Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə30/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   26   27   28   29   30   31   32   33   ...   139

___________________________________________________101 

Ancaq indi kim müharibəni dəstəkləyəcəkdir? Kim? Heç kəs. 

Yuqoslaviya kimi böyük bir dövlət Kosovodakı albanları etnik 

təmizləməyə başladı. Nə  qədər onunla danışıqlar apardılar.  İki-üç ay 

NATO gah Parisdə, Rambuyedə, gah nə bilim, harada, harada 

danışıqlar apardı. O, bu fikrindən  əl çəkmədi. Nə elədilər? NATO 

yığışdı, neçə milyardlar xərcləndi, Konqresdən pul götürüldü. 

Yuqoslaviyanı bombardman elədilər, dağıtdılar. 

Orada müsəlmanları müdafiə etməkdən söhbət getmirdi, onu bilin. 

Yox, heç ruslara qarşı da deyildi. Orada prinsip var - insan haqlarının 

pozulması, etnik təmizləmə. Bu dəqiqə Amerika bu prinsipin həyata 

keçirilməsini birinci növbəli məsələ hesab edir. İstanbulda qəbul 

ediləcək bəyannamədə bu, çox geniş yer tapilədır. 

İndi mən sizdən soruşuram. Gərək müharibə eləyək, qan tökək, 

insanlar qırılsın. Ağdamı azad elədik, Füzulini azad elədik, getdik 

Cəbrayılı azad elədik, ondan sonra Zəngilanı azad elədik, Kəlbəcəri 

azad elədik. Buna hələ  nə  qədər qanlar töküləcək, nə  qədər vəsait 

gedəcək, nə olacaq, - bunu Allah bilir. Onların da ordusu var, 

bizimkindən az deyildir. Keçən müharibə onların da gücünü, bizim də 

gücümüzü göstərdi. 

Amma edə bilərik. Gəldik durduq Dağlıq Qarabağın sərhədində. 

Nə edəcəyik? Gedib erməniləri qıracağıq? Bütün dünya düşər bizim 

üzərimizə. Serblər, Miloşeviç albanları oradan çıxaran zaman onun 

başına nə  iş  gətirdilər? Müsəlmanın dalında heç duran yoxdur, başa 

düşürsənmi? Yenə  də deyirəm, albanların müsəlman kimi dalında 

durmayiləlar. Albanlara da dünyada sən deyən elə bir dəstək verən 

adam yoxdur. Amma erməniləri bütün dünya dəstəkləyir. 

Bəxtiyar Vahabzadə: Üzr istəyirəm. O vaxt azərbaycanlıları 

oradan köçürəndə  mən də Qarabağa getmişdim. Ermənilər 

azərbaycanlıları oradan döyə-döyə çıxarırdılar. 

  

 



 


___________________________________________________102 

Heydər Əliyev: Amma bir adam bir şey eləmədi, bir şey demədi. 

Bəli, Ermənistan faktiki olaraq Dağlıq Qarabağda etnik təmizləmə 

aparıbdır. 

A n a r: Ermənistanda da aparıbdır. 

Heydər  Əliyev: Ermənistan da aparıbdır. Dağlıq Qarabağın 

ətrafında olan təmiz azərbaycanlı rayonlarında da etnik təmizləmə 

aparıbdır. Amma buna görə bir adam onları  qınamır, bir dövlət 

qınamır. Türkiyədən və  İrandan savayı, dünyada bir dövlət 

Ermənistanı təcavüzkar dövlət kimi tanımayıbdır. Başa düşürsünüz, ya 

yox? 


Anar: Heç İran da tanımayilədır, həm də ticarət edir, əlaqələri var. 

Heydər Əliyev: İran tanıyır, İslam Konfransı Təşkilatı da tanıyır. 

İslam Konfransı  Təşkilatı yeganə yerdir ki, biz orada Ermənistanın 

Azərbaycana təcavüzü haqqında qətnamələr çıxarırıq. Amma o 

qətnamələr də orada qalır. 

Reallıq bundan ibarətdir,  əzizlərim, bundan ibarətdir. Siz bunu 

düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir, 

amma mən bunu bilirəm. Bu reallıqla hesablaşmaq lazımdır, başa 

düşürsünüzmü? 

Nə mümkündürsə dedim və hesab edirəm ki, bilmədiyiniz  şeyləri 

də sizə dedim. 



Bəxtiyar Vahabzadə:  Bayaq bir söz dediniz, dediyinizdə  də 

həqiqət var. Amma məsələ ondadır ki, biz o məktubu, səhv 

eləmirəmsə, saat 12-də göndərmişdik. 

A n a r: Biz konkret olaraq heç bir qəzetə göndərməmişik. "Turan" 

agentliyi həm iqtidar qəzetlərinə, həm də müxalifət qəzetlərinə 

paylayilədır. 

Bəxtiyar Vahabzadə:  Anar müəllim, hələ bundan başqa, mən 

zəng elədim rəsmi dövlət qəzetlərinə. Amma mənə etiraz elədilər ki, 

bizə  gərək deyələr ki, çap eləyək. Amma bizim birinci müraciətimiz 

«Xalq qəzeti»nə olubdur. 

  

 

 




___________________________________________________103 

Özü də  mən eləmişəm. Biz qətiyyən o biri qəzetlərə verməmişik

bilmirəm nə təhər olubdur. 

A n a r: "Turan" agentliyi paylayilədır. 

Heydər  Əliyev: Eybi yoxdur, bu, əhəmiyyətsiz bir şeydir. Mən 

sadəcə olaraq bunu dedim. Bu, mənim üçün o qədər əhəmiyyətli deyil, 

qətiyyən əhəmiyyətli deyildir. Bu da sizi narahat eləməsin. Onsuz da 

qəzetdə olsa da, olmasaydı da, mən sizi dəvət edəcəkdim. 

Ümumiyyətlə, mənim indi vaxtım yoxdur. Təkcə sizinlə yox, daha 

geniş ziyalı qrupları ilə görüşəcək, danışacağam. Yenə  də deyirəm, 

aparılan danışıqlar gizli gedir. Əgər gizli olmasa, bu danışıqlar aparıla 

bilməz. Ancaq nə vaxt ki, hansı bir nəticə  əldə olunacaq, o nəticə 

mütləq sizə  təqdim ediləcəkdir. Xalq bunu qəbul etsə, o, həyata 

keçiriləcəkdir. Qəbul etməsə, həyata keçirilməyəcəkdir. 

Müharibə haqqında demək istəyirəm ki, bəli, müharibə aparmağa 

bizim gücümüz var. Amma dünyanın bugünkü reallığı onu göstərir ki, 

biz məsələni sülh yolu ilə həll etməliyik. 

A n a r: Bu görüş üçün və çox ətraflı  məlumat verdiyiniz üçün 

Sizə  təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin bir qismini 

bilirdik, çünki televiziyanı izləyir, qəzetləri oxuyuruq. Bu işdə Sizin 

nə  qədər böyük çətinliklərlə rastlaşdığınızı bilirik. Mənim də  şəkər 

xəstəliyim var, xüsusilə son günlər Rusiya televiziyasındakı verilişlərə 

baxanda o xəstəlik bir az da artır. Amma Sizi görəndə, elə bil 

ürəyimdən tikan çıxdı - necə lazımdısa, hamısını dediniz. Çünki 

doğrudan da axı məntiq var. Azərbaycan Çeçenistanla həmsərhəd ölkə 

deyildir. Dağıstan Rusiyanın  ərazisidir.  Əgər sən Dağıstanda öz 

ərazinə  nəzarət edə bilmirsənsə, bunu bizdən niyə  tələb edirsən? 

Aydındır ki, bunlar nə oyunlardır, nə üçün edilir. Biz bunların 

hamısını başa düşürük. Ona görə Sizin vəziyyətinizi də başa düşürük. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə