Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə10/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   6   7   8   9   10   11   12   13   ...   139

___________________________________________________36 

lərdə, televiziyada, hər yerdə var. Çeçenistanda baş verən hadisələrlə 

bizim heç bir əlaqəmiz yoxdur. Bizi bu hadisələrə süni şəkildə 

bağlamaq cəhdləri o deməkdir ki, Azərbaycanla Rusiya arasında 

münasibətləri qəsdən mürəkkəbləşdirmək istəyirlər. 

Dağıstan bizə dost respublikadır.  Əlbəttə, Rusiyanın ayrılmaz 

hissəsidir. Dağıstanda müxtəlif millətlərə mənsub insanlar yaşayırlar, 

onların Azərbaycanda qohumları var. Avarlar, ləzgilər, dargilər və 

başqa xalqlar Dağıstanda da, Azərbaycanda da yaşayırlar, çünki bu 

sərhəd əvvəllər yox idi. Dağıstanda 130-140 min azərbaycanlı yaşayır. 

Biz çox istəyirik ki, Dağıstanda sakit, sabit vəziyyət olsun. Bunu çox 

istəyirik. Biz Dağıstanla dostluq münasibətləri saxlayırıq. Bu 

yaxınlarda Dağıstan rəhbərləri mənə müraciət etmişdilər, onlarda 

yanacaq sarıdan çətinlik vardı. Bütün müqavilələrimizin imzalanıb 

qurtarmasına baxmayaraq, sözün düzü, bunun müəyyən haqqını alilə-

almayacağımızı  hələ bilməsək də, dostluq münasibətlərimizi nəzərə 

alaraq, mən göstəriş verdim və biz yanacaq göndərdik. Hansı 

məbləğdə? 



Artur Rasizadə (Azərbaycanın Baş naziri): Haqqı üç aydan sonra 

ödənilmək şərti ilə bir milyon dollarlıqdan artıq. 



Heydər  Əliyev:  Məlum deyil, olacaq, ya yox. Bizim 

münasibətimiz bax belədir. Biz istəyirik ki, Dağıstanda sabitlik olsun. 

Rusiya Dağıstanda sabitlik yarada bilməyiləsə, bu, Rusiyanın işidir. 

Deməliyəm, mən artıq bu barədə danışmışam ki, hələ 1997-ci ildə 

Moskvada rəsmi səfərdə olarkən Boris Nikolayeviç Yeltsinə 

demişdim - Dağıstandakı  vəziyyət bizi narahat edir, çünki oraya 

şimaldan müxtəlif qüvvələr soxulur və orada vəziyyət çətinləşə bilər, 

tədbir görün. Mən bunu demişdim. Mən bunu 1997-ci ilin oktyabrında 

MDB-nin iclasında da demişdim. Yəni, biz istəyirik ki, Rusiyanın hər 

yerində, xüsusən Azərbaycanla sərhədin keçdiyi yerlərdə, soydaşları- 

  

 



___________________________________________________37 

mızın yaşadıqları yerlərdə, bizi çoxəsrlik dostluq telləri bağlayan 

insanların yaşadıqları yerlərdə sabitlik olsun. 

Biz həmişə bunu əsas tutmuşuq və bu gün də əsas tuturuq və bəyan 

etmişik ki, hər bir dövlətin ərazi bütövlüyünə tərəfdarıq. Artıq 12 ildir 

ki, biz erməni separatizmindən əzab çəkirik, bunlar başımıza gəlmişdir 

və bu gün də gəlir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasından, 

Azərbaycan  ərazisinin 20 faizinin erməni silahlı birləşmələri 

tərəfindən işğal olunmasından uzun illərdən bəri əzab-əziyyət çəkirik. 

Biz bundan əzab-əziyyət çəkirik ki, bir milyon azərbaycanlı  işğal 

edilmiş torpaqlardan qovulmuşdur, 6-7 ildir çadırlarda yaşayır. Biz 

bundan  əzab-əziyyət çəkirik. Bu nə deməkdir? Bu, ekstremizm, 

separatizm, terrorizm deməkdir, bu, nəhayət, beynəlxalq hüququn 

pozulması, Azərbaycanın  ərazi bütövlüyünün pozulması deməkdir. 

Ona görə də biz bu mövqelərdə möhkəm dayanmışıq, möhkəm. 

Bu gün Rusiya səfiri mənə dedi ki, Boris Nikolayeviç Yeltsin 

üçüncü minillik üçün öz mülahizələri haqqında Birləşmiş Millətlər 

Təşkilatına böyük bir təklif göndərmişdir. Səfir oradan bir abzası 

mənə oxudu. Mən dedim - bilirsinizmi, biz bunun uğrunda on ildir 

mübarizə aparırıq. Helsinki sənədlərində  nəzərdə tutulmuş  ərazi 

bütövlüyünə  və öz müqəddəratını  təyinetmə prinsipinə, sənin izah 

etdiyin kimi, elə baxılmamalıdır ki, guya öz müqəddəratını təyinetmə 

hər şeydən üstün olan bir prinsipdir. 

Aleksandr Bloxin  (Rusiyanın Azərbaycandakı  səfiri): Öz 

müqəddəratını təyinetmə ərazi bütövlüyü prinsipini pozmamalıdır. 



Heydər  Əliyev:  Ərazi bütövlüyünü. Biz artıq on ildir deyirik ki, 

Ermənistan Dağlıq Qarabağa öz müqəddəratını  təyinetmə  tələb edir. 

Erməni xalqı öz müqəddəratını çoxdan təyin etmişdir, çünki öz 

dövlətinə malikdir. Ermənilər isə Azərbaycanda daha bir dövlət 

yaratmaq istəyirlər. Görürsünüzmü, 

  



___________________________________________________38 

siz  şikayətlənirsiniz ki, ərazi bütövlüyü pozulmuşdur, beynəlxalq 

təşkilatlarda isə deyirdilər - baxın, onlar öz müqəddəratını təyin etmək 

uğrunda mübarizə aparırlar. Biz bütün bunlara qarşı  çıxış etmişik və 

edirik, çünki bunlardan özümüz əzab-əziyyət çəkirik, xalqımız  əzab-

əziyyət çəkir. Ona görə  də bu məsələyə münasibətimiz aydın və 

anlaşıqlıdır: Biz Rusiyanın ərazi bütövlüyünə tərəfdarıq. Çünki Rusiya 

kimi bir dövlətin ərazi bütövlüyü pozularsa, bunun çox ağır nəticələri 

olar. 

Mövqeyimiz belə açıq və aydın olduğu halda, bütün bu məsələləri 



təhrif etmək lazım deyildir. 

Əlbəttə, biz həmişə terrorizmin əleyhinə olmuşuq, ondan əzab-

əziyyət çəkmişik. Moskvadakı partlayışlar. Bizim metropolitendə iki 

partlayış törədilmişdir. 1994-cü ildə 60-dək adam həlak olmuşdur. 

Bunu Ermənistanın xüsusi idarələri Qarabağ müharibəsində  əsir 

düşmüş sakinlərimizin əlləri ilə etmişlər. Onları aldadıb öz tərəflərinə 

çəkmiş, bir nəfərin anasını Rusiya ərazisi ilə oraya aparilə girov 

saxlamış, onlara göstəriş vermişlər. Həmin adam buraya gələrək qrup 

toplamış, bir partlayış törətmiş, sonra ikincisini törətmişdir. Yeri 

gəlmişkən, bu partlayışı  təşkil edən adama sonra Rusiya pasportu 

vermişlər. Federal Təhlükəsizlik Xidməti sağ olsun ki, onları sonra 

bizə verdilər. Biz onları tapdıq. Yəni biz partlayışın nə demək 

olduğunu bilirik. Biz tapdıq. Siz də evləri partladanları tapın. Gah 

birindən, gah da başqasından şübhələnmək nəyə lazımdır? 

Ona görə də mən bu fikirdəyəm ki, Şimali Qafqazda nə edirsinizsə, 

bunlar sizin daxili işlərinizdir. Biz terrorizmə qarşı  çıxış etmişik və 

edirik. O ki qaldı Çeçenistanla bağlı məsələnin hansı yolla edilməsinə, 

bu sizin işinizdir. Biz həmişə  məsələnin siyasi yolla həll edilməsinə 

tərəfdarıq. Bu mövqedə möhkəm dayanmışıq. Yeri gəlmişkən, sizin 

rəhbərləriniz də deyirlər ki, siyasi qərarı  dəstəkləyirlər. Biz 

Ermənistanla müharibə edirik. Lakin 1994-cü  ildə    hərbi  

əməliyyatları   dayandırdıq.   İnsanlarımızın 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə