Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
15 
götürərək onun təməlini M.F.Axundov, C.Məmmədquluzadə, 
N.Nərimanov və  Ə.Haqverdiyev yaradıcılığında axtarır.  Ədəbi 
hadisələr məfkurə  və "sosialist realizmi prinsipinə  sədaqət" (88, 
səh.230) əsasında qiymətləndirildiyi üçün "Bir gəncin manifesti" 
əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının  ən yüksək 
mərhələsi (21, səh.20) hesab olunurdu. Çünki bu əsərdə "hər 
şeydən çox nəzəri cəlb edən mövzu vüsəti" idi. Məqalə bu gün 
Azərbaycan romanının müəyyən mərhələsinin yığcam xronikası 
təsirini bağışlasa da, vaxtı ilə janrın tarixini, onun estetik-nəzəri 
prinsiplərini öyrənən çox faydalı  əsərlərdən biri kimi 
qimyətləndirilmişdir. 
"Azərbaycan  ədəbiyyatında keçmişdə roman janrı inkişaf 
etmədiyi üçün sovet romanları bu sahədə milli ənənələrdən, 
demək olar ki, məhrumdurlar. Azərbaycan klassik nəsrində roman 
olmamışsa da, yüksək sənətkarlıqla yaradılmış hekayə  və 
povestlər olmuşdur" (90, səh.418) deyən M.Arif məqalənin bütün 
gücünü "Daşqın", "Şamo", "Yoxuşlar", "Dünya qopur", 
"Abşeron", "Səhər" romanlarına sərf edir və son anda I.Şıxlının 
"Ayrılan yollar" romanına münasibətini bildirir. 
M.Arif Azərbaycan romanının "tarixini", "bünövrəsini" 
məqalənin ilk cümləsindən qoyur: "N.Nərimanovun "Bahadır və 
Sona", M.S.Ordubadinin "Bədbəxt milyonçu" kimi roman 
adlanan povestləri nəzərə almasaq, Azərbaycan ədəbiyyatında bu, 
yeni janrdır və sovet ədəbiyyatının ən böyük nailiyyətlərindəndir" 
(90, səh.417).  
Göründüyü kimi, müasir Azərbaycan romanının tarixi təd-
qiqin "klassik nümunələrində" ideologiya üstün tutulmuş, nəzəri 
konsepsiya yaratmaq tələbi unudulmuşdur. Bu isə öz nəticəsini 
sonrakı  tədqiqatlarda aydın göstərmişdir. Ona görə  də müasir 
roman haqqında dövrü mətbuat səhifələrində gedən yazılarda 
romanların konseptual təhlilindən çox süjet xəttini izləmək, 
mövzunun aktuallığını sübut etmək, qəhrəmanların ideologiyası 
ilə müəllif fikri arasında müştərək və  fərqli cəhətlər axtarıb 
tapmaq cəhdi bədii-sənətkarlıq məsələlərinin həllini üstələmişdir. 
Bütün bunları inkişaf çətinlikləri də hesab etmək olar. Başqa 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
16
sözlə, müasir Azərbaycan romanının tədqiqi tarixini prosesdə olan 
tarix hesab etmək olar. Bu mənada onun hazır modeli, bitkin 
komponentləri yoxdur. Ona görə  də, predmetsiz, əsaslandırıl-
mamış, mücərrəd fikirləri konsepsiya kimi qiymətləndirmək 
mümkün deyil. 
 Bununla  belə, son illərdə meydana çıxan bəzi tədqiqatlar 
janrın nəzəriyyəsi və poetikasına konseptual yanaşma istiqamə-
tində ciddi axtarışlar kimi maraq doğurur. Bu mənada N.Paşa-
yevanın «Insan bədii tədqiq obyekti kimi» (2003), «Yeniləşən 
ədəbiyyatın yeni insanı» (2004), «Insan, xarakter-ədəbiy-
yat”(2004, rüs dilində), T.Salamoğlunun «Müasir Azərbaycan ro-
manının poetikası (XX əsrin 80-ci illəri)» (2005), «Müasir 
Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)» (2007) 
monoqrafiyalarını fərqləndirmək mümkündür. 
Doğrudur, prof. N.Paşayevanın araşdırmaları bilavasitə ro-
man probleminə  həsr olunmamışdır. Monoqrafiyada Azərbaycan 
ədəbiyyatında insan konsepsiyası  məsələsinə elmi baxış ön 
plandadır. Tədqiqatçı bu son dərəcə ciddi və aktual məsələni 
Elçinin yaradıcılıq yoluna münasibət kontekstində gerçəkləşdirir.  
Monoqrafiyanın «Müasir Azərbaycan romanı  və  qəhrəman 
problemi» fəsli Azərbaycan  ədəbiyyatşünaslığında roman nəzə-
riyyəsinə, tarixi və çağdaş poetikasına, tipologiyasına yeni elmi 
və metodoloji baxış kimi dəyərləndirilə bilər. Romanı dünya 
ədəbiyyatının  ən aparıcı janrı hesab edən tədqiqatçı son dövr 
ədəbiyyatşünaslığında ona yeni münasibətin  əsas konturlarını 
ümumiləşdirməyə nail olmuşdur. Onun araşdırmalarında «sərbəst 
forma» və «dünya modeli» olaraq bu janra xas olan estetik prin-
siplər şərh olunur. Romanın fəlsəfiləşməsi və dünyanı öz içinə ala 
bilmə imkanları-texnologiyası aydınlaşdırılır. Tədqiqatçı Elçinin 
romanlarına da bu meyarlarla yanaşır, konkret elmi təhlil 
nümunələri verir, «dünyanın  ən böyük, etiraf edilmiş roman 
ustaları»ndan biri hesab etdiyi U.Folknerlə Elçin yaradıcılığını 
müqayisəli təhlilə cəlb edir. Müqayisəli ədəbiyyatşünaslıq istiqa-
mətindəki bu təhlillər Azərbaycan romanının dünya ədəbiyyatına 
inteqrasiyasındakı uğurlu təşəbbüslərin elmi təsdiqinə çevrilir. 


Himalay Ənvəroğlu __________________________
 
 
17
T.Salamoğlunun tədqiqatlarında isə Azərbaycan romanının 
on illik bir mərhələsi -80-ci illər əsas araşdırma obyektidir. 80-ci 
illər Azərbaycan romanının tarixində zəngin bir mərhələdir. 
Tədqiqat obyektinin düzgün seçilməsi janrın təkamül 
prosesi haqqında ona yeni elmi qənaətlərə  gəlmək imkanı verir. 
80-ci illərin romanı bu monoqrafiyalarda mövzu və problematika, 
süjet və kompozisiya, həyatı inikas və idrak üsullarının müxtə-
lifliyi, üslub təmayülləri və s. problemlər işığında ciddi araşdırma 
obyekti olmuşdur. Azərbaycan romanının poetikasındakı təkamül 
prosesi, «məhəlli mövzulardan milli problemlərin hərtərəfli inika-
sına, bəşəri, qlobal məsələlərin idrakına doğru» istiqamətlənən 
janr axtarışları T.Salamoğlunun tədqiqatlarının müasirliyini 
şərtləndirən əsas keyfiyyətlər kimi nəzərə çarpır. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
18
I FƏSİL 
 
ROMAN JANRININ NƏZƏRI-ESTETİK PROBLEMLƏRİ 
VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ 
 
zünə yol açıb forma yaradan hər bir ədəbi növ ger-
çəkliyin tələblərinə  əsaslanır. "Həyatın tələbi" (5, 
səh.48) ilə meydana çıxan  ədəbiyyat özünə bu 
tələbə uyğun gələn növ forması axtarır. 
Janr forması dövrün ideya mübarizələri, yazıçının 
yaradıcılıq üslubu və  ədəbi  ənənə ilə  vəhdət təşkil edir. Ideoloji 
şərait, dövrün estetikası və yazıçının mövqeyi də janr formasının 
yaranmasında mühüm rol oynayır. Bədii forma ədəbiyyatın sabit 
və təkrar olunan tərəfidir. Lakin o, predmetləşmiş bədii məzmun 
kimi gec dəyişir. Janr isə  bədii forma kimi məzmunun bərkimiş 
konstruksiyasıdır. Janr strukturu həyat və bədii tələbat nəticəsində 
yaranır, dövrdən-dövrə, yazıçıdan-yazıçıya keçir. Aristotelin 
fikrincə  şairlər öz fabulalarının işləmək üsulunu sənət yolu ilə 
deyil, təsadüfi olaraq tapıblar və  həyat sonradan bədii məzmun, 
"fabulanın işləməsi üsulu" olub. Aristotelin zamanında sənətlə 
həyat arasında hüdud qeyri-müəyyənliyi qalırdı  və bunlar çox 
asanlıqla bir-birinə "axır"dı. 
Bizim zəmanəmizdə  bədii strukturu oxşar həyat hadisələ-
rindən ayırmaq meyli güclüdür. Məsələn,"dram", "roman", 
"idilliya" terminlərini fərqləndirmək çox da zəhmət tələb etmir. 
O cümlədən, "bu ailə dramıdır", "bütöv bir romandır", "necə 
də idilliyadır" ifadələri həm janr stixiyasını, həm də onun 
konstruksiyasını bildirir. Ona görə  də zaman-zaman formalaşan 
janr sabit bədii forma kimi meydana çıxır. Təsadüfi deyil ki, 
M.M.Baxtin janrı "Sənətin yaddaşı" (33, səh.142) hesab edirdi. 
Bu, o deməkdir ki, konstruksiyada yaradıcılıq təcrübəsi, sənətin 
inkişafı və varlığı saxlanılır. 
Hegel inkişafın tarixi mərhələsini janrların tipologiyası 
baxımından qiymətləndirirdi. Onun fikrincə janr idrak 
mərhələsinin bitkin əksi, estetik həqiqət  əldə etmək formuludur. 
Ö


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə