___________________________________________________416
kapitalı var. Yeri gəlmişkən, burada nəinki «Statoyl», həm də sizin
çoxlu digər şirkətləriniz - «Kverner», başqa iri şirkətləriniz işləyirlər.
O ki qaldı Azərbaycanın Baş naziri və xarici işlər nazirini dəvət
etməyinizə, mən artıq bu səfərin həyata keçirilməsinə razılıq
vermişəm. Əgər istəyirsiniz ki, yeni nazirimiz sizə mümkün qədər tez
gəlsin, mənim buna etirazım yoxdur. Ondan sonra bizim Baş nazirin
səfərini də planlaşdırmaq olar.
Sizin məşğul olduğunuz işə gəldikdə, görürəm ki, bu iş ATƏT-i
bütün digər problemlərə nisbətən daha çox maraqlandırır. Bu təbiidir.
Elə biz özümüz bunun nə demək olduğunu 10-12 ildir hiss edirik.
Məsələ bundadır ki, bizim problemlə Minsk qrupu 7 ildən çoxdur
məşğul olur. Amma hələlik istənilən nəticələr yoxdur. Mən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nəzərdə
tuturam. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon
azərbaycanlı həmin rayonlardan qovulmuş, azərbaycanlılara qarşı çox
böyük etnik təmizlənmə aparılmışdır.
Açığını deyəcəyəm, xalqımız çox təəssüflənir ki, indi bu cür
münaqişələrə kəskin şəkildə reaksiya verən ATƏT Ermənistan silahlı
birləşmələri Azərbaycan ərazisində etnik təmizləmə apararkən buna
nəinki belə, hətta, demək olar, heç bir diqqət yetirməmişdir. Ölkəmiz,
xalqımız separatizmin nə olduğunu, terrorizmin nə olduğunu, etnik
təmizləmənin nə olduğunu yaxşı bilir. Ona görə də bu münaqişənin
mümkün qədər tez və ən əvvəl siyasi yolla həll edilməsi naminə
gördüyünüz işlər dəstəklənməyə və bəyənilməyə layiqdir.
İnanıram, bir halda ki, işə belə girişmisiniz, ATƏT-in əsas ölkələri
də buna çox fəal girişmişlər, - xatirimdədir, İstanbul zirvə
toplantısında dövlət və hökumət başçılarının çox çıxışları səsləndi, -
deməli, məsələnin həlli yolunu tapa biləcək-
___________________________________________________417
siniz. Elə bir yol ki, o, şübhəsiz, Rusiya dövlətinin də, çeçen xalqının
da mənafelərini təmin edəcəkdir. Odur ki, bu məsələdə sizə uğurlar
arzulayıram.
Ancaq başa düşürəm ki, vəziyyət son dərəcə ağırdır və təxminən
güman edirəm ki, dünyanın heç bir rayonunda, - bəlkə Kosovoda da
belə olmuşdu, amma o, bizdən uzaqdadır, biz o qədər də bilmirik, -
indi Şimali Qafqazda, Çeçenistanda olduğu kimi, belə mürəkkəb
vəziyyət yoxdur.
Sizə demək istəyirəm ki, Şimali Qafqaz bölgəmizin, Qafqazın bir
hissəsidir. Buna görə də Şimali Qafqazda sabit vəziyyətin olmasının
bütün Cənubi Qafqaz ölkələri, xüsusən Azərbaycan və Gürcüstan
üçün böyük əhəmiyyəti var.
Bizim Çeçenistanla ümumi sərhədimiz yoxdur. Azərbaycanla
Çeçenistan arasında Dağıstan Respublikası yerləşir, bu respublika
Rusiya Federasiyasının tərkibinə daxildir. Lakin ümumi sərhədimizin
olub-olmamasından asılı olmayaraq, Qafqaz ölkələri tarixən bir-biri
ilə çox sıx bağlı olmuşlar. İkincisi, siz bilirsiniz ki, Şimali Qafqaz
xalqlarının əksəriyyəti islama etiqad edən xalqlardır, mürtəce
qüvvələrin, vəhabilər kimi islam təməlçilərinin Şimali Qafqaza yol
tapması isə, şübhəsiz, bütün Şimali Qafqaz üçün və Cənubi Qafqaz
üçün böyük təhlükə törədir.
Deməliyəm ki, islam dini terrorizmi heç zaman dəstəkləməyibdir.
İslam məhzəbli müxtəlif terror təşkilatları, necə deyərlər, islam dininə
dönük çıxmış təşkilatlardır. Buna görə də Şimali Qafqazda sabitliyin,
sülhün və əmin-amanlığın təmin edilməsinə yönəldilmiş bütün
səyləriniz nəinki bu ölkələr üçün, həm də Cənubi Qafqaz üçün,
xüsusən Azərbaycan üçün əhəmiyyətə malikdir.
İstanbul zirvə toplantısında mən cənubi Qafqazda təhlükəsizlik və
əməkdaşlıq paketi yaradılması ideyasını irəli sürdüm. Mən ATƏT-i
də, Amerika Birləşmiş Ştatlarını da, Rusiyanı da, Gürcüstanı da,
Ermənistanı da, Cənubi Qafqazda maraq-
___________________________________________________418
ları olan digər bütün ölkələri də bu təklifə qoşulmağa və elə etməyə
çağırdım ki, Cənubi Qafqazda təhlükəsizlik yaransın və iqtisadi
əməkdaşlıq təmin edilsin.
İndiki vəziyyətdə hər hansı iqtisadi inkişafı, hətta Cənubi Qafqazda
da, təmin etmək, demək olar, qeyri-mümkündür. Halbuki Cənubi
Qafqaz ölkələri arasında iqtisadi əməkdaşlıq qısa müddət ərzində bu
ölkələrin hamısına çox böyük fayda gətirərdi.
Hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında münaqişəni
aradan qaldırmaq, işğal olunmuş Azərbaycan ərazilərini azad etmək,
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, yaşayış yerlərindən
qovulmuş bir milyon sakini ev-eşiklərinə qaytarmaq lazımdır.
Hərçənd onların qayıtmaq, -əgər onlar qayıda bilsələr, - istədikləri
yerlərdə hər şey dağıdılmış və talan edilmişdir. Orada hər şey təzədən
başlanacaq, bunun üçün çox böyük məbləğdə vəsait lazım olacaqdır,
bizim isə bu qədər vəsaitimiz yoxdur. Deməli, beynəlxalq birliyin çox
böyük yardımı lazım olacaqdır.
Bununla belə, vəziyyəti belə qoymaq olmaz. Ermənistanla
Azərbaycan arasında sülhə, bütün Cənubi Qafqazda sülhə nail olmaq
lazımdır. Beləliklə, Cənubi Qafqazda sülh, Şimali Qafqazda sülh
böyük məqsədlərdir. Mən sizə bu sahədə uğurlar arzulamaq istəyirəm.
Knut Vollebek: Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq
paktı barəsində fikrinizi inkişaf etdirmək istərdim. Necə bilirsiniz,
buna bənzər bir şeyi Şimali Qafqazda da yaratmaq mümkündürmü?
Başa düşürəm, bunlar müxtəlif şeylərdir, çünki Şimali Qafqaz
Rusiya Federasiyasının subyektidir. Doğru dediniz ki, hər hansı
dövlətdə siyasi və iqtisadi inkişaf qarşılıqlı surətdə bağlıdır. Odur ki,
əgər biz Şimali Qafqazda məsələnin uzunmüddətli həllini işləyib
hazırlamağı qarşımıza məqsəd qoyuruqsa, onda bu məqamları - siyasi
və iqtisadi inkişafı da
Dostları ilə paylaş: |