Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə65/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
259 
"Ayrılan yollar" (I.Şıxlı), "Yanar ürək" (I.Hüseynov), "Yarpaqlar" 
(B.Bayramov), Q.Xəlilovun "Qara daşlar" (M.Hüseyn), "Yoxuş-
lar" (Ə.Əbülhəsən), "Şamo" (S.Rəhimov), "Böyük dayaq" roman-
ları haqqında dövrü mətbuatda çap olunan məqalələrində janrın 
problemləri haqqında ümumiləşdirmələr aparılaraq müasir dünya 
ədəbiyyatı baxımından məsələlərə qiymət verməyə çalışılmışdır. 
Həmin dövrün tənqidi yazılarında "məlumatfuruşluq"da (57) 
olmuşdur. Göründüyü kimi, Azərbaycan romanının yaradıcılıq 
problemlərinin "Ədəbiyyat və incəsənət" qəzetinin səhifələrinə 
çıxarılması o zaman təsadüfi olmayıb. Çünki həqiqətən də ədəbi 
yaradıcılığın bu janrının boy artımı ilə bağlı elə ciddi daxili 
problemləri əmələ gəlmişdir ki, artıq onun geniş elmi müzakirəyə 
böyük ehtiyacı var idi. O vaxt "Azərbaycan romanının yaradıcılıq 
problemləri" haqqında müzakirə yazıçı Əbülhəsənin "Azərbaycan 
romanı haqqında qeydlər" (45) məqaləsi ilə başlanmışdı. Lakin, 
həm bu məqalədə, həm də bu məsələ ilə bağlı başqa məqalələrdə 
(14) də "məlum həqiqətlər sadalanır və heç bir konkret məsələ 
barədə danışılmırdı" (40, səh.217). Məsələn, Əbülhəsən romanın 
gələcək inkişaf taleyini əməyin təsviri ilə  əlaqələndirirdi. Onun 
fikrincə, bizim cəmiyyətimizdə işləməyən adam yoxdur. Bir halda 
ki, romanlarımızın qəhrəmanları müasirlərimizdir, deməli, onları 
iş prosesində  təsvir etmək lazımdır. Bilinmir bunun mətləbə  nə 
dəxli var, roman Janrının hansı problemini açıqlayır? Ona görə də 
təsadufi deyil ki, Ə.Əbülhəsən Azərbaycan romanı içərisindən 
məhz M.Süleymanovun "Fırtına", Ə.Sadığın "Sabahı yaradanlar" 
adlı  bədii sambal etibarilə  zəif  əsərlərini nümunə göstərərək 
tənqidçiləri "bu romanların təcrübəsindən  ətraflı danışmağa" 
çağırırdı. I.Əfəndiyev ona cavab olaraq "Müasirlik uğrunda" 
məqaləsində yazırdı: "Azərbaycan romanının inkişaf yolunu 
Əbülhəsən yoldaşın dediyi kimi, yalnız fiziki və zehni əmək 
prosesinin təsviri ilə  məhdudlaşdırmaq qətiyyən düz olmazdı" 
(46). Başqa sözlə, "hər bir savadlı adam müəyyən məsələ 
haqqında bir əhvalat düzəldib yaza bilər, bunun sənətə  dəxli 
yoxdur" (48, səh.170). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
260
I.Əfəndiyev məqaləsində bilavasitə müasir romanın janr, 
üslub və bədii sənətkarlıq məsələlərinə toxunur, yazıçıları klassik 
Azərbaycan və dünya romançılarından yaradıcı  şəkildə öyrən-
məyə çağırır, çox asan yolla romana gəlməyə qarşı qəti etirazını 
bildirərək yazırdı: "…bizdə roman bəzən qəribə bir istihalə dövrü 
keçirir.  Əvvəl dörd-beş çap vərəqindən ibarət bir hekayə, sonra 
iyirmi… sonra qırx…  əlli çap vərəqi həcmində roman. Əvvəl 
tamamlanmış kimi görünən bir povest. …Sonra onun mabədi zühr 
edir. Daha sonra mabədinin mabədi…" (46). 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan roma-
nının tarixini hər hansı  cərəyanla  əlaqələndirmək və bunlardan 
birisini mütləqləşdirmək bu sahədə səmərəli nəticələr əldə etməyə 
imkan verməz. Məsələn, vaxtı ilə  tənqidçi I.Ibrahimovun bir 
məqaləsində (62) Azərbaycan romanına realizm və modernizm 
nöqteyi-nəzərindən yanaşması buna misal ola bilər. Eləcə  də 
Q.Xəlilovun "Azərbaycanda ilk realist roman" ("Ibrahimbəyin 
səyahətnaməsi"), "Azərbaycan romanında realizm" (15, səh.147-
171) ("Müəllimlər iftixarı", "Əsrimizin qəhrəmanları") və S.Əsə-
dullayevin "Aldanmış kəvakib ilk realist romandır" (15, səh.183-
193) məqalələrində romanın tarixi ilə realist cərəyanın bu janrda 
özünü göstərməsi sanki üst-üstə düşür. Lakin Azərbaycan ədəbiy-
yatında romanın tarixi realizmin tarixindən çox qədim olduğu 
üçün onu yalnız janrda tipoloji istiqamət kimi qiymətləndirmək 
olar. Həmin dövrdə "Azərbaycan romanının yaradıcılıq problem-
ləri" müzakirəsində xüsusi məqalə (96) ilə iştirak edən M.Arif ilk 
dəfə olaraq roman-epopeyaya ədəbiyyatşünaslığımızda tipoloji 
baxımdan qiymət vermişdir. O, S.Rəhimovun "Şamo",  Əbülhə-
sənin "Müharibə" ("Dostluq qalası"), M.Hüseynin "Səhər" roman-
larını bu formaya nümunə gətirmişdir. M.Arif eyni zamanda "Gə-
ləcək gün", "Dumanlı Təbriz", "Qan içində", "Söyüdlü arx" və s. 
əsərləri nəzərdə tutaraq yazırdı: "…bütün bu nailiyyətləri ilə 
bərabər Azərbaycan romanının indiyədək keçdiyi yolu onun ilk 
mərhələsi adlandırmaq səhv olmazdı"(96). ("Mərhələyə" 
münasibətimizi yuxarıda bildirmişik). M.Arif müvafiq olaraq 
müasir Azərbaycan romanının "Mövzu dairəsinə", onun proble-


Himalay Ənvəroğlu __________________________
 
 
261
matikasına" mühüm əhəmiyyət verdiyinə görə Azərbaycan 
romanında hələ "ağıllı, iradəli, böyük humanist qəlbə malik", 
"oxucuda dərin məhəbbət hissi oyadan", onu "irəliyə, qələbələrə 
doğru çağıran" bir qəhrəmanın olmadığını, ya da zəif olduğunu 
iddia edirdi. Göründüyü kimi, tənqidçi müəllifin qarşısında 
bilavasitə janr-estetik tələb deyil, məhz "qələbələrə doğru çağı-
ran" ideya-siyasi tələb qoyur. Bununla belə, o, I.Ibrahimovun yu-
xarıda qeyd edilən məqaləsində irəli sürdüyü "romanla povest 
arasındakı  sərhəd aradan çıxmaqdadır" fikrinə, başqa sözlə "ro-
manla povesti bir-birinə qarışdırmağın", "hibridləşdirməyin" əley-
hinə  çıxır. Elçinin xülasəsində belə bir fikir vurğulanır: 
"Azərbaycan romanının yaradıcılıq problemləri barədə demək 
olar ki, heç bir samballı fikrə rast gəlmək mümkün deyil; dəfələrlə 
deyilmiş məlum məsələlər bir daha sadalanırdı" (40, səh.294). 
Elçinin iradları kəskin olsa da, həqiqətə yaxındır. O, müasir 
Azərbaycan romanını "Olum ya ölüm" yox, məhz "necə olum?" 
sualı qarşısında qoyur və romanla povestin sintezi" (I.Ibrahimov), 
"fikir romanı" (Yaşar), "yeni roman", "fəlsəfi roman" kimi 
anlayışları qəbul etmir (40, səh.231). 
Bununla yanaşı, müasir Azərbaycan romanının inkişaf isti-
qamətləri, inkişafın ayrı-ayrı mərhələləri və yaradıcılıq problem-
ləri, ümumən janr-forma axtarışları kontekstində nəzərdən keçiril-
dikdə "romanla povestin sintezi", başqa sözlə, "hibriti", "fikir 
romanı", yəni "fəlsəfi roman" tipoloji anlayışlar kimi mücərrəd 
mühakimə predmeti ola bilər. Ona görə  də bu kimi problem 
məsələlərə ümumi inkişaf istiqamətində, bədii faktlara əsasən 
tipoloji baxımdan qiymət verəndə götürsən ki, hər  şey öz yerini 
tapır. Yəni "Müasir Azərbaycan romanında tipoloji meyllər" de-
dikdə  nəinki "sintezi", "hibriti", "fəlsəfi romanı", eləcə  də geniş 
polemika obyekti olan "roman-epopeya"nı, "roman-hadisə"ni, 
"roman-tale"ni, "mərkəzdənqaçma", "mərkəzəqaçma", lirik-psixo-
loji və s. meylləri nəzərdə tuturuq. M.Arifin 60-cı illərin  əvvəl-
lərində qeyd etdiyi "roman-epopeya"nın problemi terminin yaran-
masından çox əvvəl meydana gəlib. Məsələn, "monumental" 
realizm, "əzəmətli epopeya", "epik əhvalat", "vətəndaş 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
262
müharibəsinin epopeyası", "sintetik janr" epitetləri buna nümunə 
ola bilər. A.V.Çiçerin "Roman-epopeyanın yaranması" (1958) 
əsərində onu janr kimi qiymətləndirərək "Hərb və sülh"ü, bu ba-
xımdan ilk və eyni zamanda ideal nümunə hesab etmişdir. 
M.M.Baxtin hələ "Epos və roman" (1941) məqaləsində problemə 
metodoloji baxımdan yanaşaraq epopeya və romanın növ 
mənasında eposa mənsubiyyətləri üzərində xüsusi dayanmışdır. 
Sonrakı dövrlərin bəzi nümunələri, konkret desək "Sakit Don", 
"Şamo", "Dəli Kür", "Pərvanə" və s. göstərdi ki, həqiqətən də 
roman-epopeyada "hər iki janrın zəngin imkanları  vəhdət təşkil 
edir" (126, səh.247). 
Bəzi tədqiqatçılar "roman-epopeya"nı "böyük epik forma", 
"romanın iri forması" adlandırmağı  məsləhət görmüşlər. Lakin 
silsilə romanların və roman-xronika tipli əsərlərin həcm baxı-
mından bu janra daxil edilməsi səmərəli deyil. Roman-epopeya 
yaradıcılıq fərdiliyinə geniş imkan açan janr olduğuna görə ona 
olan meyli başa düşmək olar. Bununla belə, süni yollarla roman-
epopeyaya gəlmək arzu olunmaz nəticələr verər və sözçülüyə
yersiz təfsilata və  təsvirçiliyə  səbəb ola bilər. Digər tərəfdən bu 
formanın təhkiyəsi nəinki sənətkara "səlnamə", "rəvayət", "nağıl" 
kimi janrların poetikasından, süjet və  qəhrəmanlarından istifadə 
edib sərbəst strukturu daxil etmək, eyni zamanda bunların müasir 
gerçəkliklə möhkəm sintezinə nail olmaq imkanı verir. Bu 
mənada "təkcə qol-budaqlı müxtəlif hadisələri əhatə etdiyinə görə 
yox, xalq həyatının köklü məsələlərinin  ən tipik və xarakter 
cəhətlərini dərindən əks etdiyinə görə "Şamo"nun məzmunu artıq 
epopeya məzmununa çevrilmişdir" (56, səh.152). Y.Seyidovun 
fikrincə,"roman-epopeyaya xas olan xüsusiyyətlərin hamısı 
"Şamo" da mövcuddur" (121, səh.21). Çünki lirik romanın mərkə-
zində bir şəxsin həyatı dayanır və  əksər hallarda əsər onun 
dilindən nağıl edilib qəhrəmanının etirafı kimi yazılırsa, epope-
yada baş  qəhrəmanın taleyi başqa surətlərdə rabitədə verildiyi 
üçün onlar da hadisələrin zəruri iştirakçısı kimi diqqət mərkəzində 
dururlar. Roman-epopeya müəyyən bir dövrdə  cəmiyyətin  əsas 
sinif və  təbəqələrinin həyatını göstərir, ayrı-ayrı ailələrin ro-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə