Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə22/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
87 
süjetin sürətlə sona yetməsinə  səbəb olmuşdur. Dastanda olduğu 
kimi, roman müəllifi də bu qəmli taleyi sona çatdırandan sonra 
əlavə söhbət açmağa ehtiyac görməmişdir. Vaxtı ilə S.Rəhimov 
da uzun müddət Şamosundan ayrıla bilməmiş, bu sevimli qəhrə-
manının ölümünə  qıymamışdır. Lakin taleyin də yazılmamış qa-
nunları vardır.  Şamodan ayrılmağın müəllifi,  şəxsi kədərə, Sar-
sıntılara saldığını sonralar yazıçı bir daha etiraf etmişdir. Lakin 
Şamonun ölümündən sonra müəllifin ömrünün 45 ilinə sahib olan 
bu roman dərhal axıra çatdı. 
Elçinin Mahmudla Məryəmin təsvirini verdiyi yuxarıdakı 
birinci cümlə 66 sözdən ibarətdir. Hadisənin təsiri altında 
meydana gələn belə cümlə quruluşu həm müəllifin bədii təfəkkü-
rünün analitik təhlilə meylli olduğunu, həm bədii üslubun 
özünəməxsusluğunu, həm də roman xüsusiyyətini ifadə edir. 
Dastanda isə  Kərəmin yanması  əhvalatı  28  söz  (5  cümlə) 
vasitəsilə ifadə edilmişdir. 
Romanın son cümlələrində oxuyuruq: "Süleyman paşanın 
əmri ilə o bir ovuc külü dəfn elədilər…qarabasma dərdinə tutul-
muş Sofi bütün var-dövlətini atıb Mahmudun sorağı ilə Ərzuruma 
gəldi və o vaxtdan bəri Mahmud ilə Məryəmin qəbrinin yanında 
mucəvir idi" (39, səh.182-185). 
"Kərəm ilə  Əslinin külünü sandığa yığdılar, hər ikisini 
birlikdə  dəfn etdilər. Üstündə  də bir künbəz tikdirdilər. Sofi də 
ölüncə bu künbəzə mücavür oldu" (6, səh.165). 
Bu qəmli məhəbbət  əfsanəsinin müəyyən motivlərinin ro-
manda fərdi üslubdan keçirilərək verilməsi müəllif konsepsiyası 
üzərində köklənir. Üslubdan keçirilməsi təbii olaraq hadisələrə 
təzədən, fərdi yanaşma ilə bağlıdır.  Əlbəttə, dastanda xalq 
təfəkkürü "toplu" halındadır.  Şifahi xalq üslubu, müvafiq bədii 
sintaksis burada dastan struktur ahəngi ilə  səsləşir. Romanda isə 
yazılı nitq, müəllifin fərdi bədii təfəkkürü mühüm rol oynayır. Biz 
əfsanənin sonluğunu xüsusi vurğulayıb onu dastan sonluğuna 
qarşı qoymaq fikrində deyilik. Lakin qəti fikirdəyik ki, hər janrın 
öz məntiqi təfəkkür qənaətləri və bədii metod prinsipləri vardır ki, 
bunlar süjetin bütün gedişlərinə təsir etmək imkanına malikdirlər. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
88
Bura zamanın estetik tələbini, sənətkarın baxışlarını da əlavə 
etsək onda vəziyyət tam aydınlaşar. Hələ vaxtı ilə Aristotel 
"rəvayətləri dağıtmamağı", onlara yalnız "yaradıcı yanaşmağı" 
məsləhət görürdü. Məhz bu mənada Elçinin romanını sözün 
həqiqi mənasında yaradıcı fəaliyyətin məhsulu hesab etmək olar. 
Bədii təfəkkürün hələ mürəkkəb struktur gedişlər etmək 
imkanına malik olmadığı bir dövrün yetişdirməsi olan nağıl və 
dastan roman şüurunun yaranmasında ilkin rol oynayan janrlar-
dandır. Ilk romanlarda hərəkətin birxəttli davamı, kompozisiya 
əlaqələrinin zahiri xarakteri, süjetdəki ümumi yerlər nağıl və 
dastan stixiyasının strukturundan uzaqlaşmağın heç də asan 
olmadığını göstərir. Ona görə də janrın formalaşması məsələsinə 
sırf tarixi yanaşmaq (xronoloji mənasında) həmişə səmərəli nəticə 
verə bilməz. "Mahmud və Məryəm" romanının dastan kökü, onun 
romantik cazibəsi realist yazıçının sənətkarlıq imkanları ilə 
birləşərək janrda yeni bir bədii forma kimi meydana çıxmışdır. 
Hər bir bədii janrın, o cümlədən romanın imkanlarını yalnız 
sənət meyarları ilə qiymətləndirmək düzgün olmaz. Bəzən sənət 
tarixin, ictimai həyatın, insan psixologiyasının dərin qatlarında 
gizlənən elə meylləri meydana çıxarır ki, bu, elmin müvafiq 
sahələrinin gələcək inkişafına müsbət təsir edir. Yəni sənətin 
fayda vermək qabiliyyəti janrın təbiətindədir. 
Məsələn, qəzəlin janr stixiyasının əsasını aşiq və məşuqənin 
vüsal həsrəti və hicran dərdi təşkil edir. Bunu Füzuli fars dilində 
yazdığı divanın "Dibaçə"sində də qeyd edir. Lakin eyni zamanda 
şair qəzələ marağın geniş yayılmasının səbəbini həm də oxumaq 
və yazmaq, ünsiyyət və rabitə üçün faydalı olması ilə  də 
əlaqələndirirdi. Ona görə  də bu və ya digər janr təkcə  bədii 
ehtiyacın deyil, zamanın irəli sürdüyü bir sıra zəruri ehtiyacların 
nəticəsində meydana gəlir. Zəruri tələb nəticəsində yaranmayan 
bir sıra siyasi nağılların (Lenin və  Nərimanov haqqında) tez 
unudulması buna sübutdur. Çünki müasir təfəkkür nağıl və dastan 
poetikasından yaradıcılılıqla bəhrələnəndə faydalı ola bilər.  Əks 
halda son dərəcə bayağı və primitiv görünəcək. Məsələn, Çingiz 
Aytmatovun müasir insanın bədii xarakterini mifoloji-fantasma-


Himalay Ənvəroğlu __________________________
 
 
89
qorik təsəvvürlər zəminində yaratması onun bir yazıçı kimi geniş 
şöhrət qazanmasına mane olmamış,  əksinə yaradıcılığının dərin 
qaynaqlara bağlılığını nümayiş etdirmişdir. Bu mənada həqiqətən 
də romanla nağılı bir-birindən heç bir çin səddi ayırmır. Burada 
əsas məsələ mövzu və ideyanın hansı formada və  nə kimi 
vasitələrlə predmetləşdirilməsidir. Təbiidir ki, burada müasir 
dünyamızın "nağılı"nı klassik nağıl stixiyası ilə deyil, onun trans-
formasiyasında mühüm rol oynayan romanla göstərmək nəzərdə 
tutulur. 
Nağıl və dastanlarımıza romanın təşəkkülünün əsas mənbə-
ləri kimi baxmaq bu janrda nəsrin mühüm rolunu xüsusi vur-
ğulamaqdır. Yuxarıda qeyd etdiyimiz kimi romanın mənbələrinin 
məlum olması  hələ janrın birdən-birə meydana gəlməsi demək 
deyil. Məlum olduğu kimi, uzun və "ağrılı" bir prosesdir. Xalq 
yaradıcılığının milli forması, təfəkkür incəliyi folklor üstündə 
köklənən yazıçıları yeni formalar yaratmağa sövq etmişdir. Ona 
görə romanın daxili yollardan keçib gələn inkişafı haqqında söz 
yalnız onun bir janr kimi yetişmiş olduğu vaxt deyilmişdir. Lakin 
"bir çox romanlarımızın xəmrəsi məhz aşıq  şerindən "folklor 
romanları"mızdan tutulmuşdur" (58, səh.37) fikri bu baxımdan 
birmənalı görünür. Söhbət ümumiyyətlə, romanın bir janr kimi 
"xəmrəsi"nin yoğrulmasından gedir. Daha bir çox romanlarımızın 
"xəmrəsi"ndən yox. Buradan belə  çıxa bilər ki, folklor bir çox 
romanlarımıza janr stixiyası, struktur deyil, yalnız mövzu verir. 
Biz isə yuxarıda göründüyü kimi, sonuncunu başlıca meyl kimi 
izləmişik. Bizə belə  gəlir ki, "zəif bulaqlar" (9, səh.96) hesab 
edilən "nəsr parçaları"nı bilavasitə Azərbaycan romanının janr 
kökündə  mənbə kimi xüsusi qeyd etmək çətindir. Hətta 
"Azərbaycan  ədəbiyyatı tarixində Xaqani ilk nasirdir" (92, 
səh.14), "həqiqətüssüəda" nəsrimizdə birinci böyük tarixi 
povestdir" (92, səh.12), "Füzulinin "Nişançı Paşaya" yazdığı  və 
"Şikayətnamə" adı ilə  məşhur olan əsəri yaxşı, həm də ilk bədii 
satirik nəsrdir" (92, səh.12) deyilsə də, nə "satirik nəsr" ("Şikayət-
namə"), nə  də  "ən adi hadisələri" belə  "şerləşdirən" (92, səh.17) 
nəsr roman üçün proza kökü ola bilməzdi. Lakin romannda nəsr 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
90
başlanğıcının rolunu xüsusi qeyd etmək lazımdır. Məhz bu janrın 
stixiyası  həyat xırdalıqlarına, adi, gündəlik hadisələrə, insan 
psixologiyasının incəliklərinə, daha doğrusu, prozaikliyə yol açdı 
və onun sonrakı formalaşmasında müstəsna rol oynadı. Çünki 
romanın mənzum forması sonrakı dövrlərin tələbləri ilə ayaqlaşa 
bilmirdi. Bunu yuxarıda qeyd etdiyimiz kimi vaxtı ilə Puşkin də 
etiraf etmişdir. Bu mənada müasir Azərbaycan romanı kök və 
şirəsini klassik bədii nəsrdən, öncə klassik poeziyadan, onun 
mənzum roman janrından, əfsanə, nağıl və dastanlarımızdan alır. 
Məlum olduğu kimi klassik nəsr qaynağı romana sonradan daxil 
olmuşdur. Ona görə Mir Cəlalın "Ismayıl bəy Qutqaşınlının 1895-
ci ildə Varşavada çap olunan fransızca hekayəsi, bədii nəsr 
tarximizdə Avropa səpgisində yazılmış ilk hekayə sayıla bilər və 
"Rəşid bəy və  Səadət xanım" ("Şərq hekayəsi") adlanan bu əsər 
eşq, sevgi mövzusunda qismən  Şərq romantik nağılları ruhunda 
yazılmışdır" (92, səh.17) deməsi təsadüfi hesab edilə bilməz. 
Lakin burada Mir Cəlalın  əsərin janrını müəyyənləşdirməməsi, 
"Avropa səpgisində yazılmış ilk hekayə" –deyə janrı milli kökdən 
uzaqlaşdırması  tənqidə dözmür. Əgər o, "Rəşid bəy və  Səadət 
xanım" əsərinin stixiyasını nağıl kökü ilə daha geniş əlaqələndirsə 
idi, faydalı görünərdi. 
V.Kojinov ingilis alimi Con Danlonun "Təsviri  ədəbiyyat 
tarixi" (1814) əsərindən belə bir sitat gətirir: "Biz roman deyəndə 
bədii yazıdan uydurulmuş məhəbbət macəralarının nəsrlə təsvirini 
nəzərdə tuturuq. Mən ona görə uydurulmuş deyirəm ki, onları 
tarixi həqiqətlərdən fərqləndirmək mümkün olsun. Çünki romanın 
əsas süjetini məhəbbət macərası təşkil edir. Bunlar gərək ümumi 
qayda ilə-nəsrlə  və  bədii yazılmalıdır və zamanın zövqünə 
uyğunlaşdırılmalıdır" (71, səh.93-94). 
Vaxtı ilə F.Köçərli də maarifçilik ideologiyasının təsiri 
altında roman janrının predmeti haqqında sadəlövh mühakimələr 
irəli sürmüş, onun tarixini, taleyini cəmiyyət həyatında qadının 
rolu ilə  əlaqələndirmişdir. 1670-ci ildə fransız nəzəriyyəçisi və 
yepiskopu Yuein "Romanın mənşəyi haqqında" əsərində "məhəb-
bət duyumu"nu, sevgi macəralarını ön plana çəkmişdir. Q.Xəlilov 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə