___________________________________________________428
s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə
Məsləhət Komitəsidir. - 27,34,36,43,75,79,80,87,89,136, 175,185,354.
23. Abbas
Abbasov, Abbas Aydın oğlu (d. 1949) - 1992-2006-cı illərdə
Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini olmuşdur. Azərbaycan
Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. - 29, 30, 137,175, 230.
24. Yeltsin Boris Nikolayeviç (1931-2007) - Rusiyanın siyasi və dövlət xadimi.
1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. - 29, 30, 31, 33,
36, 37, 75, 273, 277, 278, 295.
25. Bakı-Novorossiysk neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan
Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin
həyata keçirilməsinin mühüm bir hissəsi Bakı- Novorossiysk neft kəməridir. Bu
kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. - 30, 165, 222, 307, 315, 316,
419, 420.
26. Çernomırdin Viktor Stepanoviç (d. 1938) – Rusiya Federasiyasının
dövlət xadimi. 1992-98-ci illər Rusiya Federasiyasının Baş naziri olmuş, hazırda isə
Rusiya Federasiyasının Ukrayna Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. -
31,75.
27. Çeçenistan (İçkeriya) - Rusiya Federasiyasında respublika.Paytaxtı
Qroznı şəhəridir.
Orta əsrlərin əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin tərkibində
idi. XIX əsrdə Rusiya Şimali Qafqazı işğal etməyə başladı. Çeçenlər öz
torpaqlarından çıxarılır, onların yerinə burada kazaklar yerləşdirilirdi. Bu da
Çeçenistanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. Dağlıların bu
hərəkatı (1817-1864) 1859-cu ildə Şeyx Şamil təslim olduqdan sonra yatırıldı və
Çeçenistan tamamilə Rusiyaya birləşdirildi. 1991-92-ci illərdə Rusiya Federasiyası
tərkibində müstəqil Çeçenistan Respublikası yaradıldı. - 31, 32, 34, 35, 36, 38, 40,
43, 103, 232, 233, 234, 346, 414, 417, 419, 420, 421.
28. Nemtsov
Boris
Yefimoviç (d.1959) - Rusiyanın ictimai və dövlət xadimi.
1997-98-ci illərdə Rusiya Federasiyası Baş nazirinin müavini olmuşdur. - 31
___________________________________________________429
29. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan
hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata
keçirilməsinin mühüm bir vəsiləsi Bakı-Supsa neft kəməridir. Kəmərin uzunluğu
830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada hər birinin
tutumu 250 min barrel olan dörd terminal tikilmişdir.
1999-cu ilin aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli
üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi
açılış mərasimi olmuşdur. -32, 165, 200, 201, 222, 223, 224, 307, 315, 316, 420.
30. Dağıstan, Dağıstan Respublikası - Rusiya Federasiyasının tərkibində.
Sahəsi 50,3 min km
2
, əhalisi 2094,6 min nəfərdir. Paytaxtı Mahaçqala şəhəridir.
Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci minilliyin axırlarına qədər Qafqaz Albaniyası
tərkibində olmuşdur. 1813-cü ildə Gülüstan müqaviləsinə əsasən çar Rusiyasına
birləşdirilmişdir. - 32, 34, 36, 41, 86, 103, 386, 414, 417, 419, 420.
31. ORT - Rusiya İctimai Televiziyası. MDB ölkələrinin 98 faizdən çox əhalisi
üçün verilişlər aparır. Müxbir məntəqələri Rusiyada, MDB - də və dünyanın bir çox
ölkələrində fəaliyyət göstərir. - 33.
32. RTR, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Kompaniyası
(ÜDTRVK) - 1990-cı ildə yaradılmışdır, Rusiya Federasiyası ərazisində televiziya və
radio verilişləri təşkil edir. 1998-ci il bazasında yaradılmış ÜRDTRVK dövlət media
holdinqi federal «Rossiya» və «Kultura» telekanalları, «Radio Rossii», «Mayak»,
«Orfey», «Yunost», «Qolos Rossii» radiostansiyalarını və 92 regional dövlət
teteradiokompaniyalarını, Ostankino televiziya və Rusiya informasiya texniki
mərkəzini,«Vesti» agentliyini əhatə edir. - 33.
33. «NTV» - Rusiya Federasiyasının müstəqil televiziya kanallarından biri.
1991-ci ildən fəaliyyət göstərir. - 33.
34. İvanov İqor Sergeyeviç (d.1945) - 1986-89-cu illərdə SSRİ Xarici İşlər
Nazirliyinin ümumi katibliyində rəisin birinci müavini, 1989-91-ci illərdə rəis,1991-
93-cü illərdə Rusiya Federasiyasının İspaniyada səfiri, 1993-98-ci illərdə Rusiya
xarici işlər nazirinin birinci müavini, 1998-2004-cü illərdə Rusiya Federasiyasının
xarici işlər naziri olmuşdur. - 35,58,156-158,181,191,231.
___________________________________________________430
35. «Əsrin müqaviləsi» - 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər
dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən
hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi»
haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. - 35, 45, 148, 149,
161, 178, 190, 200, 205, 206, 220, 221, 222, 224, 226, 265.
36. Kalyujnı Viktor İvanoviç (d. 1947) - neftçi mühəndis, diplomat.1999-
2000-ci illərdə Rusiya Federasiyası yanacaq və energetika naziri, 2000-ci ilin
avqustundan 2004-cü ilə qədər xarici işlər nazirinin birinci müavini və Prezidentin
Xəzər dənizi statusunun həlli üzrə xüsusi nümayəndəsi işləmişdir. 2004-cü ilin
sentyabrından Rusiya Federasiyasının Latviyada fövqəladə və səlahiyyətli səfiridir. -
35,180.
37. Artur
Rəsizadə, Artur Tahir oğlu (d. 1935) - Azərbaycanın dövlət
xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986-92-ci illərdə Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996- cı ildən Azərbaycan
Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif
olunmuşdur. - 36.
38. Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq
sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı
inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko
konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın
24-də qüvvəyə mindi. Hazırda BMT-yə 198 dövlət daxildir.
BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai
Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.1992 - ci ildən
Azərbaycan Respublikası BMT - nin üzvüdür. - 37, 105, 112, 116, 120, 126, 231, 341,
414.
39. Helsinki
aktı - 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə
Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının
müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını
imzaladılar. Azərbaycan Respublikası bu aktı 1992-ci ıldə imzalamışdır. - 37, 135,
143, 173, 183, 204, 237, 267.
40. Miqrasiya - köçmə, mühacirət - 41.
Dostları ilə paylaş: |