Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə68/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
271 
Məsələn, Ç.Hüseynovun "Məhəmməd, Məmməd, Məmiş" əsərini 
roman həcminə qaldıran amil, heç şübhəsiz ki, ondakı  kəskin 
psixoloji məqamlar və daxili-monoloqlardır. Bunu Anarın "Ağ 
liman" povesti haqqında da demək olar. Çünki bu əsərlərdəki çox-
şaxəlilik, çoxqəhrəmanlılıq, daxili monoloqların müxtəlif 
vasitələrlə üzə  çıxarılması "povest" hüdudlarını  aşır. Həcmi 
sıxlaşdırmaqla janrdaxili ölçülərin keyfiyyət fərqinə nail olan 
romançılar arasında S.Əhmədovun xüsusi yeri vardır. O, təkcə 
ciddi sosial-mənəvi problemləri romanın predmetinə çevirə 
bilmək imkanı ilə deyil, həm də insanların qəlbindən keçən 
"görünməz dalğa"lara struktur məna verərək onları canlandırması 
ilə seçilir. Onun "Görünməz dalğa", "Yaşıl teatr", "Dünyanın 
arşını", "Yasamal gölündə qayıqlar üzürdü", "Toğana" romanla-
rında bu xüsusiyyət özünü aydın  şəkildə göstərir. Məsələn, "To-
ğana"nın strukturu müxtəlif personajların daxili monoloqlarına 
əsaslanır. Bu üsul surətlərə  sərbəst düşünmək imkanı verməklə 
yanaşı, onların hadisələri mürəkkəbliyi və çoxcəhətliliyi ilə dərk 
etmələrinə də şərait yaradır. "Toğana" romanında zahiri əhvalatlar 
daxili süjetə keçid üçün müəyyən  əsas yaradır. Ona görə  də 
süjetdə müəllifin səsi ilə  qəhrəmanın səsini fərqləndirmək çətin 
olur. S.Əhmədov "Toğana" romanında yazır: "Nənəş  əmisinin, 
dədəsinin papağını görmüşdü, elə bilirdi ki, dədə, əmi elə həmin o 
saçaqlı, qara, iri papaqların özüdü. "Hə" deyib bu papağı heç 
nəsiz, içinə daş filan qoymadan birinə  çırpsaydın, ürəyi gedərdi. 
O papaqlar belə papaqdı, indikilər tək bir əsim yellə göyə qalx-
mazdı! Ağır papaqlardı, samballı, təpərli! Amma açığını deyim 
ki, o papaqdan qorxurduq da… (49, səh.68). Yalnız son dərəcə 
diqqətli oxucu bu nümunədə müəllif təhkiyəsi ilə, personajın sə-
sini bir-birindən fərqləndirə bilər. Məsələn, "Nənəş əmisinin, də-
dəsinin papağını görmüşdü…" cümləsi ilə başlayan hissə 
təhkiyəçi-müəllif nitqi, "Amma açığını deyim ki, o papaqdan 
qorxurduq da…" cümləsilə başlanan parça personajın sözüdür. 
Lakin hadisələrin bir neçə personajın dilindən nəql edilməsi 
("Sarıköynəklə Valehin nağılı") hələ  təhkiyəyə çoxplanlılıq 
gətirmir. Bunun üçün müəllif nitqinin iştirakı vacibdir. K.Talıbza-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
272
də "çoxplanlı təhkiyəni obyektiv və subyektiv başlanğıcların vəh-
dəti, qovuşması" hesab edir. "Yəni bunlardan biri müəllifin, digəri 
isə qəhrəmanların və surətlərin mövqelərini ifadə edir (132). Ona 
görə  də "Sarıköynəklə Valehin nağılı" romanının təhkiyə 
xüsusiyyətinə münasibət göstərən tənqidçi belə  qənaətə  gəlir ki, 
"nağılvarilik, hər  şeydən  əvvəl, surətlərin tipində, təqdimində, 
səviyyəsində, hadisələrin mahiyyətində özünü göstərir. Məsələn, 
müsbət surətlər ancaq müsbət kimi, mənfilər isə ancaq mənfi kimi 
təsvir olunublar. Realizmin epik üslubunda yazılmış  əsərlərdə 
təsadüf etdiyimiz surətlərin daxilindəki müsbətlə  mənfinin 
mübarizəsi bunlarda yoxdur" (132). Başqa sözlə, "realizmin epik 
üslubunu" mütləqləşdirmək yaradıcılıq axtarışlarının inkişafına 
mənfi təsir göstərə bilər. 
Ümumiyyətlə, bir janr kimi, romanda daxili monoloqun im-
kanları genişdir. Usta sənətkarlar onun verdiyi imkanlardan 
istifadə edərək nəinki janr ölçülərinə  və  bədii struktura, eyni 
zamanda, ideya-estetik prinsiplərin nüfuz dairəsinin artmasına da 
mühüm təsir göstərirlər. Məsələn, daxili mükalimə vasitəsilə 
qəhrəmanın özünün ikinci "mən"ini yaratmaq ustalığı buna ən 
yaxşı misaldır. Anar "Macal" "povest"ində  gənc Fuadın daxili 
monoloqunu elə  sənətkarlıqla qurur ki, onun qəlbində  əks-səda 
tapan özgə  qənaəti ikinci "mən"  şəklində  təzahür edir (60, 
səh.70). "Zərif təhlil" forması hesab edilən daxili monoloq 
məzmun və süjet baxımından geniş inkişaf etdirilmiş psixoloji 
təhlil strukturuna daxildir. Əgər 30-40-cı illərdə S.Rəhimovun 
üslubunda psixoloji təhlil geniş obyektiv təsvir xarakteri 
daşıyırdısa, 50-60-cı illər romanında I.Hüseynovun, I.Şıxlının və 
I.Əfəndiyevin  şəxsində o, lirik-subyektiv mahiyyət kəsb etməyə 
başlamışdı. 
Tənqidçi A.Hacıyev "Dramaturgiyanın və  bədii nəsrin 
poeziyası" məqaləsində qeyd edir ki, "Söyüdlü arx"da hadisə  və 
əhvalatları Nuriyyənin danışması romanın təbiilik və reallığını, 
həyatiliyini artırır…" (60, səh.173). Bu, həm də  əsərdə lirik 
boyaları gücləndirirdi. Ilk romanında hadisə  və  əhvalatları 
danışmaq məsuliyyətini qəhrəmanına etibar edən I.Əfəndiyev 


Himalay Ənvəroğlu __________________________
 
 
273 
sonrakı romanlarında da bu üslubu davam və inkişaf etdirmişdir. 
A.Hacıyev çox doğru olaraq "yazıçı və müasirlik" məsələsini çox 
ciddi və mürəkkəb problem hesab edir. Doğrudan da, "fakt 
toplamaq, dövrümüz üçün səciyyəvi mövzu seçmək hələ hər şey 
demək deyildi." Bu mənada "janrın tələblərini unudub mövzu 
arxasında gizlənmək", "məzmunu bilə-bilə böyüdüb "yersiz 
haşiyələrə çıxmaqla" "roman yaratmaq" olmaz." (60, səh.173). 
Məlum olduğu kimi, son dövrlərdə Azərbaycan romanının 
daha çox lirik-psixoloji axına düşməsi təsadüfi deyil. Çünki 
Müasir Azərbaycan romanının  əvvəlki dövrlərin empirik təsvir 
çərçivəsini aşaraq sosial-fəlsəfi ümumiləşdirməyə, hadisələri daha 
çox metaforik planda göstərməyə  səy etməsi də buna sübutdur. 
Məsələn, Y.Səmədoğlunun "Qətl günü", F.Qocanın "Kələfin 
ucu", Ç.Hüseynovun "Ailə gizlinləri", Elçinin "Ölüm hökmü", 
S.Əhmədovun "Yasaq edilmiş oyun", I.Hüseynovun "Məhşər", 
"Ideal", "Əbədiyyət" və s. romanlarında sosial-fəlsəfi ümumiləş-
dirmə  və metaforik plan eyni zamanda, xüsusi intonasiya kəsb 
edir. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Ç.Hüseynovun 
"Məhəmməd, Məmməd, Məmiş", S.Əhmədovun "Yasamal gö-
lündə qayıqlar üzürdü", Y.Səmədoğlunun "Qətl günü" roman-
larında və müasirlərimiz haqqında olan digər əsərlərdə müəlliflər 
"eksperimental" süjetlərə daha intensiv müraciət edir, qəhrə-
manları  məqsədyönlü  şəkildə  gərgin situasiyalarda "sınaqdan" 
keçirərək əsərin bədii ideyasını daxili səbəblər əsasında meydana 
çıxarırlar. Bu tipli romanlarda təhkiyənin xronoloji ardıcıllığı 
düşünülmüş  şəkildə "pozulur", zamanın müxtəlif "qatları" 
qarşılaşdırılaraq yeni və  kəskin struktur gedişlər  əldə edilir. Bu 
mənada mifoloji təfəkkür ünsürlərinin müasir təhkiyədə ("Köç", 
"Qətl günü" və s.) görünməsini realizm ənənələrindən kənara 
çıxmaq yox, məhz bədii axtarışlar kimi qiymətləndirmək 
lazımdır. Çünki bu axtarışlar romanın bədii strukturunun, gerçək-
liyin dinamik inkişaf dəyişikliyinə yeni üsulla cavab verməyi ifa-
də edir və Azərbaycan romanına dünya ədəbi prosesi müstəvi-
sində canlı tipoloji əlaqə əsasında qiymət vermək zəmini yaradır. 
Müasir Azərbaycan romanı oxucunun intellektual potensialı 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
274
üstündə kökləndiyi üçün assosiativ-məntiqi təhkiyə formasından 
istifadə edərək özünün estetik potensialını artırmaq qayğısını əsas 
tutur.  
Bədii axtarışlardan söhbət getdikdə "mərkəzəqaçma" və 
"məkrəzdənqaçma" tiplərinə bir daha münasibət göstərməyi lazım 
bilirik. Çünki onların  ətrafında yaranan söhbətlər birbaşa janrın 
poetikasına aiddir. Məlum olduğu kimi epopeya müvafiq olaraq 
"mərkəzdənqaçma"  ədası üzərində köklənən formadır. Bu gün 
onun meydanının genişlənməsi üçün zahiri mənada heç bir maneə 
olmasa da, janrın həmin formasında yazıçılarımızın məhsuldarlığı 
ürək açan deyil. Çünki epopeya üçün tarixin dərin və  şaquli 
kəsiyinin bitkinliyi mühüm şərtdir. Başqa sözlə, burada hadisələr 
bir neçə  bədii-psixoloji "mərkəz"  ətrafında qruplaşır. Genişlənən 
və obyektivləşən psixoloji mərkəz hər dəfə zahirə,  əsərin təşkili 
prinsiplərinə deyil, məhz daxilə  çəkilir. Xəyal təhkiyənin fabula 
əsası ilə üzvi şəkildə birləşir. Şəxsi tale isə öz əsasına görə epik 
olan tarixi situasiyadan keçir. Bununla belə, bədii təcrübə göstərir 
ki, epopeya bu gün də yarana bilər. S.Rəhimovun, M.Hüseynin, 
Əbülhəsənin, M.Ibrahimovun, I.Şıxlının yaradıcılıq imkanları 
vaxtı ilə bunu əyani şəkildə sübut etmişdir. Çünki həyat və tarix 
özü bu gün də  həmişə olduğu kimi böyük epik məzmun 
"ehtiyatına" malikdir. Ona görə  əsas çətinlik müasirliyi necə  və 
hansı ölçüdə duymaq qabiliyyətindədir. Əgər bu gün hər hansı bir 
adamın həyatı mübarizələrdə keçirsə, təbiidir ki, o özündə epos 
qəhrəmanının  şərtlərini ifadə edir. Məsələn, ayrı-ayrı  fərdlərin 
taleyində mühüm rol oynayan müasir sosial-mənəvi qütbləşmənin 
öz ideya əsasına görə epik xarakterə malik olduğunu qəbul 
etməklə biz yuxarıda qeyd edilən keyfiyyətlərə malik olan hər bir 
müasir adamın epos qəhrəmanı ola bilməsi imkanını etiraf etmiş 
oluruq. Bu mənada məşhur "Şamo", "Dəli Kür" və "Pərvanə" 
romanlarında olduğu kimi, son illərin məhsulu olan "Ailə 
gizlinləri", "Kələfin ucu", "Dəyirman", "Beşmərtəbəli evin altıncı 
mərtəbəsi", "Sarıköynəklə Valehin nağılı" və s. romanlarımızın da 
qəhrəmanlarının taleyində  cəmiyyətin epik xarakteri az rol 
oynamır. Deməli, lirik-subyektiv başlanğıc əsasında köklənən və 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə