Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə71/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
283 
Romanın ilk səhifəsində epiqraf kimi verilən aşağıdakı 
fikirlər əsərin ideya-məzmunu ilə bilavasitə səsləşir: "-Yolun ha-
radır, qardaş. - "Son mənzilədir, bacım." Həqiqətən də romanda 
yolunu son mənzilə salanların taleyindən bəhs edilir. Eyni za-
manda romanın süjet xətti və təhkiyə strukturu sanki "Bir xəstənin 
qulağına gələn səslərdən" yaranır.  Əsərin 5-ci səhifəsində 
dünyanın o başında yatağından baş qaldıran və Baba Kahanın 
zülmətində  gərnəşən, torpaqda dərin  şırımlar açan külək roman 
boyu müxtəlif talelərə  qənim kəsilir və  hətta xəstənin özünü də 
son mənzilə yola salır: "Telefon dəstəyində  uğultulu bir külək 
əsirdi, xəstənin bədəninə elə bir üşütmə doldu ki, dişləri bir-birinə 
dəydi. Amma özü dediyi sözləri eşitmədi… Arxadakı qapı da, 
qabaqdakı qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən 
gələn boğanaqlı küləyin səsindən nə qulaq-qulağı eşidirdi, nə də 
göz-gözü görürdü. Sonra Baba Kahanın oyumundan qopmuş qəfil 
külək topa-topa qara buludları, topa-topa ağ buludları boğanaqlı 
axarına qatıb, adi küləklər şəhəri olan bir şəhərin göy üzünə yığdı, 
ayı  və ulduzları görünməz elədi, son gücünü də toplayıb bütün 
kilidli qapıları taybatay açdı" (124, səh.175-176). Göründüyü 
kimi, xəstənin qulağına gələn səslər adi adamın qulağına gələn 
səslərdən fərqlidir. Səslər ideyanı bir tərəfdən mücərrədləşdirir, 
digər tərəfdən insan taleyində  və konkret süjetdə onu pred-
metləşdirir. 
"Qətl günü" bir müəllifin, ümumən müasir Azərbaycanın 
romanının sənətkarlıq imkanlarını meydana çıxaran çox dəyərli 
əsərdir. Məsələn, "Dərd də azar kimi, gələndə batmanla gəlir" 
kəlamının romanın müxtəlif yerlərində kompozisiya ünsürü kimi 
təkrarlanması  təkcə ideyanı mücərrədləşdirmir, eyni zamanda 
onun folklor poetikası üstündə köklənməsinə zəmin yaradır. Ona 
görə  də romanın süjetində predmetləşən ideya obrazların zahiri 
fəaliyyət meydanının genişlənməsinə imkan vermir. 
«Romandakı  şərti-metaforik obrazlardan ikisi öz məna 
tutumu ilə xüsusilə seçilir: Baba Kaha və Kirlikir. Roman 
haqqındakı tənqidi məqalələrdə bu obrazların mahiyyəti, açılışı ilə 
bağlı maraqlı fikirlər söylənmişdir» (118, səh 64). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
284
Yazıçı "xəstə, hələ  xəstələnməmişdən qabaq", "gələcəyin 
xəstəsi" ifadələrini işlətsə  də,  əsasən qəhrəmanının xəstə olduğu 
dövrü, onun ruhi-mənəvi sarsıntılar keçirdiyi məqamları  təsvir 
edir. Müəllifin  əsərdə  tətbiq etdiyi incə  sənətkarlıq üsulları öz 
bəhrəsini vermiş  və  əslində keçilməmiş yollarla gedərək roman 
təfəkküründə yeni şırımlar açmışdır. Idrakı qanadlandırmaq, qəlb 
həyatına gizli yollar açmaq, fikri keçidlər və körpülər salmaq, 
hadisələrin daxili mənasını açmaq üçün birinci şəxsin danışığı ilə 
müəllif təhkiyəsini ustalıqla əlaqələndirmək "Qətl günü" romanı-
nın məziyyətləri olmaqla yanaşı, həm də bu və ya digər  şəkildə 
janrı  fərdi yaradıcılıq imkanı hesabına zənginləşdirməyə xidmət 
edir. Baba Kaha öz zülməti ilə Olimp dağının zirvəsində əyləşən 
Allahlar Allahı Zevs kimi taleləri müəyyən edir və insanları 
cəzalandırır. "Nizəli-qalxanlı adamların" keşik çəkdiyi uzaq keç-
mişin hökmdarları, yaxın keçmiş - "Zülfüqar kişinin Mahmuda 
təfərrüatı ilə danışdığı uryadnik əhvalatı" (124, səh.175-176), Adil 
Salahovların Sədi  Əfəndilərə sorğu-sualları, "xəstə olan adam"la 
"kirli kir"in mükalimələri müəllif konsepsiyasında assosiasiya 
əlaqəsi  əmələ  gətirir. Bu isə  bədii təfəkkürlə yanaşı mücərrəd 
təfəkkürə  də geniş meydan verir. Romançının konsepsiyasına 
görə elə bir cəmiyyət və zaman qatı məlum deyil ki, orada insanın 
taleyi "Sinəsindən yaralanmış", torpağın üstündə çabalayan turacı 
xatırlatmasın" (124, səh.5). "Qətl günü" romanında aparıcı 
qəhrəmanın – xəstə olan adamın" təhkiyəsi, müəllif təhkiyəsi 
hadisələrin gedişində birləşərək vahid bədii konsepsiya əmələ 
gətirir. Bu, romanın janr estetikasını  zənginləşdirməklə  bərabər, 
onun ümumi strukturunu da mürəkkəbləşdirir. Romanın süjeti 
gərilən və davamlı funksional "kəsiklərin" tarıma çəkilməsini 
xatırladır. Burada kulminasiya bizi daim keçmişə aparırsa, 
düyünlərin açılmasını indiki zamana yönəldir. Nəticədə  hər iki 
zaman sənətkarın münasibətindən keçir. Müasirliyə keçmişin 
davamı kimi baxmaq romanda yeni janr prinsipi kimi meydana 
çıxır.  Əgər geniş struktur təhlil aparılsa, "Qətl günü" romanının 
özünəməxsus bədii sistemi, yazıçının yaradıcılıq dəst-xətti və 
davamlı  fərdi üslubu aşkar edilər. Elə ümumi süjeti "xəstə olan 


Himalay Ənvəroğlu __________________________
 
 
285 
adamın" "romanı" üstündə kökləmək ustalığı buna əyani 
sübutdur.  
Son dövrlərin romanını struktur təhlildən keçirəndə onun 
bədii sistemində ayrı-ayrı komponentlərin inkişafı aydın 
müşahidə edilir. Bunu I.Əfəndiyevdən tutmuş M.Süleymanlıya 
qədər bütün romançılarımızın uğurlu yaradıcılıq axtarışlarından 
da görmək olur. Janrın irəliləyişi yazıçılarımızın bədii təfəkkürün-
dəki roman imkanı ilə bağlıdır. Məsələn, 70-ci illər Azərbaycan 
romanında C.Əlibəyovun "Həyatın özü", H.Seyidbəylinin 
"Tərsanə", B.Bayramovun "Fəhlə qardaş" əsərlərində "istehsalat" 
mövzusunun yenidən görünməyə başlaması göstərdi ki, əvvəlki 
"istehsalat" romanlarından fərqli olaraq bu romanlarda fəhlə 
həyatı əhatəli və geniş lövhələrdə, ruhi-mənəvi proseslər əsasında 
təsvir edilmişdir. Hər üç romanda süjetin şaxəli, predmetin 
çoxcəhətli bədii idrakın vüsətli olması diqqəti cəlb edir. Başqa 
sözlə, bu romanlarda fəhlənin işi və onun xarakteri həm estetik-
idraki baxımdan, həm də  bədii sənətkarlıq mənasında daha 
qabarıq  şəkidə  nəzərə çarpdırılır. Yazıçılarımız müvafiq olaraq 
"istehsalat" mövzunun zahiri tərəfini: sovet dövrü ədəbiyyatı üçün 
ənənəvi olan tərəfi deyil, bilavasitə mənəvi həyatın bədii tədqiqini 
əsas predmetə çevirmiş  və bununla da qəhrəmanların nüfuz 
dairəsini kifayət qədər genişləndirə bilmişlər. Vaxtı ilə "kolxoz" 
və "istehsalat" mövzusunda yazılan  əsərlərdə xronologiya, təsvir 
üstünlük təşkil edirdisə, müasir "kənd" və  "şəhər" romanı 
xatirəyə, retroya meydan verir. "Kolxoz" və "istehsalat" möv-
zuları anlayışı bu gün yalnız tipoloji mənaya malikdir. Bu ba-
xımdan həmin mövzular müasir anlamda tənqidə dözməsə də, nə 
ədəbiyyatımızın həmin mövzularla bağlı  məhsulunun, nə  də 
onların qabarıq verilməsinə səbəb olan tarixi mərhələnin üstündən 
xətt çəkmək olar. 
S.Əhmədovun romanlarında isə yaddaşa qayıtmaq və tarixə 
söykənmək istəyən qəhrəmanlar mühüm yer tutur. Onun "To-
ğana" və "Azığa doğru" romanlarının başlıca ideyası milli varlıq 
üstündə köklənməyin vacibliyini təlqin edilməsidir. S.Azərinin, 
Ç.Hüseynovun, M.Ibrahimbəyovun, R.Ibrahimbəyovun, M.Süley-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
286
manlının da əsərlərində  qəhrəmanların mənəvi axtarışlarına 
üstünlük verilir. M.Ibrahimbəyovun "Ondan yaxşı qardaş yox 
idi", Elçinin "Toyuğun diri qalması", "Dolça", M.Süleymanlının 
"Duzsuzluq", "Dəyirman",  Ə.Əylislinin "Mənim nəğməkar 
bibim", "Tənha narın nağılı", "Adamlar və ağaclar", "Söyüdlərin 
sarı işığı", R.Rövşənin "Daş" əsərləri zahiri həcminə görə povest 
adlandırılsalar da müəlliflər bir çox hallarda öz personajları ilə 
mürəkkəb dialoqa girərək daxildən onlar üçün roman zəmini 
yaradırlar. Məlum olduğu kimi, bu əsərlər əsasən pritça-simvolika 
üstündə kökləndiyi və  məcazları kifayət qədər bol olduğu üçün 
onların janr həcmini ilk baxışdan birdən-birə müəyyən etmək 
çətindir. Romanın "çoxjanrlı janr" (126, səh.474) olması, başqa 
janrlardan istifadə etməsi və onları  hətta öz içərisinə "udması", 
estetik "konfliktə" girməsi digər janrlarla müqayisədə ona 
üstünlük verir. Başqa janrlardan fərqli olaraq roman təhkiyədə 
zaman və  məkan çərçivəsini haçalamaq və eyni zamanda bir-
ləşdirmək imkanına malikdir. O, dialoqa və subyektiv başlanğıca, 
epoxanın dərin ziddiyyətlərinə  və  ən mühüm ictimai-tarixi 
hadisələrinə maraq göstərən və "hazır gerçəkliklə" canlı  əlaqə 
yaradan janr kimi bədii təfəkkürün roman imkanına əsaslanır. Yu-
xarıda adları çəkilən həmin romanlar (povestlər) mövzu və yara-
dıcılıq fərdiliyi baxımdan müxtəlif olsalar da, aparıcı  qəhrə-
manları tale oxşarlığı  cəhətdən birləşirlər. Həqiqətən də Anarın, 
Ə.Əylislinin, M.Ibrahimbəyovun, R.Rövşənin roman və povest-
lərində süjet aparıcı qəhrəmanın taleyi və "şəxsi həyatı" əsasında 
qurulmuşdur. "Köç", "Tənha narın nağılı", "Sarıköynəklə Valehin 
nağılı", "Daş" və bir sıra başqa  əsərlərdə  bədii görmənin və  təs-
virin realist epik prinsiplərindən daha çox "nağıl"ın romantik 
prinsiplərindən, folklor təhkiyəsinin texnikasından istifadə 
edilmişdir. Məsələn, R.Rövşən "Daş" adlı roman-pritçasında 
insanın mahiyyətini açmağa, xeyrin və  şərin həqiqi meyarlarını 
dürüstləşdirməyə  və bununla əlaqədar olaraq insanın davranış 
formalarını və başqa dəyərlərini müəyyənləşdirməyə səy göstərir. 
Bu onunla izah olunur ki, "roman-rəmz"in kompozisiyası "fəal" 
süjetli romanlarla müqayisədə mücərrəd xarakter daşıyır və 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə