Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə27/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   23   24   25   26   27   28   29   30   ...   139

___________________________________________________92 

İndi başqa problemlər də vardır. Bu cür günahlar etmiş

Azərbaycana bu cür xəyanət etmiş adamlar bu gün gəlib özlərini 

«Azərbaycanın xilaskarı» kimi elan edirlər və ölkəmizdə  həqiqətə 

tamamilə uyğun olmayan təbliğatlar aparırlar. 

Təbiidir ki, onların yazdıqları müəyyən adamlarda narahatlıq 

törədir, fikir oyadır. Bəziləri onların yazdıqları ilə razı olurlar. Sizin 

də narahatlığınız təbiidir. Çünki deyirsiniz ki, sizə müraciət ediblər. 

Amma bunların hamısı yersizdir. 

Mən nə etməliyəm? Deyirlər ki, gəlin müharibə aparaq. Mitinqdə 

deyilələr ki, Dağlıq Qarabağa mədəni muxtariyyət vermək lazımdır. 

İndi ATƏT-in sədri Norveçin xarici işlər naziridir. Yaxın vaxtlarda o, 

buraya gəlmişdi.  İstanbul zirvə görüşündən sonra Avstriyanın xarici 

işlər naziri ATƏT-in sədri olacaqdır. Mən onların ikisi ilə  də 

görüşmüşəm. Onlar Ermənistanda da, Azərbaycanda da olublar. 

Deyirlər ki, məsələni həll etməlisiniz. Deyirəm, nə cür? Bildirirlər ki, 

düzdür, Ermənistan Dağlıq Qarabağa müstəqillik istəyir, olmaz. 

Amma siz gərək onlara müstəqillikdən bir az aşağı, 

özünüidarəetmədən də yuxarı bir status verəsiniz. Həm də onlar bunu 

mənim beynimə yeritmək istəyirlər. Deyirəm ki, axı dünyada belə 

status yoxdur. 

Bunu onlar deyirlər. İndi, bu cür vəziyyət olan halda, sən çıxasan 

mitinqdə, necə deyərlər,  əldəqayırma bir qətnamə  qəbul eləyəsən, 

içində də bir dənə mənalı söz olmaya. Yazasan ki, «Dağlıq Qarabağa 

ancaq mədəni muxtariyyət vermək olar». Bu, nə qədər ağılsızlıqdır və 

reallıqdan nə qədər də kənardır. 

Mən 14 il Azərbaycana başçılıq eləmişəm. Dağlıq Qarabağ 

muxtariyyətinin 1923-cü ildən yaranmasının tarixini çox yaxşı 

bilirəm. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi 

Azərbaycanın başına bir bəla olub, bilin. Düzdür, o vaxtlar buranı 

Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəh- 

  

 



 


___________________________________________________93 

bərləri çalışıblar və  nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. 

Qalmalı idi, amma muxtariyyət yox! 

1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş 

bir bombadır, nə vaxtsa partlamalı idi. Sovet hakimiyyəti vaxtı bu, 

dəfələrlə qaldırılilədır. Mənim xatirimdədir, - hələ burada başçı 

deyildim, Dövlət Təhlükəsizliyi Komitəsində idim, Vəli Axundov 

burada başçılıq edirdi, - bu məsələni iki dəfə qaldırmışdılar. Mən bu 

işlərdə  iştirak edirdim, biz bunun qarşısını böyük çətinliklə aldıq. 

Çünki ildə bir dəfə, yaxud da, nə bilim, iki dəfə Ermənistanın 100-150 

ən görkəmli adamları dünyada, Moskvada yaşayan adamları yazırdılar 

ki, «Dağlıq Qarabağı Ermənistana vermək lazımdır». 

Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. 

O vaxt Axundov məni çağırdı. Sov. İKP MK-nın qərarı idi, 

yazmışdılar ki, «Azərbaycan KP MK-ya - Axundova, Ermənistan KP 

MK-ya - Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə 

etsinlər». Bu, nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll 

etməyi Ermənistana tapşırırlar. Elə bununla da onu həll edirdilər, - 

yəni «siz gedin, onlarla bu məsələni həll edin». O deyəcək ki, mənim 

olmalıdır, biz də deyəcəyik ki, yox. 

Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz 

Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevi 

başa saldı. Brejnev anladı  və özü o qərarı  ləğv elədi. Bu, 67-ci ildə 

olan hadisədir. 

1967-ci ildə Stepanakertdə, - indi biz ona Xankəndi deyirik, - üç 

nəfər azərbaycanlının maşının içində,  şəhərin ortasında avtomobili 

yıxıb üstünə benzin tökərək yandırdılar. Mən onda KQB-nin sədri 

kimi oraya getmişdim, Nazirlər Sovetinin sədri  Əlixanov da qrupa 

başçılıq edirdi. Mən 15 gün orada qalmışam, o vəziyyəti görmüşəm. 

Başa düşürsünüzmü? Amma nə oldu? Heç bir şey etmək mümkün 

olmadı. Dağlıq Qarabağ  həmişə Azərbaycanda xüsusi bir statusa 

malik idi və 

  

 

 




___________________________________________________94 

həmişə də Ermənistana daha çox tabe idi,  nəinki Azərbaycana. 

Mən işlədiyim zaman bir çox tədbirlərin nəticəsində bu vəziyyəti 

dəyişdirdim. Məsələn, mən oraya dəmir yolu çəkdirdim. Sonra, mən 

burada olmayanda, bəzi adamlar məni günahlandırırdılar ki, Heydər 

Əliyev niyə dəmir yolu çəkdirdi. Dəmir yolu Ağdama qədər gəlmişdi, 

oradan da 11 kilometr dəmir yolunu çəkmirdilər. Bu, nə demək idi? 

Demək, onların əlinə əsas vermək lazım idi. Bir neçə fabrik tikmişdik. 

Dedibr ki, institut açaq, açdıq, amma o şərtlə açdım ki, orada erməni, 

rus fakültələri ilə bərabər, Azərbaycan fakültəsi də olsun. 

Bu  şeylərlə  mən onların Azərbaycana bağlılığını müəyyən qədər 

təmin edirdim və mənim də orada təsirim çox böyük idi. Ancaq mən 

Azərbaycandan gedəndən sonra, təəssüf ki, 88-ci ildə olan 

hadisələrdən sonra xırda-xırda başladılar Dağlıq Qarabağa nəzarəti 

azaltdılar və onlar da bunu etdilər. 

A n a r: Cənab prezident, Siz dediniz, mənim də yadımdadır. Siz 

birinci katib seçiləndən sonra Dağlıq Qarabağ haqqında qərar oldu. 

Sovet dövründə Dağlıq Qarabağ erməni millətçiliyi haqqında heç vaxt 

bu kəskinlikdə qərar olmamışdı. 



Heydər  Əliyev: Tamamilə düzdür. Amma sizə onu da deyim ki, 

bu, bizim üçün asan deyildi. Çünki Moskva burada daim erməniləri 

müdafiə edirdi. Daim. Məsələn, sizə bir şey deyim. Naxçıvan Muxtar 

Respublika idi, orada vilayət partiya komitəsi vardı. Naxçıvanda heç 

bir faiz rus yox idi, amma Naxçıvanda həmişə ikinci katib rus olubdur. 

Y e r d ə n: Radayev. 

Heydər Əliyev: Radayev sonranın işidir. Mən 40-cı illəri deyirəm, 

50-ci, 60-cı illəri deyirəm. Amma Dağlıq Qarabağda yox, hamısı 

erməni idi. Başa düşürsünüzmü? 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə