Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə14/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
55
da "uydurma"ya meyl edib, romanın stixiyasında həmin meyl bu 
gün də saxlanılır. Epos nəzəri mənada insan xarakterlərinin də-
rindən təsvirini verən janr kimi qiymətləndirilsə  də, tarixi-ədəbi 
qiymətdə xalq poeması və nağıl başlanğıcı üstünlük təşkil edir. 
R.Azadənin fikrincə epos janrından asılı olmayaraq bütün 
epik əsərlərə verilən ümumi addır. Bununla belə o, epos dedikdə 
xalq şerindəki epos növünü deyil, yazılı ədəbiyyatdakı ədəbi növü 
nəzərdə tutur. Məsələn, deyək ki, Nizaminin əsərləri epos növü-
nün hansısa bir janrında yazılmışdır. Ona görə  də Iran təd-
qiqatçıları içərisində Nizaminin əsərlərini "dastan" və  "əfsanə" 
adlandıranlar da olmuşdur. 
Azərbaycan folklorunun iri həcmli janrlarından olan "das-
tan" sözü hadisə, əhvalat, tərcümeyi-hal, tarix mənalarını bildirir. 
O, eyni zamanda bacarıq, məharət, igid qəhrəman (məsələn, Rüs-
təmi-dastan - "Şahnamə") deməkdir. B.V.Millerin verdiyi mə-
lumata görə, "dastan həm nağıl, həm povest, həm də roman 
deməkdir" (97, səh.30). Ona görə də müasir fars dilində yazıçıya 
dastanəvis (97, səh.30) deyilməsi təsadüfən deyil. Çünki burada 
ümumiyyətlə, bədii əsər mənası vardır. Bu söz macəra, rəvayət və 
hətta xalq romanı, xalq kitabı (24, səh.79-80) mənalarını da 
daşımışdır. 
M.Təhmasibin fikrincə, dastan şifahi  ədəbiyyatda böyük 
həcmli mənzum macəra, tərifnamə,  əsli olmayan yalan məna-
larında işlədilmişdir. Ona görə  də janr əlamətləri, qəhrəman və 
müəllif münasibətləri vəhdət halında qiymətləndirilməlidir. Şerlə 
nəsrin növbələşməsinə əsaslanan dastanın bu xüsusiyyətini bəzən 
bəsitlik kimi başa düşürlər. Bu dastanın janr formasıdır, onun 
məzmunlu strukturudur. M.Təhmasibdə  də dastanları yazılı  və 
şifahi deyə iki yerə bölmək meyli özünü göstərir. Onun fikrincə 
yazılı  ədəbiyyat dastanları Nizamidə olduğu kimi ancaq 
məsnəvidən ibarət olur. Bəzən Xətaidə, Füzulidə və başqalarında 
olduğu kimi hadisə  məsnəvi ilə verilsə  də, qəzəl və başqa  şer 
şəkillərindən də istifadə edilir. M.Təhmasib H.Araslıya istinad 
edərək qeyd edir ki, yazılı  ədəbiyyatda bu şerlər dastandakı 
əhvalatla  əlaqədar olmur. Hətta Füzulinin "Leyli və  Məc-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
56
nun"undakı qəzəllər ixtisar edilsə, məzmuna heç bir xələl gəlməz. 
Xalq dastanlarında isə qoşmalar hadisə ilə o dərəcədə bağlı olur 
ki, təkcə birinin yerini dəyişməklə məzmun pozulur (134, səh.58-
59). 
Məsələni belə qoymaq düzgün deyil. Əgər biz "yazılı ədə-
biyyat dastanları" və "xalq dastanları deyiriksə, onda hər bir jan-
rın öz məzmunundan, spesifik formasından çıxış edib qiymət ver-
məliyik. Biz o fikirdəyik ki, həm də folklor dastanlarının şer par-
çaları janr məzmunu və ideya-bədii məzmunla birbaşa bağlıdır. 
Bu, Məcnunun və Leylinin dilindən verilən qəzəllərdə də, Koroğ-
lunun dilindən deyilən qoşmalarda da belədir. "Nizami poema-
larındakı  qəzəllər hadisələrin inkişafı ilə bağlıdır, onların üzvi 
tərkib hissəsidir" (143, səh.215). Füzulidə  də belədir. Konkret 
hadisənin doğurduğu  əhvali-ruhiyyənin təsiri və  tələbi ilə mey-
dana çıxan qəzəl necə ola bilər ki, əsərin məzmunu ilə  vəhdət 
təşkil etməsin. Çünki janr məzmunu daxili parçalanmaya heç vaxt 
imkan verməz, sadəcə olaraq zahiri forma "dağınıq" təsəvvür verə 
bilər. Ona görə  də  hətta bəzən nağıllardan istifadə edilərək 
yaradılan dastanlarda şer (qoşma) verilmədiyinə görə onları na-
ğıldan fərqləndirmək çətindir. Dastanla nağıl bir-birinə ruhən nə 
qədər yaxın olsalar da, birincinin şerlə  nəsrin sintezindən, ikin-
cinin isə yalnız nəsrindən ibarət olması elə ilk baxışdan mühüm 
janr fərqi hesab edilir. 
Dastan olmuş hadisə, tarixi həqiqət, nağıl isə əsli olmayan 
"uydurma", "yalan", "quraşdırma" kimi danışılır. Nağılı danışan-
lar da, dinləyənlər də onun "uydurma" olduğunu bilirlər. Məsələn, 
nağılın sonunda "göydən üç alma düşdü" və s. "uydurma" olması 
hamıya bəllidir. 
Romanın rüşeym haqqında başlayaraq formalaşmağa doğru 
irəlilədiyi prosesi izləyəndə aydın görünür ki, o, heç də bəzilərinin 
iddia etdiyi kimi eposun yaxud epik poemanın yeni dövrdə əvəz-
lənməsi deyil. Mifoloji epos, nağıl eposu, pəhləvan nağılı bir-
birinə yaxın olduğu kimi ümumən eposun sinkretizminə daxil-
dirlər. Qəhrəmanlıq eposundan romani eposa keçid mərhələsi də 
sinkretizmindən ayrılma kimi müşayiət olunur. Məsələ 


Himalay Ənvəroğlu __________________________
 
 
57 
burasındadır ki, roman bilavasitə eposun sinkretizmdən doğmasa 
da, bu, heç də onun eposla tipoloji qohumluğunu inkar etmir. Hər 
iki janr sinkretizm üzərində köklənir. Eposun sinkretizmində 
arakəsmələr, boşluqlar olduğu halda romanda "sinkretizm" mü-
rəkkəb situasiyalarla, assosiativ təhkiyə üsulları ilə doldurulur. 
Başqa sözlə, roman eposun sonrakı inkişaf forması deyil, özünün 
qədim təşəkkül və təkamül tarixi olan, müstəqil inkişaf yolu ke-
çən janrdır. Lakin bu heç də o demək deyil ki, roman öz tarixi in-
kişafında eposun janr komponentlərinin imkanlarından, onun sti-
xiyasından və pafosundan bəhrələnməyib. Tarixi və tipoloji pa-
ralellər göstərir ki, bu janrlar arasında genetik varislik əlaqəsi ol-
muşdur.  Əlbəttə, bir janr kimi eposun tarixi çox qədimdir. Bu-
nunla belə, eposun özünün də embrional dövründə roman ünsürlə-
ri mövcud olmuşdur. Bu, eposun həm də epik növün başlıca əla-
mətlərini ifadə edən genetikası ilə bağlıdır. Biz yenə də bu fikir-
dəyik ki, epos və romanda gen yaxınlığı onların eyniliyini iddia 
etməyə haqq vermir. Bizim fikrimizcə folklor qaynaqları romanın 
təşəkkülündə daha mühüm rol oynayıb. Roman bir janr kimi öz 
stixiyasında nağıla və dastana xas olan amilləri üzvi şəkildə 
qovuşdurur. Məlumdur ki, dastanda aşıq danışmağa başladıqdan 
sonra süjetin maraqlı bir yerində onu dayandırıb yenidən dastanı 
davam etdirir. Dinləyicilərin əhval-ruhiyyəsini hiss edən gülməli 
nağıla keçir və sonra yenidən dastana qayıdır. "Dastana qayıdır", 
yəni "süjetə qayıdır" mənasında başa düşülməlidir. Daha 
başqalarının iddia etdiyi kimi "əsas məzmuna" yox. Çünki əhvali-
ruhiyyəni ağırlaşdıran ünsürlər: məclisi kədərləndirmə  və 
"gülməli nağıla" keçmək kimi struktur atributlar janrın daxili 
məzmununa daxildir. Məsələ burasındadır ki, bu kimi kompozi-
siya gedişləri romanda birdən-birə meydana çıxmamışdır. Çünki 
roman təfəkkürünün özü hələ rüşeym halında idi. Onun süjetində 
retronun, ricətlərin təzahürü oxucuları  və dinləyiciləri çaşdırırdı. 
Çünki dastandan fərqli olaraq 80-100 səhifədən sonra əvvəlki 
hadisəyə qayıtmaq çətinlik yaradırdı. Təfəkkürü sakit ənənənin 
axarından döndərmək ilk romanlar üçün mühüm problemə 
çevrilirdi. Roman isə  şüurun sərbəst axınına, genişliyə, dərinliyə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
58
meylli janr idi. Başqa sözlə, janrın daxili təbiətindən gələn sər-
bəstliyin qarşısını almaq deyil, ona imkan və şərait yaratmaq la-
zım idi. Əlbəttə, bu, müxtəlif səbəblərlə, həyatın və təfəkkürün, o 
cümlədən roman poetikasının özündə baş verən çox mürəkkəb 
proseslərdə bağlı idi. 
Qəhrəmanın anadan olması, ilk təlim-tərbiyəsi, aşiqlə 
məşuqənin sevişmələri, qabağa çıxan maneələrə qarşı mübarizə 
aparmaqları, çətinlikləri və  qələbələri təkcə nağıl və dastanlar 
üçün deyil, romanlar üçün də  əsas mövzu ola bilər. Bunu biz 
qədim xalq dastanı "Kitabi-Dədə Qorqud"da, orta əsrlərin bir sıra 
məhəbbət dastanlarında, məşhur "Koroğlu" qəhrəmanlıq eposun-
da, Nizaminin və Füzulinin klassik romanlarından tutmuş müasir 
romanlarımızın da süjetində müşahidə edirik. Yəni bu janrları 
həyatın elə ümuminsani stixiyası birləşdirir ki, özündə  ədəbi 
başlanğıcları ifadə etsin. Bu mənada romanda özünü göstərən 
nağıl və dastan başlanğıcı janrın təbiətini özününküləşdirmir
əksinə, onu zənginləşdirir. Onlarla roman göstərmək olar ki, 
burada gənclərin ilk tanışlığı, sevgi hadisələri, nağıl, dastan və 
klassik məsnəvi epik poemalarında müşahidə etdiyimiz qəhrə-
manların məhəbbət hadisələrinin və talelərinin əsas gedişlərini xa-
tırladır, onları "təkrar edir", başqa sözlə, "üst-üstə düşür". Bəzən 
tədqiqatçılarımız özləri də bilmədən, yaxud diqqətsizlikdən janr 
adlarını, terminləri son dərəcə sərbəst şəkildə işlədirlər. Məsələn, 
M.Təhmasib "Azərbaycan dastanları" kitabında, R.Azadə 
"Azərbaycan epik şerinin inkişafı" əsərində sanki bütün iri həcmli 
epik  əsərləri ya dastana, ya da ki, romana aid edirlər. Hər iki 
müəllif "dastan"ın janr poetikasını, onun estetik prinsiplərini 
dəqiq müəyyənləşdirmədən eyni vəziyyətdə yazılı  ədəbiyyat 
nümunələrini  şifahi xalq ədəbiyyatının doğma janrı olan dastan 
strukturu  əsasında qiymətləndirirlər. Yəni vahid model, eyni 
"normativ" prinsip iki müxtəlif üslublu janra tətbiq edilir. Mə-
sələn, M.Təhmasib kitabının eyni səhifəsində (163) "Koroğlu"nu 
həm "epos", həm də "dastan" adlandırmışdır. Bu sərhədlərin hətta 
klassik sənət nəzəriyyəsində  də pozulduğunu görürük (5). 
Aristotel öz zamanında "Iliada"nı hətta epik növlə eyniləşdirirdi. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə