Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə25/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   21   22   23   24   25   26   27   28   ...   139

___________________________________________________86 

burada əqidə yoxdur, bu, həmin insanlarda hakimiyyət xəstəliyidir. 

Yaxud Rövşən Cavadovun dəstəsini götürün. Təkcə Rövşən 

Cavadov deyildi, - məlumdur ki, oktyabr hadisələrində  də, mart 

hadisələrində  də xarici xidmət orqanları  iştirak edirdilər. Bəxtiyar 

müəllim yaxşı bilir, mən həm oktyabr hadisələrində, həm də mart 

hadisələrində ondan nə qədər xahiş etdim ki, vasitəçilik etsin. Amma 

sonra nə məlum oldu? Məlum oldu ki, bəli, bunlar Əbülfəz Elçibəylə 

danışıq aparıblar, o bu işə razılıq veribdir. Həmin o Dəmirkol və 

başqaları neçə dəfə Kələkiyə gediblər. Müsavatın nümayəndəsi Tofiq 

Qasımov bu işdə iştirak edibdir, başqaları da iştirak ediblər. 

İndi belə bir faciəvi vəziyyət yaranır ki, burada həm Moskvanın, 

həm Türkiyədən bəzi dairələrin, həm də bunların əli var imiş. Yaxşı, 

Allah bu canı  mənə veribdir, nə vaxt istəsə alacaqdır. Bu hadisə baş 

versəydi, indi siz təsəvvür edin, nə olacaqdı? Yaxşı, bunun qarşısını 

aldıq. Başqa terror hadisələri də var, mən onları demək istəmirəm. 

Milli Təhlükəsizlik Nazirliyi bu gün mənə məlumat çatdırdı, yəqin 

onlar onu yayıblar. Surət Hüseynov 1996-cı ildə Moskvada böyük bir 

qrup yaradıb yenidən dövlət çevrilişinə cəhd etmək istəyirdi. Şübhəsiz 

ki, o bunu Mütəllibovla, Rəhim Qazıyev ilə birlikdə etmək istəyirdi. 

Biz o vaxt orada onun qarşısını aldıq. Bilirsiniz ki, 1996-cı ildə bir 

tərəfdən OMON dəstəsinin, digər tərəfdən isə Surət Hüseynovun 

dəstəsinin üzvləri Dağıstandan keçib gəlib Qazaxda oturmuşdular. 

İndi onlardan birini - o, killerlə danışmışdı ki, Heydər  Əliyevi nə 

cür öldürmək lazımdır - bu günlərdə yaxalayıblar.  İndi o ifadə verir. 

Bu gün bu barədə məlumat yayılacaqdır. 



Bəxtiyar Vahabzadə: O adam azərbaycanlıdır? 

Heydər  Əliyev:  Bəli, başa düşürsünüz, azərbaycanlıdır, Surət 

Hüseynovun bacanağıdır. Yaxşı, indi mənə  nə lazımdır ki, bir canım 

var, oturum orada, burada məni güllələ- 

  

 




___________________________________________________87 

yəcəklər, orada mənə, nə bilim, bomba, burada raket atacaqlar. Mənə 

nə lazımdır? Özümün də 76 yaşım var. Mən bu gün buradan çıxıb 

gedə bilərəm, gedib evdə otura bilərəm. Mənə başqa heç bir şey lazım 

deyil. Ancaq bilirsiniz, mənim üzərimə məsuliyyət düşübdür. Mən bu 

məsuliyyəti dərk edirəm və xalqın qarşısında cavabdehəm. Ona görə 

də  mən gecə-gündüz çalışıram ki, Azərbaycanın bütün problemlərini 

həll edim. 

Məsələn, biz iqtisadi islahatlar aparırıq. Beynəlxalq Valyuta Fondu 

MDB-nin üzvü olan ölkələr içərisində bizi, iqtisadi nəticələrimizi 

nümunə göstərir. Ancaq müxalifət qəzetləri yazırlar ki, camaat belə 

gəldi, belə getdi. 

Bizdə ac da, dilənçi də - hamısı var. Amma MDB-nin üzvü olan 

bütün başqa ölkələrdən fərqli olaraq bizdə bir milyon işləməyən 

qaçqın, çadırlarda yaşayan insanlar var. Mən gecələr onların 

dərdindən yata bilmirəm. Müxalifətdə olanlardan biri gedib həmin 

qaçqınlarla görüşübmü, çadırlarda olubmu, onların vəziyyətini 

görübmü? Görməyilələr, amma mən dəfələrlə görmüşəm. 

Mən Azərbaycanın bütün milli mənafelərini daim sevmişəm, ona 

xidmət göstərmişəm və bundan sonra da göstərəcəyəm. Amma indi 

müxalifətin bu «Qarabağ kartı»ndan istifadə edib özünü xalqa 

göstərməsi, bilirsiniz, əhəmiyyətsiz bir şeydir. Xalq heç vaxt onları 

dəstəkləməyəcəkdir və onlar bundan heç bir şey  əldə edə 

bilməyəcəklər. Mənə başqa yerlərdən məlumatlar var ki, Heydər 

Əliyevdən canlarını qurtarilə buranı dağıtmaq üçün onların yeganə 

yolu terrordur. İndi terrorun da nə mümkündür, qarşısını alırıq. Nə 

vaxt qarşısını ala bilməriksə, dəfələrlə demişəm, mən xalqımın 

yolunda şəhid olmağa hər dəqiqə hazıram. 

Biz 907-ci maddənin ölkəmizin üzərindən götürülməsi üçün neçə 

illərdir çalışırıq. Amerika Birləşmiş  Ştatları SSRİ-dən ayrılmış, 

müstəqillik qazanmış dövlətlərin hamısına yardım edir. Məsələn, 2-3 

gün bundan öncə qərar çıxıbdır, Amerika 

  

 

 



 


___________________________________________________88 

Ermənistana 90 milyon, Gürcüstana da təxminən o qədər yardım edir, 

başqa yardımlar da edir. 

1993-cü ildən 907-ci maddəyə embarqo qoyulubdur. Niyə, bu, 

kimin günahından olubdur? Həmin Xalq Cəbhəsi hakimiyyətinin 

günahıdır. Onlar hakimiyyəti səs-küylə, özləri demişkən, tanklarla 

əllərinə aldıqları kimi, bir ilin içərisində o qədər də  ağılsız işlər 

görüblər. O vaxt onlar Bakı-Yerevan dəmir yolunu bağladılar. Xalq 

Cəbhəsində  İbrahim  İbrahimov var, - o, Naxçıvanda Zeynəddin 

kəndinin müəllimi idi, indi «böyük siyasi xadim» olubdur. O, 

Naxçıvana gəldi, gördüm ki, orada Xalq Cəbhəsinin silahlı  dəstələri 

ilə  təbliğat aparır. Mən onu yanıma dəvət etdim. O vaxt mən 

Naxçıvanda Ali Məclisin sədri idim. Mən ondan soruşdum ki, nə 

etmək istəyirsiniz? Cavab verir ki, bəs biz yolu bağlayacağıq. Dedim 

ki, ay kişi, siz bir başa düşün, bu yolu bağlamaqla nə  əldə 

edəcəksiniz? Bildirdi ki, yox, biz yolu bağlamaqla Ermənistanı 

əzəcəyik. Dedim ki, siz ağılsız adamlarsınız, Ermənistanı  əzə 

bilməyəcəksiniz. Təsəvvür edin, siz Naxçıvanı pis vəziyyətə 

qoyacaqsınız. Sözümə baxmadılar. 

Xatirimdədir, ondan bir neçə gün sonra Mürtuz Ələsgərovla 

Fəraməz Maqsudov Naxçıvana gəlmişdilər. Onlar keçmişdə Xalq 

Cəbhəsi ilə  əlaqədə olan adamlardır. Gedib Naxçıvanda Xalq 

Cəbhəsinin üzvləri ilə görüşüb danışmışdılar, sonra mənim yanıma 

gəlmişdilər. Mənə bildirdilər ki, onlar yolu bağlayırlar. Soruşdum ki, 

bəs nə dediniz? Cavab verdilər ki, biz də söylədik, Naxçıvan çox ağır 

vəziyyətə düşəcək, amma dedibr ki, yox, nəyin bahasına olursa-olsun 

yolu bağlayacağıq, lazım gəlsə burada it əti, pişik əti yeyəcəyik, amma 

Ermənistanı əzəcəyik. 

Mən  İbrahim  İbrahimovu yanıma çağıraraq dedim ki, siz nə 

düşünürsünüz, Naxçıvanı daha ağır vəziyyətə salmaq istəyirsiniz? 

Cavab verdi ki, narahat olmayın, biz 3 aydan sonra Dağlıq Qarabağı 

da alacağıq, Yerevana da gedib çata- 

  

 

 



 

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə