Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə70/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
279 
şəhər məişəti deyil, məhz mövcud ictimai varlığın problemləri əks 
etdirilir. Müəllif şüurlu şəkildə varlığı məişətdən xilas edərək onu 
"şüurun və  qəlbin dialektikası" axınına qoşur. Roman daim 
fikirdən hissə və ya əksinə, hissdən fikrə doğru irəliləyən rasional 
şüurun son dərəcə  dəqiq təhlilləri ilə özünün bədii məntiqini 
əmələ  gətirir. Müvafiq olaraq yazıçı süjetin çərçivəsindən 
"kənara" çıxsa da, romanın özündə olan janr "təhkimliliyini" 
qəbul etməli olur. Eyni zamanda Y.Səmədoğlunun "Qətl günü" 
romanında aparıcı  qəhrəmanın müəlliflə  və bilavasitə özü ilə 
mükalimə  və mübahisə etməsinin  əsərin strukturuna ciddi təsir 
etdiyini görməmək mümkün deyil. Romanın bu "tipdə qurulması 
təkcə "Qətl günü", yaxud I.Hüseynovun "Məhşər" və "Ideal" 
romanları üçün deyil, həm də son dövrdə yazılan Azərbaycan 
romanının müəyyən qisminin mühüm kompozisiya və ümumən 
bədii struktur prinsipidir. Hərəkətin kəskin mübahisələr, daxili 
monoloq və dialoqlar, çoxsəslilik nöqteyi-nəzərlərin və "va-
riant"ların müxtəlifliyi  əsasında qurulması müasir romanın 
struktur tərzi kimi son dövrdə Azərbaycan yazıçılarının sərf-nəzər 
etdiyi üsullardandır. Təkcə "Qətl günü", M.Süleymanlının "Köç", 
I.Hüseynovun "Yaşıl teatr", "Ideal", "Məhşər", S.Əhmədovun 
"Yaşıl teatr", "Azığa doğru", "Yasamal gölündə qayıqlar üzürdü", 
Əfqanın "Katib", "Gülyanaq", C.Əlibəyovun "Mənim analı 
dünyam", I.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", "Geriyə 
baxma, qoca", Ç.Ələkbərzadənin "Çalpaqlı", H.Abbaszadənin 
"Burulğanlar", C.Bərgüşadın "Siyrilmiş  qılınc" romanlarında 
zahiri hadisə və faktlar, tarixin xronikası deyil, məhz fikir və hiss 
vurğulanır. Bu, həm "kənd", həm "şəhər" həyatının, həm də elm 
və  zəhmət adamlarının təsvirində özünü aydın  şəkildə göstərir. 
Məsələn, "şəhər" mövzusunda yazılan "Beşmərtəbəli evin altıncı 
mərtəbəsi" romanında dramatik psixologizm fərdi talelərin 
təsvirində  təhkiyənin hadisə "vurğusu"nu minimuma endirməklə 
bədii çərçivəni daxildən genişləndirmiş və bununla da predmetin 
dəyişməsinə  səbəb olmuşdur. Belə halda romanın novator 
mahiyyəti ənənəvi situasiya ilə pərdələnir. Məsələn, Təhminə və 
Zaur romantik məhəbbət qəhrəmanları kimi iztirab çəkməli 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
280
olurlar.  Ənənəvi qəhrəmanlar kimi onlar da məhəbbətin odunda 
yanırlar. Lakin Anarın qəhrəmanlarının sakin olduqları real həyat 
mərtəbəsi (beşinci mərtəbə) onların səadətinə deyil, iztirablarına 
səbəb olur. Qəhrəmanlardan biri – (Təhminə) öz xoşbəxtliyini 
mövcud olmayan mərtəbənin (altıncı  mərtəbə) sakini olmaqda 
görür. Ona görə də ruhi həyata qovuşmağa (altıncı mərtəbə) can 
atır. O mərtəbəyə ki, klassik-romantik qadın qəhrəmanları  əsil 
səadəti orada – ruhlar aləmində arayırdı. Bu mənada Anarın 
Təhminəsinin son dərəcə mürəkkəb, ziddiyyətli, Keşməkeşli və 
qeyri-romantik bir aləmdə yaşadığına baxmayaraq stixiyası 
məhəbbətin romantikasına köklənməsi onu Nizami və Füzulinin 
bəzi "talesiz", lakin ümuminsani məhəbbəti yüksəldən qəhrəman-
larının sakini olduqları  mənəvi məkanın övladına çevirir. Bu 
baxımdan varlığın fövqünə qalxa bilməyən gündəlik həyat və 
onun "şəhər" nəsri göründüyü kimi, fərdi üslubun imkanı sa-
yəsində özünün "ənənəvi" romantik qəlb həyatını qoruyub saxlaya 
bilir. Anarın "Beşmərtəbəli evin altıncı  mərtəbəsi" romanından 
fərqli olaraq Y.Səmədoğlunun "Qətl günü" romanı müxtəlif 
zaman proyeksiyaları üzərində qurulub. Məlum olduğu kimi, bu 
romanın məzmunu özündə  təkcə gündəlik hadisələri və  məişət 
təfərrüatlarını deyil, məhz bilavasitə ümummilli və ümuminsani 
problemləri ifadə edir. 
Vaxtı ilə dünya romanı özünün iri həcmli əsərlərində tanın-
mış  və  məşhurlaşmışdır. Bu mənada romanın poetik dünyasında 
"Səfillər", "Hərb və sülh", "Abay", "Sakit Don", "Şamo" mühüm 
yer tutur. Bu qəbildən olan əsərlər uzun müddət və sanki bütün 
dövrlər üçün janr nümunəsi, onun ideal modeli hesab edilmişdir. 
Lakin zaman keçdikcə romanda özünüdərk prosesi gücləndi və 
həcm anlayışına münasibət dəyişildi. Məsələn, Y.Səmədoğlunun 
184 səhifədən ibarət olan "Qətl günü" romanını  həmin  əsərlərlə 
nisbətdə götürəndə heyrətlənməyə bilmirsən. Həcmin zahiri mə-
nasında "zəmin-asiman" fərqi vardır. Halbuki, 184 səhifəlik bir 
roman müəllif ömrünün nə az, nə çox, düz dörd ilini aparmışdır. 
Bu da təsadüfi deyil. Çünki yazıçı  həcmi sıxlaşdırmaqla fikrin 
meydanını genişləndirib və  əsərini elə bir məqam üzərində 


Himalay Ənvəroğlu __________________________
 
 
281 
kökləyib ki, orada həyat, tale, tarix və onun hökmü, ali məişət 
təfərrüatları  və müasir insanın  əhval-ruhiyyəsi sintez təşkil edib. 
Burada hər bir cümlənin, sözün rəmzi mənası var. "Qətl günü" 
romanının üzündə verilən göz və onun damlaları təkcə bu əsərin 
ideyasını predmetləşdirmir, eyni zamanda insanlığın faciəli tale-
yini predmetləşdirir. Vaxtı ilə böyük Füzuli də "tökər qan çeşmi 
giryanım" və "gözümdən axan qanlı su" deyəndə təbiidir ki, təkcə 
öz halını deyil, həm də ümumən lirik qəhrəmanın tragik taleyini 
ifadə edirdi. Ona görə də insanlığın keçdiyi yola nəzər salan "Qətl 
günü" romanının ləyaqətini daxili ideya və  məzmunda axtarmaq 
qənaəti meydana çıxır ki, bu da birbaşa janrın poetikası ilə bağlı 
olan və ona təsir edən məsələdir. 
Füzulinin lirik qəhrəmanı da həmdərd tapmayanda, "düş-
mək qəvi", "gövran bisikun" olanda gözündən "qanlı su" axıdır. 
Y.Səmədoğlunun romanında  şair qətlinə  fərman verilir. Edam 
zamanı  şair "ömrü boyu uca qamətlərini və ala gözlərini vəsf 
etdiyi gəlinləri, qızları görəndə gözündən bir damla da yaş axdı: 
bu damla da ağ deyildi. Bu damla da qırmızı idi" (124, səh.150). 
Ona görə  də yazıçı belə  qənaətə  gəlir ki, "…Şairi zindandan çı-
xarıb edam yerinə aparanda al günəş dağların başında qan tuluğu 
kimi sallanıb durmuşdu". Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 
Y.Səmədoğlu ayrı-ayrı  şəxslərin  əhval-ruhiyyəsilə  və konkret 
vəziyyətlə bağlı olaraq günəş, qırmızı, göz, külək, ulduz, soyuq, 
buz və s. rəmzi atributlardan geniş istifadə edir. Məsələn, "Neçə-
neçə sənələr bundan qabaq günəş elə bir ah çəkmişdi ki, dünyanın 
suları yoxa çıxmışdı, yarpaqları qurumuşdu…", Baba Kahanın 
dibsizliyində bir külək yatağından baş qaldırırdı…".  Şairi edam 
etdirəndən sonra "xədim hökmdar"da, xacə  Ənvər də saray 
zirzəmisində buzlanıb ölürlər. Romanın aparıcı  qəhrəmanı  xəstə 
olası adam (xəstə olan adam) da ölüm ayağında "mənə soyuqdur 
doktor…" deyir. 
Romanın başlıca ideyası, fəlsəfi qənaəti insanların münasi-
bətinə və tragik talelərinə səbəb olan amilləri göstərməklə bərabər 
"tarixin bətninə", güzgü tutmaqdır". Baba Kahanın oyumundan 
qopmuş  qəfil külək də müsibət gətirir. "Xədim hökmdar"da 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
282
insanlığın qənimidir. Bütün zamanlarda və  cəmiyyətlərdə  Sədi 
Əfəndilərə düşmən kəsilənlər olub. Ona görə  də müasirlərimizin 
obrazlarından olan "xəstə" qəzəvi-qədərə inanır və dünyanın 
faniliyi ideyasını daim özünə təlqin etdirir. Bir halda ki, cəmiyyət 
Sədi Əfəndi kimilərin qətlinə fərman verir, deməli, dünyada haqq-
ədalət yoxdur. Romanın 176-cı  səhifəsində Y.Səmədoğlu yazır: 
"Və bir də haçansa gözləri açıq qalmış bir şairin, haradasa gün 
işığına çıxmış yarımçıq bir misrasını, qara buludlar üzərində 
parıldaşan ulduzların gümüşü işığına qovuşurdu;  əcəldən möhlət 
istədim, möhlətimi əsirgədi… 
Zəminəni tələsik o biri otağa qovub, yataq otağının qapısını 
arxadan bağlamış Mark Georgiyeviç Berqmanın isə az qalmışdı 
ağlı başından çıxsın. Çünki xəstənin açıq qalmış gözlərində hərəsi 
alma boyda iki ulduz yanırdı. 
Doktor tez əlini uzadıb o gözləri qapadı". Göründüyü kimi 
əcəl heç kimə möhlət vermir. Çox-çox sənələr bundan əvvəl 
edama məhkum edilən şairə də, iyirminci əsrin tragik qəhrəmanı 
olan Sədi Əfəndiyə də, yaxın müasirimiz xəstə olan adama da və 
onun həmkəndlisi "Moşunun qohumu" doxdur Mahmıda da. 
Lakin müəllifi düşündürən suallardan biri budur ki, ölüm şərbətini 
içib onun körpüsündən keçən adamlar hansı əməllərin sahibidir? 
Nə  qədər qətl günü olar? Baba Kahanın partladılması günü, nə 
üçün qətl günü oldu? Romanda Baba Kaha və insan taleyi qarşı-
qarşıya durur. Bir sözlə əsərin struktur məzmunu elə dərin daxili 
ideyalar doğurur ki, bunun nəticəsində nəinki bədii təfəkkürün, o 
cümlədən məntiqi idrakın da üfuqləri xeyli genişlənir. Bu isə 
bilavasitə janrın poetikasına və estetik tutumuna ciddi müsbət 
təsir edir. Baba Kahanın zülmətində baş verən  əhvalatlar, gələn 
xəbərdarlıqlar insanı müasir dünyamızda romantik, fantasmaqorik 
bir aləmə aparır, xəstələnən adam yuxularında xeyir-şər 
dünyasına qovuşur. Ona görə  də "Qətl günü" janr tipologiyasına 
görə  nə "roman hadisə", nə "roman tale", nə  də "xarakterlər 
romanı"dır.  Əsərdə "roman-esse"", "roman-pritça" xüsusiyyəti 
üstünlük təşkil edir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə