Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə30/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
119 
ğıc onları "uzaqlaşdırır". Bu mənada müəlliflə qəhrəman arasında 
fikir ayrılığı, tərcümeyi-hal fərqi mümkündür. Halbuki, fəlsəfi-
publisit başlanğıcı birbaşa müəllif mövzusunu reallaşdırır. Bu 
baxımdan "Məktublar"ın poetikasını  bədii ideya ilə  məhdudlaş-
dırmaq olmaz. Hərçəndi qəhrəmanlar müəllifin canlı  bədii tə-
xəyyülünün məhsuludur və onların şəxsi zövqü, taleyi və meyillə-
ri vardır. Hadisələrdə iştirakı, canlı müşahidələri və münasibətləri, 
səyahətlərinə verdikləri məna, bütün bunlar bədii ideya ilə hərəkət 
etdirilən qəhrəmanlara aiddir. "Məktublar" qəhrəmanları 
müəllifdən uzaq düşməyə qoymur. Çünki bu qəhrəmanlar 
müəllifinə təbiətən yaxın olurlar. 
Maarifçi realizmin qəhrəman konsepsiyası: bu cərəyanın 
estetikası müəlliflə onun müsbət qəhrəmanları arasında ideya-
mənəvi yaxınlığı və doğmalığı əsas tutur. Şarl Monteskyedən üzü 
bəri maarifçi realistlərin aparıcı qəhrəmanlarının heç biri müəllif 
orbitindən uzaqlaşmamışdır. Hətta Şiller qəhrəmanlarını "müəllif 
ideyalarının carçısına çevirmişdir." M.F.Axundovun realizm mək-
təbində mükəmməl təhsil alan Zeynalabdin Marağayi, S.M.Qə-
nizadə  və başqaları  Kəmalüddövləyə xüsusi maraq göstərmişlər. 
Əsərin bütöv bədii sisteminin müəllifin bioqrafik faktlarından 
törədiyini iddia edən bioqrafik metodun mövqeyilə razılaşmasaq 
da, əslində hər bir sənətkarın yaradıcılığı bu və ya digər dərəcədə 
onun tərcümeyi-halı ilə bağlıdır. Lakin estetik və sosial hadisə 
kimi o, daha geniş ictimai proseslərlə  şərtlənir. Məhz belə bir 
konsepsiya ilə M.F.Axundovun "Məktublar"ına yanaşdıqda 
qəhrəmanla müəllifin münasibətlərinin realist xarakterini estetik 
və sosial meydanda bir-birini tamamladığının  şahidi olursan. O, 
bu  əsəri 50 yaşlarında yazdı. Qəhrəmanı da təxminən bu yaşda, 
dünyagörmüş bir şəxsdir. O, materialist fəlsəfəni, o cümlədən 
Şərq panteist fəlsəfəsini, müxtəlif məzhəblərin mənşəyini, sufizm 
və mistisizmi, islam dini etiqadının mənasını dərindən dərk edir. 
Bununla belə, Kəmalüddövlə bir ay Təbrizdə qalmaqla "Mək-
tublar"da göstərilənlərin hamısını müşahidə edib yazıya çevirə 
bilməzdi. Belə bir dərin elmi-fəlsəfi , bədii publisist əsər zəngin 
həyat məktəbi keçmiş, fəlsəfənin bir çox məktəblərinə  dərindən 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
120
bələd olan şəxsin qələmindən çıxa bilərdi. Bu şəxs təbiidir ki, 
M.F.Axundovdur. Bəs Kəmalüddövlə və Cəlalüddövlə kimdir? 
Sadəcə olaraq M.F.Axundov ideyalarının daşıyıcılarıdır? 
Hər şeyi M.F.Axundov özü həll etdikdən sonra məktubları yazdır-
mışdır? Məlumdur ki, qəhrəmanların prototipində müəllif özü 
dayanır. O, Kəmalüddövləni Irana gətirir, Təbrizi səyahət obyek-
tinə çevirir. Kəmalüddövlə Hindistan şahzadəsi olsa da, Iran 
həyatını çox gözəl duyur. Şərqlinin psixologiyasını, milli ruhunu 
və dini təəssübkeşliyini düzgün qiymətləndirir. M.F.Axundov 
sanki qəsdən qəhrəmanların yerini dəyişdirir. Kəmalüddövlənin 
məktubları sübut edir ki, yalnız az bir müddətdə Irana səyahət 
edən bu Hindistan şahzadəsi Kəmalüddövlə Övrəng Zib oğlu 
ölkənin "Məktublar"dakı  mənzərəsini yarada bilməzdi. Müəllifin 
yaradıcı axtarışlarının parlaq qəhrəmanı olan Kəmalüddövlə Iranı 
çox sürətlə, nağıl qəhrəmanlarının addımları ilə  gəzir. O, sadəcə 
səyahət etmir, qeyd götürmür, "Məktublar" üçün fakt toplamır, 
müşahidə etdiklərinə materializm işığında baxır, onları maarifçi 
realist filosofun münasibətindən keçirir. Kəmalüddövlə  məktub-
larının mətnini elə tərtib edir ki, Cəlalüddövlənin söz deməsinə və 
hətta etiraz etməsinə imkan qalsın. Cəlalüddövlə  Kəmalüd-
dövlənin məktublarını oxuyandan sonra ona birlikdə cavab verir. 
Zahiri cəhətdən o sanki Kəmalüddövləni sərt qarşılayır. Məktu-
bunun əvvəlində "Ey mənim mehriban qardaşım Kəmalüddövlə" 
– deyə onu salamladığı halda, az sonra "Sənin beynin xarab 
olub…" deyir. 
Cəlalüddövlə onun vətənindən yazan Kəmalüddövlənin bəzi 
fikirlərini təkzib edirsə  də, mahiyyət etibarilə  hər ikisi eyni bir 
hədəfi nişan almışdır. Cəlalüddövlənin cavabında Kəmalüddöv-
lənin məktublarının əsas ideyası onun özünəməxsus şəkildə təsdiq 
edilir. Elə  məsələlər var ki, Kəmalüddövlə ya onların adını 
çəkmir, yaxud onlardan heç danışmır. Lakin Cəlalüddövlə onları 
da Kəmalüddövlənin fikirləri kimi təhlil edir. Təsdiq etdikləri 
təkzib etdiklərindən çoxdur. Məsələn, aşağıdakı fikri təkzibdə 
Cəlalüddövlə tamamilə haqlıdır: "Yazırsan ki, fars padşahlarının 
yaxşı qayda-qanunları var idi. Yazırsan ki, onların zamanında Iran 


Himalay Ənvəroğlu __________________________
 
 
121
xalqı xoşbəxt idi. Ərəblər padşahlarını, onların qayda qanunlarını 
məhv edib, Iran xalqını səadətdən məhrum etdilər.  
Ey zavallı, bir təsəvvür et ki, fars padşahları və bütün Iran 
xalqı  ərəblərin istilasına qədər hansı  məzhəbə qulluq edirdilər? 
Məgər fars padşahları  və fars xalqı atəşpərəst deyildilər?" (10, 
səh.134). 
Cəlalüddövlənin razılaşmadığı bu fikirlərlə  Kəmalüddövlə 
birinci məktubundan başlayaraq, qədim Iran "padşahlarının "Pey-
mani-fərhəng" prinsiplərinə  əməl etmələrini" (10, səh.19) xüsusi 
qeyd edir. O, məktubunda yazır ki, guya, "Peymani fərhəng 
əhkamı" padşahı həmişə yaxşı işlər görməyə təşviq edirdi…" 
Ümumiyyətlə, birinci məktub bu "Əhkam"  əsasında idarə 
olunan keçmiş Iran və bu "prinsiplərdən" uzaqlaşan padşahı despot 
edən müasir Iran haqqındadır. Müasir Iran haqqında Kəmalüd-
dövlənin fikri belədir: "Despotun zülmünün təsiri və ruhanilərin 
fanatizminin gücü sənin xalqının zəifliyinə, bacarıqsızlığına və 
köləliyinə  səbəb olmuşdur" (10, səh.23). Bu fikir maarifçi ziyalı 
təsəvvürü ilə birbaşa bağlıdır. Inqilabçı-demokrat M.F.Axundov 
bəlanın səbəblərini daha dərin ictimai qatlarda görürdü. Məsələ 
burasındadır ki, birinci məktubda despotizmin ifşası, ikinci, üçüncü 
məktublarda dini-fanatizm və bunun doğurduğu acı  nəticələr təsvir 
predmetinə çevrilmişdir. Lakin bu bölgünü mütləqləşdirmək olmaz. 
Çünki "Məktublar"da publisistika bədii həqiqətlə birləşir. Birinci 
məktubda Kəmalüddövlənin bütün fikirlərini M.F.Axundova aid 
etmək olmaz. O, maarifçi səyyahdır. Müəllifin aparıcı qəhrəmanıdır. 
Məsələn, adları  çəkilən fars padşahları, "Peymani-fərhəngin 
ehkamları" M.F.Axundovda rəğbət doğura bilməzdi. "Məktublar"ın 
baş qəhrəmanı Kəmalüddövlə roman qəhrəmanının hərəkət sürətinə 
malikdir. O, Avropanın bir sıra  şəhərlərini gəzir,  Şərqin  ənənəvi 
ölkəsi olan Irana səyahət edir. Yəni roman qəhrəmanı kimi sərbəst 
hərəkət edir. Iranın keçmişindən xeyli söhbət açır. Romanda epik 
vüsət: "olmuş  və olan" (Aristotel), "müəllifdən  əvvəlki hadisələr" 
(Belinski) üstünlük təşkil edir. 
Bu prinsip "Məktublar"da da gözlənilmişdir. Romanda 
aparıcı qəhrəmandan kənarda baş verən əhvalatlar üstünlük təşkil 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
122
edir. Bununla belə, M.F.Axundovla Cəlalüddövləni eyniləşdirən 
Yaşar Qarayev bir mənada haqlı olsa da, lakin Cəlalüddövlənin 
cavab məktubunda meydana çıxan siması ilə M.F.Axundovun 
tarixi şəxsiyyətinin tam səsləşdiyini qəbul etmək olmaz. Əvvəla, 
"Məktublar"ın  əsas hissəsinin qəhrəmanı olan Kəmalüddövlənin 
fəaliyyəti və  məntiqi ilə M.F.Axundov öz ateist və materialist 
konsepsiyasını ifadə edir. Belə olan təqdirdə  yığcam bir cavab 
məktubunda bu konsepsiyanı dağıtmaq olmaz. Ikinci tərəfdən, 
Kəmalüddövlə  Cəlalüddövlənin vətənindən yazdığı üçün sonun-
cunun cavabı tendensiyasız olmaya bilməzdi. Məhz bu tendensiya 
M.F.Axundovun deyil, Cəlalüddövlənin özününkü idi. Müəllif isə 
qəhrəmanlarının mövqelərini barışdırmaq fikrində deyil. Lakin o 
qüdrətli bir sənətkar kimi, konflikti elə qurur ki, əsərin ideyası 
surətlərin qarşılıqlı  əlaqəsində meydana çıxır. Çünki qəhrə-
manlarının məktublarının məzmunundan görünür ki, onlar 
müəlliflə "razılaşdırılmamışdır." Lakin bununla belə, əsərin bədii-
fəlsəfi konsepsiyasının baş  qəhrəmanı müəllif özüdür. 
Kəmalüddövlə məktubunun bir yerində deyir: "Mən bütün dinlərə 
qarşı etinasızam və onların heç birinə meyl etmirəm və onlardan 
axirətdə nicat gözləmirəm. Mən belə bir dinə üstünlük verə 
bilərdim ki, onun vasitəsilə insan bu dünyada azad və xoşbəxt 
yaşaya biləydi" (10, səh.30). 
Aydın görünür ki, bu, sırf qəhrəmanın mövqeyi idi. Lakin 
"Bütün dinləri puç və əfsanə hesab edən", xalqa müraciətlə "sən 
despotdan qat-qat güclüsən", "sənə yalnız təşkil olunmaq lazımdır 
və bundan sonra zalımın atasına od vura bilərsən" deyən 
M.F.Axundovun aydın və konkret inqilabçı-demokrat mövqeyi 
deyildi. Qəhrəmanın mövqeyində maarifçi ziyalının liberal görüş-
lərindən doğan  əhval-ruhiyyə aparıcıdır. Xüsusilə, yuxarıdakı 
parçada qəhrəmanın "etinasızam", "dinə üstünlük" ifadələri 
maarifçi liberalın içində  cərəyan edən ovqatın təzahürüdür. 
Deməli dövrün kamil materialist maarifçi konsepsiyasında yenə 
M.F.Axundovun şəxsiyyəti, onun bitkin bədii obrazı durur. Onun 
qəhrəmanlarının məktublarında görünməsi heç də onu göstərmir 
ki, yazıçı surətləri öz təbiətindən çıxarıb müəllif ideyalarının car-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə