___________________________________________________425
hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqiqətlərin ən mötəbər
beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında müstəsna
xidmətləri var. «Heydər Əliyev» və Fransanın «Fəxri legionun böyük xaç
komandoru» ordenləri ilə təltif olunmuşdur. - 17, 53, 226.
11. ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il
iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və
Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin
qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni
Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən,
dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı
mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından
ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. -
14,72,73,74,92,128,134-140,156-158,170-172,173,174,
203,204,267,280,295,341,355,412-421.
12. Argentina, Argentina Respublikası - Cənubi Amerikanın cənub şərqində
dövlət. Sahəsi 2780 min km
2
, əhalisi 34,9, milyon nəfərdir.Argentina federativ
respublikadır. Dövlət və hökumət başçısı prezident,ali qanunverici hakimiyyət
orqanı Milli Konqresdir (parlament).Paytaxtı Buenos-Ayresdir. - 18.
13. Tunis, Tunis Respublikası - Şimali Afrikada dövlət. Sahəsi 164,2 min km
2
,
əhalisi 9 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici hakimmiyyət
Nümayəndələr palatasına (parlament) məxsusdur. Paytaxtı Tunis şəhəridir. - 19.
14. Klinton
Bill, U i1 y a m Ceferson B 1 a y d (d.1946) - ABŞ-ın görkəmli
siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000).Klinton xarici
siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış dövlətlərlə, o cümlədən
Azərbaycan Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm əhəmiyyət
vermişdir. - 20, 77, 79, 89, 148, 149, 161-163 , 171 , 177 , 178 , 180 , 182 , 190 , 198 ,
201, 203, 207, 208, 224, 228, 235, 236, 244, 262, 266, 267, 415.
15. Misir, Misir Ərəb Respublikası- Şimal-Şərqi Afrika və Asiyanın Sinay
yarımadasında dövlət. Sahəsi 1001,4 min km
2
, əhalisi
___________________________________________________426
61 milyon nəfərdir. İnzibati ərazi cəhətdən 26 mühafazaya (qubernatorluğa) bölünür.
Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı
Qahirə şəhəridir. -20, 21, 230.
16. Hüsnü Mübarək, Seyid Məhəmməd (d.1928) – Misir Ərəb
Respublikasının görkəmli siyasi və dövlət xadimi. 1975-81-ci illərdə Misir Ərəb
Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından prezidentidir. -21.
17. Hindistan, Hindistan Respublikası - Cənubi Asiyada dövlət. Sahəsi 3,3
milyon km
2
, əhalisi 953 milyon nəfərdir. Hindistan Millətlər Birliyi tərkibində
Federativ Respublikadır. Dövlət başçısı prezident, qanunverici hakimiyyət iki
palatadan (Ştatlar Şurası vəXalq palatası) ibarət parlamentə məxsusdur. Hindistan
inzibati cəhətlən 22 ştata və 9 müttəfiq əraziyə bölünür. Paytaxtı Dehli şəhəridir. - 22.
18. Rusiya, RusiyaFederasiyası - Avropanın şərqində,Asiyanın şimalında
dövlət. Ərazisi 17075,4 min km
2
, əhalisi 146,3 milyon nəfərdir. Rusiya respublika
idarəetmə formalı demokratik federativ dövlətdir. Rusiya Federasiyasına 21
respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq
şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.
Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı - Dövlət Duması və
Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. - 23-42, 56, 58, 61, 65, 72, 74, 75,
82, 89, 90, 91, 97, 103, 138, 145, 156-158, 176, 181, 188, 191, 199, 218, 229, 231,
232, 233, 234, 246, 273, 277 -283, 287, 295, 324, 346, 355, 356, 414, 417, 418, 419.
19. Aksenenko Nikolay Yemelyanoviç (1949-2005) - dəmiryolçu
mühəndis.1984 - 94-cü illərdə bir sıra dövlət işlərində çalışmışdır. 1994 - 96-cı illərdə
Rusiya Federasiyasında rabitə nazirinin müavini, 1996-97-ci illərdə rabitə nazirinin
birinci müavini, 1997-ci il apreldən isə nazir vəzifəsində işləmişdir. 1999-cu ildə
Nazirlər Sovetinin birinci muavini,2000-02-ci illərdə yenidən RF-da rabitə naziri
olmuşdur. - 23-42.
20. Baybakov Nikolay Konstantinoviç (d. 1911) - Rusiya dövlət xadimi. Bakı
yaxınlığındakı Sabunçu qəsəbəsində doğulmuşdur. Lenin mükafatı laureatı, Sosialist
Əməyi Qəhrəmanı. 1965-90-cı illədə SSRİ Nazirlər Soveti sədrinin müavini və
SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur. O, harada olursa-olsun doğma
Azərbaycanla əlaqəsini kəsmə-
___________________________________________________427
miş, Azərbaycanın iqtisadiyyatının inkişafına köməyini əsirgəməmişdir. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. -24,26.
21. Sovetlər İttifaqı, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) – 1922-
1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud olmuş dövlət.
SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek. 1922) əsasən onun tərkibinə
Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz respublikaları (ZSFSR; 1936-cı
ildən müttəfiq respublikalar - Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR) və
Ukrayna SSR, 1925-ci ildə - Özbəkistan SSR, Türkmənistan SSR, 1929-cu ildə
Tacikistan SSR, 1936-cı ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-cı ildə
Moldaviya SSR, Latviya SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular.
1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin mövcudluğunun
dayandırıldığını elan edərək Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması
haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il dekabrın 21-də Latviya,
Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin digər müttəfiq respublikalarının
başçıları Alma-Atada Bəyannamə imzalayaraq MDB-nin yaradılması haqqında
məqsəd və prinsiplərə qoşulduqlarını bəyan etdilər. – 24 , 25 , 26 , 70 , 89 , 90 , 91,
92, 93, 98, 118, 175, 184, 186, 216, 245, 353, 408.
22. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci ıl dekabrın 8-də Belorusiya,
Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş əsasında SSRİ
dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü
ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq
respublikası - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna
daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə
fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici
siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında,
nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və
ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla
mübarizə; müdafiə siyasətində və sərhədlərin qorunmasında əməkdaşlıq.
MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları
Şurası; Xarici işlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mər-
Dostları ilə paylaş: |