___________________________________________________419
nəzərə almalıyıq. Buna görə də üç Şimali Qafqaz Respublikasının -
Dağıstan, Şimali Osetiya və İnquşetiyanın rəhbərləri ilə görüşə bilmək
imkanına görə çox şadam.
Necə bilirsiniz, bu bölgədə iqtisadi əməkdaşlıqdan ötrü, sabitlikdən
ötrü, hər hansı əsas, zəmin tapmaq üçün həmin üç respublikanın və
Çeçenistanın əməkdaşlığına kömək edə biləcək hansısa əməkdaşlıq
forması, hansısa strukturların kooperasiyasını tapmaq mümkündürmü?
Heydər Əliyev:Tamamilə mümkündür. Biz bu respublikalara
yaxşı bələdik. Məsələn, Dağıstan bizə daha yaxındır. Azərbaycanla
Dağıstan tarixən bir-biri ilə çox sıx bağlı olmuşlar. Bu gün bizim
aramızda bilavasitə və çox fəal iqtisadi əlaqələr var. Dağıstanda 140
min azərbaycanlı yaşayır, Azərbaycanda Dağıstan xalqlarından olan
bir neçə yüz min adam yaşayır. Buna görə də biz çox istəyirik ki,
Dağıstanda vəziyyət sabit olsun.
Bundan əlavə, bizi Rusiya ilə birləşdirən bütün kommunikasiya
xətlərimiz Şimali Qafqazdan, ən əvvəl Dağıstandan, Çeçenistandan,
Şimali Osetiyadan və İnquşetiyadan keçir. Bu respublikalar Rusiyanın
bir hissəsi olsalar da, bizim Rusiya ilə, onun bir çox bölgələri ilə,
Rusiyanın mərkəzi hissəsi ilə, Moskva ilə həmişə daha geniş
əlaqələrimiz olmuşdur. Odur ki, Şimali Qafqazdakı qeyri-sabitlik
Rusiya ilə iqtisadi əlaqələrimizə çox mənfi təsir göstərir. Məsələn, -
bu da Sizinlə birgə apardığımız işdir, - Azərbaycan Neft Şirkətinin bir
çox digər neft şirkətləri ilə, o cümlədən «Statoyl» şirkəti ilə birgə
istismar etdiyi «Çıraq» yatağından çıxarılan ilkin neftin ixracı üçün
biz Bakı-Novorossiysk neft kəmərini çəkmişik. 1997-ci ildə biz ilk
nefti məhz bu boru kəməri ilə ixrac etmişik. Bu, Rusiya ilə iqtisadi
əməkdaşlığımızdır.
Yeri gəlmişkən, Rusiya çox istəyirdi ki, biz nefti məhz bu
marşrutla ixrac edək. Amma neft kəməri neçə aydır işləmir?
Artur Rasizadə: Altı aydır.
___________________________________________________420
Heydər Əliyev: Şimali Qafqazda baş verən hadisələrə görə bu
kəmər altı aydır işləmiş. Yaxşı ki, bu ilin aprelində biz Bakı-Supsa
neft kəmərini istismara buraxdıq. Bu alternativ neft kəməri olmasaydı,
Şimali Qafqazda vəziyyətlə əlaqədar biz bütün neft quyularımızı
bağlamalı olardıq. Halbuki bu, işin yalnız başlanğıcıdır.
Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatının çox böyük
perspektivləri var. Biz Bakı-Novorossiysk boru kəmərindən istifadə
etmək niyyətindəyik. Amma, gördüyünüz kimi, sabitliyin olmaması
bizə əngəl törədir. Bu, təkcə bir misaldır. Rusiya ilə Azərbaycan
arasında sərhəddə, Dağıstanla sərhəddə nə qədər yük avtomobillərimiz
dayanıb gözləyir.
Bilirsiniz, mən olduqca çox misallar çəkə bilərdim. Bunların
hamısı göstərir ki, bizə Şimali Qafqazda sabitliyin olması gərəkdir.
İndi Dağıstanda vəziyyət normallaşır. Kiçik bir respublika olmasına
baxmayaraq, İnquşetiya da özünü birtəhər idarə edir. Şimali Osetiya
da həmçinin. Hərçənd onların hamısında çox ciddi problemlər var.
Buna görə də Çeçenistanda gərginliyin aradan qaldırılması sahəsində
sizin səyləriniz, şübhəsiz, bütün Şimali Qafqaz bölgəsinə müsbət təsir
göstərəcəkdir. Bizim Dağıstanla da, Şimali Osetiya ilə də, İnquşetiya
ilə də çox yaxşı münasibətlərimiz var.
Knut Vollebek: Siz Çeçenistanla Gürcüstan arasında
münasibətlərlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Mən
qorxuram ki, Çeçenistanda baş verən hadisələr Gürcüstanda vəziyyətə
bilavasitə təsir göstərə bilər.
Heydər Əliyev: Əlbəttə, Gürcüstanla Çeçenistan arasında sərhəd
var və bu sərhədi hazırda Gürcüstan sərhədçiləri, hərbi qüvvələri
qoruyurlar. Amma hesab etmirəm ki, bu hadisələr Gürcüstana da keçə
bilər. Hərçənd orada, Gürcüstanda, sərhəddə zənnimcə, çeçenlər
yaşayan bir və ya iki kənd var. Hər halda bilirəm ki, Gürcüstan orada
baş verən hadisələrdən çox narahatdır. Biz hamımız narahatıq. Nara-
___________________________________________________421
hatlıq üçün Gürcüstanın daha çox əsası var, çünki Çeçenistanla
bilavasitə həmsərhəddir.
Knut Vollebek: Bu, mənim üçün çox faydalı söhbət oldu. Başa
düşürəm ki, sabah mənə Sizin xarici işlər naziri ilə səhər yeməyi
yemək nəsib olacaqdır. Bu, mənə indi Sizinlə müzakirə etdiyimiz
məsələləri daha da inkişaf etdirməyə, habelə ikitərəfli
münasibətlərimizə aid daha bir neçə məsələyə toxunmağa imkan
verəcəkdir.
Heydər Əliyev: Elədir, amma biz bu gün əvvəlcə sizinlə birgə şam
edəcəyik.
Knut Vollebek: Sağ olun, çox xoşdur.
Heydər Əliyev: Bir sözlə, siz ikiqat məmnunluq duyacaqsınız.
Knut Vollebek: Mən artıq bir məmnunluq duydum, sonra şam
yeməyi, daha sonra sabahkı danışıqlar olacaqdır. Deməli, mən üç dəfə
məmnunluq duyacağam.
Heydər Əliyev: Çox yaxşı. Əgər sizin etirazınız yoxdursa, gəlin,
mətbuata təşəkkür edək. Sizinlə jurnalistlər gəlibmi?
Knut Vollebek: Bəli, çoxlu jurnalist gəlib.
Heydər Əliyev: Tapşırmışam ki, jurnalistlərin hamısını
mehmanxanada yerbəyer etsinlər və əlbəttə, onlar da şam edə bilsinlər.
Yoxsa, əgər nümayəndə heyətinin başçısı tox olsa, jurnalistlər isə ac
qalsa, bu, pis olar.
Knut Bollebek: Məqalələr çox sərt olar.
Heydər Əliyev: Biz onları yedizdirsək, onlar yaxşı yazarlar.
Knut Vollebek: Tamamilə doğrudur. Bu barədə düşündüyünüzə
görə sağ olun.
Dostları ilə paylaş: |