Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə21/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   17   18   19   20   21   22   23   24   ...   139

___________________________________________________74 

malıdır, görüş qurtarır. Mən axşam buna veto qoydum. Səhər tezdən 

mənimlə görüşlər başladı. Əvvəl bütün dövlət başçıları ilə görüşə mən 

gedirdim.  İndi onlar bir-bir mənim yanıma gəlirdilər. Özü də ki, ən 

böyük dövlətlərin başçıları. Ən böyük bir dövlətin başçısı mənə dedi 

ki, siz niyə belə edirsiniz, nədən ötrü belə edirsiniz? Dedim, bəs 

əlacımız nədir? Başqa əlacımız yoxdur. Siz nə üçün Ermənistana təsir 

edə bilmirsiniz ki, Azərbaycanın bu ədalətli təklifi orada əks olunsun? 

O mənə dedi ki, bilirsiniz, konsensus prinsipi vardır. Dedim, çox sağ 

olun, mən də bu konsensus prinsipindən istifadə edirəm. Mənə bir söz 

deyə bilmədi. 

Ondan sonra başladılar mənə yalvarmağa ki, bunu götür. Dedim, 

götürməyəcəyəm. Nə edirsinizsə edin, götürməyəcəyəm. Mən buradan 

çıxıb gedirəm, mən burada ədalət görmürəm, bu ATƏT-də  ədalət 

görmürəm, çıxıb gedirəm. Məcbur oldular, həmin bu maddələr ki 

orada yazılmışdı, onu götürüb ayrıca, geniş bir sənəd kimi qəbul 

etsinlər. O da sədrin bəyanatı kimi qəbul olundu. Amma buna da səs 

vermək lazım idi. Onu da sədr elan edə bilməzdi. 54 dövlətdən 53-ü 

buna səs verdi. Demək, 53-ü bizim mövqeyimizi müdafiə etdi. Bir 

Ermənistandan savayı. 

Doğrudur, burada müxalifət bunu məğlubiyyət kimi 

qiymətləndirdi. Müxalifət qaraya ağ deyir, ağa qara deyir. Bu təbiidir. 

Mən buna, necə deyərlər, heç təəccüblənmirəm. Amma Ermənistanda 

matəm oldu. O vaxtdan üç il keçibdir. Biz o prinsiplərin həyata 

keçirilməsinə çalışırıq. Həmin o 53 dövlət ki, bunu dəstəkləyilədir, 

onların vasitəsilə, onlarla görüşərək, onlardan xahiş edərək 

Ermənistana bunu qəbul etdirə bilmirik. 

Siz bilirsiniz, Rusiyanın xarici işlər naziri sentyabrın  əvvəlində 

burada olmuşdur.  Əgər televiziyada gördünüzsə, - qəzetlərdə  də 

yazılıb, - mən ona nə  qədər kəskin sözlər dedim. Ondan sonra 

Amerika prezidentinin bu məsələlər üzrə xüsusi 

  

 



 


___________________________________________________75 

səfiri Kavano buraya gəlmişdi, - ona nə  qədər kəskin sözlər dedim. 

Fransa Minsk qrupuna yeni səfirini təyin edibdir. Dünən ona nə qədər 

kəskin sözlər dedim. Ondan əvvəlkilərə  də. Götürün, qəzetdən 

oxuyun. 

Bəxtiyar Vahabzadə: Cənab prezident, yadımızdadır. 

Heydər Əliyev: Rusiyanın xarici işlər naziri, ola bilər ki, televiziya 

qarşısında o cür kəskin sözləri ömründə heç vaxt eşitməmişdi. Başa 

düşürsünüz! 

Arada Çernomırdin bura gəldi. Artıq o, Baş nazir deyildi. Amma 

Yuqoslaviya məsələsini həll etmək üçün Yeltsin onu səlahiyyətli 

nümayəndəsi təyin etmişdi. Bu da bütün MDB ölkələrini gəzilə bizim 

fikirlərimizi öyrənmək üçün gəlmişdi. O, neçə il Baş nazir olmuşdu. 

Mən ona neçə dəfə demişdim ki, Azərbaycana gəl. Gələ bilməmişdi, 

vaxtı olmamışdı. Yuqoslaviya məsələsi qaldı  kənarda, bütün 

mətbuatın qarşısında mən bunu əvvəldən axıra qədər ittiham etdim - 

Dağlıq Qarabağ məsələsi ilə əlaqədar. 

O bilmirdi nə etsin. Sonra gedib başqa bir MDB dövlətinin 

prezidenti ilə görüşündə - o, buradan sonra onun yanına getmişdi - 

demişdi ki, Heydər Əliyev məni elə bir vəziyyətə qoydu ki, bilmirəm 

nə edim. Çünki bütün mətbuatın qarşısında mənə o cür sözlər dedi, 

mən ona heç bir cavab verə bilmədim. 

Yaxşı, bundan artıq nə etmək olar? Mən əlimə  ağac alıb bunların 

başını yarmayacağam ki! Ya tapança alilə bunları öldürməyəcəyəm ki! 

Başa düşürsünüz?! 

İndi həmin o Lissabon zirvə görüşünü götürək. O vaxta qədər 

Minsk qrupunda Rusiya hakim idi. Mən məsələni qoydum ki, artıq 

belə olmaz, gərək Amerika Birləşmiş  Ştatları da Rusiya ilə  bərabər 

həmsədr olsun. Amerika Birləşmiş Ştatları ilə danışdıq və söz verdilər 

ki,  əgər onlar həmsədr olsalar, bu işi irəliyə apara biləcəklər. Biz bu 

təklifi verdik. Rusiya və Ermənistan Amerika Birləşmiş  Ştatlarının 

əleyhinə 

  



___________________________________________________76 

çıxdılar. Mən dedim ki, yox. Amerika Birləşmiş  Ştatlarının 

nümayəndələri də bizə deyirlər ki, siz möhkəm durun. 

Fransanın namizədliyini verdilər. Yanvar ayının 11-12-si idi. 

Fransanın prezidenti Jak Şirak məni rəsmi səfərə dəvət etmişdi. O vaxt 

da bu məsələ  həll olunurdu. Mən gəldim, prezident sarayında - 

Yelisey sarayında o, məni təmtəraqlı  qəbul etdi və danışıqlar apardı. 

Danışıqlarımızın yarısı bunun üstündə oldu ki, siz niyə bizim həmsədr 

olmağımızı istəmirsiniz? Təsəvvür edin, Fransanın prezidenti kimi çox 

hörmətli, dünya siyasətində böyük bir yer tutan adama - mən onun 

qonağı olduğum halda - üzbəüz dedim ki, biz sizə inanmırıq. Çünki 

burada ermənilər çoxdur, ermənilərin burada təsiri çoxdur. Biz sizə 

inanmırıq. Siz istəyirsiniz inciyin, istəyirsiniz inciməyin. O, mənə nə 

qədər dedi ki, biz Ermənistanla dostuq, bizim dostluğumuzun 300 illik 

tarixi vardır - bunlar həqiqətdir, amma biz Azərbaycanla da dost 

olmaq istəyirik və bu işə kömək etmək istəyirik. Başa düşürsünüz? 

Mən dedim, yox. Bunu kim edə bilər? Təsəvvür edirsiniz! 

Sonra mənə ordan-burdan bəzi sözlər də dedibr. Xarici işlər naziri 

ilə görüşəndə o mənə dedi ki, siz düz etmədiniz, yaxşı deyil, filan. 

Ancaq dedim, yox, Amerika olmalıdır. Sonra nə oldu? Sonra elə oldu 

ki, məcbur oldular mənim də  təklifim qəbul edilsin, Rusiya ilə 

Ermənistanın da təklifi qəbul edilsin. Üç həmsədr olsun. Yəni burada 

kompromis oldu: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. 

Doğrudur, indi mən ədalət naminə demək istəyirəm ki, bəlkə də o 

vaxtlar mən səhv edirdim. Çünki Fransanın prezidenti Jak Şirak 

sonralar bütün hərəkətləri ilə sübut etdi ki, həqiqətən o, bu məsələnin 

həll olunmasına kömək etməyə çalışır. O mənə deyirdi ki, "biz 

Ermənistanla dostuq. O sözləri ki, biz Ermənistana deyə bilərik, heç 

kəs deyə bilməz. Ona görə siz nahaq bizdən imtina edirsiniz". Mən bu 

həqiqəti sonra gördüm və çox məmnunam ki, indi prezident Jak 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə