Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə67/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
267
nəsr prosesi, onun roman və povest kimi aparıcı janrlarının 
yaradıcılıq axtarışları bu gün həqiqətən də fikrin meydanının 
genişləndirilməsinə xidmət edir. 
Roman janrının "subyektiv" və "obyektiv", "açıq" və 
"qapalı", epik və lirik strukturu ətrafında gedən mübahisələr eyni 
zamanda "mərkəzdənqaçma" və "mərkəzəqaçma" romanı anla-
yışına da aiddir. Hələ 60-cı illərin əvvəllərində yazıçı K.Simonov 
roman janrında iki tipoloji meyli xüsusi qeyd etmişdi. O, 
bunlardan birini "roman-hadisə", digərini isə "roman-tale" 
adlandırmışdı. Bu anlayışlar altında eyni zamanda "panoram" 
romanı  və "xarakterlər romanı" nəzərdə tutulurdu. Bundan əlavə 
tənqid və ədəbiyyatşünaslıq "epik bölmənin "epikləşməsi" prose-
sini də xüsusi qeyd edirdi. Müasir Azərbaycan romanının təcrübə-
si göstərir ki, həm lirik, həm də epik meyl heç də bir-birini inkar 
etmir və  əksinə, bir-birini tamamlayaraq qarşılıqlı surətdə 
zənginləşdirirlər. Ona görə  də çoxsahəli  janr  olan  romanın 
predmetinə bütün mübahisələrə son qoyan birmənalı qiymət 
vermək çətindir. Çünki bu predmet bilavasitə müasir roman, 
romanın müasirliyi və romanda müasirlik məsələlərini özündə 
birləşdirir. Bu baxımdan bəziləri müasir dövrü, "yığcam romanlar 
və povestlər dövrü" (31, səh.29) kimi səciyyələndirir. Lakin bura-
da yığcamlılığı  məhz zahiri mənada qəbul etmək lazımdır. Mə-
sələn, Anarın, Elçinin, Ə.Əylislinin, Y.Səmədoğlunun, M.Süley-
manlının romanları bu mənada həqiqətən yığcamdır. Lakin bu 
əsərlərdəki yığcamlılığı roman təfəkkürünün xüsusiyyəti kimi 
başa düşmək lazımdır. Çünki epitetlərdən və metaforalardan 
tutmuş ideya-estetik fəallığı artıran bütün bədii vasitələr sistemi 
bilavasitə  həmin  əsərlərin predmetini təşkil etdiyi üçün həcmi 
birmənalı başa düşmək olmaz. Məsələn, S.Rəhimovun, M.Ibrahi-
movun, I.Şıxlının aparıcı əsərləri ilk baxışda belə təəssürat yarada 
bilər ki, guya romanın gələcək taleyi "roman-hadisə" ilə bağlı 
olacaq ("mərkəzdənqaçma" romanı). Lakin onların başlıca 
romanlarının süjet xəttini, xarakterlərin inkişafını, xüsusilə aparıcı 
qəhrəmanların təkamülünü dərindən izlədikdə aydın görünür ki
bu yazıçılarda "roman-taleyə" ("mərkəzdənqaçma" romanı) güclü 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
268
meyl vardır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 70-80-ci 
illərin Azərbaycan nəsrində "roman-tale"yə doğru güclü meyl 
özünü aydın  şəkildə göstərir. Xüsusilə Anarın, Elçinin, Ə.Əylis-
linin, Ç.Hüseynovun, R.Ibrahimbəyovun, M.Ibrahimbəyovun, 
S.Azərinin, R.Rövşənin "povest-taleləri" göstərir ki, yazıçılarımız 
şəxsiyyətə, subyektin daxili-mənəvi təkamülünə daha çox 
üstünlük verirlər. Bu onunla əlaqədardır ki, Azərbaycan romanı 
çoxşəkilli və çoxnövlüdür, "mərkəzəqaçma" isə yalnız onun 
budaqlarından biridir. Elə müasirlərimiz haqqında romannları 
götürək. Çoxşaxəlilik, çoxnövlük bu romanlarda da özünü 
göstərir. Məsələn, I.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" 
romanı ilə Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını 
və eyni zamanda onun "Macal", S.Azərinin "Dalanda" və Ə.Əy-
lislinin "Gilənar çiçəyinə dediklərim" "povestlərini təkcə müasir 
gerçəkliyin lövhələri deyil, həm də struktur məzmun kəsb edən 
lirik-subyektiv xüsusiyyətlərin tipoloji yaxınlığı birləşdirir. Ideya-
mövzu baxımından da bu əsərlərdə üst-üstə düşən cəhətlər 
çoxdur: zamanın əlamət və xüsusiyyətləri, qəhrəmanların qarşısı-
na qoyulan məqsəd və vəzifələr bu qəbildəndir. Məsələn, "roman-
tale" tipinin başlıca janr xüsusiyyəti mərkəzi obrazın taleyinin 
təsvir edilən hadisələrlə assosiativ əlaqədə olmasıdır. Tarixi 
hadisənin çərçivəsi bu roman tipində zaman baxımından məh-
duddur. Çünki həmin romanlarda əsas məsələ "keçmiş" və "gələ-
cək" zamanların sərbəst təsviri deyil, bilavasitə aparıcı qəhrəma-
nın mənəvi və intellektual fəaliyyəti nəticəsində keçmişin müasir 
düşüncəyə "proyeksiya" edilməsidir ("Adamlar və  ağaclar", 
"Gilənar çiçəyinə dediklərim"). Lakin ilk baxışda bu konsepsiya 
ziddiyyətli görünə bilər. Çünki bəzi romanlarda ənənəvi baş 
qəhrəman olmaya da bilər. Məsələn, M.Ibrahimovun "Pərvan"ə 
romanında sözün həqiqi mənasında  əvvəldən axıra qədər davam 
etdirilən aparıcı  qəhrəman yoxdur. Eyni zamanda burada 
hərəkətin zaman çərçivəsi də  məhdud deyil. Lakin bu da hələ 
"Pərvanə"nin "roman-hadisə" təsnifatına daxil edilməsinə  zəma-
nət vermir. Ona görə  də zahiri təəssürat və stereotip prinsiplər 
qiymət meyarı ola bilməz. "Vahid" normaya aludəlik müsbət nəti-


Himalay Ənvəroğlu __________________________
 
 
269 
cə verməz və  şablonçuluğa gətirib çıxarar.  Əksinə, "Şamo" ro-
man-epopeya kimi ilk baxışda bilavasitə "roman-hadisə" böl-
güsünə uyğun gəlir. Lakin aparıcı  qəhrəmanın taleyinin mərkəzi 
obraz kimi izlənməsi onu həm də "roman-tale" tipoloji bölgüsünə 
daxil etməyə imkan verir. Daha doğrusu, "mərkəzəqaçma" romanı 
("roman-tale") meyli – hadisələrin baş  qəhrəmanının taleyi ətra-
fında mərkəzləşməsi aydın görünür. "Pərvanə"nin konsep-
siyasında "mərkəzdənqaçma" açıq hiss olunur. Bu isə romanın 
novellavari quruluşuna öz təsirini göstərmiş  və "Pərvanə"nin 
həqiqətən də  sıxlaşdırılmasına səbəb olmuşdur. I.Hüseynov da 
"Ideal" romanında hadisələrin sıxlaşdırılması yolu ilə getmişdir. 
Y.Səmədoğlu "Qətl günü", Elçin "Ölüm hökmü" romanlarında 
süjet əlaqəsindən daha çox emosional səslənməyə, obraz-simvola 
üstünlük vermişlər. Bu meylə üstünlük verilməsi son illərin digər 
romanlarında da aydın görünür. Bunu romanlarımızda güclənən 
lirik intonasiya, müəllif "mərkəzinə" istiqamət götürülməsi də 
sübut edir. Bütün bunlar belə bir həqiqətin etirafına gətirib çıxarır 
ki, roman yenə də əvvəlki kimi bədii inkişafın şırımında qalır. 
Müasir Azərbaycan romanının janr-estetik axtarışlarında 
tipoloji meyl kimi daxili monoloq da müəyyən yer tutur. Lakin 
onun rolunu həddən artıq  şişirdib psixoloji təhlilin imkanları ilə 
eyniləşdirmək düz deyil. Çünki daxili monoloqa geniş meydan 
verildikdə romanı müəllif səsindən məhrum edir. Bununla belə, 
daxili monoloq müəyyən formada janrın inkişafı üçün faydalıdır. 
Çünki o, lirik-dramatik potensialı gücləndirən janr forması kimi 
romanın quruluşunda mühüm estetik məna daşıya bilər. Mo-
noloqun "monoloq-nitq, monoloq-təhkiyə" (120, səh.160) kimi 
müxtəlif tiplərindən müasir Azərbaycan romanında geniş istifadə 
edilməsi də bunu göstərir. Lakin monoloqların tiplərini süni 
şəkidə artırmaq da predmetsizliyə gətirib çıxara bilər. Yuxarıdakı 
sitatdan görünür ki, romanın istənilən komponentini və ünsürünü 
monoloqun bu və ya digər tipinə aid etmək olar. Janr formasına 
birbaşa təsir edən "daxili monoloq" göründüyü kimi "Müasirlik 
mövqeyindən" adlı  əsərin müəllifinin diqqətini cəlb etməyib. 
Başqa bir əsərdə isə oxuyuruq: "Daxili monoloq daxili nitq, söh-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
270
bət və düşüncə formalarında təzahür etdiyi kimi daxili təhkiyə 
formasında da təzahür edib, birinci şəxsə aid təhkiyəyə çevrilə 
bilər" (60, səh.60). Bu mülahizədən belə olur ki, monoloqun bir 
əsas tipi var ki, o da daxili monoloqdur. Yerdə qalanlar isə onun 
tərkib hissələridir. Lakin ziddiyyətli görünən cəhət budur ki, 
monoloqun "müxtəlif tiplərinə" (60, səh.60) dair "Müasirlik möv-
qeyindən" kitabından sitat gətirən M.Imanov öz konsepsiyasını 
bilavasitə daxili monoloq əsasında qurur: "Əlinə  qələm götürən 
kimi elə bil bibim gedib məktəb illərinə çıxırdı; mən haradasa bir 
sehrli parta görürdüm. Mən bibimin müəllimlərini görürdüm, 
haradasa çiçək açmış ağacların altında onlar bizim kimi şagirdlərə 
nəğmə ilə  dərs öyrədirdilər. Özünün məktəbə getmədiyindən 
bibim o qədər gözəl sözlər demişdi ki, o məktəbin yollarını da 
mən gülsüz-çiçəksiz təsəvvür edə bilmirdim" (41, səh.116). 
Y.Səmədoğlu "Qətl günü" romanında daxili monoloqları 
müəllif təhkiyəsi çərçivəsində yerləşdirərək əsərin əhatə dairəsini 
daha da genişləndirir. Bunun nəticəsində  həm baş  qəhrəmanın 
daxili aləmi incəliklərinə  qədər işıqlandırılır, həm də onun 
yaşadığı mühit və münasibətdə olduğu adamlar psixoloji təhlilə 
cəlb edilir. Başqa sözlə, müəllif aparıcı qəhrəmanla bərabər digər 
surətlərin də hiss-həyəcanlarını  əks etdirmək imkanı  əldə edir. 
"Bilmirəm niyə, amma onu görən kimi nə sənətin sahibi olduğunu 
o dəqiqə başa düşdük. Və bir neçə anın içərisində bu on-on beş 
addımlıq məsafədən mən onun qadın bədəninin qızmar hərarətini 
hiss etdim. Dünyada böyük möcüzələr olmur, amma bəzi xoşbəxt 
adamların, daha doğrusu, xoşbəxt yox, qayğısız, laübalı adamların 
başına hərdən kiçik, möcüzələr gəlir. Bu da kiçik möcüzələrdən 
biriydi…" (124, 77) 
"Beşmərtəbəli evin altıncı  mərtəbəsi" romanında da Təh-
minə ilə Zaurun taleyi bilavasitə daxildən gələn səslər  əsasında 
meydana çıxarılır. Ona görə  də  qəhrəmanların "qəlb həyatını" 
dialektikada göstərən çox əlverişli bir üsul kimi bunun müasir 
Azərbaycan romanı üçün tipoloji istiqamət kəsb edərək S.Əhmə-
dovun, Ç.Hüseynovun, Elçinin, Ə.Əylislinin və başqalarının yara-
dıcılığında özünü daha geniş  şəkildə göstərməsi təsadüfi deyil. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə