Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə15/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   11   12   13   14   15   16   17   18   ...   139

___________________________________________________54 

ləni çox geniş müzakirə etdim. Hətta bu məsələdən ötrü bizim 

təhlükəsizlik  şurasını çağırdım və müvafiq göstərişlər verdim. Bizim 

inziləati orqanlara qəti xəbərdarlıq etdim ki, onlar bu məsələlərdə 

inziləatçılığa yol verməməlidirlər. 

Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanda bütün 

azadlıqlar mövcuddur. Bizim konstitusiyaya uyğun və  əməli 

fəaliyyətimizlə insan azadlıqları, o cümlədən vicdan azadlığı, din 

azadlığı təmin olunubdur və təmin olunacaqdır. 

Ona görə burada bir tərəfdən Azərbaycanın qanunları 

pozulmamalıdır, ikinci tərəfdən də insanların hüquqları 

pozulmamalıdır. Yəni vicdan azadlığını təmin etmək lazımdır. Vicdan 

azadlığını, din azadlığını məhdudlaşdırmaq olmaz. Mən bu fikirlərimi 

bəyan etmişəm və bizim müvafiq orqanlar bu fikirlər əsasında lazımi 

işlər görəcəklər.  Əgər lazım olsa bəzi qərarlar da qəbul olunacaqdır. 

Hər halda, baş vermiş hadisələrə bundan sonra yol verilməyəcəkdir, 

arxayın ola bilərsiniz. Xahiş edirəm, mənim bu gördüyüm tədbirləri və 

sizə dediyim sözləri mənə  məktub göndərmiş konqresmenlərə 

çatdırasınız. 

Stenli Eskudero: Cənab prezident, mən bunu dərhal edəcəyəm. 

İcazə verin deyim ki, bu, Sizin tərəfinizdən atılmış növbəti və çox 

önəmli bir addımdır. Bu, həm şəxsən mənim üçün, həm təmsil etdiyim 

dövlətim üçün, həm də Azərbaycanın dostları üçün bir daha şəxsən 

Sizin tərəfinizdən atılmış çox inandırıcı bir addımdır. Çünki biz son 

dövrlər Azərbaycanda baş verən bəzi insidentlərdən narahatlıq 

keçirməyə başlamışdıq. Amma bizdə tam əminlik var idi ki, bu işlər 

Sizin diqqətinizə çatdırıldıqdan sonra, şəxsən Siz bu işə  nəzarət 

etdikdən sonra bunlar aradan qaldırılacaqdır və biz bunun bir daha 

əyani şahidi olduq. 

İcazə verin, bu işlə  əlaqədar bir məsələni də  dəqiqləşdirim. 

Əvvəllər bu cür insidentlər nəticəsində bir neçə  şəxsin, səhv 

etmirəmsə, dörd xarici vətəndaşın ölkədən deportasiya olun- 

  

 




___________________________________________________55 

ması barədə  məhkəmə  qərarları da çıxarılmışdır. Bunu belə anlaya 

bilərikmi ki, indi həmin dörd nəfər xarici vətəndaşın taleyinə və onlar 

barədə qəbul olunmuş qərarlara da yenidən baxıla biləcəkdir? 



Heydər Əliyev: Bəli. 

  

 



 


___________________________________________________56 

 

ATƏT-in MİNSK QRUPUNUN FRANSA  



TƏRƏFDƏN YENİ HƏMSƏDRİ JAN JAK  

QAYYARD İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

9 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Xoş  gəlmişsiniz, cənab Qayyard! Mən 

məmnunam ki, Minsk qrupunun həmsədri kimi Fransa fəaliyyətini bir 

az gücləndirilədir. Bu vəzifəyə  təyin olunmağınız münasibətilə sizi 

təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məsələ 

həll edibnə kimi siz bu vəzifədə olacaqsınız. 

Təəssüf ki, həm Amerika Birləşmiş  Ştatları, həm Fransa, həm də 

Rusiya - Minsk qrupunun həmsədrləri bu işlə  məşğul olan öz 

səfirlərini, təmsilçilərini tez-tez dəyişdirirlər. Biz bunu başa düşürük, - 

hər ölkənin öz işləri var, kadrların inkişaf etməsi var. Amma belə 

dəyişiklik,  şübhəsiz ki, bizim işlərimizə ciddi mənfi təsir edir. Arzu 

edirəm ki, siz bizimlə hələ çox əməkdaşlıq edəsiniz və bu vəzifəni tez 

tərk etməyəsiniz. Buyurun, sizi dinləyirəm. 

Jan Jak Qayyard:  Cənab prezident, qonaqpərvərlik üçün Sizə 

minnətdarlığımı bildirirəm. Mən xoşbəxtəm ki, bu gün Bakıda, 

Azərbaycandayam, Sizinləyəm. Müəyyən adamlarla görüşmək, 

buradakı  vəziyyəti öyrənmək, onun bəzi məqamlarını başa düşmək 

üçün gəlmişəm. Cənab prezident, burada olduğum müddətdə Baş 

nazirin qaçqınların işi ilə məşğul olan müavini ilə birlikdə qaçqınlarla 

görüşmüşəm. Ümumi götürdükdə, belə fikirləşirəm ki, bu, bizim 

məşğul olduğumuz 

  

 



___________________________________________________57 

məsələnin ən vacib hissələrindən biridir və ona görə də buna üstünlük 

vermişəm. 

Cənab prezident, mən həm də öz ölkəmin Sizə dost salamlarını 

gətirmişəm. Demək istəyirəm ki, Fransa prezidenti cənab  Şirak və 

Fransa hökuməti bu məsələyə çox böyük əhəmiyyət verirlər, ona görə 

də bununla həmişə yaxından maraqlanırlar. Bu baxımdan demək 

istəyirəm ki, mən də buraya o əzmlə  gəlmişəm ki, məsələnin həlli 

yolunda  əlimdən gələni edim. Söz verirəm ki, bu yolda səylərimi 

əsirgəməyəcəyəm. 

Cənab prezident, Siz arzu etdiniz ki, mən bu vəzifədə çox qalım. 

Əlbəttə, mən bu vəzifədə qalacağam. Amma digər tərəfdən də arzu 

edirəm ki, bu vəzifədə çox qalmayım.  İstəyirəm bir şeyi də deyim. 

Bəlkə  də Sizin dedikləriniz haqlıdır, amma ola bilsin ki, bunu 

Fransaya o qədər də aid etmək olmaz. Çünki məndən  əvvəl bu 

vəzifədə olan şəxs üç il bu vəzifəni tutmuşdur. 



Heydər  Əliyev: Çox məmnunam ki, Fransa prezidenti, mənim 

dostum cənab Jak Şirak və Fransa hökuməti Azərbaycana, xüsusən 

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına çox böyük 

diqqət yetirirlər və ciddi münasibət göstərirlər. Mən sizin bu vəzifədə 

çox qalmağınızı o mənada dedim ki, bu məsələ qurtarana qədər 

qalasınız. Amma biz hamıdan çox istəyirik ki, bu münaqişə tez 

qurtarsın və Minsk qrupu da öz fəaliyyətini sona çatdırsın. 

Təəssüf ki, Minsk qrupu yaranandan - 1992-ci ildən indiyə  qədər 

keçən yeddi il müddətində  hələ ki, məsələnin sülh yolu ilə  həll 

olunmasında istədiyimiz nailiyyəti  əldə edə bilməmişik. Danışıqlar 

gedir, Minsk qrupu işləyir, görüşlər keçirilir. Ötən müddətdə iki dəfə - 

1994-cü ilin dekabr ayında və 1996-cı ilin dekabr ayında - biri 

Budapeştdə, biri Lissabonda ATƏT-in iki zirvə görüşü olubdur. Onlar 

müəyyən qərarlar qəbul etmişdilər, amma təəssüflər olsun ki, bu 

qərarlar həyata keçirilmir və məsələ indiyə qədər həll edilməyilədir. 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə