Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə20/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   16   17   18   19   20   21   22   23   ...   139

___________________________________________________71 

Ancaq mən hesab edirəm ki, bizim aramızda olan səmimi 

münasibətlər, dostluq münasibətləri elədir ki, siz həmişə  mənə 

müraciət edə bilərsiniz - məktubla da, telefonla da. Heç narahat 

olmayın, mən həmişə sizi dinləyə bilərəm. Baxmayaraq ki, yenə 

deyirəm, - mənim vaxtım azdır. Amma sizin məktub mənə gəlməmiş 

bunu elan etməyiniz o qədər də etik deyildir. Mən bu sözü sizə 

deməliyəm. Siz bilirsiniz ki, mən çox açıq adamam, fikrimi də həmişə 

açıq deyirəm. 

Bəli, mən 1993-cü ildə buraya gələndən Azərbaycanı bu bəladan, 

bu faciədən qurtarmağa çalışıram. Siz bunların, ola bilər ki, az 

hissəsini bilirsiniz. Məsələn, o görüşü ki, televiziyada verirlər. Yaxud 

da, televiziyada görürsünüz ki, mən onunla, ola bilər, yarım saat 

danışıram, amma televiziyadan sonra bir-iki saat da mətbuatsız 

danışıram. Eləsi də var ki, bu görüşlər televiziyada da verilmir, 

mətbuata da verilmir. 

Əmin ola bilərsiniz ki, 1993-cü ilin payızından mən artıq başladım 

bu işlərə girişməyə. Azərbaycanın daxilində  vəziyyəti bir az 

sabitləşdirərək mən gecə-gündüz bu məsələ ilə məşğul oluram. Ancaq 

məsələ  həddindən artıq ağır, çətin məsələdir. Ona görə ki, bu 

münaqişə 1988-ci ildən başlayıbdır və o vaxtdan Dağlıq Qarabağ 

Azərbaycanın hakimiyyətindən çıxıbdır. Bunun tarixini siz yaxşı 

bilirsiniz. 1989-cu ildə Moskvanın qərarı ilə Dağlıq Qarabağın idarə 

edilməsi üçün xüsusi bir idarə yaradılanda, demək, Dağlıq Qarabağ 

tamamilə Azərbaycanın tərkibindən çıxdı. Ondan sonra idarə  ləğv 

edildi, amma Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayıbdır. 12 

ildir Dağlıq Qarabağ Azərbaycanın tərkibində deyildir və 

Ermənistanla birbaşa bağlıdır. Səbəblərini siz yaxşı bilirsiniz. Bu 

səbəblərdən ermənilər 1988-89-cu illərdə azərbaycanlıları oradan 

çıxartdılar. Amma son olaraq bunlar 1992-ci ildə bir neçə yerdə 

qalmışdılar, oradan da çıxırdılar. Ondan sonra Dağlıq Qarabağda bir 

azərbaycanlı da yaşamır. Ancaq Dağlıq Qarabağın  ətrafında bizim 

yeddi   rayonumuz,   özü   də   böyük   rayonlarımız,   sırf  azər- 

  

 



 


___________________________________________________72 

baycanlılar yaşayan rayonlarımız Ermənistan silahlı qüvvələri 

tərəfindən işğal olunubdur. O qaçqınlar da bir milyona qədərdir. Onlar 

nə qədər ağır şəraitdə yaşayır, - siz bunu bilirsiniz. 

Bilirsiniz, məni bu dərd gecə-gündüz yandırır və indiyə  qədər nə 

mümkündür,  əlimdən gələni eləmişəm. Mən bunu cəsarətlə deyirəm

bəlkə  də heç kəs mənim kimi bu qədər bu məsələ ilə  məşğul ola 

bilməzdi. Nə üçün? Çünki belə  məsələlərlə  məşğul olmaq üçün 

birinci, siyasi təcrübə lazımdır; ikincisi, diplomatiya təcrübəsi 

lazımdır; üçüncüsü, iradə lazımdır; dördüncüsü, vətənə, torpağa, 

millətə  səmimi bağlılıq lazımdır; beşincisi, öz canını, öz həyatını bu 

işə  sərf etmək lazımdır. Bəlkə başqaları da vardır. Amma bütün bu 

xüsusiyyətlər məndə  cəmdir və ona görə  də  mən bu danışıqları 

aparmışam. 

Təsəvvür edin, 1992-ci ildə Helsinkidə ATƏT-in zirvə görüşü 

oldu. Azərbaycan nümayəndə heyəti Azərbaycanın o vaxtkı prezidenti 

Elçibəy başda olmaqla bu zirvə görüşündə  iştirak edirdi. Orada bir 

qərar qəbul olunmadı, heç bu barədə söhbət də getmədi. Ola bilər, 

danışıq oldu, amma bir yerdə bir maddə yazılmayıbdır. 1992-ci ildən 

bununla ATƏT və ATƏT-in Minsk qrupu məşğuldur. Siz bilirsiniz. 

1994-cü ilin dekabr ayında Budapeştdə ATƏT-in zirvə görüşü 

oldu. Mən o vaxta kimi nə  qədər danışıqlar apardım -Amerikanın 

prezidenti ilə, Fransanın prezidenti ilə,  İngiltərənin Baş naziri ilə, 

Rusiyanın prezidenti ilə, hələ başqalarını demirəm. Bizə yaxın olan 

Türkiyənin prezidenti həmişə bizimlə bərabər idi. Nəhayət, biz 1994-

cü ilin dekabr ayında Budapeşt zirvə görüşündə bu məsələni çox köklü 

olaraq gündəliyə saldıq və ATƏT-in xüsusi olaraq sülhməramlı 

dəstələr yaratması qərara alındı. Orada Amerika ilə Rusiya bir neçə öz 

məsələlərini güzəştə gedərək belə  qərar qəbul olundu ki, bu, qəbul 

edilsin. Bu, məsələnin sülh yolu ilə  həll olunması üçün artıq bir 

irəliləmə idi. 

  

 




___________________________________________________73 

1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə 23-cü maddə var 

idi. Sonra oldu 22-ci maddə. Bilirsiniz ki, hər bir zirvə görüşündə 

siyasi bəyannamə  qəbul olunur. İndi də İstanbulda siyasi bəyannamə 

qəbul olunacaq və bir neçə başqa sənəd də qəbul ediləcəkdir. Demək, 

o bəyannamədə münaqişələr və başqa məsələlər əks olunur. Oraya biz 

Azərbaycanın mənafelərini təmin edən maddə salmışıq və bunu da biz 

Minsk qrupunda hazırlamışdıq. Hazırlıq da əvvəl Helsinkidə 

keçmişdi, sonra Vyanada keçmişdi və Minsk qrupunun üzvləri də 

bununla razı olmuşdular. Ancaq Ermənistan buna etiraz etdi. Çünki 

burada yazılırdı ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. 

Dağlıq Qarabağa Azərbaycanın daxilində status verilməlidir. Dağlıq 

Qarabağın təhlükəsizliyi təmin olunmalıdır - bunların hamısı bu 

maddədə var idi. 

Ermənistan bunun əleyhinə  çıxdı. ATƏT-in də qanunudur - 

konsensus: əgər bir dövlət etiraz edirsə, bu qərar qəbul olunmur. Bizdə 

nə  qədər böhranlı  vəziyyət yarandı. Mən orada nə  qədər, neçə 

adamlarla görüşdüm. Yəni dövlət başçıları ilə. Deyirdilər ki, 

həqiqətən, biz sizi dəstəkləyirik. Hamısı dedi ki, düzdür, biz sizi 

dəstəkləyirik, ancaq biz konsensus prinsipini poza bilmərik.  Əgər 

Ermənistan buna razı deyilsə, biz bunu bəyannamədən çıxarmalıyıq. 

Nə edək? Bir dənə yüngül, mənasız bir şey yazılırdı. Heç kəsin 

təsəvvürünə  gələ bilməzdi ki, Azərbaycanın prezidenti - xırda, kiçik 

bir respublikanın prezidenti və  ağır vəziyyətdə olan bir ölkənin 

prezidenti bu qədər cəsarətli addım atsın. Bu da nədən ibarət oldu? 

Mən öz səlahiyyətlərimi bilirdim. Əgər Ermənistan hansısa maddəyə 

veto qoyursa, mən də hansısa maddəyə veto qoya bilərdim. Amma 

orada elə bir maddə yox idi ki, mən bunun əvəzinə ona veto qoyum. 

Mən isə götürdüm bütün bəyannaməyə veto qoydum. Təsəvvür 

edirsiniz?! 

Demək, belə  çıxırdı ki, iki gün ərzində ATƏT-in zirvə görüşü 

keçib və adamlar artıq bir neçə saatdan sonra dağıl- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə