Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə18/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   14   15   16   17   18   19   20   21   ...   139

___________________________________________________65 

məyibdir. Fatma xanım bunu izah etdi. Biz də elə başa düşürük ki

bunlar hələ müəyyən dövrdə gizli saxlanılmalıdır. Amma camaatın 

belə narahatlığı bizi də vadar etdi ki, Sizə müraciət edək, Siz tam 

olmasa da, heç olmasa müəyyən bir açıqlıq verəsiniz ki, camaat da 

bilsin. 


Heydər Əliyev: Yaxşı. Daha nə demək istəyirsiniz?  

Hüseyn Abbaszadə: Möhtərəm prezident, bu hadisə ilə  əlaqədar 

son zamanlar bizi küçədə, yolda saxlayilə soruşurlar ki, bu işlər 

necədir, güzəşt nədən ibarətdir? Deyin, biz bilək. Vallah, billah, bilin 

ki, biz də bilmirik. Amma güzəşt məsələsi var. Bu güzəştləri bilmək 

istəyirik. O güzəştlərdə bizim ərazi bütövlüyümüz təmin olunurmu

Azərbaycana zərər dəyəcəkmi? Biz də deyirik, - inanmırıq ki, bizim 

prezidentimiz Azərbaycanın mənafeyinə zidd olan bir sənədə qol 

çəksin. Onlar evə zəng edirlər, Yazıçılar Birliyinə gəliblər, hər yerdə 

soruşurlar. Deyirlər ki, axı biz onlara kifayət qədər güzəşt etmişik, ən 

yüksək status verməyə hazırıq. 

Cənab prezident, müxtəlif söz-söhbət gəzir. Özü də bunları 

çaşdıran  ələlxüsus Azərbaycandan kənarda çap olunan materiallar və 

Rusiya televiziya və radiosunun verdiyi, yaydığı  məlumatlardır. 

Məsələn, "Nezavisimaya qazeta"da, "Den" və başqa qəzetlərdə onlar 

bəzi şeylər yayırlar. Bütün bu informasiyalar adamları çaşdırır. Biz də 

Sizdən xahiş edirik ki, camaatı sakit etmək üçün mümkün qədər, nə 

mümkünsə deyəsiniz. 

Heydər Əliyev: Qabil, sən nə demək istəyirsən? 

Q a b i l:  Əvvəla, mən də Anar müəllim kimi, hamımız kimi, - 

düzdür, mən televiziya vasitəsilə Sizi təbrik etmişik, amma üzbəsurət 

təbrik etməmişəm, - Sizi Beynəlxalq Atatürk Sülh Mükafatı almağınız 

münasibətilə təbrik edirəm. 

Hörmətli prezidentimiz, mən Sizə  həmişə Heydər müəllim 

demişəm. Məhz müəllim demişəm. Bunun bir minnəti yoxdur. 

"Müəllim" öyrədən deməkdir. Ona görə də biz öyrənənik. 

  

 



 


___________________________________________________66 

Öyrənənin öyrədənin başına ağıl qoymağa mənəvi ixtiyarı yoxdur. 

Bizim o müraciətimiz ancaq can yanğısıdır. O heç məsləhət də deyil. 

Nəticəsi elə odur. 

Məsələn, camaat elə bilir ki, mən hər gün Sizinlə görüşürəm, 

oturub çay içirəm. Amma başa düşmürlər ki, elə deyildir. 



Heydər Əliyev: Hərdənbir görüşürsən. 

Q a b i l: Bəli, camaat elə bilir ki, mənə nə desələr, o dəqiqə Sizə 

satdıra bilərəm. Elə bilirlər ki, biz ixtiyar sahibiyik. Amma camaatın 

bu təsəvvürü yanlış deyil. Ona görə ki, bizim Azərbaycan xalqı 

həmişə  şairi ilə, yazıçısı ilə  fəxr edibdir, -mən o qrafomanları  və s. 

nəzərdə tutmuram, - dərdini, sözünü ona deyilə, onun üstünə gəlibdir. 

Tanıdığına, etibar etdiyinə,  əsərlərinə, çıxışlarına görə. Ona görə  də 

biz Sizə bu müraciəti dostyana, məhrəmanə, böyük bir səmimiyyət 

pərdəsi ilə yazmışıq, qol çəkmişik. 

Sizə onu deyim ki, Sizin öz sözləriniz bizə imkan verir. Məsələn, 

Siz bütün çıxışlarınızda deyirsiniz ki, sülh, sülh, sülh yolu ilə. Lap 

axırda deyirsiniz ki, əgər bunların hamısından  əlimiz üzülsə, heç bir 

şey mümkün olmasa, biz müharibə, hərb yolu ilə torpaqlarımızı azad 

edəcəyik. Camaat da fikirləşir ki, bir halda prezidentimiz sözünün 

sonunda deyir ki, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik, onda bəs 

bu ordunun - heç olmasa gizli şeylər qalsın, istəmirik və istəyə  də 

bilmərik -vəziyyəti yaxşıdırmı, hazırdırmı? Ordumuzun haqqını, 

çörəyini, paltarını kəsənlərlə, əliəyrilərlə necə mübarizə aparılır? 

Siz göstəriş vermisiniz, orduda işləri komissiya yoxlayıb Sizə 

məlumat veribdir. İndi, türkün sözü, ucundan-qulağından bəlkə biz də 

bir  şey bilək, məsləhətinizlə camaata deyək. Mən çıxışımda da 

demişəm ki, - Sizdən uzaq-uzaq olsun, - Allahın bir çobanı - çobana 

bizim hörmətimiz var, zəhmətkeşdir - üstündə gəzdiyi, qoyun otardığı 

torpağın bir qarışını vermədiyi halda, necə ola bilər ki, ölkənin, xalqın 

qarantı 


  

 

 




___________________________________________________67 

olan böyük bir şəxsiyyət, necə deyərlər,  əlli, yüz diplomatı, aşıqlar 

demişkən, bağlayilə yola salan adam gərəksiz bir şeyə qol çəksin, 

xalqa sərf etməyən bir sənədə qol çəksin? 

Bağışlayın, başınızı ağrıdıram. Siz bir dəfə Dövlət Neft Şirkətinin 

prezidentinə  əsəbiləşdiniz və dediniz ki, axı  hələ bu "Mirvari", 

"Lənkəran" yataqları bir yana qalsın, indi çıxan neft hara gedir? O da 

nəm-nüm etdi, qaldı belə, indi onu camaat da soruşur. Mənim bir 

şeirim var. Deyirəm ki, 

 

Bütün qolbaqları, bilərzikləri,  



Satilə tanka verək, tüfəngə verək. 

 

Bu, şairanə bir sözdür. Ordumuzun möhkəmlənməsi, güclənməsi, - 



Sizin sözünüzün qüvvəti, - çox vacib bir məsələdir. Torpağımızı, 

vətənimizi, millətimizi qorumaq üçün lazımdır. Bütün bu məsələlər 

haqqında camaat bilmək istəyir, məlumat istəyir. 

Bir az böyük çıxmasın, indi üzümüzə gülürsünüz, bizə  şərait 

yaradırsınız. Biz də bir az həyəcanlanırıq. Bu söhbətlərlə bağlı 

mümkün qədər, nəyi lazım bilirsiniz, cavab verəcəksiniz. Bunlar yaxşı 

olacaqdır. 

Mən bir şey deyim. Günlərin bir günü Hacı Zeynalabdin Tağıyevə 

gəlib deyirlər ki, ay Hacı, fil qulağında yatmısan. Deyir, nə olub? 

Deyir,  əşi, Mayılov teatr tikir. Deyir, səsini çixarma, qoy tiksin. 

Burada qalacaq, bu torpaqda qalacaqdır. Goruna, Ermənistana 

aparmayacaqdır. 

İndi burada biz baxırıq – elə yerlər var ki, imarətlər tikilibdir. Mən 

demirəm ki, onları sabah əllərindən alın. Yox. Düzdür, torpaqda 

qalacaqdır. Amma o qaçqınların, köçkünlərin, o əsgərlərin gözü həmin 

imarətlərdədir ki, bəlkə o imarətlərin hesabına, oraya qoyulan xərclərə 

bizim yaralılarımız, qaçqınlarımız, az təqaüd alanlarımız, evsiz-

eşiksizlərimiz təmin oluna. Mən demirəm ki, nəzarət qoyulsun. Hər 

halda 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə