Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə26/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   22   23   24   25   26   27   28   29   ...   139

___________________________________________________89 

cağıq, hər şeyi edəcəyik, ondan sonra Naxçıvanın vəziyyəti düzələcək, 

siz 3-4 ay dözün. İndi görün, onlar nə  qədər ağılsız adamlardır. 

Azərbaycanı belə adamlar idarə edirdilər. 

Həmin yolun bağlanmasının günahkarı Xalq Cəbhəsi 

hakimiyyətidir ki, biz 7 ildir bütün yardımlardan məhrumuq. Mən nə 

qədər çalışsam da heç bir şey edə bilmərəm. Mən konqresmenlərin, 

ola bilər, 70 faizi ilə - həm respublikamıza səfərə gələn zaman, həm də 

Amerikada - danışmışam. Mən Klintonla danışıram, hər dəfə deyir ki, 

bəli, bu maddə götürülməlidir, ancaq götürmür. Deyir ki, bu məsələdə 

ermənilər mənə təzyiq edirlər. O, bunu mənə açıqca deyir. 

Yaxşı, Azərbaycanı bu vəziyyətə salan kimdir? Onlardır -

müxalifətdir. Onlar məsuliyyət daşımalıdırlar. Amma indi durub guya 

Azərbaycanın mənafelərini müdafiə edən olublar. 

İkinci məsələ. Mən sizə dedim ki, Avropada adi silahlar haqqında 

1990-cı ildə bağlanmış müqavilənin uyğunlaşdırılmış variantı İstanbul 

zirvə görüşündə imzalanmalıdır. Biz, Azərbaycan buna veto 

qoymuşuq. Amerika isə bu sənədin imzalanmasını istəyir. Çünki 

Amerika bu sənədi yenidən imzalamasa, Rusiya bu müqavilədən çıxa 

bilər. Rusiya bu müqavilədən çıxsa, onda bütün nəzarət itəcəkdir. Bu, 

nədən ibarətdir? Demək, 1990-cı ildə müəyyən ediblər ki, NATO və 

Varşava paktı harada nə qədər adi silah saxlaya bilər. Adi silah nədir? 

Tankdır, zirehli döyüş maşınlarıdır, toplardır, xırda, adi təyyarələrdir. 

Yəni Varşavada bu qədər, Rusiyanın filan ərazisində bu qədər, burada 

bu qədər, orada o qədər ola bilər, NATO filan ölkədə bu qədər saxlaya 

bilər. 1990-cı ildə imzalanmış müqaviləyə əsasən bu, belə ola bilər. 

1991-ci ilin sonunda Sovet İttifaqı dağıldı. 1992-ci ildə Varşava 

müqaviləsi artıq yox idi. Amerikalılar da, ruslar da narahat oldular. 

1992-ci il mayın 15-də MDB-nin üzvü olan ölkələrin dövlət başçıları 

Daşkənddə toplaşdılar ki, keçmiş Sovetlər  İttifaqında 1990-cı ildə 

imzalanmış müqaviləyə görə 

  

 



 


___________________________________________________90 

yerləşdirilmiş silahların harada, hansı respublikada nə qədər olduğunu 

müəyyən etsinlər. 

Siz 1992-ci il mayın 15-də Azərbaycanda nə kimi hadisələr baş 

verdiyini bilirsiniz. O vaxt Mütəlliləovu yenidən hakimiyyətə 

gətirmək istəyirdilər. Xalq Cəbhəsi gəlib onu burada hakimiyyətdən 

saldı. MDB dövlətlərinin başçıları isə Daşkənddə toplaşmışdılar. O, 

bir gündə olmayıbdır. Azərbaycanın ekspertləri oraya gediblər. Onlar 

sübut ediblər ki, Azərbaycan Ermənistanla, Gürcüstanla bərabər ola 

bilməz. Azərbaycanın ərazisi də onlardan iki dəfə böyükdür, əhalisi də 

çoxdur. Ona görə  də Azərbaycanın adi silahlar saxlamaq barədə 

kvotası da onlardan üstün olmalıdır. Orada danışıq aparıblar ki, - 

həmin ekspertlər indi sağdırlar - təxminən 400 tank, təxminən o qədər 

də BMP və müvafiq olaraq başqa silahlar olsun. Oraya kim gedibdir? 

Rəhim Qazıyev, Abbas Abbasov. Sonra araşdırdıq ki, həmin sənədə 

daha kim imza atıbdır? Burada bir Əzizbəyov olubdur, Nazirlər Soveti 

sədrinin müavini işləyibdir, imza onun imzasıdır. Ekspertlər bunu 

razılaşdırıblar ki, Gürcüstanınkı 220, Ermənistanınkı 220 olsun, amma 

Azərbaycanınkı 400, ya 415, ya da 420 olsun. Rusiyanın müdafiə 

naziri Qraçov Rəhim Qazıyevlə sövdələşilələr. Rəhim Qazıyev gedib 

razılıq verib ki, 220, yəni Ermənistanla, Gürcüstanla bərabər olsun. 

Bəs bu, Azərbaycana xəyanət deyilmi? Bu xəyanəti kimlər ediblər? 

Niyə biz bunun yenidən imzalanmasının indiyə qədər əleyhinəyik? 

Deyirik ki, bizim kvotamızı artırmaq lazımdır. Buna ruslar da, 

amerikalılar da razı olmurlar. Bəlkə, amerikalılır razı olardılar. Ruslar 

isə deyirlər ki, onda biz müqavilədən çıxacağıq. Başa düşürsünüzmü, 

nə qədər mürəkkəb vəziyyət yaranıbdır. Ruslar bir dəfə də olsun bizə 

müraciət etməyilələr ki, siz bu müqaviləni imzalayın. Amma 

amerikanlar dəfələrlə müraciət ediblər. 

  



___________________________________________________91 

Görün indi necə  vəziyyət yaranıbdır. Azərbaycanın kvotası bu 

qədər. Ermənistanın da kvotası o qədər. Müqaviləyə görə Rusiya, 

təkcə Rusiya yox, hansısa bir ölkə başqa bir ölkənin  ərazisində  əgər 

razılıq olsa, istədiyi qədər həmin silahlardan yerləşdirə bilər. Yaxud, 

bir ölkə öz kvotasının bir hissəsini başqa bir ölkəyə verə bilər. Ona 

görə də indi bu 220-dən başqa, Rusiya təxminən 160-170-ni də gətirilə 

Ermənistanda yerləşdirilədir. Başa düşürsünüz, bu barədə Ermənistan 

ilə Rusiyanın razılığı vardır. 

Dağlıq Qarabağda olan silahlar nəzarətdə deyildir. Bilirsiniz 

ki,orada da silahlar həddindən artıq - Ermənistandakından da, 

bizimkindən də çoxdur. Biz deyirik ki, oradakı silahlar nəzarət altında 

deyildir. Bildirirlər ki, ora sizin ərazinizdir, istəyirsiniz sizin ölkənin 

üstünə yazaq. Başa düşürsünüzmü? Biz deyirik ki, axı bu bizə tabe 

deyil. Onlar söyləyirlər ki, onda siz deyin bu Ermənistanındır, biz 

gedib onların üstünə yazaq. Biz də deyə bilmirik ki, bu ərazi 

Ermənistanındır. Siz bunu başa düşürsünüz, yoxsa yox? 

Hüseyn Abbaszadə: Oyun çox möhkəm oyundur. 

A n a r: Oyun deyil, cığallıqdır. 

Heydər  Əliyev:  Cığallıq deyəndə, hərə öz mənafeyini müdafiə 

edir. Amma əgər biz həmin 1992-ci ildə bir dövlət kimi gedib orada 

öz mövqeyimizi göstərsəydik, bizim ekspertlərin hazırladığı  təklifi 

qəbul edərdilər. O vaxt orada elə bir şey yox idi, həmin təklif qəbul 

olunurdu. Amma Rəhim Qazıyev və Qraçov sövdələşilələr. Siz 

bilirsiniz ki, Rəhim Qazıyev də burada prezident olmaq istəyirdi. 

Həmin o çevrilişdə o da hakimiyyəti əlinə keçirmək istəyirdi. Deyirlər 

ki, onlar guya ona söz veribmişlər ki, biz sənə kömək edəcəyik. 

Bax, bizim üzərimizdə iki belə ağır yük durur. Onlardan biri 907-ci 

maddədir, ikincisi isə budur. Bunların ikisi də 1992-ci ildə o vaxtkı 

hakimiyyətin günahından başımıza gəlibdir. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə