Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə23/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   19   20   21   22   23   24   25   26   ...   139

___________________________________________________80 

bir bəyanat verdim. Bütün dünyaya yayılan həmin bəyanatda dedim 

ki, mən bu MDB-ni təşkilat hesab etmirəm. Çünki bir təşkilatın üzvü 

olan iki dövlət  əgər bir-biri ilə müharibə aparırsa, bu ittifaq ola 

bilməz. Sizə onu da deyim ki, mənim o vaxtkı  çıxışım sanki heç 

olmamışdı. Yəni nə Boris Yeltsin, nə də digər dövlətlərin başçıları ona 

qulaq asmadılar.  Əlimdən o gəldi ki, yazılı surətdə olan həmin 

çıxışımın mətnini bütün dünyaya yaydım. Mən bir neçə  dəfə o cür 

bəyanat vermişəm. 

Bilirsiniz ki, MDB-nin zirvə görüşlərindəki çıxışların hamısı, 

protokollar mətbuatda dərc olunmur. Amma onların hamısı  məndə 

var. Mən onları tanış olmaq üçün sizə verə bilərəm. Elə bir iclas 

yoxdur ki, mən orada Rusiyanı günahlandırmayım ki, siz Ermənistanla 

Azərbaycana birtərəfli münasibət göstərirsiniz, siz Ermənistanı 

silahlandırırsınız, siz bu münaqişəni həll etmək üçün lazımi tədbirlər 

görmürsünüz. 

Başa düşürsünüz, bunları orada demək üçün cəsarət, bilik və dil 

lazımdır. Mən bunları heç kəsdən də qorxmayaraq, çəkinməyərək 

edirəm. Bilirəm ki, dediyim bütün bu sözlər mənim, eyni zamanda 

Azərbaycanın  əleyhinə  əks təsir yaradır. Bu da təbiidir. Ancaq başa 

düşürsünüz, mənim prinsipial mövqeyim vardır. Bax, indi vəziyyət 

belədir. 

Belə bir vəziyyətdə  nə etmək lazımdır? Aprel ayında mən 

Amerikada olanda ABŞ-ın xarici işlər naziri Olbrayt məsləhət gördü 

ki, Koçaryanla görüşək. Görüşdük, danışdıq. Ondan sonra da bir neçə 

dəfə görüşlər keçirdik. Mən hesab edirəm ki, bu görüşlər faydalıdır. 

Ancaq mən bu görüşlərin məzmunu haqqında heç bir şey deyə 

bilmərəm, heç kəsə deyə bilmərəm. Nə üçün? Çünki hələ bunun bir 

nəticəsi gəlməmişdir. Biz hər hansı bir nəticəyə  gələ bilsək, heç kəs 

narahat olmasın, bu, birinci növbədə Azərbaycanın elə sizin kimi 

ziyalıları, ağsaqqal adamları qarşısında qoyulacaqdır.  İkinci, bütün 

ictimaiyyətə çatdırılacaqdır. Üçüncü, Məclisdə müzakirə olunacaqdır. 

Dördüncü, referen- 

  



___________________________________________________81 

dum keçiriləcəkdir. Bunların heç birisi prezident tərəfindən özbaşına 

edib bilməz. 

Ona görə də, bilirsiniz, bu narahatlığın heç bir əsası yoxdur. Amma 

sizi rahat etmək üçün demək istəyirəm ki, - müxalifət gündə 

qəzetlərdə yazır ki, İstanbulda, nə bilim, saziş imzalanacaqdır, nə 

olacaqdır, ayın 14-də mitinq keçirmək istəyirlər, keçirsinlər, - 

İstanbulda heç bir şey imzalanmayacaqdır. Amma mən bunu niyə sizə, 

yaxud başqalarına deməliyəm? Mən prezidentəm, məni xalq seçilə

mən üzərimə  məsuliyyət götürmüşəm. Bəli, mən üzərimə  məsuliyyət 

götürmüşəm, amma müxalifət heç bir məsuliyyət daşımır - 

Azərbaycanı dağıtmaqdan başqa. 

İstanbulda Bakı-Ceyhan haqqında müqavilə imzalanacaqdır. Onu 

da sizə çatdırıram ki, biz bu barədə nə lazımsa eləmişik. Amerika da 

buna çox maraqlıdır. Bilirsiniz ki, bu, Türkiyə üçün böyük bir 

hadisədir. Bizim nümayəndələr iki-üç aydır ki, Ankarada oturublar. 

Amma indi, son vaxtlarda bəzi maneçiliklər var. Bu gün Amerikanın 

səfiri yenə  mənim yanıma gəlmişdi, onunla danışırdım. Maneçiliklər 

var. Bəzi elə  şeylər var ki, biz onları  qəbul edə bilmərik. Siz onlara 

deyin ki, biz bunu qəbul edə bilməyəcəyik. Biz öz mənafelərimizdən, 

nə  təhər deyərlər, kiminsə hesabına keçə bilmərik. Buna görə  mən 

onlara demişəm ki, siz bu işdə maraqlısınız, gedin, təmin edin, bütün 

maddələr düzgün təmin olunsun. Güman edirəm, olacaqdır, bu 

müqavilə imzalanacaqdır. 

Bilirsiniz, bu zirvə görüşünün öz sənədləri var. Birincisi, siyasi 

bəyannamədir. Siyasi bəyannamədə yəqin ki, Ermənistan-Azərbaycan 

münaqişəsi haqqında nəsə yayılacaqdır, indi biz onun üzərində 

işləyirik.  İkincisi, XXI əsrə aid xartiya. Üçüncüsü isə Avropada adi 

silahlar haqqında, 90-cı ildə NATO ilə Varşava paktı arasında bir 

müqavilə imzalanıbdır. 92-ci ildə Varşava  paktı da  dağılıbdır.   

Burada müəyyən 

  

 



 


___________________________________________________82 

dəyişikliklər  əmələ  gəlib, mən bunu da sizə deyəcəyəm ki, biləsiniz. 

Bu dəyişikliklərdən Azərbaycan çox zərər çəkilədir. 

Dörd ildir ki, Amerika Birləşmiş Ştatları bizimlə danışıq aparır və 

bəzən də  təzyiq edirlər ki, razılıq verək ki, müasir vəziyyətə 

uyğunlaşdırılmış müqaviləyə imza atılsın. Lissabon sammitindən 

öncə, iki-üç ay qalmış, Amerika dövlətinin yüksək vəzifəli 

nümayəndələri buraya gəldilər. Bizim nümayəndələr oraya gediblər, 

danışıqlar apardıq. Gördük ki, bu, bizim zərərimizədir, biz buna yol 

vermərik. Təkcə biz bunun qarşısında durduq. Lissabon sammitində 

məndən nə  qədər xahiş elədilər ki, siz öz etirazınızı götürün, qalan 

hamısı imzalamağa hazırdır. Orada da əsasən Rusiya ilə Amerika 

arasında söhbət gedir. İndi daha Varşava paktı yoxdur, söhbət Rusiya 

ilə Amerika arasında gedir. Eləmədik. Üç il keçibdir ki, eləməmişik. 

İndi yenə də Vyanada danışıqlar gedir, İstanbulda danışıqlar gedir. 

Biz hələ razılıq verməmişik. Bu mövzunu da sizə deyəcəyəm, bu, 

bizim üçün nə faciədir - bunu da sizə deyəcəyəm.  İndiyə  qədər heç 

kəsə deməmişəm, amma sizə deyəcəyəm. 

İndi əgər bu qərar qəbul olunsa, imzalanacaqdır. Bunlar sammitin 

qərarlarıdır. Amma vaxtdan istifadə edib Bakı-Ceyhan müqaviləsini 

də orada imzalamaq istəyirik. Çünki Amerika prezidenti də orada 

iştirak etmək istəyir.  Şübhəsiz ki, Türkiyənin, Azərbaycanın, 

Gürcüstanın prezidentləri də  iştirak etmək istəyirlər. Biz çalışırıq ki, 

bu sənəd imzalansın. 

Bir məsələ  də var - Türkmənistandan Türkiyəyə qaz kəməri 

cəkilməsi. Biz buna razılıq vermişik. Ancaq burada bizim də öz 

mövqelərimiz var. Mövqelərimiz bundan ibarətdir ki, qaz kəməri 

Azərbaycandan, Gürcüstandan keçəcək, üç-dörd ildən sonra 

özümüzün həddindən çox qazımız olacaqdır, bu qazı dünya bazarına 

çıxarmalıyıq. Bunu təkcə biz demirik, bizimlə bərabər şirkətdə işləyən 

adamlar deyirlər. 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə