Himalay Ənvəroğlu __________________________
275
"mərkəzəqaçma" romanı tipində yazılan sonuncu əsərlər öz janr –
növ xüsusiyyətinə görə epik təmayüllü "mərkəzdənqaçma"
romanlarından "cin səddi" ilə ayrılmır.
Göründüyü kimi, müasir Azərbaycan romanı janr
və üslubi
axtarışların əhatə dairəsinə görə geniş imkanlara malikdir. O, eyni
zamanda yazıçıya insan konsepsiyasını şəxsiyyət və cəmiyyət
münasibətləri üzərində qurmaq imkanı verməklə, həm böyük
həcmli panoram eposların, həm də kəskin problemli "mikro
roman"ların yaradılması yollarına da geniş meydan açır. Bu
baxımdan nəsrin üslub tipologiyasının araşdırılmasında janrın
rolu və mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki janr həm
tipoloji vahid, həm də davamlı bədii formadır.
______________________
Азярбайъан романынын инкишаф проблемляри
276
4.2. Azərbaycan romanıında bədii
üslub müxtəlifliyi
omanın Azərbaycan ədəbiyyatında aparıcı janr
kimi özünü göstərməsi 30-cu illərdə qabarıq
şəkil aldı. Həmin dövrdə Y.V.Çəmənzəminli,
M.S.Ordubadi, S.Rəhimov, M.Hüseyn, M.Ib-
rahimov, Ə.Əbülhəsən,
Mir Cəlal, Ə.Vəliyev
kimi Azərbaycan romançıları yetişərək ədəbiyyatın qarşısında
duran mühüm vəzifələri layiqincə yerinə yetirməyə başlamışdılar.
Zamanın irəli sürdüyü ictimai-siyasi məsələlərin romanlarımızda
öz əksini tapması göstərir ki, bu mərhələdə bədii nəsrin daha çox
iri forması maraq dairəsində olmuşdur. Azərbaycan romanının
sonrakı inkişafı da sübut etdi ki, o bir janr kimi əvvəlki mər-
hələlərin qabaqcıl ənənələri ilə üzvi əlaqədə boy atmışdır. "No-
vatorluq" pərdəsi altında ənənədən uzaqlaşmağa qarşı kəskin eti-
raz edən M.Hüseyn vaxtı ilə "Müasir Azərbaycan romanının əsas
yaradıcılarını" ona həssaslıqla yanaşmağa çağırdığı halda özü
nədənsə Azərbaycan romanının tarixini 30-cu illərdən başlayır.
"Sovet yazıçılarının birinci Ümumittifaq qurultayından sonra
keçən iyirmi il müddətində Azərbaycan sovet ədəbiyyatının ən
böyük nailiyyəti məncə, Azərbaycan romanının yaranmasından
ibarətdir. Ilk nəzərdə bu hadisə çox qəribə görünə bilər: necə
olmuşdur ki, uzun inkişaf yolu keçmiş və zəngin poeziyasının
tarixi yüz illərlə ölçülən bir ədəbiyyatda roman janrı əsasən, son
iyirmi il müddətində yaranmışdır?
Belə görünür ki, roman xalqın
tarixində müəyyən ictimai amillər olmadan meydana çıxa bilməz.
Yəni romanın yaranması üçün təkcə böyük ədəbi istedadların və
görkəmli poetik şəxsiyyətlərin mövcudiyyəti hələ kafi deyildir…
roman ədəbi janr kimi xalqın azadlıq hərəkatı meyillərinin və
ictimai şüurun qüvvətlənməsi ilə əlaqədardır" (88, səh.229).
Yuxarıda bu kimi konsepsiyalara kifayət qədər münasibət
göstərildiyindən biz burada yenidən faktların dili ilə danışmaq
fikrində deyilik. Lakin maraqlıdır ki, M.Hüseyn 50-ci illərin
əvvəlində (1954) yazdığı məqaləsində ("Azərbaycan romanı
R
Himalay Ənvəroğlu __________________________
277
haqqında") "Müasir Azərbaycan romanını" ənənəyə söykənməyə
çağıranda hansı zəngin ənənəni nəzərdə tuturdu. Cəmi "iyirmi"
yaşı olan "Azərbaycan sovet romanını nəzərdə tuturdusa, qeyd
etmək lazımdır ki, bu romanın ilk nümayəndələrindən olan
M.Ibrahimov özü də hələ həmin dövrə qədər yalnız "Gələcək
gün"ü (1948) yazmışdı. M.Hüseyn "son iyirmi il müddəti"ni ona
görə xüsusi qeyd edir ki, romanın yaranmasını guya "xalqın
azadlıq hərəkatı meyllərinin və ictimai şüurunun
qüvvətlənməsi
ilə əlaqədar" olduğunu bildirsin. Göründüyü kimi, M.Hüseyn
Azərbaycan romanının yaranmasının tarixini bizim günlərdən
(30-cu illər) başlayır və onun meydana gəlməsini "demokratik və
istiqlaliyyət ideyalarının" vüsət aldığı zamanla bağlayır. Vaxtı ilə
F.Köçərli də Azərbaycan romanının təkamülünün gecikməsini
cəmiyyətdə qadının rolunun, onun azadlıq meyillərinin
məhdudlaşdırılması ilə əlaqələndirirdi.
Əllinci illərdə cəmiyyətin inkişafı bədii
fikrin strukturuna
və inkişafına ciddi təsir edir. Bunu "Ayrılan yollar", "Yanar ürək",
"Böyük dayaq" kimi romanların yaranması da sübut edir.
Ədəbiyyatımızın yüksəlişi üçün çox əhəmiyyətli olan sadə
adamların, zəhmətkeş insanların taleyinə həssaslıq və humanizm
kimi keyfiyyətlər aşılayan bu romanların əsas ideyaları sonrakı
əsərlərdə də inkişaf etdirilməyə başladı. Bununla da romanlarımız
reallığa, şəxsiyyətə, insan psixologiyasına və mənəvi-əxlaqi
problemlərə daha dərin maraq göstərməyə başladılar. Romanın
axtarışları ideya və məzmunla yanaşı janr-üslub məsələləri
üzərinə də yönəldi. Məsələn, vüsətli epik lövhələrə, panoram və
şaxəli təsvirlərə üstünlük
verən romanlarla bərabər, 60-cı illərin
əvvəllərindən başlayaraq janr ölçüləri nəzərə çarpacaq dərəcədə
dəyişmiş, yığcam romanlar da yaranmağa başlamışdır. Bunu
yazıçılarımızın roman təfəkküründə janr-üslub vəhdətinə nail
olmaları kimi qiymətləndirmək lazımdır. Zamanın ideyalar dra-
mını tədqiq etməyə xüsusi meyl edən Azərbaycan romanı sənətlə
gerçəklik arasındakı ədəbi münasibətlərə daha çox üstünlük
verməyə başladı. "Bütün janrların janrı" (146, səh.60) kimi roman
fərdi üslubun da tipoloji inkişafına imkan verir. Məsələn, I.Əfən-
______________________
Азярбайъан романынын инкишаф проблемляри
278
diyevin "Söyüdlü arx" (1958), "Körpüsalanlar" (1960) və "Dağlar
arxasında üç dost" (1963) və s. əsərləri həm tarixi,
həm də bədii
sənətkarlıq mənasında Azərbaycan romanının yeni inkişaf
mərhələsinin məhsulu kimi qəbul edilə bilər. "Söyüdlü arx"la
müqayisədə "Körpüsalanar"dakı obrazlarının süjet və kompo-
zisiya həllinin "qeyri-tipikliyi" bədiilik baxımından sonuncuya
müəyyən üstünlük verir. "Söyüdlü arx"ın roman ölçüləri təkcə
həcmindən deyil, həm də bütün struktur
komponentlərindən də
aydın görünür. "Körpüsalanlar" həm həcminə, həm təhkiyə
xüsusiyyətinə, həm də qəhrəmanların süjetinə görə, daha çox
povest janrı üstündə köklənmişdir. Buradan belə bir nəticə çıxır
ki, janrın həcmi bədiiliyin "mütləq" səviyyəsini ifadə etmir və
əsərlərin müqayisəsi baxımından bu
və ya digər tərəfə heç bir
estetik üstünlük vermir. Bununla belə roman janrında yazılan əsər
povest janrında yazılan əsərlə həm janrına görə, həm də tipo-
logiyasına görə müqayisə edilə bilər. Lakin burada da ölçü hissini
itirmək olmaz. Məsələn, I.Əfəndiyevin "kənd" nəsri ilə ("Söyüdlü
arx", "Dağlar arxasında üç dost") "şəhər" nəsri ("Körpüsalanlar",
"Sarıköynəklə Valehin nağılı") arasında mövzu tipologiyası
baxımından müqayisə aparmaq istənilən səmərəni verməz. Yaxşı
olar ki, I.Əfəndiyevin "şəhər" nəsri ilə B.Bayramovun ("Arakəs-
mələr"), Anarın ("Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtə-
bəsi", "Macal"), V.Babanlının ("Vicdan susanda"), S.Azərinin
("Dalanda"), "şəhər" mövzusunda yazdığı romanlar müqayisə
edilsin.
Bəzən roman təfəkkürünün dolğunluğunu əsərin zahiri həc-
mi ilə müəyyən etməyə çalışırlar. Lakin romanın qəhrəmanının və
öz həyatının tarixi dönüş mərhələsini yaşayan xalqın,
yaxud onun
ayrı-ayrı adamlarının "epik ideyasının", başqa sözlə "bütün həya-
tının" ensiklopedik ölçüdə göstərilməsi hələ roman təfəkkürünün
böyüklüyü demək deyil. Çünki roman təfəkkürünün həcmi əsərdə
"deyilən"lə yanaşı, duyulanı və idrak ediləni də ifadə edir.
Sonuncular daxili məzmunu bildirir.
Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı məhz
bu baxımdan diqqəti cəlb edir. Məsələn, bu romanla bilavasitə