___________________________________________________65
məyibdir. Fatma xanım bunu izah etdi. Biz də elə başa düşürük ki,
bunlar hələ müəyyən dövrdə gizli saxlanılmalıdır. Amma camaatın
belə narahatlığı bizi də vadar etdi ki, Sizə müraciət edək, Siz tam
olmasa da, heç olmasa müəyyən bir açıqlıq verəsiniz ki, camaat da
bilsin.
Heydər Əliyev: Yaxşı. Daha nə demək istəyirsiniz?
Hüseyn Abbaszadə: Möhtərəm prezident, bu hadisə ilə əlaqədar
son zamanlar bizi küçədə, yolda saxlayilə soruşurlar ki, bu işlər
necədir, güzəşt nədən ibarətdir? Deyin, biz bilək. Vallah, billah, bilin
ki, biz də bilmirik. Amma güzəşt məsələsi var. Bu güzəştləri bilmək
istəyirik. O güzəştlərdə bizim ərazi bütövlüyümüz təmin olunurmu,
Azərbaycana zərər dəyəcəkmi? Biz də deyirik, - inanmırıq ki, bizim
prezidentimiz Azərbaycanın mənafeyinə zidd olan bir sənədə qol
çəksin. Onlar evə zəng edirlər, Yazıçılar Birliyinə gəliblər, hər yerdə
soruşurlar. Deyirlər ki, axı biz onlara kifayət qədər güzəşt etmişik, ən
yüksək status verməyə hazırıq.
Cənab prezident, müxtəlif söz-söhbət gəzir. Özü də bunları
çaşdıran ələlxüsus Azərbaycandan kənarda çap olunan materiallar və
Rusiya televiziya və radiosunun verdiyi, yaydığı məlumatlardır.
Məsələn, "Nezavisimaya qazeta"da, "Den" və başqa qəzetlərdə onlar
bəzi şeylər yayırlar. Bütün bu informasiyalar adamları çaşdırır. Biz də
Sizdən xahiş edirik ki, camaatı sakit etmək üçün mümkün qədər, nə
mümkünsə deyəsiniz.
Heydər Əliyev: Qabil, sən nə demək istəyirsən?
Q a b i l: Əvvəla, mən də Anar müəllim kimi, hamımız kimi, -
düzdür, mən televiziya vasitəsilə Sizi təbrik etmişik, amma üzbəsurət
təbrik etməmişəm, - Sizi Beynəlxalq Atatürk Sülh Mükafatı almağınız
münasibətilə təbrik edirəm.
Hörmətli prezidentimiz, mən Sizə həmişə Heydər müəllim
demişəm. Məhz müəllim demişəm. Bunun bir minnəti yoxdur.
"Müəllim" öyrədən deməkdir. Ona görə də biz öyrənənik.
___________________________________________________66
Öyrənənin öyrədənin başına ağıl qoymağa mənəvi ixtiyarı yoxdur.
Bizim o müraciətimiz ancaq can yanğısıdır. O heç məsləhət də deyil.
Nəticəsi elə odur.
Məsələn, camaat elə bilir ki, mən hər gün Sizinlə görüşürəm,
oturub çay içirəm. Amma başa düşmürlər ki, elə deyildir.
Heydər Əliyev: Hərdənbir görüşürsən.
Q a b i l: Bəli, camaat elə bilir ki, mənə nə desələr, o dəqiqə Sizə
satdıra bilərəm. Elə bilirlər ki, biz ixtiyar sahibiyik. Amma camaatın
bu təsəvvürü yanlış deyil. Ona görə ki, bizim Azərbaycan xalqı
həmişə şairi ilə, yazıçısı ilə fəxr edibdir, -mən o qrafomanları və s.
nəzərdə tutmuram, - dərdini, sözünü ona deyilə, onun üstünə gəlibdir.
Tanıdığına, etibar etdiyinə, əsərlərinə, çıxışlarına görə. Ona görə də
biz Sizə bu müraciəti dostyana, məhrəmanə, böyük bir səmimiyyət
pərdəsi ilə yazmışıq, qol çəkmişik.
Sizə onu deyim ki, Sizin öz sözləriniz bizə imkan verir. Məsələn,
Siz bütün çıxışlarınızda deyirsiniz ki, sülh, sülh, sülh yolu ilə. Lap
axırda deyirsiniz ki, əgər bunların hamısından əlimiz üzülsə, heç bir
şey mümkün olmasa, biz müharibə, hərb yolu ilə torpaqlarımızı azad
edəcəyik. Camaat da fikirləşir ki, bir halda prezidentimiz sözünün
sonunda deyir ki, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik, onda bəs
bu ordunun - heç olmasa gizli şeylər qalsın, istəmirik və istəyə də
bilmərik -vəziyyəti yaxşıdırmı, hazırdırmı? Ordumuzun haqqını,
çörəyini, paltarını kəsənlərlə, əliəyrilərlə necə mübarizə aparılır?
Siz göstəriş vermisiniz, orduda işləri komissiya yoxlayıb Sizə
məlumat veribdir. İndi, türkün sözü, ucundan-qulağından bəlkə biz də
bir şey bilək, məsləhətinizlə camaata deyək. Mən çıxışımda da
demişəm ki, - Sizdən uzaq-uzaq olsun, - Allahın bir çobanı - çobana
bizim hörmətimiz var, zəhmətkeşdir - üstündə gəzdiyi, qoyun otardığı
torpağın bir qarışını vermədiyi halda, necə ola bilər ki, ölkənin, xalqın
qarantı
___________________________________________________67
olan böyük bir şəxsiyyət, necə deyərlər, əlli, yüz diplomatı, aşıqlar
demişkən, bağlayilə yola salan adam gərəksiz bir şeyə qol çəksin,
xalqa sərf etməyən bir sənədə qol çəksin?
Bağışlayın, başınızı ağrıdıram. Siz bir dəfə Dövlət Neft Şirkətinin
prezidentinə əsəbiləşdiniz və dediniz ki, axı hələ bu "Mirvari",
"Lənkəran" yataqları bir yana qalsın, indi çıxan neft hara gedir? O da
nəm-nüm etdi, qaldı belə, indi onu camaat da soruşur. Mənim bir
şeirim var. Deyirəm ki,
Bütün qolbaqları, bilərzikləri,
Satilə tanka verək, tüfəngə verək.
Bu, şairanə bir sözdür. Ordumuzun möhkəmlənməsi, güclənməsi, -
Sizin sözünüzün qüvvəti, - çox vacib bir məsələdir. Torpağımızı,
vətənimizi, millətimizi qorumaq üçün lazımdır. Bütün bu məsələlər
haqqında camaat bilmək istəyir, məlumat istəyir.
Bir az böyük çıxmasın, indi üzümüzə gülürsünüz, bizə şərait
yaradırsınız. Biz də bir az həyəcanlanırıq. Bu söhbətlərlə bağlı
mümkün qədər, nəyi lazım bilirsiniz, cavab verəcəksiniz. Bunlar yaxşı
olacaqdır.
Mən bir şey deyim. Günlərin bir günü Hacı Zeynalabdin Tağıyevə
gəlib deyirlər ki, ay Hacı, fil qulağında yatmısan. Deyir, nə olub?
Deyir, əşi, Mayılov teatr tikir. Deyir, səsini çixarma, qoy tiksin.
Burada qalacaq, bu torpaqda qalacaqdır. Goruna, Ermənistana
aparmayacaqdır.
İndi burada biz baxırıq – elə yerlər var ki, imarətlər tikilibdir. Mən
demirəm ki, onları sabah əllərindən alın. Yox. Düzdür, torpaqda
qalacaqdır. Amma o qaçqınların, köçkünlərin, o əsgərlərin gözü həmin
imarətlərdədir ki, bəlkə o imarətlərin hesabına, oraya qoyulan xərclərə
bizim yaralılarımız, qaçqınlarımız, az təqaüd alanlarımız, evsiz-
eşiksizlərimiz təmin oluna. Mən demirəm ki, nəzarət qoyulsun. Hər
halda
Dostları ilə paylaş: |