___________________________________________________98
dim, yadınızdadır? Niyə qadağan etmişdim? Başqa respublikalarda hər
yerdə tikirdilər. Çünki vəzifəli şəxsin o cür bağ evi tikməyə qanuni
vəsaiti yoxdur. Demək, əgər bunu tikirsə, haradansa qanunsuz istifadə
eləyir. Ona görə də mən bunları qadağan etmişdim. Vəzifəli şəxslərə
şəxsi avtomobil almağı qadağan etmişdim. Bir neçə zavod
direktorunu, MK-nın işçilərini buna görə işdən çıxartdım,
cəzalandırdım.
Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdi? Azərbaycanda
qanun-qayda yaratmağa, rüşvətxorluq, vəzifədən sui-istifadə və
korrupsiya ilə mübarizəyə. Bunu Sovetlər İttifaqında qaldıran mənəm.
Mən Moskvaya, Siyasi Büroya gələndən bir-iki ay sonra iclasların
birində dedim ki, bilirsiniz, mən Azərbaycanda bağ evlərini və s.
qadağan eləmişdim, amma burada görürəm ki, bəzi nazirlərin, hətta
Siyasi Büro üzvlərinin ailələri Moskva ətrafında bağ evləri tikirlər.
Gəlin bu barədə fikir mübadiləsi aparaq. Biri oradan düşdü mənim
üstümə, biri buradan. Sabahısı gün girdim Andropovun yanına, - o da
belə fikirdə olan adam idi, mən sizə deyim, ona görə belə çəsarətlə
dedim ki, bilirdim, o belə fikirdə olan adamdır. Bizim buradakı
tədbirlərimizi həmişə dəstəkləyirdi, - dedi görürsünüzmü, neçə nəfər
adam sizin əleyhinizə çıxdı? Biz bunları niyə öz əleyhimizə qaldıraq?
Amma mən burada heç nədən qorxmurdum. Sonra nə oldu? Mən
istefa verəndən sonra, əziz Qabil dostum, burada mənim əleyhimə
cürbəcür yalanlar, iftiralar başlandı. Gördüm ki, «Kommunist»
qəzetində, - Moskvada bu qəzetləri biz də alırdıq, - bir böyük səhifə
yazı çıxıb: «Qadağalar».
Bəxtiyar Vahabzadə: Əfəndiyev...
Heydər Əliyev: Yox, yox, Vaqif Əfəndiyev sonranın işidir. Bir
böyük səhifə - «Qadağalar». Onu yazan da indi Kommunist
Partiyasının başçılarından biridir, o vaxt «Kommunist» qəzetinin
redaktoru idi - Ramiz Əhmədov.
Q a b i l: Sonra «Əliyevşina» da getdi.
___________________________________________________99
Heydər Əliyev: «Əliyevşina» sonra, yanvar hadisələrindən sonra
getdi. Bu, 89-cu ildə getdi, başa düşürsünüzmü. Yəhudilər, ermənilər
«Literaturnaya qazeta»da mənim əleyhimə bir məqalə dərc elədilər.
Azərbaycanda onu yayırdılar. Nəyə görə? Çünki mən rüşvətxorluqla,
korrupsiya ilə mübarizə aparırdım, vəzifəsindən sui-istifadə
eləyənlərlə mübarizə aparırdım. Mən bunları aparırdım və bunların da
qurbanı oldum. Burada qəzetlərdə, filanda mənim əleyhimə nə qədər
çıxışlar oldu.
Amma «Əliyevşina»nı Vəzirov düzəltmişdi, Qorbaçovla birlikdə.
90-cı ildə yanvar hadisələri zamanı, - bunu dəfələrlə demişəm,
bilirsiniz, özü də xəstə idim, «Barvixa» sanatoriyasında idim, - axşam
eşitdim ki, Bakıda bu hadisələr olub, səhərisi gün gəldim evə. Daimi
nümayəndəliklə əlaqə saxladım, gedəndən də əlaqəm yox idi. Çünki
orada da Vəzirovun adamları işləyirdilər, onlar məni heç yaxın
qoymurdular. O binanı mən tikmişəm, orada səfirliyi mən yaratmışam.
Amma məni oraya yaxın qoymurdular. Qoymurdular, mən də
getmirdim.
Amma ora getdim. Beş-altı min adam yığışmışdı. Orada kəskin
çıxış elədim - Qorbaçovun əleyhinə, bütün bu təcavüzün əleyhinə.
Ondan iki-üç gün sonra məni həbs etmək istədilər.
Yanvarın 21-də bu oldu, 4 fevralda «Əliyevşina» məqaləsi çıxdı. O
məqaləni də Əbdürrəhman Vəzirov və onun buradakı yaxın adamları
Qorbaçovun göstərişi ilə hazırlamışdılar. Götürün, baxın, -
Qorbaçovun köməkçisi var, Çernyayev, o öz gündəliyini nəşr
etdirilədir, - kitab elə mənim stolumun üstündədir. Birinci
səhifələrindədir, götürün baxın ona. Qorbaçovun ən yaxın
adamlarındandır, bu gün də Qorbaçovun yanındadır.
Yazır: filan gün. Biz səhər Şahnazarovla bərabər getdik
Qorbaçovun iş otağına. Qorbaçov Şahnazarovu qucaqlayıb öpdü və 64
yaşı münasibətilə onu təbrik etdi. Sonra Dağlıq
___________________________________________________100
Qarabağ məsələsi barəsində söhbət getdi. Dedik, bəs nə olacaq?
Qorbaçov da dedi ki, tədbirlər görürəm, Azərbaycan belə eləyir,
Ermənistan elə eləyir. Sonra soruşduq ki, bəs Əliyev? Burada
yazılıbdır. Qorbaçov deyir ki, «eşib axtarırıq, çox güclü şəkildə
axtarırıq və Əliyev barəsində elə material çıxaracağıq ki, Rəşidov
haqqındakından daha pis olacaqdır».
Başa düşürsünüzmü, bu, 88-ci ildə olan məsələdir. Məni orada da
didirdilər, burada da mənim, nə təhər deyərlər, çörək verdiyim
adamlar məni didirdilər. Nəyə görə? Həmin bu şeylərə görə - bu cür
cinayətkarlarla, vəzifəsindən sui-istifadə edənlərlə mübarizə
apardığıma görə.
Qabil müəllim, ona görə mən bu gün bu şeylərin əleyhinəyəm.
Ancaq mən bu gün yenidən belə bir qanun qəbul eləyə bilmərəm.
Onda dünya qalxacaq mənim əleyhimə. Çünki sahibkarlar var, iş
adamları var. Burada sahibkarlara şərait yaradılmalıdır, şəxsi biznes
olmalıdır. Biz qanun çıxarmışıq ki, kim haradasa, nə iş görürsə, nə
qədər pul xərcləyirsə, onun mənbəyini soruşmağa ixtiyarımız yoxdur.
Çünki bazar iqtisadiyyatı yaratmalıyıq.
Amma mən daxilən hesab edirəm ki, lap sənin pulun da varsa,
Azərbaycanın belə bir vəziyyətində sən özünə o cür saraylar
tikməməlisən. Mən bu fikirdəyəm. Amma nə edim ki, o vaxt buna
görə, bu mövqeyimə görə cəzalandırıldım, indi də əlim-qolum
bağlıdır, çünki bazar iqtisadiyyatına gedirəm. Amma mən sənin
fikrinlə tamamilə razıyam.
İndi ona gəlirəm ki, siz deyirsiniz müharibə edək, yaxud da ki,
deyirlər müharibə edək. Mən də demişəm, bəli, əgər olmasa, müharibə
edəcəyik. Ordumuz var, özümüzü qorumağa, müharibə etməyə qadir
ordumuz var. Amma yenə də deyirəm, onun içində yaramaz işlər də
var, yeyinti və s. də var, bu, indi Azərbaycanda hər yerdə var, təkcə
Azərbaycanda yox, başqa yerlərin hamısında var. Bununla bərabər,
ordumuz var.
Dostları ilə paylaş: |