Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə12/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   8   9   10   11   12   13   14   15   ...   139

___________________________________________________42 

Biz Sizə minnətdarıq ki, Siz müdaxilə etməmək, bu məsələlərin 

həll edilməli olması mövqeyini dəstəkləyirsiniz. Biz bu məsələlərlə 

Rusiyada məşğul olacağıq. İnanın, biz problemi maksimum dinc yolla 

həll etməyə çalışırıq. Amma elə metastazlar da var ki, onlar çoxdan 

bəri kök atilə, bir qədər başqa münasibət göstərilməsini tələb edir. 

Bax, bu başqa münasibətdən son dərəcə müstəsna hal kimi istifadə 

olunur. 


Bilirsiniz ki, bunların hamısı çox mürəkkəbdir. Azərbaycanda Siz 

elə bir yollar tapdınız ki, bunlar insanlara sülh, qurub-yaratmaq 

imkanı verdi. Odur ki, bu gün Azərbaycanda baş verən hadisələr daxili 

məsələləri necə  həll etməyi göstərən bir nümunədir. Heydər  Əlirza 

oğlu, biz buna sadiqik və Sizin müdrikliyinizi son dərəcə yüksək 

qiymətləndiririk. Biz Rusiyada bütün bu məsələlərin həlli yollarını, 

inanın, hökumətlərarası komissiyanın xətti ilə atdığımız addımları, 

indiki görüşümüzün, söhbətimizin nəticələrini nəzərə alaraq tapacağıq. 

Bizim bir niyyətimiz var - hər şeyi etməyə çalışırıq ki, indi hamımızda 

olan yönümü, əhval-ruhiyyəni və arzuları itirməyək və mürəkkəb 

şəraitdə elə yollar axtarıb tapaq ki, bunlar müvəffəqiyyət gətirməyən 

və müəyyən vaxtdan sonra bizi peşman edəcək hər hansı  sərt 

hərəkətlərə uymağa imkan verməsin. 

Heydər Əlirza oğlu, biz hamımız hövsələli, müdrik olmalıyıq. Biz 

baxacağıq, deyilənləri dinləyəcəyik, vəziyyəti həqiqətən lazımi 

istiqamətdə irəlilədən qərarlar tapacağıq. Zənnimcə, bunun məhz belə 

olması üçün Rusiya ilə Azərbaycan arasında bütün imkanlar var. 

Demək istəyirəm ki, işimizə qara yaxmaq, nəyi isə başqa cür demək 

üçün,  şübhəsiz, hər cür cəhdlər var. Bu, müəyyən kin-küdurətə, 

müəyyən daxili gərginlik yaranmasına gətirilə  çıxarır. Məncə, bizim 

iradəmiz birini digərindən ayırmağa və  məsələlərin həllinə 

yönəldilməlidir. Heydər  Əlirza oğlu, bununla əlaqədar Sizə demək 

istərdim ki, biz Rusiyada komissiyamızın çərçivəsi daxilində 

işləyəcəyik, bu keşməkeşli zəmanəmizə müvafiq fəaliyyət 

göstərməyə, səhvlərə və nöqsanlara yol verməməyə çalışacağıq. 

  

 




___________________________________________________43 

Heydər Əliyev: Azərbaycan ilə Rusiya arasında viza rejimi tətbiq 

olunacağı barədə dünən bəyanat verilməsi və bu gün nota almağımız 

ilə  əlaqədar bəyan etmək istəyirəm ki, əlbəttə, bunların hamısını biz 

dövlətlərarası münasibətlərə uyğun surətdə nəzərdən keçirəcəyik. Siz 

bilirsiniz, MDB ölkələrinin Bişkek sazişinə  əsasən 90 gün əvvəldən 

bildirilməlidir ki, viza rejimi tətbiq edilir. Biz buna baxacağıq. 

Amma bəyan etmək istəyirəm ki, Rusiya tərəfindən bu təklifin 

meydana gəlməsinin səbəbi ilə heç cür razılaşa bilmərəm. Çünki əgər 

biz sadəcə, müəyyən  əsaslandırmalarla adi, sakit ruhlu bir nota 

alsaydıq, onda bu, dövlətlərarası münasibətlər baxımından həqiqətən 

normal hal olardı. Amma dünən bütün dünyaya car çəkiləndə ki, 

Azərbaycanla viza rejimi qoymaq lazımdır və bütün bunlar Çeçenistan 

hadisələri ilə bağlanılır, onda bu səbəblə razılaşa bilmərəm.  Əlbəttə, 

Sizin dövlətinizin belə bir məsələ qaldırmağa haqqı var, amma mən bu 

səbəbi rədd edirəm. 

Nikolay Aksyonenko: Heydər  Əlirza oğlu, bu məsələlərə dair 

danışıqlar çərçivəsində elə bir yol axtarmağa imkanımız var ki, bu gün 

üçün real vəziyyəti  əsas götürdükdə, ikitərəfli münasibətlərimizdəki 

vəziyyəti, faktları, habelə  sərhədlə ayrılmış  əhalinin qohumluğunu 

nəzərə aldıqda, hazırda həmin yol doğru olardı. Düşünürəm ki, 

Rusiyanın Xarici İşlər Nazirliyi də Sizin Xarici İşlər Nazirliyiniz də 

məhz belə bir mövqeyi əsas götürəcək, nəzərə alacaqdır. Doğru 

buyurdunuz ki, danışıqlar prosesi gedir, hər iki tərəfi kifayət qədər 

obyektiv surətdə razı salan nəticələr  əldə etmək olar. Gəlin, bu gün 

Azərbaycanın və Rusiyanın  əhalisi, sakinləri tərəfindən ağrılı  qəbul 

oluna biləcək sualların cavablarını danışıqlar prosesinin bu cür inkişafı 

çərçivəsində tapmağa çalışaq. 



Heydər  Əliyev: Yaxşı. Görünür, indi bəzi konkret iqtisadi 

məsələlərlə bağlı mülahizələri də dinləmək olar. 

  



___________________________________________________44 

 

 



AZƏRBAYCAN DƏNİZ NEFT  

SƏNAYESİ İŞÇİLƏRİNƏ 

 

Əziz neftçilər! 



Sizi, bütün Azərbaycan neftçilərini Azərbaycan dəniz neft 

sənayesinin 50 illik yubileyi münasibətilə  səmimi-qəlbdən təbrik 

edirəm. 

Əlli il bundan əvvəl Neft Daşları yatağında ilk neft fontanı ilə 

dəniz neft sənayesinin hələ əsrin əvvəlində Biləiheybət buxtasında və 

Pirallahı adasında başlanmış inkişafında yeni bir mərhələnin  əsası 

qoyuldu. Azərbaycan neftçilərinin açıq dənizdə dəmir özüllər üzərində 

neft və qaz hasilatının olduqca mürəkkəb elmi-texniki və  təşkilati 

məsələlərini uğurla həll etmələri dünya neftçıxarma sənayesinin 

inkişafında tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. 

Neft Daşları yatağının kəşf edilməsindən keçən yarım əsrin hər bir 

ili neftçıxarma sənayesinin inkişafı ilə bağlı elmi və texniki 

problemləri, kadr hazırlığı  məsələlərinin həllinə öz töhfəsini 

vermişdir. Azərbaycanın  ən böyük sərvəti həmin illərdə  Xəzərdən 

külli miqdarda çıxarılmış neft və qaz deyil, məhz neftçıxarmanın 

müxtəlif sahələri üzrə toplanmış  zəngin təcrübə, təşəkkül tapmış 

böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur. 

Bu yubiley günlərində biz Neft Daşları yatağının kəşf olunması və 

istismarında fədakarlıq və  qəhrəmanlıq nümunələri göstərmiş 

Azərbaycan neftçilərinin ilk nəsillərini dərin ehtiram və böyük iftixar 

hissi ilə yad edirik. Onların bir çoxu ali dövlət və hökumət 

mükafatlarına layiq görülmüşdür. Həmin nəsillərin ən böyük mükafatı 

isə  qədirbilən xalqımızın bəslədiyi dərin hörmət və  məhəbbət 

duyğuları olmuşdur. Də- 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə