Himalay Ənvəroğlu __________________________
259
"Ayrılan yollar" (I.Şıxlı), "Yanar ürək" (I.Hüseynov), "Yarpaqlar"
(B.Bayramov), Q.Xəlilovun "Qara daşlar" (M.Hüseyn), "Yoxuş-
lar" (Ə.Əbülhəsən), "Şamo" (S.Rəhimov), "Böyük dayaq" roman-
ları haqqında dövrü mətbuatda çap olunan məqalələrində janrın
problemləri haqqında ümumiləşdirmələr aparılaraq
müasir dünya
ədəbiyyatı baxımından məsələlərə qiymət verməyə çalışılmışdır.
Həmin dövrün tənqidi yazılarında "məlumatfuruşluq"da (57)
olmuşdur. Göründüyü kimi, Azərbaycan romanının yaradıcılıq
problemlərinin "Ədəbiyyat və incəsənət" qəzetinin səhifələrinə
çıxarılması o zaman təsadüfi olmayıb. Çünki həqiqətən də ədəbi
yaradıcılığın bu janrının boy artımı ilə bağlı elə ciddi daxili
problemləri əmələ gəlmişdir ki, artıq onun geniş elmi müzakirəyə
böyük ehtiyacı var idi. O vaxt "Azərbaycan romanının yaradıcılıq
problemləri" haqqında müzakirə yazıçı Əbülhəsənin "Azərbaycan
romanı haqqında qeydlər" (45) məqaləsi ilə başlanmışdı. Lakin,
həm bu məqalədə, həm də bu məsələ ilə bağlı başqa məqalələrdə
(14) də "məlum həqiqətlər sadalanır və heç bir konkret
məsələ
barədə danışılmırdı" (40, səh.217). Məsələn, Əbülhəsən romanın
gələcək inkişaf taleyini əməyin təsviri ilə əlaqələndirirdi. Onun
fikrincə, bizim cəmiyyətimizdə işləməyən adam yoxdur.
Bir halda
ki, romanlarımızın qəhrəmanları müasirlərimizdir, deməli, onları
iş prosesində təsvir etmək lazımdır. Bilinmir bunun mətləbə nə
dəxli var, roman Janrının hansı problemini açıqlayır? Ona görə də
təsadufi deyil ki, Ə.Əbülhəsən Azərbaycan romanı içərisindən
məhz M.Süleymanovun "Fırtına", Ə.Sadığın "Sabahı yaradanlar"
adlı bədii sambal etibarilə zəif əsərlərini nümunə göstərərək
tənqidçiləri "bu romanların təcrübəsindən ətraflı danışmağa"
çağırırdı. I.Əfəndiyev ona cavab olaraq "Müasirlik uğrunda"
məqaləsində yazırdı: "Azərbaycan romanının inkişaf yolunu
Əbülhəsən yoldaşın dediyi kimi, yalnız fiziki və zehni əmək
prosesinin təsviri ilə məhdudlaşdırmaq qətiyyən düz olmazdı"
(46). Başqa sözlə, "hər bir savadlı adam müəyyən məsələ
haqqında bir əhvalat düzəldib yaza bilər, bunun sənətə dəxli
yoxdur" (48, səh.170).
______________________
Азярбайъан романынын инкишаф проблемляри
260
I.Əfəndiyev məqaləsində bilavasitə müasir romanın janr,
üslub və bədii sənətkarlıq məsələlərinə toxunur, yazıçıları klassik
Azərbaycan və dünya romançılarından yaradıcı şəkildə öyrən-
məyə çağırır, çox asan yolla romana gəlməyə qarşı qəti etirazını
bildirərək yazırdı: "…bizdə roman bəzən qəribə bir istihalə dövrü
keçirir. Əvvəl dörd-beş çap vərəqindən ibarət bir hekayə, sonra
iyirmi… sonra qırx… əlli çap vərəqi həcmində roman. Əvvəl
tamamlanmış kimi görünən bir povest. …Sonra onun mabədi zühr
edir. Daha sonra mabədinin mabədi…" (46).
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan roma-
nının tarixini hər hansı cərəyanla əlaqələndirmək və bunlardan
birisini mütləqləşdirmək bu sahədə səmərəli
nəticələr əldə etməyə
imkan verməz. Məsələn, vaxtı ilə tənqidçi I.Ibrahimovun bir
məqaləsində (62) Azərbaycan romanına realizm və modernizm
nöqteyi-nəzərindən yanaşması buna misal ola bilər. Eləcə də
Q.Xəlilovun "Azərbaycanda ilk realist roman" ("Ibrahimbəyin
səyahətnaməsi"), "Azərbaycan romanında realizm" (15, səh.147-
171) ("Müəllimlər iftixarı", "Əsrimizin qəhrəmanları") və S.Əsə-
dullayevin "Aldanmış kəvakib ilk realist romandır" (15, səh.183-
193) məqalələrində romanın tarixi ilə realist cərəyanın bu janrda
özünü göstərməsi sanki üst-üstə düşür. Lakin Azərbaycan ədəbiy-
yatında romanın tarixi realizmin tarixindən çox qədim olduğu
üçün onu yalnız janrda tipoloji istiqamət kimi qiymətləndirmək
olar. Həmin dövrdə "Azərbaycan romanının yaradıcılıq problem-
ləri" müzakirəsində xüsusi məqalə (96) ilə iştirak edən M.Arif ilk
dəfə olaraq roman-epopeyaya ədəbiyyatşünaslığımızda tipoloji
baxımdan qiymət vermişdir. O, S.Rəhimovun "Şamo", Əbülhə-
sənin "Müharibə" ("Dostluq qalası"), M.Hüseynin "Səhər" roman-
larını bu formaya nümunə gətirmişdir. M.Arif eyni zamanda "Gə-
ləcək gün", "Dumanlı Təbriz", "Qan içində", "Söyüdlü arx" və s.
əsərləri nəzərdə tutaraq yazırdı: "…bütün
bu nailiyyətləri ilə
bərabər Azərbaycan romanının indiyədək keçdiyi yolu onun ilk
mərhələsi adlandırmaq səhv olmazdı"(96). ("Mərhələyə"
münasibətimizi yuxarıda bildirmişik). M.Arif müvafiq olaraq
müasir Azərbaycan romanının "Mövzu dairəsinə", onun proble-
Himalay Ənvəroğlu __________________________
261
matikasına" mühüm əhəmiyyət verdiyinə görə Azərbaycan
romanında hələ "ağıllı, iradəli, böyük humanist qəlbə malik",
"oxucuda dərin məhəbbət hissi oyadan", onu "irəliyə, qələbələrə
doğru çağıran" bir qəhrəmanın olmadığını, ya da zəif olduğunu
iddia edirdi. Göründüyü kimi, tənqidçi müəllifin qarşısında
bilavasitə janr-estetik tələb deyil, məhz "qələbələrə doğru çağı-
ran" ideya-siyasi tələb qoyur.
Bununla belə, o, I.Ibrahimovun yu-
xarıda qeyd edilən məqaləsində irəli sürdüyü "romanla povest
arasındakı sərhəd aradan çıxmaqdadır" fikrinə, başqa sözlə "ro-
manla povesti bir-birinə qarışdırmağın", "hibridləşdirməyin" əley-
hinə çıxır. Elçinin xülasəsində belə bir fikir vurğulanır:
"Azərbaycan romanının yaradıcılıq problemləri barədə demək
olar ki, heç bir samballı fikrə rast gəlmək mümkün deyil; dəfələrlə
deyilmiş məlum məsələlər bir daha sadalanırdı" (40, səh.294).
Elçinin iradları kəskin olsa da, həqiqətə yaxındır. O, müasir
Azərbaycan romanını "Olum ya ölüm" yox, məhz "necə olum?"
sualı qarşısında qoyur və romanla povestin sintezi" (I.Ibrahimov),
"fikir romanı" (Yaşar), "yeni roman", "fəlsəfi roman" kimi
anlayışları qəbul etmir (40, səh.231).
Bununla yanaşı, müasir Azərbaycan romanının inkişaf isti-
qamətləri, inkişafın ayrı-ayrı mərhələləri və yaradıcılıq problem-
ləri, ümumən janr-forma axtarışları kontekstində nəzərdən keçiril-
dikdə "romanla povestin sintezi", başqa sözlə, "hibriti", "fikir
romanı", yəni "fəlsəfi roman" tipoloji anlayışlar kimi mücərrəd
mühakimə predmeti ola bilər.
Ona görə də bu kimi problem
məsələlərə ümumi inkişaf istiqamətində, bədii faktlara əsasən
tipoloji baxımdan qiymət verəndə götürsən ki, hər şey öz yerini
tapır. Yəni "Müasir Azərbaycan romanında tipoloji meyllər" de-
dikdə nəinki "sintezi", "hibriti", "fəlsəfi romanı", eləcə də geniş
polemika obyekti olan "roman-epopeya"nı, "roman-hadisə"ni,
"roman-tale"ni, "mərkəzdənqaçma", "mərkəzəqaçma", lirik-psixo-
loji və s. meylləri nəzərdə tuturuq. M.Arifin 60-cı illərin əvvəl-
lərində qeyd etdiyi "roman-epopeya"nın problemi terminin yaran-
masından çox əvvəl meydana gəlib. Məsələn, "monumental"
realizm, "əzəmətli epopeya", "epik əhvalat", "vətəndaş
______________________
Азярбайъан романынын инкишаф проблемляри
262
müharibəsinin epopeyası", "sintetik janr" epitetləri buna nümunə
ola bilər. A.V.Çiçerin "Roman-epopeyanın yaranması" (1958)
əsərində onu janr kimi qiymətləndirərək "Hərb və sülh"ü, bu ba-
xımdan ilk və eyni zamanda ideal nümunə hesab etmişdir.
M.M.Baxtin hələ "Epos və roman" (1941)
məqaləsində problemə
metodoloji baxımdan yanaşaraq epopeya və romanın növ
mənasında eposa mənsubiyyətləri üzərində xüsusi dayanmışdır.
Sonrakı dövrlərin bəzi nümunələri, konkret desək "Sakit Don",
"Şamo", "Dəli Kür", "Pərvanə" və s. göstərdi ki, həqiqətən də
roman-epopeyada "hər iki janrın zəngin imkanları vəhdət təşkil
edir" (126, səh.247).
Bəzi tədqiqatçılar "roman-epopeya"nı "böyük epik forma",
"romanın iri forması" adlandırmağı məsləhət görmüşlər. Lakin
silsilə romanların və roman-xronika tipli əsərlərin həcm baxı-
mından bu janra daxil edilməsi səmərəli deyil. Roman-epopeya
yaradıcılıq fərdiliyinə geniş imkan açan janr olduğuna görə ona
olan meyli başa düşmək olar. Bununla belə, süni yollarla roman-
epopeyaya gəlmək arzu olunmaz
nəticələr verər və sözçülüyə,
yersiz təfsilata və təsvirçiliyə səbəb ola bilər. Digər tərəfdən bu
formanın təhkiyəsi nəinki sənətkara "səlnamə", "rəvayət", "nağıl"
kimi janrların poetikasından, süjet və qəhrəmanlarından istifadə
edib sərbəst strukturu daxil etmək, eyni zamanda bunların müasir
gerçəkliklə möhkəm sintezinə nail olmaq imkanı verir. Bu
mənada "təkcə qol-budaqlı müxtəlif hadisələri əhatə etdiyinə görə
yox, xalq həyatının köklü məsələlərinin ən tipik və xarakter
cəhətlərini dərindən əks etdiyinə görə "Şamo"nun məzmunu artıq
epopeya məzmununa çevrilmişdir" (56, səh.152). Y.Seyidovun
fikrincə,"roman-epopeyaya xas olan xüsusiyyətlərin hamısı
"Şamo" da mövcuddur" (121, səh.21). Çünki lirik romanın mərkə-
zində bir şəxsin həyatı dayanır və əksər hallarda əsər onun
dilindən nağıl edilib qəhrəmanının etirafı kimi yazılırsa, epope-
yada baş qəhrəmanın taleyi başqa surətlərdə rabitədə verildiyi
üçün onlar da hadisələrin zəruri iştirakçısı kimi diqqət mərkəzində
dururlar. Roman-epopeya müəyyən bir dövrdə cəmiyyətin əsas
sinif və təbəqələrinin həyatını göstərir, ayrı-ayrı ailələrin ro-