Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə11/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   7   8   9   10   11   12   13   14   ...   139

___________________________________________________39 

çadırlarda zillət çəkməsinə baxmayaraq, beş ildən artıqdır ki, biz 

məsələnin siyasi yolla, danışıqlar yolu ilə  həll edilməsinə çalışırıq. 

Beş il keçib, amma bunu edə bilməmişik. Ancaq mən bu gün də 

məsələnin zorakılıqla həllinin  əleyhinəyəm, silah işlədilməsinin 

əleyhinəyəm, müharibənin yenidən başlanmasının  əleyhinəyəm. 

Nəyin bahasına başa gəlsə də, biz bu məsələnin dincliklə həllinə nail 

olacağıq. Buna görə  də, təbii olaraq, biz də ona tərəfdarıq ki, siz bu 

məsələləri sülh yolu ilə, danışıqlar yolu ilə  həll edəsiniz. Amma, 

nəticə etibarilə, bu sizin daxili işinizdir. Biz Rusiyanın daxili işlərinə 

qarışmırıq. 

Mən bütün bunlar barəsində ürək ağrısı ilə danışıram, çünki 

Rusiyanın mətbuat orqanları vasitəsilə yayılan əsassız, yalan təbliğat, 

bəzən dövlət, hökumət dairələrindən olan ayrı-ayrı şəxslərin dilindən 

çıxan informasiya bizi narahat edir. Bu, bizi məhz ona görə narahat 

edir ki, dostluq münasibətlərimizə hansısa pislik edilməsini istəmirik. 

Əgər biz Rusiya ilə dostluq münasibətlərinə biganə olsaydıq, onda 

buna etinasız yanaşardıq və indi bunları sizə deməzdik. Bilirəm ki, siz 

bəlkə də bu məsələlərlə məşğul olmursunuz. Amma fürsətdən istifadə 

edərək, bunu sizə söyləməyi lazım bildim. 



Nikolay Aksyonenko: Hörmətli Heydər  Əlirza oğlu, mən Sizin 

ağrılarınızı, indicə dediklərinizi başa düşürəm. Məncə, bu gün nəinki 

Rusiyanın, eləcə  də onunla həmsərhəd dövlətlərin - Azərbaycanın, 

Gürcüstanın, digər dövlətlərin maraqları ilə bağlı tutulan mövqeləri 

açıqlamaq istəyirəm. 

Sizin indicə danışdığınız, xüsusən kütləvi informasiya vasitələrinə 

aid problemlər məlumdur. Mən bu suallara Rusiya daxilində, onun 

hüdudlarından kənarda dəfələrlə cavab vermişəm. Zənnimcə, Siz 

mənimlə razılaşırsınız ki, ağır xəstəlikdən çıxan cəmiyyətdə, - biz isə 

etiraf etməliyik ki, inkişafın tarixi gedişinin bərpası yolunda çox ciddi 

addımlar atırıq, - ayrı-ayrı  xəstə adamlar, fəaliyyətdə tam bir sıra 

istıqamətlər, o cümlədən də xəstə kütləvi informasiya vasitə- 

  

 

 




___________________________________________________40 

ləri ola bilər. Çox uzun bir müddət ərzində biz təkcə bu məsələlərdə 

deyil, başqa məsələlərdə  də düzgün qərarlar tapa bilməmişik, bizdə 

hər  şey həddindən ziyadə  bəsit idi və  şübhəsiz ki, bu sərbəstlik, bu 

açıqlıq siyasəti, təəssüflər olsun, heç də hamı  tərəfindən lazımi, 

konstruktiv yönümdə - dövlətlər arasında təşəkkül tapan vəziyyətə 

müvafiq kifayət qədər obyektiv mövqe yaradılması yönümündə  dərk 

edilmir.  Şübhə yoxdur ki, ayrı-ayrı kütləvi informasiya vasitələri, 

hətta ayrı-ayrı kütləvi informasiya vasitələri çərçivəsində elə adamlar, 

elə qruplar tapılır ki, onlar öz mövqeyini vəziyyətin əksinə izhar edə 

bilərlər, zənnimcə, biz buna diqqət yetirməklə yanaşı, müəyyən 

hövsələyə də malik olmalıyıq. Siz nə kimi hadisələr baş verdiyini və 

bu səpgidə nə kimi mülahizələr irəli sürüldüyünü bilirsiniz. 

Şübhəsiz ki, biz Sizin fikirlərinizi nəzərə alırıq.  İnanın, təkcə bu 

söylədiklərinizlə bağlı olan fikirlərinizi deyil, başqa fikirlərinizi də 

nəzərə alırıq. Dərc olunanların bir çoxundan biz özümüz də narazıyıq, 

müvafiq tədbirlər görürük və görəcəyik. Amma bu tədbirlər mövcud 

hüquq çərçivəsində olmalıdır. Çox təəssüflər olsun ki, hüquq daha 

kamil cəmiyyət üçün, daha yetkin insanlar üçün nəzərdə tutulmuşdur. 

Yəqin doğrudur ki, hüquq insanın inkişafını  nəzərdə tutur. Amma 

buna gəlib çatmaq lazımdır. 

Heydər  Əlirza oğlu, biz əməkdaşlığımıza, dostluğumuza və bu 

münasibətlərin inkişafına kömək edə biləcək  şərait yaradılması üçün 

mövcud hüquq çərçivəsində  hər  şeyi edəcəyik.  İnanın ki, uzun illər 

ərzində Qafqazda, xüsusən Çeçenistanda yaranmış  şəraitdə yaşamaq 

bu gün bizim üçün çox çətindir. Təfsilata varmaq istəmirəm, amma 

bildirmək istərdim ki, Rusiyada biz -hökumətin üzvləri, sədri, Sizin 

doğru nəzərə çarpdırdığınız kimi, separatizm meyllərinin, terrorizmin 

inkişafını istisna edən  şərait yaratmağa çalışırıq. Niyyətimiz də bu 

problemləri birlikdə, o cümlədən və ya ən  əvvəl çoxdankı yaxşı 

ənənələri nəzərə alaraq 

  

 



 


___________________________________________________41 

Azərbaycanla, Gürcüstanla, başqa ölkələrlə, dost dövlətlərlə  həll 

etməyə çalışmaqdır. 

Təəssüflər olsun, Rusiya sərhədi məsələsi. Siz doğru qeyd etdiniz. 

Bax, bu hadisələr, gah bir nöqtədən, gah da digər nöqtədən onu 

keçmək faktları bizi də narahat edir. Ona görə yox ki, biz demək 

istəyirik, bunun üçün Rusiyadan savayı hamı  təqsirkardır. 

Ümumiyyətlə, mən heç bir irad irəli sürməzdim. Amma elə adamlar 

var ki, onlar müəyyən işlərlə  məşğuldur, müəyyən məqsədlər 

güdürlər. Sərhədlərin müəyyən dərəcədə şəffaf olduğu bir şəraitdə nə 

isə bir iş görmək istəyimizin və  cəhdlərimizin  əksinə olaraq, onlar 

kifayət qədər sərbəst hərəkət etmək və elə çirkin əməllər törətmək 

imkanına malikdirlər ki, sonra biz Sizinlə bunları Rusiyada, 

Azərbaycanda terror hərəkətləri kimi qeydə alırıq. İnanın, biz dövlət, 

hökumət başçıları bununla məşğul olmalı və bu məsələləri həll etməli 

olan idarələrin başçıları səviyyəsində çalışırıq ki, hazırda baş verən və 

ya baş verə biləcək hadisələrin verdiyi itkilər və vurduğu zərər az 

olsun. 


Bax, siz nota haqqında danışdınız, zənnimcə, müvafiq idarələr bu 

nota və ya qarşılıqlı münasibətlərimiz çərçivəsində, ola bilər, 

danışıqlar stolu arxasında  əyləşəcək və bütün məsələləri sakitcə 

müzakirə edəcəklər. Həqiqətən, biz çalışırıq ki, Rusiya ilə Azərbaycan 

arasında artıq təşəkkül tapmış bütün maksimum mümkün şəraiti 

qoruyub saxlayaq. Biz gediş-gəlişlə, köçmələrlə bağlı  nə kimi 

miqrasiya baş verdiyinə bələdik. Mən Dağıstanda dəfələrlə olmuşam. 

Yeri gəlmişkən, biz orada yeni dəmir yol keçidlərini sahmana 

salmışıq. Həqiqətən, orada ləzgilər də, darginlər də yaşayırlar. Orada 

yaşayan xalqların sayı çoxdur, onları bir-birindən fərqləndirmək 

çətindir, nə etmək olar, həyat belədir. Əlbəttə ki, biz bunların hamısını 

nəzərə almalıyıq və bu istiqamətdə  işləyərkən belə bir şəraitin 

saxlanması üçün imkan tapmaq olar və lazımdır. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə