəni Türkiyə tərəfi orada gömrüyü bağlayıbdır. Hörmətli
Süleyman Dəmirəl İqdıra gedəndə mən ona dedim ki, sən orada
gömrük məsələləri barədə göstəriş ver. O da İqdırdan qayıdanda mənə
dedi ki, mən oranın valisinə lazımi göstərişlər vermişəm. Türkiyə Baş
bakanlığının gömrük müstəşarı bu günlərdə buraya gəlmişdi. Mən
onunla görüşümdə də dedim ki, sən keçid məntəqəsində gömrük
işlərini qaydaya sal.
Ə l i G ü n ə r: Cənab prezident, orada hər bir iş qaydasına
düşəcəkdir.
Heydər Əliyev: Mən öz tərəfimdən nə lazımsa edəcəyəm.
Hörmətli Süleyman Dəmirəllə danışanda sizin bu sözlərinizi də ona
çatdıracağam. Amma siz də öz tərəfinizdən lazımi işlər görün.
Ə l i G ü n ə r: Bilirsiniz, hörmətli Süleyman Dəmirələ yanlış
məlumat veriblər: guya bizim şəhərlərin birindən mazut alınır. Lakin
6-7 aydır ki, bu yanacaq gəlmir. Yanacaq sadəcə, İrandan və Bakıdan
gəlir. İnşallah, bu məsələlər həll ediləcəkdir.
Heydər Əliyev: Demək, yanlış məlumatlar verilib, ona görə də
belə qərarlar qəbul olunur. İnşallah, bu məsələlər həll ediləcəkdir.
___________________________________________________411
Mən sizə təşəkkür edirəm. Partiya rəhbərlərinizin hər birinə mənim
salamımı, hörmət və ehtiramımı, sayqılarımı çatdırın. Türkiyənin
demokratiyada ən böyük nailiyyəti odur ki, hər bir işi demokratik
yolla aparır. Türkiyədə güclü partiyalar var və bu partiyalar seçkidə
iştirak edirlər. Hansı partiya daha çox səs toplayırsa hökumət də onun
əsasında qurulur. Hökumətə daxil olmayan partiya yenə də çalışır,
itirmir. İndi Fəzilət Partiyası hökumətə daxil deyil. Amma İstanbulun
bələdiyyə başqanı Fəzilət Partiyasının nümayəndəsidir. Bu, elə
demokratiyanın ən böyük göstəricisidir. Fəzilət Partiyası hökumətin
tərkibinə daxil ola bilməyibdir, amma İstanbul kimi şəhərin bələdiyyə
başqanı Fəzilət Partiyasındandır. Ankarada da belədir. Görürsünüz,
bu, demokratiyanın yüksək bir zirvəsidir.
Mən sizin hamınıza cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Türk xalqına, qardaşlarıma məndən salamlar söyləyin. Sizə yaxşı yol
diləyirəm.
___________________________________________________412
ATƏT-in HAZIRKI SƏDRİ, NORVEÇİN
XARİCİ İŞLƏR NAZİRİ KNUT VOLLEBEK
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Azərbaycan prezidentinin iqamətgahı
13 dekabr 1999-cu il
Heydər Əliyev: Xoş gördük Sizi, cənab Vollobek. Sizi səmimi-
qəlbdən salamlayıram.
Knut Vollebek: Çox sağ olun, cənab prezident. Gecə vaxtı məni
qəbul etdiyinizə görə təşəkkür edirəm.
Heydər Əliyev: Necə ola bilər ki, siz gələsiniz, mən sizi qəbul
etməyəm? Amma niyə belə gec gəldiniz? Bir az tez gələydiniz.
Knut Vollebek: Ölkəniz çox uzaqdadır.
Heydər Əliyev:Bu gecə yatmayacaqsınız.
Knut Vollebek: Deyəsən, məni bu gecə çox saxlayacaqsınız.
Heydər Əliyev: Mən saxlamayacağam. Sizin özünüzün işiniz
çoxdur.
Knut Vollebek: Mən bu səfərimdən öncə, Sizinlə danışıqlar
aparmağı çox mühüm hesab etdim və bu proseslərə Sizin qiymətinizi,
fikirlərinizi, mülahizələrinizi dinləmək üçün buraya gəldim. Çox
təşəkkür edirəm ki, mənə bu şəraiti yaratmısınız.
Heydər Əliyev: Cənab Vollebek, mən sizi Azərbaycanda
salamlayıram və çox məmnunam ki, qısa bir zamandan sonra siz yenə
də Azərbaycana gəlmisiniz. Son zamanlar qısa bir müddətdə biz
sizinlə üç dəfədir görüşürük.
Dostları ilə paylaş: |