Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə19/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   15   16   17   18   19   20   21   22   ...   139

___________________________________________________68 

dövlət büdcəsində böyük dəyişikliklər apardınız, nazirliyin aparatını, 

rəhbərliyini dəyişdiniz. Maşallah, Sizin diqqətiniz, hafizəniz, 

nəzarətiniz - bunlar hamısı vardır. Amma yenə də bunlar hamısı daha 

müntəzəm, mütəşəkkil olsa yaxşı olar. 

Sizə cansağlığı arzu edirik, təşəkkür edirik. Sizin bizi buraya dəvət 

etməyiniz müraciətimizə elə birinci münasibətdir, müraciətə cavabdır. 

Fikrət Qoca:  Mən də  təbrikə qoşuluram. Mən Sizi mükafat 

almağınız münasibətilə  təbrik etmişəm. O vaxt dediniz ki, həmin 

mükafatı almağa türk ordusu da təqdim olunmuşdur. Bunu Siz 

almısınız. Yəni biz bir orduya bərabər insana öyüd-nəsihət vermək 

fikrində deyilik. Sizin bu dövlətin, Azərbaycan Respublikasının 

üzərində o qədər zəhmətiniz vardır ki, onu məndən, hamımızdan çox 

qorumağa Sizin haqqınız vardır və bilirik ki, Siz onun bir daşından da 

keçməzsiniz. 

Bu söz-söhbət bağlı gedirsə, deməli, belə olmalıdır. Çünki üz-üzə 

gələn adamlar, əlbəttə, - bir addım o atanda, bir addım da o birisi atır. 

Ümumiyyətlə,  əgər danışıq yoxdursa, kompromis yoxdur. Danışıq 

varsa, kompromis də olmalıdır. Bu məlumdur. Biz bunu yaxşı bilirik. 

Amma camaatın bir hissəsi var ki, bu sözsüzlükdən, səssizlikdən 

şayiələr yaymağa başlayırlar. Məncə, bizi kənarda istəməyənlərdən 

çox, içimizdə istəməyənlər vardır və bundan istifadə edənlər vardır. 

Heydər Əliyev: Sözün çox düzdür. 

Fikrət Qoca: Bundan istifadə edirlər.  İstədik ki, bu sözlərin 

qabağına hər kəs bacardığı bir daş qoysun. Bu günlər qəzetlərin 

birində bizə yazıblar ki, "kor şairlər də dilləndi". Bu belədir. Bunların 

mənəviyyatı budur. 

Cənab prezident, bilirik, belə danışıq olmaz - yəni, məgər 8 milyon 

yığışıb danışmaq üçün Ermənistana gedəcəkdir? Bu, mümkün olan iş 

deyildir. Bu danışıqları bir adam aparmalıdır. Biz də Sizə  səs 

vermişik, Sizə inanırıq və bilirik ki, bunu 

  

 

 




___________________________________________________69 

Sizdən yaxşı apara bilən olmayacaqdır. Yəni, biz məktubu bu mənada 

yazmışıq. 

Cənab prezident, vaxtınızı alıb ikinci dəfə Sizə müraciət etməyim 

deyə, mən "Qobustan" jurnalının təzə nömrəsini Sizə vermək 

istəyirəm. Bu, Naxçıvan Muxtar Respublikasının 75 illiyinə  həsr 

olunubdur. Həm də Qobustanın 30 illiyi tamam olur. Müəlliflərin də 

hamısı naxçıvanlılardır. 



Heydər Əliyev: Çox gözəl. 

Fikrət Qoca:  Cənab prezident, ikinci bir məsələni də demək 

istəyirəm. Qış mövsümü başlayır. Dünən Siz Fransa nümayəndə 

heyətini qəbul edəndə  də dediniz ki, yağışlar başlayıbdır, qaçqınlar 

indi nə əziyyət çəkirlər. 



Heydər Əliyev: Bəli, dünən danışırdım. Ona qulaq asdınız? 

Fikrət Qoca: Bəli, cənab prezident, Ağdaşda baş vermiş  zəlzələ 

nəticəsində dağıntılar olmuşdu. Dağılmış evlərin divarları tikilib, 

amma pəncərələri yoxdur. Dünya tarixində birinci hadisədir ki, 7 bal 

gücündə  zəlzələ  nəticəsində insan tələfatı olmadı. Yəni bu, bütün 

zamanlar üçün rekorddur. Evlər uçub dağılıbdır, amma sağ qalanlar 

indi evsiz qaliləlar. 



Heydər Əliyev: Yaxşı. 

Q a b i l: Heydər müəllim, bir sözüm də vardır. Anar müəllim bilir. 

Deyəsən, o siyahı Sizdə də vardır. Bizim Fikrət Sadıq adlı bir şairimiz 

var. Onun 70 yaşı tamam olacaqdır. Çox gözəl bir şairdir. Hərçənd, bu 

sözü eşidilə başqaları da deyəcək ki, mənim adımı niyə  çəkmədin. 

İstərdim ki, fəxri təqaüdçülər siyahısına onu da daxil edəsiniz. Onun 

buna çox ehtiyacı vardır. Bizim çox gözəl, zərgər  şairlərimizdən 

biridir. 

Heydər Əliyev: Yaxşı, fərman hazırlanacaq. 

Anar: Cənab prezident, mən də bir xahiş etmək istəyirəm. Cavan 

yazıçıların təqaüdü haqqında Sizə yazıb vermişik. 



Heydər Əliyev: Ona da baxacağam. 

A n a r: Onlar gözləyirlər. Çox xahiş edirəm. 

  



___________________________________________________70 

 

Heydər  Əliyev:  Mən sizi çox məmnımiyyətlə dinlədim. Sizinlə 

görüşümdən çox məmnunam. Çünki siz bilirsiniz ki, mənim 

ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimlərinə xüsusi hörmətim 

var, xüsusi münasibətim var və keçən zamanlarda da Azərbaycana 

başçılıq edərkən, indi də, bu son altı ildən artıq müddətdə mən bütün 

başqa işlərlə yanaşı, bizim ədəbiyyat, incəsənət, mədəniyyət 

xadimlərinə  nə  qədər mümkündür, o qədər də diqqət, qayğı 

göstərməyə çalışıram. Bəlkə də indi siz bunu yəqin ki, etiraf edərsiniz. 

Keçmiş Sovetlər  İttifaqına mənsub olmuş ölkələrin çoxunda belə 

deyildir. 

Ona görə  də sizinlə görüşməyim mənim üçün də çox maraqlıdır. 

Ancaq bilin, mənim bir dəqiqə  də vaxtım yoxdur. Məsələn, sizinlə 

mən bir az əvvəl görüşməli idim. Ancaq iki-üç təcili məsələ  mənə 

imkan vermədi. Bəzən də belə olur ki, axşam saat 10-a, 11-ə  qədər 

burada oturmağa məcbur oluram. Buna baxmayaraq mən bu gün 

sizinlə görüşürəm və sizinlə söhbət etməyə hazıram. 

Siz mənə məktub yazmısınız. Bu təbiidir. Çox sağ olun və indi nə 

mümkündür, mən sizə deyəcəyəm. Ancaq mən hesab edirəm ki, sizin 

tərəfinizdən bir şey düzgün olmayıbdır. Məktubu mənə göndərmisiniz. 

Mənə çatmamış, siz bunu müxalifət qəzetlərində  dərc etdirmisiniz. 

Bu, nə qədər düzgündür? İndi özünüz bilin. Mən hesab edirəm ki, bu, 

düzgün deyildir. Əgər siz prezidentə müraciət edirsinizsə, prezident 

məktubu alacaq, baxacaq və sizi də  dəvət edəcəkdir. Amma məktub 

mənə çatmamış, səhər mən baxıram - müxalifət qəzetlərində 

məktubun məzmunu yazılıbdır. Sonra gəlib işdə soruşuram, deyirlər 

ki, dünən axşam saat 9-da bu, bizim ümumi şöbəyə  gətirililə  təhvil 

verililədir və biz də bunu səhər sizə təqdim edəcəkdik. İndi olan olub, 

keçən keçibdir. Mən sizdən heç izahat da istəmirəm. 

  

 



 

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə