Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə33/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   29   30   31   32   33   34   35   36   ...   139

___________________________________________________112 

YUNESKO-nun BAŞ DİREKTORU  

CƏNAB KOİÇİRO MATSUURAYA 

 

Hörmətli cənab Matsuura! 



BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının 

(YUNESKO) baş direktor vəzifəsinə seçilməyiniz münasibətilə sizi 

səmimi-qəlbdən təbrik edirəm. 

YUNESKO-nun baş direktoru vəzifəsinə  məhz Yaponiya 

nümayəndəsinin seçilməsi xəbəri məni məmnun etdi. Azərbaycan ilə 

Yaponiya arasında dostluq və  əməkdaşlıq  əlaqələri gündən-günə 

genişlənməkdədir. Mühüm beynəlxalq strateji layihələrdə 

ölkələrimizin birgə 

iştirakını, Azərbaycan iqtisadiyyatının 

dirçəldilməsi üçün Yaponiya hökuməti tərəfindən qoyulan 

investisiyaları yüksək qiymətləndirirəm. 

Azərbaycan Respublikası XX əsrin sonlarında dəhşətli faciələr - 

hərbi təcavüz və etnik təmizləmə ilə üzləşmiş, torpaqlarımızın beşdə 

bir hissəsi qonşu Ermənistan tərəfindən işğal olunmuş, bir milyon 

vətəndaşımız qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. 

Müharibənin təhsil, elm və mədəniyyət sahələrinə vurduğu zərbələrin 

aradan qaldırılması üçün ölkəmiz YUNESKO ilə fəal əməkdaşlıq edir. 

Əminəm ki, sizin rəhbərliyiniz altında YUNESKO özünün nəcilə 

və son dərəcə vacib fəaliyyətini bundan sonra da uğurla davam 

etdirəcək, başçılıq etdiyiniz təşkilat ilə Azərbaycan Respublikası 

arasında qurulmuş qarşılıqlı 

işgüzar münasibətlər daim 

möhkəmlənəcək və inkişaf edəcəkdir. 

  

 



 


___________________________________________________113 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizin icrasında 

uğurlar arzulayıram. 

 

Hörmətlə, 



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 noyabr 1999-cu il 



  

 



___________________________________________________114 

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB SÜLEYMAN DƏMİRƏLƏ 

 

Əziz dostum və qardaşım! 



İstanbul yaxınlığındakı Düzcə-Bolu bölgəsində baş vermiş zəlzələ 

nəticəsində çoxsaylı insan tələfatı  və dağıntı barədə  xəbər məni 

dərindən sarsıtdı. 

Bu faciə ilə  əlaqədar dərdinizə  şərik çıxır, sizə, həlak olanların 

qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, 

yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm. 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 noyabr 1999-cu il 



  


___________________________________________________115 

UKRAYNA PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB LEONİD KUÇMAYA 

 

Hörmətli Leonid Daniloviç! 

Ukrayna prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə 

Sizi ürəkdən təbrik edirəm. 

Prezident seçkilərində Sizin qalib gəlməyiniz inandırıcı  şəkildə 

sübut edir ki, qardaş Ukrayna xalqı ölkənin müstəqilliyinin və 

suverenliyinin möhkəmləndirilməsinə, cəmiyyətin 

demokratikləşdirilməsinə, dərin sosial-iqtisadi dəyişikliklər 

aparılmasına yönəldilmiş siyasətinizi dəstəkləyir. 

Əminəm ki, ölkələrimiz arasındakı  ənənəvi dostluq, tərəfdaşlıq 

münasibətləri xalqlarımızın mənafeləri xeyrinə, regionda sülh, sabitlik 

və  tərəqqi naminə bundan sonra da inkişaf edəcək və 

möhkəmlənəcəkdir. 

Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə yeni 

uğurlar arzulayıram. 

 

Hörmətlə



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 15 noyabr 1999-cu il 



  


___________________________________________________116 

AZƏRBAYCANDAKI DİNİ KONFESSİYALARIN 

BAŞÇILARI İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

16 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Siz bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının 

YUNESKO təşkilatı 1995-ci ildə özünün qərarı ilə noyabrın 16-nı 

dünyada dözümlülük günü, səbirlilik, tolerantlıq günü elan etmişdir. 

XX  əsrin sonunda demokratikləşmə prosesinin Yer kürəsinin bir çox 

ölkələrini  əhatə etdiyini və insan hüquqlarının mühüm amil kimi ön 

plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır. Bu münasibətlə 

də  mən istədim sizinlə görüşəm, ölkəmizdə bu məsələnin nə 

vəziyyətdə olduğunu, qısaca da olsa, birlikdə  təhlil edək, mən sizi 

dinləyim və öz fikirlərimi deyim. 

Bildiyiniz kimi, tolerantlıq, gözümlülük çox geniş anlayışdır. O, 

həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, 

həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir 

çox cəhətlərinə aiddir. 

Bilirəm ki, siz, - hörmətli şeyx Allahşükür Paşazadə, bizim Qafqaz 

Müsəlmanları İdarəsi, Azərbaycanın Xristian Pravoslav Konfessiyası, 

Azərbaycanın Yəhudi Konfessiyası  və bütün başqaları, - öz işinizi 

məhz bu istiqamətdə aparırsınız, buna böyük əhəmiyyət verirsiniz. 

Bununla belə, görünür, bayaq dediyim kimi, YUNESKO-nun 1995-ci 

il iyun ayının 16-da qəbul etdiyi qərara hörmət edərək, zəmanəmizin 

bu vacib tələbinin həyata keçirilməsinə hamımız daha böyük diqqət 

yetirməliyik. 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə