Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə24/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   20   21   22   23   24   25   26   27   ...   139
    Bu səhifədəki naviqasiya:
  • A n a r

___________________________________________________83 

Əgər bu kəmər haqqında indi qərar qəbul olunsa, bir il onun 

layihəsinin hazırlanmasına gedəcək, bir üç il də tikilməsinə. O vaxt 

bizim də ixrac etməyə qazımız olacaqdır.  İstəyirik ki, bu qaz 

kəmərində bizim də yerimiz olsun, yəni biz də öz qazımızı bu kəmərlə 

ixrac edə bilək. Ancaq bizə deyirlər, yox, elə Türkmənistanın qazı 

ixrac olunsun. Biz burada da toqquşmuşuq, başa düşürsünüzmü? 

Bizim dostumuz Türkiyə deyir ki, siz bunu aradan götürün, belə 

imzalayaq. Amma biz öz mənafelərimizi qoruyuruq. Bu detalları heç 

kəs bilmir, ancaq biz bunların üzərində gecə-gündüz işləyirik.  Əziz 

dostlar, gecə-gündüz işləyirik! 

Ola bilər, orada müqavilə yox, bir bəyannamə, çərçivə, niyyət 

protokolu imzalansın. Bunlar ola bilər, - bu, sammitdən kənar şeydir. 

Amma Ermənistan-Azərbaycan sazişi, - hansını ki, müxalifət salilə 

dillərə  və sizi də narahat edir, - indi belə bir saziş imzalanmayacaq. 

Bundan tamamilə arxayın olun. 

Mən sizin fikirlərinizi diqqətlə dinlədim. Mən razı deyiləm ki, 

guya bu dəqiqə Azərbaycanın bütün əhalisi bundan narahatdır. Bu 

fikirlə razı deyiləm. Bilirsiniz, beş adam, altı adam sizin yanınıza 

gəlir, üç adam onu çatdırır. Azərbaycanda bu işi bu vəziyyətə gətirən 

Azərbaycanın müxalifətidir. Müxalifət qəzetləri çoxdur, - bilirsiniz - 

və özlərini çox yaramaz aparırlar. Bütün etik normaları  aşıblar, hər 

şeyi pozublar. 

İndi sizə deyilələr ki, yazıçılar kordur, siz inciyirsiniz, elədirmi? 



A n a r: Elə gündə belə şeylər yazırlar. 

Heydər  Əliyev: Siz inciyirsiniz. Amma siz götürün o qəzetləri, bir 

statistika aparın. Məsələn, «Yeni Müsavat» qəzetində Heydər  Əliyev 

haqqında neçə  dənə böhtan məqaləsi gedibdir. «Azadlıq» qəzetində 

neçəsi gedib, o birisində neçəsi gedibdir. Mən tapşıraram, Dilarə 

xanıma deyərəm, bir həftəninkini götürsün, sonra sizə  məlum edər. 

Hamısını 

  



___________________________________________________84 

 

 



bir yerə  yığsaq, Heydər  Əliyevin  əleyhinə gündə yüzə yaxın yalan, 

böhtan, iftira, uydurmalar yazırlar. Bəs mən insan deyiləmmi, can 

deyiləmmi? Bəs mən necə dözürəm və nə üçün dözürəm? 

Bilirsiniz, mən Azərbaycan qarşısında xidmətlərimi etmişəm. 

Birinci, keçmiş zamanda etmişəm, ikinci də 93-cü ildən bu yana qədər 

xidmətlərimi etmişəm. Hamınız da bilirsiniz ki, 93-cü ildə mən buraya 

gəlməsəydim, bu gün Azərbaycan dağılmışdı, yox idi. Mən də öz 

xoşuma gəlmədim, gəlmək də istəmirdim, siz bunu bilirsiniz. Bu da 

məlumdur. Mən o vaxt Naxçıvanda oturarkən, Xalq Cəbhəsi 

hakimiyyəti bizi əzdiyi zaman mən Xalq Cəbhəsinə müxalifətdə 

deyildim. Bunu heç kəs deyə bilməz. Bəli, o vaxt mən Mütəlliləov 

hakimiyyətinə müxalifətdə idim. Siz bunu bilirsiniz, gəlib 

parlamentdə də çıxışlar elədim. 

Amma Xalq Cəbhəsinin hakimiyyətə  gəlməsinə  mən müəyyən 

qədər kömək etdim, bu da məlumdur. Kömək etdim, bir il 

hakimiyyətləri vaxtında onların əleyhinə bir dənə də söz demədim, bir 

yerdə  çıxış eləmədim, bir dəfə parlamentə  gəlmədim. Çünki 

Naxçıvanın öz dərdləri vardı. Amma onlar bir dəfə - 92-ci ilin oktyabr 

ayında silahlı dəstələrlə məni devirmək istədilər. Sonra da, faktlar var, 

orada bir nəfər dəlinin  əlinə avtomat vermişdilər, Yerevanda olan 

hadisə 93-cü ilin əvvəllərində Naxçıvanda baş verməli idi. Məclisin 

zalına girilə  məni güllələməli idi. Hələ  mən bilməmişdən bir neçə 

adam bunu bildi, birtəhərlə o adamı göndərdilər və  məsələni açdılar, 

mən bu xatadan qurtardım. 

Bunu Xalq Cəbhəsi elədi. 

93-cü ildə  mən Bakıya gəldim. Təsəvvür edin, Surət Hüseynov 

buraya gəlirdi, mən gəlməsəydim nə olacaqdı? Hakimiyyəti 

götürəcəkdi! Mən də niyə  gəldim, - siz məndən xahiş etdiniz, xalq 

xahiş etdi. Amma indi deyirlər ki, Heydər  Əliyev gəlib hakimiyyəti 

zəbt edibdir. Görün nə qədər yalandır! 

  

 



___________________________________________________85 

Əgər  Əbülfəz Elçibəy və parlamentin sədri  İsa Qəmbərov, Baş 

nazir Pənah Hüseynov mənə müraciət etməsəydilər və  təkidlə  məni 

Azərbaycana dəvət etməsəydilər, nə qədər siz ziyalılar, o birisilər, bu 

birisilər xahiş etməsəydi, özbaşıma buraya dünyasında gəlməzdim. 

Çünki belə çıxacaqdı ki, mən gəlib onları yıxmaq istəyirəm. Mən bunu 

etməzdim. 

Siz bilirsiniz, bunlar hamısı  məlumdur. Mən iyun ayının 9-da 

buraya gəldim, bu şeylərə etiraz etdim. İyun ayının ancaq 15-də 

mənim seçilməyimə razılıq verdim. Razılıq verdim, getdim Gəncəyə, 

vəziyyəti gördüm. Gördüm ki, Azərbaycan dağılır. Artıq 

Azərbaycanın yarısı Azərbaycan hökumətinin  əlindən çıxmışdı. 

Lənkəranda bir «cümhuriyyət» yaranmışdı. Mən gəldim, nə  təhər 

deyərlər, özümü atdım odun içinə, nə olar-olar! Amma mənim 

əleyhimə neçə  dəfə terrorlar hazırladılar. Mən ki onların xahişi ilə 

gəldim burada vəziyyəti düzəltməyə, bir ay sonra hamısı  mənə qarşı 

müxalifətə keçdilər. Belə  şey yaraya bilərmi? Niyə siz məni buraya 

dartdınız, niyə  məni buraya gətirdiniz, sonra niyə  mənə müxalif 

oldunuz? 

Fakt var, adam var ki, indiyə  qədər həbsxanada yatır - avqust 

ayında Ərzurum Universitetinin bir tələbəsini gətirilə Naxçıvanda bir 

ay hazırlıq keçmişdilər, sonra iki dəfə  Kələkiyə,  Əbülfəz Elçibəyin 

yanına aparmışdılar. O, burada məni güllələməli idi. O vaxt mən hələ 

parlamentdə otururdum. Allah məni saxladı, onlar tutuldular. Bundan 

başqa faktlar da vardır. 

Surət Hüseynov sizi yıxmaq istəyirdi. O, oktyabr ayında 

Azərbaycanda yeni dövlət çevrilişi etmək istəyirdi. Siz harada idiniz

niyə gəlib mənə kömək etmədiniz, mənim əlimdən tutmadınız? Xalq, 

siz gəldiniz, çox sağ olun. Millət hamısı mənim tərəfimdə idi. Amma 

onlar kənarda durmuşdular ki, qoy vursunlar, görək nə olar, sonra nə 

edərik. Bilirsiniz, 

  

   



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə