Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə17/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   13   14   15   16   17   18   19   20   ...   139

___________________________________________________61 

hər iki ölkənin rəhbərləri arasında fundamental prinsiplər üzərində 

qurulmuş olsun. Bütün bunlarla bərabər, mən onu da demək istəyirəm 

ki, Minsk qrupu və onun həmsədrləri  əvvəlki fəaliyyətlərinə yenidən 

başlamağa, tərəflər arasında  əlaqə yaratmağa, onların mövqeyini 

öyrənməyə və bu məsələnin həll edilməsinə öz köməyini göstərməyə 

indi də hazırdırlar. 

Əlbəttə, biz başa düşürük ki, bu işin təcili həll olunması hamıya 

lazımdır. Çünki bunun həm insani, həm də siyasi nöqteyi-nəzərdən 

çox təcili bir məsələ olduğunu başa düşürük. 

Cənab prezident, icazənizlə, Sizə bir sual vermək istərdim. Mənim 

üçün çox maraqlıdır, bilmək istərdim ki, Siz indi, Ermənistan 

prezidenti ilə belə bir dialoqa başladığınız zaman bu prosesin məntiqi 

davamını necə görürsünüz? 



Heydər Əliyev: Bəli, bu ilin aprel ayından başlayaraq, Azərbaycan 

və Ermənistan prezidentləri bir neçə  dəfə bilavasitə görüşüb, 

münaqişənin həll olunması üçün məsələləri müzakirə ediblər. Bu 

görüşlər faydalıdır. Mən hesab edirəm ki, bu görüşlərin keçirilməsi 

məsələnin tezliklə  həll olunmasına kömək edə bilər. Ermənistan 

prezidenti də, Azərbaycan prezidenti də bu görüşlərdən sonra bəyan 

ediblər ki, qarşılıqlı kompromislər lazımdır. Başqa məsələlərlə 

bərabər, bu görüşlərin  əsas nəticəsi bundan ibarətdir ki, hər iki tərəf 

anlayır və bəyan edir ki, qarşılıqlı kompromis olmasa, münaqişəni həll 

etmək mümkün deyildir. Mən bu gün də bu fikri təsdiq edirəm. 

Amma eyni zamanda mən hesab edirəm ki, bizim bilavasitə 

görüşlərimiz gərək Minsk qrupunun fəaliyyətini dayandırmayaydı. 

Çünki hər halda bu məsələ son olaraq Minsk qrupu çərçivəsində, 

Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş  Ştatları, Rusiya, 

Fransa ilə birlikdə  həll olunmalıdır. Yəni mən hesab edirəm ki, bu 

görüşlər Minsk qrupunun fəaliyyətini dayandırmamalıydı, bu işlər 

paralel getməli idi və bəlkə də bu, daha   yaxşı nəticə verə bilərdi. İki 

  

 



 


___________________________________________________62 

prezidentin razılaşdıra bilmədiyi məsələləri bəlkə Minsk qrupu 

vasitəsilə razılaşdırmaq olardı. Mən bu mənada hesab edirəm ki, gərək 

bu işlər kompleks şəkildə olsun. Bu gün də bu fikirdəyəm. 



Jan Jak Qayyard:  Cənab prezident, bəs onda paralel surətdə 

aparılan bu iki fəaliyyət arasında praktik əlaqəni Siz necə görürsünüz? 



Heydər  Əliyev: Çox aydın görürəm. Gərək Minsk qrupu 

fəaliyyətini dayandırmayaydı, bu işlərlə maraqlanaydı, bizdən 

müəyyən informasiyalar alaydı və bu işdə iştirak edəydi. 

Jan Jak Qayyard: Cənab prezident, mən belə başa düşürəm, dəvət 

edirsiniz ki, Minsk qrupunun üç həmsədri tezliklə  gəlib Sizinlə 

görüşsünlər. 

Heydər Əliyev: Bəli. 

Jan Jak Qayyard: Çox sağ olun. 

Heydər Əliyev: Sağ olun. 

  

 



 

 

 




___________________________________________________63 

 

AZƏRBAYCAN YAZIÇILARININ  



BİR QRUPU İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

10 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Sizin hamınızı  səmimi-qəlbdən salamlayıram. 

Çoxdandır görüşmürük. İndi siz təşəbbüs göstərmisiniz, mən də sizin 

təşəbbüsünüzü qəbul etmişəm. Amma görüşmürük bir ona görə yox 

ki, görüşmək istəmirik, yaxud ehtiyac yoxdur. Sizin də işiniz çoxdur, 

amma mənim işim daha da çoxdur. Siz bunu bilirsiniz. İndi mən sizi 

dinləmək istəyirəm. Çünki siz mənə  məktub yazmısınız və  məndən 

xahiş etmisiniz ki, sizə nəsə izah edim. Ona görə mən sizi dinləyirəm. 



A n a r: Cənab prezident, bu məktubun yazılması səbəblərini mən 

bir az izah etmək istəyirəm. Biz hamımız başa düşürük ki, danışıqlar 

gizli gedir, o danışıqların çox məqamlarını  hələ açıqlamaq vaxtı 

deyildir və açıqlamaq da olmaz. Biz onu da başa düşürük ki, bu elə bir 

şəraitdir ki müəyyən güzəştlərsiz olmaz. Yəqin ki, o tərəf də, bizim 

tərəf də müəyyən güzəştlərə getməli olacaqdır. Amma bununla 

bərabər, içtimaiyyətdə bir nigarançılıq vardır. Bizə çoxlu telefon zəngi 

edirlər, məktub yazırlar, Yazıçılar Birliyinə  gəlirlər. Biz milyon 

dərəcədə imkan daxilində bu danışıqlar haqqında hörmətli 

prezidentimizdən bir açıqlama istəyirik ki, biz nə həddə qədər güzəştə 

gedə bilərik? Yəni Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək bir 

şey olmayacaq ki? Biz də hamıya cavab veririk ki, bizim 

prezidentimiz heç bir vaxt Azərbayca- 

  



___________________________________________________64 

 

 



nın mənafeyinə uyğun olmayan bir sənədə qol çəkməz. Amma 

bununla bərabər, istərdik ki, Siz bir daha, imkan daxilində bunu 

müəyyən hüdudlarda açıqlamaq olarsa açıqlayasınız. 

Doğrusu, ikinci bir tərəf də odur ki, biz istəyirik o danışıqlarda Siz 

yalnız müxalifətin yox, - müxalifətin öz işidir, - Sizi dəstəkləyən 

ziyalıların da mövqeyini danışıq apardığınız tərəfə çatdırasınız ki, 

ziyalılar da, geniş ictimaiyyət də məhz bu məsələ ilə maraqlanırlar, bu 

məsələnin, Ümumiyyətlə, Azərbaycanın mənafeyinə toxunmayacaq 

bir  şəkildə imzalanmasının tərəfdarıdırlar. Bizim məktubumuzun 

səbəbi də bu idi. 

Əvvəla, bağışlayın, mən bir az gec deyirəm, birinci bunu 

deməliydim: Sizi Beynəlxalq Atatürk Sülh Mükafatını almağınız 

münasibətilə təbrik edirik. Mükafatı alanda təbrik etmişdik, amma bir 

də təbrik edirik. İkincisi, bu görüşə görə təşəkkür edirik ki, vaxt tapıb 

bizi qəbul etmisiniz. Mənə elə gəlir ki, məqsədimiz bundan ibarət idi. 

Bunları Sizə demək istəyirdik. 



Bəxtiyar Yahadzadə: Anar müəllim çox gözəl dedi. Bilirsiniz, 

mən hərdən görüşəndə Sizə  məktublar təqdim edirəm - mənə  gələn 

məktubları. İnanın ki, hər gün evə beş-on adam gəlir. Əvvəllər başqa 

şey üçün gəlirdilər. Gəlirdilər ki, "mənə  iş düzəlt, ya məhkəməyə 

düşmüşəm, ya oğlum məktəbdən kəsilib" və sairə. Ümumi məişət 

söbbətlərinə aid xahişlər. Amma son zamanlar - Sizin Cenevrədəki, 

Sədərəkdəki görüşlərinizdən sonra məktubların məzmunu  əsasən 

ondan ibarətdir ki, biz nigaranıq, necə olacaq, nə təhər olacaqdır. Sizi 

inandırıram, yolla, küçə ilə piyada əlli addım getmək mümkün 

deyildir. Camaat müraciət edir ki, siz bilirsiniz. Özü də bunlar elə 

güman edirlər ki, biz hər gün Sizin yanınızdayıq. Ona görə biz narahat 

idik. Yazıçılar Birliyində bir yerdə oturduq və dedik ki, prezidentə 

müraciət edək. 

Düzdür, Fatma xanım da mənə dedi ki, bunlar hələ ilk addımlardır. 

Hələ bu məsələdə müəyyən bir qərara gəlin- 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə