Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə16/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   12   13   14   15   16   17   18   19   ...   139

___________________________________________________58 

Sentyabr-oktyabr aylarında Rusiyanın xarici işlər naziri cənab 

İvanov və Amerika Birləşmiş  Ştatları prezidentinin Dağlıq Qarabağ 

problemi üzrə xüsusi nümayəndəsi, səfir cənab Kavana - o, bu 

vəzifəyə yeni təyin olunubdur - Azərbaycana səfər etdikləri zaman 

mən Minsk qrupundan və xüsusən onun həmsədrlərindən ölkəmizin 

narazılığını bildirmişəm. Mən bu narazılığı bu gün sizə  də, yəni 

Fransaya da bildirirəm. 

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk 

qrupunun üç həmsədri, yəni Rusiya ilə  bərabər Amerika Birləşmiş 

Ştatları  və Fransa Minsk qrupunun həmsədrləri oldular. Bu, bizdə, 

xalqımızda, dövlətimizdə çox böyük ümidlər yaratdı. Çünki o vaxta 

qədər bu məsələlərlə Rusiya təkbaşına məşğul olurdu. Amerika 

Birləşmiş  Ştatlarının və Fransanın həmsədr olması da məhz 

Azərbaycanın təşəbbüsü ilə meydana gəldi. Biz hesab edirik ki, 

Rusiya ilə bərabər, Amerika Birləşmiş Ştatları və Fransa kimi böyük 

dövlətlər - dünyada, beynəlxalq aləmdə böyük nüfuza malik olan 

dövlətlər bu məsələnin həll olunmasını üçün birlikdə  təmin edə 

biləcəklər. Təəssüf ki, bu olmadı. Üç il keçdi. Bir həftədən sonra - 

noyabr ayının 18-də  İstanbulda ATƏT-in növbəti zirvə görüşü 

keçiriləcəkdir. Biz bu zirvə görüşünə münaqişənin həll edilməsi 

barədə heç bir irəliləmə əldə olunmamış vəziyyətdə gəlirik. 

Bilirsiniz ki, ATƏT-in zirvə görüşündən sonra, 1997-ci ildə Minsk 

qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə  həll olunması üçün 

iki dəfə  təkliflər vermişdilər. Azərbaycan birinci təklifi də, ikinci 

təklifi də dəstəklədi, amma Ermənistan bunlardan imtina etdi. Minsk 

qrupu 1998-ci ildə demək olar ki, heç bir fəaliyyət göstərmədi. Yalnız 

1998-ci ilin noyabr ayında, yəni bir il bundan öncə yeni təklif verildi 

ki, münaqişə "ümumi dövlət" prinsipi əsasında həll olunsun. Bunu da 

biz qəbul etmədik. Bu dəfə Ermənistan həmin təklifi qəbul etdi. 

  

 

 




___________________________________________________59 

Biz bunu qəbul edə bilməzdik. Çünki bu təklifə görə Azərbaycanın 

ərazisində Dağlıq Qarabağ sifətində ikinci erməni dövləti yaradılmalı 

idi. Ermənistan isə bu təklifi ona görə  qəbul etdi ki, bu, onların 

mənafelərini tamamilə  təmin edir. Amma Minsk qrupu gərək hər iki 

tərəfin mənafelərini təmin edən təkliflər irəli sürsün. 

Biz Minsk qrupundan xahiş etdik ki, yeni təklif versin. Ancaq bir il 

keçibdir, yeni təklif yoxdur. Ona görə  də narazılığımızı bildirməyə 

bizim haqqımız vardır. Bilirsiniz ki, bu münaqişədən zərər çəkən 

yalnız Azərbaycandır. Azərbaycanın  ərazisinin 20 faizi Ermənistan 

silahlı qüvvələri tərəfindən işğal olunubdur və indiyə  qədər işğal 

altındadır.  İşğal olunmuş torpaqlardan bir milyondan artıq qaçqın - 

azərbaycanlılar, vətəndaşlarımız çıxarılilədır. Onlar 6-7 ildir ki, çox 

ağır vəziyyətdə, əksəriyyəti çadırlarda yaşayırlar. 

Mən çox təşəkkür edirəm ki, siz gedib qaçqınlarla görüşmüsünüz 

və onların vəziyyəti ilə tanış olmusunuz. Görmüsünüz ki, insan 6-7 il 

belə vəziyyətdə yaşaya bilməz. Amma Bakıda yaşayanların vəziyyəti 

o birilərindən demək olar ki, müəyyən qədər, nisbətən yaxşıdır. O 

çadırlarda yaşayanlar isə çox əziyyət çəkirlər. 

Dünən axşamdan Bakıda yağış yağmağa başlayıbdır. Azərbaycanın 

başqa bütün yerlərində  də yağış yağır, sonra da qar yağacaqdır. 

İnsanlar yağış yağmasından öz evlərində, küçəyə  çıxanda, başqa 

yerlərdə  nə  qədər çətinlik çəkirlər. Təsəvvür edin, çadırlarda 

yaşayanlar nə qədər əziyyət çəkirlər. Çadır onları yağışdan mühafizə 

etmir. Onlar çadırlardan asfalt küçəyə  çıxmırlar, palçığın üstü ilə 

gedirlər. Hər halda, mən bu barədə söhbət açmaqla vəziyyəti təfsilatı 

ilə danışmaq məqsədi daşımıram. Güman edirəm ki, siz təsəvvür 

edirsiniz. 

Mənim xatirimdədir, altı ildir ki, buraya gəlib həm Bakıda, həm də 

çadırlarda yaşayan qaçqınların vəziyyətini görən adamlar çox dəhşətə 

gəliblər, üzülürlər. Ancaq dünya icti- 

  



___________________________________________________60 

maiyyəti, o cümlədən Minsk qrupunun həmsədrləri bu məsələyə 

biganədirlər. Ona görə  də  mən deyirəm ki, bu münaqişənin bütün 

ağırlığı Azərbaycanın üzərinə düşür. Təbiidir, Azərbaycan istəyir ki, 

bu münaqişə tezliklə qurtarsın, işğal olunmuş torpaqlarımız azad 

edilsin, çadırlarda və digər yerlərdə yaşayan qaçqınlar, köçkünlər öz 

yerlərinə qayıtsınlar. Nəzərə alın ki, işğal olunmuş həmin torpaqlarda 

hər  şey dağıdılilədır. Təsəvvür edin, onlar öz yerlərinə qayıdandan 

sonra da hələ neçə il əziyyət çəkəcəklər. 

Bütün bunlara görə biz Minsk qrupunun belə  fəaliyyətsizliyindən 

narazıyıq. Güman edirəm ki, ATƏT-in  İstanbul zirvə görüşündə 

irəliyə doğru hansısa bir addım atılmalıdır. Mən prezident cənab Jak 

Şirakla bu barədə bir neçə  dəfə danışmışam. Bu yaxın vaxtlarda da 

mən onunla telefonla danışdım. Mən hiss edirəm ki, prezident Jak 

Şirak bu məsələnin həll olunmasına çox səmimi surətdə çalışır. Bu 

məsələyə onun münasibəti bizim üçün çox əhəmiyyətlidir. Amma bizə 

real nəticə lazımdır. Bu da ki, Minsk qrupu həmsədrlərinin və onların 

nümayəndələrinin fəaliyyətindən çox asılıdır. Ona görə də mən ümid 

edirəm ki, sizin bu vəzifəyə başlamağınız münasibətilə Fransa öz 

fəaliyyətini daha da artıracaqdır. 



Jan Jak Qayyard: Cənab prezident, mən qeyd etmək istəyirəm ki, 

Minsk qrupunun fəaliyyəti bəlkə də o qədər passiv olmayıbdır. Onlar 

iki təklif irəli sürüblər. Mən demək istəyirəm ki, o təkliflərin hamısı 

hazırda gündəlikdə qalır. Lakin məsələnin başqa bir tərəfi də var. Bir 

neçə vaxtdır ki, bununla paralel olaraq, Sizin və Ermənistan 

prezidentinin birbaşa danışıqları başlandı. Biz bununla əlaqədar bu 

ideyanı götürdük ki, Sizin danışıqlarınız Minsk qrupunun fəaliyyətinin 

yenidən başlanması üçün əsas olar, yəni razılaşdırılmış prinsiplərin 

ortaya çıxarılmasına bəlkə də kömək edə bilər. 

Biz belə bir qərara gəlirik, belə bir fikri dəstəkləyirik ki, əldə 

edilmiş razılıq, saziş o zaman daha möhkəm olar ki, o, 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə