Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
7
araşdırma obyekti olur; əsərə  ən müxtəlif baxışlar qarşılaşdırılır. 
Dünya ədəbiyyatından analoji əsərləri də müqayisəli tədqiqatın pred-
metinə çevirən alim «Məktublar»ın roman xarakterini-məzmununu və 
strukturunu zəngin bədii faktlar əsasında araşdırır. 
 
Tədqiqatın «Azərbaycan romanı ilk inkişaf mərhələsində» və 
«Roman janrının tipoloji prinsipləri» adlı sonuncu fəsillərində sovet 
dövrü Azərbaycan romanının keçdiyi mürəkkəb və ziddiyyətli inkişaf 
yolu tədqiqatın mərkəzinə çəkilir. Əvvəlki fəsillərdə olduğu kimi, bu 
fəsillər də tədqiqat obyektinin əhatə dairəsinin genişliyi, təsvirçilik və 
empirizmdən qaçmaq xüsusiyyəti, ayrı-ayrı romanlar haqqında deyil, 
ayrı-ayrı romanların janrın təkamül yolundakı «iz»lərini, «cığır»larını 
müəyyənləşdirmək və bu əsasda keçilən yolun ümumi miqyası 
haqqında təsəvvür yaratmaq məqsədi ilə diqqəti çəkir. 
 Üçüncü 
fəslin birinci bölməsində Azərbaycan romanının ilk 
inkişaf mərhələsi haqqında yaradılan panoramdan sonra Azərbaycan 
romanının inkişaf tarixində «Şamo»nun yeri və İ.Əfəndiyevin roman 
yaradıcılığından bəhs edən bölmələrin verilməsi də kifayət qədər elmi 
məntiqə söykənir və bu mənada başa düşüləndir. Tədqiqatçı yazır: 
«1930-cu ildə yazılmağa başlayan və yalnız 1974-cü ildə tamamlanan 
«Şamo» Azərbaycan romanının qüdrət ölçüsünə, milli roman 
təfəkkürünün meyarına çevrilmişdir». Əslində Azərbaycan romanının 
hər hansı bir nümunəsini və yaxud S.Rəhimovun romanını tədqiqatın 
obyektinə çevirmək tədqiqatçının başlıca məqsədi deyil. Burada bədii 
material elə seçilib ki, o, Azərbaycan romanının estetik prinsipləri 
haqqında nəzəri söhbət açmağa, nəticə etibarilə roman və roman 
təfəkkürü ilə gerçəkləşən həyat materialı haqqında qənaətlər irəli 
sürməyə imkan versin.  
 Üçüncü 
fəslin ikinci bölməsində I.Əfəndiyevin yaradıcılıq təka-
mülünün bəzi səciyyəvi məqamları  aşkarlandıqdan sonra, yazıçının 
bədii nəsrində  əhəmiyyətli mövqeyə malik olan iki romanında-
«Söyüdlü arx» və «Körpüsalanlarda» Nuriyyə  və  Səriyyə obrazları 
insana humanist münasibət və insanın təbii varlğı kontekstində 
araşdırılır.  
 Monoqrafiyanın dördüncü fəslində tədqiqatın ağırlığı 70-
80-ci illərdə yaranan romanların üzərinə salınır. Fikrimizcə, milli 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
8
romanın tipologiyasını araşdırmaq məqsədinin önə çəkildiyi bu fəsildə 
70-80-ci illərin tədqiqat predmeti kimi seçilməsi ciddi bir 
qanunauyğunluğa söykənir. O mənada ki, xüsusən 80-ci illəri hətta 
Azərbaycan romanının inkişaf tarixində xüsusi «mərhələ» kimi 
fərqləndirmək də mümkündür. Obrazlı demiş olsaq, bu onillikdə 
Azərbayan bədii nəsri özünün «roman dövrü»nü yaşayır. Bədii nəsrin 
«roman dövrü»nün tipologiyası ilə bağlı H.Ənvəroğlunun fikirlərini 
ümumi bir məcrəya yönəltdikdə onun bir neçə  cəhəti  əsas hesab 
etdiyini görmək mümkündür. Birincisi, tədqiqatçı romanı «çoxşəkilli 
və çoxnövlü» bir janr kimi alaraq bu növ və şəkillərin «nəinki süjet, 
heç struktur dairəyə» də sığışmadığını etiraf edir və belə qənaətə gəlir 
ki, «çoxsahəli janr olan romanın predmetinə bütün mübahisələrə son 
qoyan birmənalı qiymət vermək çətindir». Ikinci bir tərəfdən, 
H.Ənvəroğlu rus roman nəzəriyyəçilərinin fikirlərinə söykənərək 
janrın tipologiyasında «mərkəzdən qaçma» və «mərkəzəqaçma» və 
buna uyğun olaraq «roman-hadisə» və «roman-tale» bölgüsünə daha 
çox üstünlük verir və bu əsasda müasir Azərbaycan romanının «epik-
obyektiv» və «lirik-subyektiv» tiplərini fərqləndirir.  
Bu fəsildə  İ.Əfəndiyevin,  İ.Hüseynovun, S.Əhmədovun, 
Anarın, Y.Səmədoğlunun, Elçinin, C.Əlibəyovun, M.Süleymanlının 
və b. romanları həm tipoloji zənginlik, həm də bədii üslub müxtəlifliyi 
baxımından əhatəli təhlilini tapır. 
Azərbaycan romanının problemləri Q.Xəlilov, B.Nəbiyev, 
S.Əsədullayev, N.Paşayeva, H.Quliyev, Y.Axundlu, A.Hüseynov, 
X.Əliyev kimi nüfuzlu ədəbiyyatşünaslar və bu sətirlərin müəllifi 
tərəfindən monoqrafik tədqiqat obyekti olmuşdur. H.Ənvəroğlunun 
araşdırmaları bu silsilənin uğurlu davamı kimi səslənir, daha çox janra 
müasir estetik yanaşma mövqeyini, onun poetika və tipologiyasına 
nüfuz imkanlarını predmetləşdirir və «nəsrin hərəkətini janrın 
yaddaşında izləmək» (Ş.Alışanlı) baxımdan xüsusi dəyər qazanır. 
  
Təyyar Salamoğlu(Cavadov) 
 filologiya elmləri doktoru 
 


Himalay Ənvəroğlu __________________________
 
 

 
G İ R İ Ş 
 
oman  ədəbiyyatın elə janrıdır ki, onun güz-
güsündə cəmiyyətin daxili halı da, tərəqqiyə 
səbəb olan və onu ləngidən amillər də aydın 
görünür. Çünki, onun başlıca predmetini cəmiyyət və  şəxsiyyət 
münasibətlərinin dərin və hərtərəfli təhlili təşkil edir. Ona görə də 
struktur vahid kimi janrın özünün predmetləşmiş məzmunu deyil, 
həm də onun predmetinin (stixiyasının) keçdiyi inkişaf yollarının 
göstərilməsi də xüsusi məqsəd təşkil edir. Məsələn, F.Köçərli 
roman janrının Azərbaycan  ədəbiyyatında inkişaf etməməsinin 
səbəbini  əsasən, məişətdə, ictimai həyatda qadının hüquqsuz 
vəziyyəti ilə, onun "həyatda müəyyən rol oynamaq imkanından 
məhrum olması ilə", qadınların "haqqında azad adamlar kimi, 
müəyyən ideyalara, meyllərə malik olan qəhrəmanlar kimi 
danışmağın qeyri-mümkün olması ilə izah edirdi" (74,səh. 81-82). 
Azərbaycan romanının keçdiyi tarixi yol özü bitkin bir 
mərhələdir və artıq tarixə çevrilmişdir. Başqa sözlə, ondan indi 
Azərbaycan  ədəbiyyatı tarixinin müəyyən bir pilləsi kimi 
danışmaq olar. Bu, dövrün ədəbiyyatından bir xronoloji fakt kimi 
deyil, məhz inkişaf pilləsi kimi danışmağa haqq verir. Ona görə 
də  kəmiyyət göstəricilərindən çıxış edib mərhələnin uğurlarını 
elan etmək olmaz. Cari tənqid, xüsusilə Bəkir Nəbiyevin, Yaşarın, 
S.Əsədullayevin, Akif Hüseynovun, N.Paşayevanın, 
T.Hüseynoğlunun, Y.Axundlunun, T.Salamoğlunun müasir nəsr 
prosesi və onun aparıcı janrı olan roman haqqında yazdığı əsərlər 
göstərir ki, ədəbi yaradıcılığın bu sahəsi elmi təfəkkürü özünə 
çəkə bilmişdir. Bundan əlavə Abbas Hacıyevin, Həsən Quliyevin, 
V.Yusiflinin, Nizaməddin Mustafanın və başqalarının dövrü 
mətbuatda, xüsusilə, "Azərbaycan" jurnalında müasir 
romanlarımızı müxtəlif baxımdan geniş təhlil edən əsərlərlə çıxış 
etmələri göstərir ki, bu "ədəbiyyat" artıq özünün həqiqi elmi 
tarixini və nəzəriyyəsini yaratmaq prosesindədir. Düzdür, "Müasir 
Azərbaycan romanı" (1) adı altında monoqrafiya yazılıb. Burada 

______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
10
Azərbaycan romanının XIX əsrin sonlarından başlayan tarixi 
"Budağın xatirələri"nə qədər (Əli Vəliyev) "ardıcıl" şəkildə qeyd 
edilir. 70-ci illərdən başlayaraq buraxılan "Ədəbi proses" 
məcmuəsi Azərbaycan romanının tarixinin yaradılmasında, onun 
nəzəri-tipoloji anlamında az rol oynamır.  Əgər biz müasir 
Azərbaycan romanının tarixini bütöv bir mərhələ kimi təsəvvür 
ediriksə (bu həqiqətən də belədir), onda əvvəlki dövrlərlə bunun 
tarixi-varislik və tipoloji əlaqələrini nəzərdən keçirmək lazımdır 
ki, müasir dövrün başlıca xüsusiyyətləri dərindən dərk edilsin. Bu 
mənada ümumiyyətlə, Azərbaycan romanının tədqiq tarixini 
yığcam xülasə etmək predmetin elmi anlamı üçün faydalı olar. 
Azərbaycan romanının sözün həqiqi mənasında tədqiqi 
əsrimizin 70-ci illərində başlamışdır. Qulu Xəlilovun 1973-cü ildə 
çap etdirdiyi "Azərbaycan romanının inkişaf tarixindən" adlı 
monoqrafiyada adından göründüyü kimi janrın bütün "tarix"i 
deyil, bu tarixdən müəyyən hissə (XIX əsrin sonunda yazılan 
məlum  əsərlər və  əsasən sovet dövrü Azərbaycan romanının 
aparıcı nümunələri) tədqiq edilir. Əslində romanın ləyaqətinə 
elmi-tənqidi münasibət XIX əsrin ikinci yarısından yaranmağa 
başlamışdır: "Bu gün millət üçün faydalı  və oxucuların zövqü 
üçün rəğbətli olan əsər dram və romandır» (20, səh.241). "Məlum 
olduğu kimi, F.Köçərli romana mövzu-ideya baxımından qiymət 
vermişdir. Seyid Hüseyn: "nəsr babində qeyrilərə nisbətən geri 
qaldığımızdan romançılıq sənətinin bizdə yoxluğu bir həqiqətdir. 
Halbuki romanın təhzibi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bu gün 
bir fikri söyləmək üçün romandan gözəl bir alət olmaz" (133, 
səh.473). Tənqidçinin roman haqqında geniş mülahizəsindən 
verdiyimiz bu nümunə göstərir ki, o, janrın daha çox estetik-
idraki imkanlarını  əsas götürür. "Azərbaycan bədii nəsri (XIX 
əsrin sonu, XX əsrin  əvvəlləri)" monoqrafiyasında (1985) 
Ə.Məmmədov da "ənənəvi nəsr janrlarının təkamülü", Azər-
baycan romanının meydana gəlməsi, ilk romanlar haqqında 
"mübahisələr və  həqiqətlər", "janr şəkilləri", onun "mövzu və 
problematikası", "ideya-estetik xüsusiyyətləri" haqqında söz 
demişdir. Həmkarı X.Əliyev kimi, o da belə fikirdədir ki, "Roman 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə